Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə cəbhədə vurduğu ardıcıl ağır zərbələr düşməni çətin vəziyyətdə qoyub. Düşmən artıq kişilərdən ibarət ordusunu Azərbaycan hərbçiləri qarşısına çıxarmaqda çətinlik çəkir.
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi də etiraf etmişdi ki, onlar cəbhədə savaşmaq üçün qadınlardan ibarət batalyon yaradıblar. Son günlər Ermənistan Qarabağ müharibəsində qadınlardan ibarət könüllülərin qəbulu prosesini davam etdirir.
Erməni mətbuatınını məlumatına görə, cəbhə bölgəsindəki döyüşlərdə erməni mülki qadınlar da iştirak edirlər. Döyüş meydanında minlərlə erməni hərbçisi öldüyünə görə insan çatışmazlığı yaranıb. Buna görə də mülki qadınlar da cəbhəyə yollanırlar.
Ermənilər tərəfindən yayılan videolardan aydın görünür ki, cəbhəyə göndərməyə kişi tapmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi qadınların sağlamlıq haqqında arayış”ına belə baxmağa imkan tapmır.
Belə ki, "kişilər” eynək taxan qadınları belə qabağa verərək, arxalarında gizlənirlər.
Qeyd edək ki, sentyabrın 27-dən bu günə kimi Ermənistan ordusunda muzdlular, yaşlılar, zəncilər və keşişlərin döyüşdüyünün şahidi olmuşduq. İndisə işğalçı ölkə orduda döyüşmək üçün kişi tapmaqda çətinlik çəkdiyi üçün, sağlıq problemi olan eynəkli qadınları orduya cəlb edir.
“…onları arayışda yazılanlar maraqlandırmır”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, ermənilər Azərbaycanın gücünü hiss edirlər: “Biz görürük ki, ahıl yaşda olan kişiləri, 15 yaşında uşaqları, qadınları orduya cəlb edirlər. Bu, artıq Ermənistanın potensialının getdikcə tükənməsini göstərir. Hazırda muzdluları çağırsalar da, onlar da döyüşmək istəmirlər. Çünki Azərbaycan Ordusu müasir tələblərə cavab verən ordudur. Harada olur-olsun, dəqiq zərbə endirir. Muzdlu pul üçün gəlsə də, belə zərbəni görüb, döyüşməkdən imtina edir. Ona görə də Ermənistan ordusu beynəlxalq konvensiyalara zidd olaraq döyüşlərdə uşaqlardan, sağlıq problemi olan qadınlardan istifadə edir. Məlumdur ki, döyüşdə iştirak etmək istəyən şəxs sağlamlıq haqqında arayış təqdim etməlidir. Ancaq hazırda Ermənistan ordusu elə vəziyyətdədir ki, onları arayışda yazılanlar maraqlandırmır. Bu artıq o deməkdir ki, Ermənistan ordusu bərbad vəziyyətdədir”.
Günel CƏLİLOVA