Düşmənin əlahiddə zirehli tank taborunun komandiri məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən baki-xeber.com-a məlumat verilib.
Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.
Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.