Erməni mediası yazır ki, Paşinyan Rusiya ilə münasibətləri bilərəkdən pisləşdirəcək və bu məqsədlə saxta və digər dövlət vəsaiti sahəyə atılacaq. Qeyd olunur ki, bu minvalla həll edə bilmədiyi problemlərin bütün günahını Rusiyanın üzərinə yıxmaqla özünə haqq qazandırmaq istəyir.
Sözügedən məsələ ilə bağlı bir sıra məqamlar erməni mediasında qeyd olunub: “İndi də hakimiyyətin nəzarətində olan siyasi və media mənzərələrinin müxtəlif platformalarında vulqar vətənpərvərlik partlayışlarını gözləyin, guya Rusiyanı ləkələyir, biz Ermənistanı inkişaf etdiririk və suverenliyini gücləndiririk. Əslində, klassik bir kəlamda deyildiyi kimi: “Vətənpərvərlik bir səfehin son sığınacağıdır.” Əslində, Paşinyan hər kəsi özünün vasitəçilik siyasətində ittiham etdi: sabiqləri, oliqarxları, qaraları, kassa çeklərini çap etməyənləri, maska taxmayanları, Hrayr Tovmasyanı, erməni xalqını. Son gülləni buraxmaq qalır – Rusiyanı günahlandırmaq. Tez bir zamanda ictimai rəyi anti-Rusiyaya çevirəcək və sonra izah edəcək ki, investisiyalar gəlmir, oliqarxlar bizə pul vermir, metro tikilmir, liftlər dəyişmir və ümumiyyətlə Rusiya üzündən hər gün yüzlərlə insan koronavirusa yoluxur”.
Belə görünür ki, Paşinyan ölkədəki problemləri həll edə bilmədiyi üçün günahı Rusiyanın üstünə yıxmaqla özünü xilas etmək istəyir. Ancaq onun bu metodunun real nəticə verəcəyi inandırıcı görünmür.
“Bunu mətbuat vasitəsi ilə əsasən vətənpərvərlik adı altında həyata keçirirlər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistada siyasi vəziyyətin mürəkkəb olması əsasən Paşinyanın apardığı uğursuz siyasətin nəticəsidir: “Demək olar ki, Paşinyan siyasi arenada hamıya qarşı mübarizə aparır. Bu da onun hakimiyyəti itirmək qorxusundan irəli gəlir. Bundan əlavə, ölkədə çətin iqtisadi durum və oliqarxlara qarşı represissiya siyasəti yeni mərhələyə qədəm qoyur. Paşinyan ölkədə Rusiyaya qarşı informasiya müharibəsi aparmaqla, br növ prosesləri digər məcraya yönəldir. Rusiyanı qaz qiymətlərini aşağı salmamaqda və digər sahələrə invesitisyalar ayırmamaqda ittiham edir. Bunu mətbuat vasitəsi ilə əsasən vəətnpərvərlik adı altında həyata keçirirlər. Bununla göstərmək istəyir ki, ölkədə problemlərin başında guya Rusiya dayanır. Hesab edirəm ki, Rusiya Ermənistanda baş verənləri diqqətlə izləyir və Paşinyana qarşı hücuma keçmək üçün məqam gözləyir. Həqiqətən də bu ölkədə anti-Rusiya isterikası davam edir və bu informasiyanın başında Paşinyan özü durur. Əbəttə ki, baş verənlər birbaşa Ermənistan- Rusiya əlaqələrinə zərbədir . Paşinyanın əsas planı Rusiyanın ölkəsində siyasətini neytrallaşdırmaq və Kremlin təsirini minimuma endirməkdir. Bu istiqamətdə fəaliyyətini davam etdircək . Məhz bu siyasət Azərbaycanın maraqlarına cavab verir”.
Belə görünür ki, Paşinyanın məqsədyönlü şəkildə ölkədəki problemlərə görə Rusiyanı günahlandırması onun siyasi karyerasının tez başa çatmasına gətirib çıxara bilər.
Vidadi ORDAHALLI