Cümə günü, 16 oktyabr 2026
     

Fransa parlamentinin deputat qrup rəhbəri erməni mafiyasının ölüm hədəfində - Prezident Əliyevin “Fiqaro”ya müsahibəsini obyektiv şərh etmişdi...

Image


Erməni terror təşkilatları, xüsusən də qaniçən ASALA bütün Avropaya, eləcə də dünyanın digər qitələrinə xərçəng kimi yayılıb. ASALA-nın əsas işi Ermənistanın işğalçılıq mövqeyini kəskin tənqid edən, Azərbaycanın ədalətli mübarizəsinə dəstək verən ictimai-siyasi xadimləri, fikir adamlarını, media qurumlarını və onların əməkdaşlarını təhdid altında saxlamaq, onlara hədə-qorxu gəlmək, ölümlə hədələməkdir.

Bu gün ASALA-nın ciddi təhdid altında saxladığı ölkələrdən biri Fransadır. Bilirik ki, bir müddət əvvəl ASALA üzvü olan terrorçular Dağlıq Qarabağdan obyektiv reportaj hazırlayan Fransanın TF1 telekanalının jurnalisti Liseron Buduluna qarşı hədələyici addımlar atıb, ona qarşı terror edəcəklərini bildiriblər. TF1 kanalının əməkdaşının ardınca isə ASALA Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamberi hədəfə alıb. Bu barədə  Oxu.az-a Jerom Lamberi özü məlumat verib və bildirib ki, onu ASALA ilə hədələyiblər. “Təxminən 10 gün bundan əvvəl Fransanın “Fiqaro” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi haqqında müsahibəsini dərc etmişdi. Mən də, öz növbəmdə, həmin məqaləni öz şərhlərimi bildirərək “Facebook" səhifəmdə paylaşmışdım və bildirmişdim ki, Fransanın mövqeyi beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini qəti şəkildə dəstəkləməkdən ibarətdir”.

O, ölkə başçısı İlham Əliyevin müsahibəsini özünə məxsus “Facebook” səhifəsində dərc etdiyi üçün təzyiqlərlə üzləşib. 63 yaşlı fransız millət vəkili Fransa hökumətinin mövqeyini əks etdirən fikirlər ortaya qoysa da, ölüm təhdidi ilə qarşılaşdığını bildirib: “Qeyd etmişdim ki, İlham Əliyevin müsahibəsi azərbaycanlıların nöqteyi-nəzərini və hazırkı vəziyyətlə bağlı ən ideal fikri öyrənməyə imkan verir. Əlimizdə erməni tərəfindən də gələn bir sıra informasiyalar mövcuddur. “Facebook” üzərindən yazdığım bu mesaj bir çoxunu, xüsusilə erməni əsilli fransızları qıcıqlandırıb və onlar mənə təhqir və təhdid dolu mesajlar göndərib, məni ASALA kimi terror təşkilatları ilə hədələyiblər.

Mən bütün bu təhdidlərə cavabımı verib, parlamentdəki missiyamı yerinə yetirməyə və ölkəmin məsələ ilə bağlı mövqeyini müdafiə etməyə davam etdim. Ölkəmin mövqeyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarından çıxarılmasını tələb edən qətnamələri dəstəkləməkdir. Ölkəmin mövqeyi dəyişməzdir və mən bunu dəstəkləyirəm. Bu təhdidlər bizim mövqeyimizi dəyişməyəcək. Eyni zamanda, bu təhdidlər göstərir ki, bəzi ekstremist ermənilər sülh, ədalət və BMT TŞ qətnamələrinin icra olunması tərəfdarı deyillər”.

Jerom Lamber onu da bildirib ki, Fransanın TF1 telekanalının jurnalisti Liseron Budulun da Azərbaycanla bağlı reportajına görə təzyiqlə üzləşdiyini xatırladıb: “Mən, həmçinin, TF1 kanalının jurnalistinin Azərbaycan ərazisindən hazırladığı reportajın milliyyətçi ermənilər tərəfindən necə kəskin şəkildə tənqid olunduğunu da gördüm. Həmin jurnalist də təhdidlər alıb və TF1 kanalına da Ermənistanı dəstəkləyən fanatik milliyyətçilər tərəfindən etiraz olunub. Sözügedən vəziyyət dözülməzdir. Fransa kimi mətbuat və söz azadlığının qorunduğu bir ölkədə belə təhdidləri qəti şəkildə qınamalıyıq”.

J.Lamberinin də açıq şəkildə hədələnməsi onu göstərir ki, ASALA və digər erməni terror təşkilatları Fransanı tam olaraq ələ alıb və burada istədikləri terror hərəkətlərini hər an icra edə bilərlər. Necə ki, indiyə qədər ediblər.

