Cümə günü, 16 oktyabr 2026
     

Paşinyan Şuşa məscidinin dini-tarixi identikliyinin qəsdlə pozulduğu barədə suala cavab verə bilmədi...

Image


Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qəbiristanlıqlarımızı dağıtması, məscidlərimizi viran qoyması təkzibolunmaz faktlardır.

 

Bir neçə gün əvvəl “Əl-Cəzirə” kanalına Ermənistanın Baş naziri Nikol Paşinyan müsahibə verib, o, müsahibəsində utanmadan yenə də yalan danışıb.  

“Əl-Cəzirə”nin müxbirinin “...etnik təmizləmədən bəhs etdiniz. Azərbaycanlılar sizi Qarabağın tarixi adını dəyişərək onu “Artsax”a çevirməkdə, qəbiristanlıqları və məscidləri dağıtmaqda günahlandırır” sualına Paşinyan “qəbiristanlıqlar dağıdılmadı. Bu yaxınlarda Dağlıq Qarabağda Şuşa şəhərindəki bir məscid ən müasir texnologiyalardan istifadə edilərək təmir edildi. Və məscidlər “Dağlıq Qarabağ rəhbərliyinin” xüsusi diqqətindədir. Şuşaya getsəniz, əlbəttə ki, bərpa olunmuş möhtəşəm bir məscid görəcəksiniz...” cavabını verib. Paşinyanın fikirlərinin yalan üzərində qurulduğunu verilişin aparıcısı dərhal onun üzünə vurub və bildirib: “Artıq Şuşada olmuşam, bir məscid görmüşəm, şəkillər çəkmişəm. Azərbaycan sizi məscidi bərpa etməkdə və dini deyil, tarixən dəyişdirməkdə günahlandırır. Azərbaycana görə, onun öz tarixi kimliyi var idi”.

Paşinyan isə ona bildirib: “Məscidin şiə ruhanilərinin və mütəxəssislərinin nəzarəti altında yenidən tikildiyini bilirəm. Və başqa cür ola bilməzdi. O, tövsiyələrinə və layihələrinə görə müsəlman din xadimlərinin, ilahiyyatçıların və mütəxəssislərin nəzarəti altında bərpa edildi”.

“Əl-Cəzirə”nin müxbirinin “Azərbaycanlılar orada idimi” sualı qarşısında çaşan Paşinyan isə yenə də nala-mıxa vurub: “Yenə deyirəm, bütün bunlar mütəxəssislərin nəzarəti altında baş verdi.

Bu mütəxəssislər Ermənistandan və ya Qarabağdan deyildi, xaricdən idilər. Onların arasında azərbaycanlıların olub-olmadığını deyə bilmərəm. Ancaq, bildiyim qədər, bu sahədəki məlumatım, təəssüf ki, çox da böyük deyil - bu bir şiə məscididir və şiə ruhanilər və mütəxəssislər bu bərpanın həyata keçirilməsində bizə kömək etdilər”.

Paşinyan “Əl-Cəzirə”yə Şuşa məscidini təmir etdiklərini dedi, amma bildirmədi ki, burada hansı ölkənin şiə mütəxəssisləri iştirak ediblər. Paşinyan məscidin dini identikliyini vurğulasa da, onun tarixi identikliyini qeyd etmədi. Bu da onu göstərir ki, Ermənistan Şuşa məscidinin tarixi Azərbaycan məscidi olduğunu qeyd etmək istəmir. Paşinyan müsahibəsində mümkün qədər müxbirin tutarlı, faktlara əsaslanan sualları qarşısında öz acizliyini, savadsızlığını və saxtakarlığını ortaya qoydu.

“...onun tarixi-milli identikliyini qəsdən pozdular, “fars məscidi” kimi qələmə verdilər”

