Cümə günü, 16 oktyabr 2026
     

Prezident Əliyevin bir ayda iri telemüsahibələri Qarabağ münaqişəsi barədə dünyanın tarix bilgilərini xeyli möhkəmləndirdi...

Image


Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur. Tarixən həmin ərazilərin Azərbaycana məxsus olması ilə bağlı çoxsaylı fakt var. O da məlumdur ki, ermənilər Qarabağa sonradan köçürülüblər.

Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasətinin, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin müsahibələrinin xüsusi əhəmiyyəti var. Sözügedən müsahibələr ölkə başçısının beynəlxalq arenada, diplomatik görüşlərdə səsləndirdiyi fikirlərin məntiqi davamı, dəyişməz mövqeyinin təsdiqidir. Döyüş əməliyyatları başlayandan sonra Prezident İlham Əliyev çoxsaylı nüfuzlu telekanala, media orqanına müsahibələr verib. Sözügedən müsahibələrində Azərbaycanın konstruktiv mövqeyini bir daha ifadə edərək, torpaqların işğal faktı ilə heç zaman barışmayacağımızı, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll oluna biləcəyini xüsusi qeyd edib. Status-kvonu dəyişmək istəməyən, destruktiv siyasət yürüdən Ermənistan və havadarları bilməlidirlər ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında israrlı, qətiyyətlidir: “Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır”. Prezidentin bu müsahibələri Ermənistanın təcavüzkarlıq siyasətinin, hərbi təxribatlarının ifşası, beynəlxalq hüququn prinsiplərinin və insan hüquqlarının kobud şəkildə pozuntusunun siyasi-hüquqi təhlili baxımından əhəmiyyətlidir.

  • Beynəlxalq hüquqla reallıqlar arasında ziddiyyətlər var

İlham Əliyev yerli və xarici, transmilli telekanallara müsahibələrində Ermənistan-Azərbaycan   Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi-siyasi aspektlərinə toxunaraq bəyan edir ki, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun missiyası tarixi ədalətin bərpasına, beynəlxalq hüququn təminatına əsaslanır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin işğal olunmasına dair BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bütün qətnamələrdə Təhlükəsizlik Şurası Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edir, ərazi ələ keçirmək üçün zor tətbiq edilməsinin yolverilməzliyini qeyd edir. Azərbaycanın işğal edilmiş bütün torpaqlarından bütün işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını, qaçqın-köçkünlərin daimi yaşayış yerlərinə qaytarılmasını qətiyyətlə tələb edir. Qarabağla bağlı bəzi beynəlxalq təşkilatlar ikili standartlara yol verirlər. Beynəlxalq hüquqla reallıqda baş verənlər arasında ziddiyyətlərə toxunan İlham Əliyev Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmamasını beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla fəaliyyətinin göstəricisi kimi qiymətləndirir.

Prezident İlham Əliyev, demək olar, bütün müsahibələrində, xüsusən də son müsahibələrində Qarabağ münaqişəsinin mahiyyəti, tarixi və müasir həqiqətlər barəsində çox önəmli məqamlara aydınlıq gətirib. Tarixi faktlara, arxiv sənədlərinə söykənərək ermənilərin bura sonradan köçürülməsinə dair əsaslı arqumentlər ortaya qoyur.

  • Ermənilər Çar Rusiyası tərəfindən regionun etnik və dini tərkibini dəyişməkdən ötrü Qarabağa köçürülüb

Bu günlərdə ölkə başçısı Almaniyanın ARD televiziya kanalına müsahibəsində ermənilərin Qarabağa köçürülməsi ilə bağlı bir sıra məqamlara toxundu: “Ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, - onu İbrahim Xəlil xan və rus generalı Sisianov imzalamışlar - sonra köçürülüb və ya gətirilib. Onlar Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişlərindən sonra köçürülməyə başlayıblar. İnternetdə görə bilərsiniz. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilər sonradan Çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionun etnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər. Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur. Lakin həmin sənədlərə baxın, internetdə var və siz görə bilərsiniz. Əgər siz erməni əhali ilə bağlı hər hansı qeyd tapsanız, deyərsiniz ki, mən səhv edirəm. Beləliklə, bu, belə olub. Lakin digər məsələ ondan ibarətdir ki, bəli, onlar 200 il ərzində orada yaşayıblar və “Qarabağ” sözü Azərbaycan sözüdür, erməni sözü deyil. Siz bilirsiniz onlar Dağlıq Qarabağın qondarma paytaxtını necə adlandırırlar? Stepanakert. Bilirsiniz kimin şərəfinə adlandırılıb? Stepan Şaumyanın. Erməni əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkar dəstənin rəhbəri idi. Əgər bu, qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyə paytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünki onlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşayan ermənilər Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi münasibətilə abidə ucaltdılar. Bu, tarixdir. Lakin bir daha deyirəm, onlar 200 il boyunca yaşayıblar və biz onların yaşamağını istəyirik. Mən dəfələrlə demişəm ki, biz azərbaycanlıların geri qayıtmağını və ermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağını istəyirik, nəyin bahasına olursa-olsun. Ermənistan buraya onsuz da hamıdan sonra gəlib və erməni dövləti onlara tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda süni şəkildə yaradılıb. Mən Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana necə verməsini dəfələrlə demişəm. Bu, tarixi faktdır. 1918-ci il mayın 29-da, Cümhuriyyətin yaranması elan ediləndən bir gün sonra İrəvan verilib. Özü də müzakirələr zamanı qanunverici orqanın İrəvandan olan deputatları bunun əleyhinə idilər, lakin onların fikrini heç kim nəzərə almadı. Bax, beləcə, İrəvanı götürüb veriblər”.

