Prezident köməkçisi Hikmət Hacıyevin və Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazovun birgə brifinqi keçirilib.
“Azərbaycan Ordusu cəbhənin müxtəilif istiqamətlərində düşmənin təxribatlarının qarşısını alır”. “Trend”in məlumatına görə, bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpasında beynəlxalq ictimaiyyətin ölkəmizə dəstək göstərməsi Azərbaycanın xarici siyasətdə uzun müddət apardığı fəaliyyətin nəticəsidir.
Prezidentin köməkçisi qeyd edib ki, Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpası üçün ardıcıl tədbirlərini davam etdirir: “Bu gün də ermənilər tərəfəndən təxribatlar törədilir, cəbhənin müxtəilif istiqamətlərində Azərbaycan Ordusu təxribatların qarşısını alır”.
“Beynəlxalq media nümayəndələrinin hazırladığı reportajlarda obyektivlik nümayiş olunduğu zaman onlar erməni lobbisi tərəfindən hədə ilə üzləşirlər” – deyən Hikmət Hacıyev bildirib ki, biz bunları açıq şəkildə izləyirik və görürük: "Biz bunları qəti halda pisləyirik. Jurnalistlərin hədələnməsi qəbuledilməzdir və beynəlxalq ictimaiyyəti erməni lobbisinin bu hərəkətlərinin qarşısını almağa çağırırıq".
Prezidentin köməkçisi deyib ki, Ermənistan bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən danışır, digər tərəfdən isə danışıqlara zərbə vuran təxribatlara əl atır. H.Hacıyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın müharibənin sülh yolu ilə həlli yoxdur deməsi, son hərbçisinə qədər müharibəni davam etdirəcəyi və Azərbaycana torpaqları qaytarmayacağı haqda dedikləri danışıqlar prosesinə bir zərbədir.
H.Hacıyev qeyd edib ki, nəticə o zaman olar ki, qarşı tərəf konstruktirv olsun, ancaq biz bunu görmürük.
Hikmət Hacıyev deyib ki, Ermənistan Azərbaycana qarşı informasiya müharibəsinə başlayıb. Buna cavab olaraq Prezident İlham Əliyev sentyabrın 27-dən noyabrın 2-dək beynəlxalq və nüfuzlu media orqanlarına 24-dən artıq müsahibə verib.
O bildirib ki, bəzi müsahibələr bir və ya iki saat davam edib. Prezident İlham Əliyev bununla da Azərbaycan həqiqətlərini dünyaya çatdırıb. Ermənistanın siyasi rəhbərliyi Azərbaycan Prezidentinin fəaliyyətini imitasiya etməyə çalışır: "Prezidentin İlham Əliyevin müsahibələrində provokativ suallar da olub. Dövlət başçısı, buna baxmayaraq, medianın azadlığına hörmətlə yanaşaraq bütün sualları cavablandırıb.
Dünya mətbuatında Azərbaycanın haqq savaşını ədalətli, obyektiv yayımlayan media qurumları Ermənistan lobbisi tərəfindən təzyiqlərə məruz qalır və hətta jurnalistləri fiziki məhv etməklə hədələyirlər”.
Prezident köməkçisi deyib ki, bu gün Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı terror əməlləri törədir. O qeyd edib ki, xarici ölkələrdə Ermənistanın ASALA və digər terror təşkilatları fəaliyyət göstərir: “Ona görə də vətəndaşlarımıza ayıq-sayıq olmağı tövsiyə edirik. Xaricdə olan Azərbaycan vətəndaşlarına, diaspor nümyənədlərinə qarşı terror əməlləri törədilə bilər. Bu səbəbdən xaricdə olan vətəndaşlarımız diqqətli olmalıdır".
“Ağ fosfordan istifadə Ermənistanın özünün qoşulduğu beynəlxalq konvensiyalara ziddir və Ermənistanın bu kimi silahlardan istifadə etməməsi barədə öhdəliyi var” – deyən Prezident köməkçisinin sözlərinə görə, Ermənistan ağ fosfordan isdtifadə edərək digər mülki obyektlərə zərər vura bilər. Ona görə də buna qarşı beynəlxalq cəmiyyət tərəfindən qınaq nümayiş etdirilməlidir.
H.Hacıyev əlavə edib ki, ağ fosfor kimyəvi silah hesab edilməsə də, insanlar üçün olduqca zərərlidir.