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiəsi İctimai Birliyinin sədri Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyanın bu dəfə yalanı keçmədi, çünki qarşısında kifayət qədər məlumatlı, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən jurnalist dayanmışdı. “Nikol Paşinyan, ümumiyyətlə, çox savadsız birisidir. O elə bildi ki, öz uydurma və yalanlarına “Əl-Cəzirə” kanalının müxbirini də inandıra biləcək, amma alınmadı. Paşinyan hazırlıqlı müxbirin suallarına necə cavab verə bilərdi ki, o və onun rəhbərlik etdiyi hakimiyyət məscidlərimizə qarşı amansız soyqırımlar ediblər, Şuşa məscidlərindən bizim tarixi izlərimizi siliblər. Bu, təkzibolunmaz cinayət faktıdır. O, cinayətkar olduğunu dilə gətirməsə də, artıq ərəb dünyasının tamaşaçıları da onun cinayətkar olduğunu bildilər. Ümumiyyətlə, ermənilər işğal altında olan torpaqlarımızda məscidlərimizin, demək olar ki, hamısını ya dağıdıblar, ya da yararsız hala salıblar. Paşinyan bunu demək istəmədi, amma müxbir ona dedi ki, siz məscidləri, qəbiristanlıqları dağıtmısınız. O bu sualın qarşısında çaş-baş qaldı və ağlına gələni danışdı. Ermənilər Şuşada iki məscidi təmir ediblər. Burada heç bir bərpadan söhbət getmir. Paşinyan şiə mütəxəssislərindən danışdı, amma heç bir ölkə adı çəkmədi. Deyim ki, o vaxt ermənilər İrana yaltaqlanmaq üçün Şuşadakı Yuxarı Gövhər ağa və Saatlı məscidlərini “fars məscidi” adı altında təmir etdilər. Buna görə də İrandan mütəxəssislər dəvət etdilər. Bu barədə bizim sizinlə bir neçə dəfə söhbətimiz olub. Bu məscidlər “fars məscidi” kimi təmir edilib və içindəki bütün yazılar, bizə aid olan elementlər, ornamentlər məhv edilib. Bu məscidlər təmir edilərkən biz ona qarşı etirazlar etmişik ki, bu məscidlərin “fars məscidi” kimi qələmə verilərək təmir edilməsi yolverilməzdir. Ermənilər əvvəlcə o məscidləri dağıtdılar, sonra da İrana xoş gəlmək üçün bu ölkənin mütəxəssislərinin iştirakı ilə onu təmir etdilər və onun tarixi-milli identikliyini qəsdən pozdular, “fars məscidi” kimi qələmə verdilər.

Ermənilər Şuşa məscidlərinin tarixi-milli identikliyi pozmaqla, onu itirməklə çox böyük cinayət ediblər. Bilirsiniz, bu gün bütün dünyanın bundan xəbəri var. Nə Yuxarı Gövhər ağa məscidi, nə də Saatlı məscidi fars məscidi deyil, bunlar Azərbaycan məscidləridir. Ermənilər bu məscidlərin dini identikliyini İrana yarınmaq üçün saxlayıblar, yoxsa, o məscidləri də o biri məscidlər kimi yerlə-yeksan edərdilər. Bu məscidləri təmir etməklə həm də onu göstərmək istədilər ki, guya bunlar məscidlərə, din ocaqlarına toxunmurlar. Əslində isə o məscidləri saxlamaqda və təmir etməkdə məqsədləri vardı. Bilirsiniz ki, onların İrandan həm iqtisadi, həm də digər asılılıqları var”.

F.İsmayılovun sözlərinə görə, ermənilər hər iki məscidin minarələrinə toxunmasalar da, onların içini tamamilə dəyişdiriblər. “Bu məscidlər Ermənistanın maraqlarına uyğun şəkildə təmir edilib. Bu məscidlərdə qətiyyən bərpa işləri aparılmayıb. Paşinyan yaxşı bilir ki, məscidlərimizin tarixi identikliyini məhv etmələri böyük cinayətdir. Odur ki, erməniləri günahsız çıxarmaq üçün şiə mütəxəssislərinin adını qeyd edir. Şiə dövləti də qonşu İrandır, Səudiyyə Ərəbistanı və başqa ölkələr şiə deyillər. Məscidlərimizdə ermənilərin apardığı təmir işləri saxtakarlıqdır və bütün bunlar bizim tarixi irsimizin məhv edilməsi məqsədilə edilib. Guya ki, burada azərbaycanlılar yaşamayıb, farslar yaşayıb və bu məscid də onlarındır (?). Paşinyanın göstərişi ilə bizim məscidlərə, dini abidələrimizə qarşı həyata keçirilən saxtalaşdırma işlərinə görə o da, bu işdə iştirakı olanlar da nə vaxtsa cavab verməli olacaqlar. Bizim izimizi Dağlıq Qarabağdan silmək cəhdləri artıq iflasa uğrayıb. Çünki müzəffər ordumuz artıq ədaləti bərpa edir” - deyə F.İsmayılov bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