  • Son 200 ildə ermənilərin ucbatından Qafqazda bir neçə müharibə baş verib

Ölkə başçısı Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində qeyd etdi ki, ermənilər onların problemini digər ölkələrin həll etməsini istəyirlər: “Onların siyasətinin bütün mahiyyəti də məhz bundadır. Onlar onilliklər boyu həmişə cəhd ediblər, - təəssüf ki, bəzən başqa ölkələrin arxasında gizlənməyə nail olublar, - onların problemlərini onların əvəzinə başqa ölkələr həll etsinlər. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var. Bütün tarix boyu belə olub. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, onların ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Sonra isə kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Onların Qafqaza gəlib çıxmalarının tarixini biz çox gözəl bilirik. Qafqaz regionunda tarixən erməni etnosu olmayıb. Onlar buraya necə gəlib çıxıblar – məhz belə yolla, hiyləgərliklə, məkrliliklə, necə deyərlər, ilanı başqasının əli ilə tutmaq cəhdləri ilə. Onlar indi də eyni hərəkətləri edirlər”.

Göründüyü kimi, Prezident İlham Əliyev nüfuzlu beynəlxalq media qurumlarına müsahibələrində Qarabağ probleminin mahiyyəti, tarixi, ermənilərin ora köçürülməsinin kökündə dayanan məsələlərlə bağlı çoxsaylı məqamı dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Müasir dövrdə bunun çox böyük əhəmiyyəti var. Maraqlıdır, bəs ekspertlər bütün bunları necə dəyərləndirirlər? Prezident İlham Əliyev son müsahibələrində Qarabağ probleminin mahiyyətinə dair hansı tarixi və müasir həqiqətləri açır?

  • Dünya ölkələrinin çoxu bu həqiqətlərdən məlumatsızdır

Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, Prezidentin sözügedən məsələlərə toxunması Qarabağla bağlı həqiqətlərin dünyaya düzgün təqdim olunmasında, çatdırılmasında çox mühüm rol oynayır: “Ölkə başçısı Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişləri barədə danışmaqla dünya ictimaiyyətini ermənilərin Qarabağa köçürülməsi tarixi ilə tanış etdi. Dünya ölkələrinin çoxu bu həqiqətlərdən məlumatsızdır. Çünki ermənilər o qədər yalan təbliğat aparıblar ki, bir çox insan bu yalanların təsiri altına düşüb. Elə bilirlər ki, ermənilər uzun illərdir orada yaşayırlar. Hansı ki, bu, belə deyil. Bununla belə, İlham Əliyev müsahibəsində qeyd etdi ki, ölkə xaricində olduğu kimi, ölkə daxilində də bəzi vətəndaşların bu barədə lazımi məlumatları yoxdur. Azərbaycan tarixini təftiş etdiyim üçün bu fikirlə tamamilə razıyam. 1988-ci ilə qədər Azərbaycan tarixi ancaq humanitar fakültələrdə tədris olunurdu. Özü də qısa kurs şəklində”.

  • Ermənilərin yalan üzərində qurduqları stereotiplər dağılır

M.Zülfüqarlı onu da qeyd etdi ki, 1988-ci ildə Qarabağda erməni separatizmi başlayandan sonra bütün ali məktəblərdə Azərbaycan tarixinin tədrisinə başlandı: “Bütün bunlar vətəndaşlarda məlumatlandırma işlərinin aparılmasında mühüm rol oynadı. Çox təəssüf ki, son illər ali məktəblərdə Azərbaycan tarixi dərsinin tədrisinin saatları azaldılır. Əvvəl ali məktəblərdə bu, 90 saat idisə, sonra bunu 71 saata saldılar. Daha sonra bu, 60 saat oldu. Hesab edirəm bu məqama diqqət etməliyik. Prezident müsahibələrində çox dolğun və müfəssəl şəkildə dünyaya erməni separatizminin mahiyyətini, onların çirkin məqsədlərini izah etdi. Nəticədə uzun illər ermənilərin yalan üzərində qurduqları stereotiplər dağılır. Prezident çox sadə şəkildə xarici jurnalistə izah etdi ki, Kürəkçay və digər müqavilələr hansı illərdə imzalanıb, onların mahiyyəti nədən ibarətdir. Özü də ünvan da göstərdi. Dedi ki, internetə baxıb bu həqiqətlərlə tanış olmaq mümkündür. Kürəkçay və Gülüstan müqavilələrində ermənilərin adı çəkilmir. Türkmənçay müqaviləsinin 15-16-cı maddələri ilə ermənilərin İrandan Azərbaycana köçürülməsi məsələsi qoyulur. Bu işə də Qribayedov rəhbərlik edib. Bütün bunlar çox yaxın tarixdir. Ona görə də Prezident çox dəqiq və açıq şəkildə tarixi faktları ortaya qoydu. Bununla dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ məsələsinə yönəltdi”.

Professorun fikrincə, dünyanın aparıcı media orqanlarında bu həqiqətlərin yayılması çox böyük əhəmiyyət kəsb edir. 

Vidadi ORDAHALLI

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