  • “Bu həm də onun göstəricisidir ki, Fransa kimi Avropanın mərkəzi dövlətində erməni terror təşkilatları açıq şəkildə fəaliyyət göstərə bilirlər”

“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, politoloq Rasim Quliyevin fikrincə, dünyanın hansı ölkələrində ki, erməni lobbisi güclüdür, orada erməni terror təşkilatları da hər zaman aktivdirlər: “Dünyanın elə ölkələri var ki, orada ermənilərin sayı çoxdur və onlar həmin cəmiyyətlərdə dərin köklər salıblar. O ölkələrdə erməni terror təşkilatları aktiv fəaliyyət göstərir və zaman-zaman həmin ölkələrin dövlət, hökumət rəhbərlərini, deputatlarını, media qurumlarını təsir və təzyiq altında saxlayırlar. Belə demək mümkünsə, ASALA və digər erməni terror təşkilatları həmişə bu ölkələrdə terror edə bilərlər. Fransalı deputatın da erməni terror təşkilatı ASALA ilə təhdid edilməsi Fransada erməni terror təşkilatlarının artıq oturuşması, şaxələnməsi ilə bağlıdır. Bu, terror təşkilatlarının həmin ölkədə gücünün göstəricisidir. Digər tərəfdən də bu həm də onun göstəricisidir ki, Fransa kimi Avropanın mərkəzi dövlətində erməni terror təşkilatları açıq şəkildə fəaliyyət göstərə bilirlər və bu ölkə erməni terror şəbəkəsinin əlində aciz qalıb. Deputat sıradan bir adam deyil, o, rəsmi şəxsdir. Rəsmi şəxs olan deputat özü açıq şəkildə etiraf edirsə ki, Azərbaycan Prezidentinin “Fiqaro”ya müsahibəsini obyektiv şəkildə şərh etdiyinə görə ona açıq-gizlin təhdidlər edilir, ASALA terror təşkilatı ilə hədələnir, ona təzyiqlər göstərilir, bu həmin ölkədə erməni terror şəbəkəsinin böyük təhlükəsindən xəbər verir. Görün, bu ölkədə erməni terror şəbəkəsi nə qədər sıx şəkildə oturuşub ki, terrorçular heç nədən çəkinmədən deputata hədə-qorxu gəlir, onu terrorla hədələyirlər. Bu, Avropanın qədim mədəniyyət mərkəzlərindən biri olan Fransada erməni terror şəbəkəsinin nə qədər gücləndiyinin və dövlət adamlarını, deputatları belə hədəfə almaqdan çəkinmədiyinin göstəricisidir. Bu həm də həmin ölkədə mövcud olan demokratiyanın inkişafına mənfi təsir edən terror təşkilatlarının mövcudluğunun təsdiqidir. Yəni bu, Fransanın dövlət qurumlarına erməni terror təşkilatlarının hər zaman təsir və müdaxilə edə bilmək imkanında olmasının əyani göstərisi kimi qeyd edilə bilər”.

R.Quliyevin sözlərinə görə, Fransa dövlətinin Azərbaycana və Türkiyəyə məlum münasibətinin kökündə erməni terror təşkilatlarının təsiri az deyil. Ekspert hesab edir ki, bu ölkə Azərbaycana və Türkiyəyə qarşı obyektiv mövqe tutmaq istəyərsə, həmin vaxt erməni terror təşkilatlarının terror hədə-qorxusu, təhdidi ilə üzləşə bilər. “Çox təəssüflər olsun ki, bir çox halda Fransa dövlətinin və fransız xalqının milli dövlətçilik maraqları, mənafeləri bir kənarda qalır, erməni terror şəbəkəsinin, erməni lobbisinin təsiri altında Fransanın dövlət qurumları fəaliyyət göstərməyə məcbur olurlar. Baş verənlər də bunun nümunələrindən biridir. Bu gün Fransanın rəsmi şəxsləri, deputatları ASALA-nın və digər erməni terror təşkilatlarının hədəfində olduqlarını gizlətmirlərsə, bunu açıq etiraf edirlərsə, biz də Fransanın ATƏT-in Minsk Qrupunda həmsədr kimi fəaliyyətini gələcəkdə nəzərə almalıyıq. Açıq görsənir ki, Fransanın dövlət qurumlarına, parlamentinə, ayrı-ayrı rəsmi şəxslərinə erməni terror şəbəkəsinin təsiri böyükdür. Terror təşkilatlarının onlara təsir imkanları o qədər böyükdür ki, terrorçular onları açıq şəkildə təhdid edirlər” - deyə R.Quliyev vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