O qeyd edib ki, ermənilər tərəfindən hibrid müharibəyə keçmə barədə məlumatlar daxil olmaqdadır və danışıqlarda nəticə o zaman effektiv olar ki, qarşı tərəf də konstuktiv olsun: “Ermənistan öz əməlləri ilə digər ölkələri də müharibəyə təhrik etməyə çalışır. Bu, ATƏT-in Minsk Qrupunun və digər vasitələrin səylərinə qarşı bir zərbədir”.
H.Hacıyev əlavə edib ki, Ermənsitan tərəfindən Azərbyacanın mülki əhalisinə atəşlər açılır: “Bunun üçün qadağan edilmiş ən güclü silahlardan istifadə edilir. Ermənilər tərəfindən hibrid müharibəyə keçmə barədə məlumatlar daxil olmaqdadır. Onlar assimmetrik müharibə, yəni terror vasitəsilə müharibənin aparılması üsulunu seçirlər. Bu, çox ölkələrdə tətbiq edilən təcrübədir. Adətən ölkələr müharibəni uduzduqda assimterik və hibrid müharibədən istifadə edirlər”.
PA rəsmisi deyib ki, etibarlı mənbələrin məlumatına görə, hazırda Ermənistanın silahlı qüvvələrinin tərkibində Livan və Suriyadan tutmuş Avropa İttifaqının ölkələrinə, Kanadaya qədər olan muzdlular xidmət göstərir. Onun sözlərinə görə, hazırda işğal edilmiş ərazilərimizdə muzdlular yerləşdirib və onlardan Azərbaycan Silahlı Qüvvələrinə qarşı istifadə edilir. Onların əksəriyyətini erməni əsilli insanlar təşkil etsə də, aralarında digər etnik mənsubiyyəti olan insanlar da var.
H.Hacıyev qeyd edib ki, erməni terrorçular açıq şəkildə internet vasitəsilə müxtəlif ölkələrdən olan muzdluları Ermənistana cəlb edir və bunun müqabilində onlara maddi mükafat vəd edir.
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur və Azərbaycan Ordusu döyüş tapşırıqlarını layiqincə yerinə yetirir.
Ermənistanın azyaşlıları hərbi əməliyyatlara cəlb etdiyinə diqqət çəkən Hikmət Hacıyevin sözlərinə görə, bu, beynəlxalq konvernsiyaların kobud şəkildə pozulmasıdır: “Ermənistan hərbi əməliyyatlarda bir sıra cinayətlərə əl atıb. Bunlardan biri də uşaqların hərbi əməliyyatlara cəlb edilməsi, bu əməliyyatlarda uşaq əməyindən istifadədir. Ermənistan bu cür cinayətləri Azərbaycan uşaqlarına qarşı da törədib. Xocalıda bu proses körpələrimizə qarşı həyata keçirilib. Cəbhəyanı ərazilərdə 50-dən artıq orta məktəbə ziyan dəyib və dağılıb. Ermənistan və qondarma rejim Azərbaycanın işğal altındakı ərazilərin birində uşaq bağçasında hərbi qərargah yaradıb. Onlar hərbçiləri həmin yerə cəlb edirlər. Gəncə, Bərdə və digər şəhərlərdəki təcavüzlərdə 11 azyaşlı uşağa qarşı cinayət törədilib”.
Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri militarizasiyasına görə dünyada ən yüksək göstəriciyə malikdir. Onun sözlərinə görə, işğal edilmiş ərazilərdə yerləşdirilən silahların həcminə, atəş sıxlığına baxdıqda aydın olur ki, dünyada belə hərbiləşmiş ikinci bir yer yoxdur.
H.Hacıyev vurğulayıb ki, Ermənistan tərəfi beynəlxalq qanunları pozaraq işğal edilmiş ərazilərdə həddindən artıq silah yerləşdirib.
Ermənistanın Şuşa şəhərindəki Gövhər Ağa məscidinin guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması iddiasına diqqət çəkən Hikmət Hacıyev deyib ki, Ermənistan bununla növbəti yalan məlumat yaymağa çalışır: “Azərbaycanla Ermənistan arasında dini münaqişə yoxdur. Azərbaycan Silahlı Qüvvələri mülki obyektləri atəşə tutmur. Gövhər Ağa məscidi Azərbaycanın tarixi abidəsidir və bizim üçün əhəmiyyətlidir. Yayılan məlumat Ermənistanın növbəti təxribatıdır”.
Baki-xeber.com