Erməni mediası yazır ki, iyirmi doqquz yaşlı erməni əsilli Anuş Taroyan, Fransada keçirilən bələdiyyə seçkilərinin nəticələrinə görə türk əsilli Agnes Evreni məğlub edərək Parisin vitse-meri oldu.
Məlumata görə Anuş Taroyan 1991-ci ildə anadan olub. Erməni Baş Xeyriyyə Birliyinin Fransa nümayəndəliyinin rəhbəridir. Bundan əvvəl erməni əsilli Janna Barseghyan Strasburqun meri seçilib.
Məlumat üçün qeyd edək ki, bu ilin iyunun 28-də Fransada bələdiyyə seçkilərinin ikinci turu keçirilib. Prezident Emmanuel Makronun “Respublika İrəli” (LREM) partiyası böyük məğlubiyyətə uğrayıb. Partiyanın böyük şəhərlərdəki namizədləri seçkilərdə uduzublar. Sol mərkəzçi partiya sayılan “Avropa-ekologiya-yaşıllar”ın nümayəndələri Lion, Marsel, Bordo, Strasburq, Tur və Bezanson kimi iri şəhərlərdə qələbə əldə ediblər. Bələdiyyə seçkiləri qadınların qələbəsi ilə də diqqəti cəlb edib. Marsel, Bezanson, Biarritz, Puatye, Perigö, Gere, Qimper, Strasburq kimi şəhərlər ilk dəfə olaraq qadınlar tərəfindən idarə ediləcək.
Millətçi Marin Le Penin başçılıq etdiyi “Milli birlik” partiyasının təmsilçisi isə Perpinyan şəhərində respublikaçı rəqibi Jan Mark Pyujolyu üzərində qələbə qazanaraq, onun üçüncü dəfə mer postunu tutmasına imkan verməyib. Bununla da, Le Penin nəzarətində olan şəhər bələdiyyələrinin sayı beşə çatıb. Xanım partiya sədri bu qələbəni gələcək daha böyük uğurlara yaxşı start adlandırıb.
Göründüyü kimi, Fransanın yerli hakimiyyət orqanlarında necə deyərlər, erməni işğalları genişlənir. Strasburqdan sonra Parisdə də ermənilər təşəbbüsü ələ alıb. Anuş Taroyanın Parisin vitse-meri seçilməsi bunu göstərir. Maraqlıdır ki, bütün bunlar Fransa millətçilərinin göz qarşısında baş verir. Bu, faktiki olaraq milli hakimiyyətin yavaş-yavaş əldən getməsi deməkdir. Belə olan halda fransız millətçiləri nə düşünür?
“Səsvermə hüququna malik insanların 59 faizinin seçkidə iştirak etməməsi amili də erməni əsilli namizədlərin xeyrinə işləyib”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov erməni əsilli namizədlərin seçkidə uğur qazanmasını bir sıra amillə əlaqələndirdi: “Məsələ ondadır ki, bu dəfəki seçkilərdə sol blok qələbə qazanıb. Yaşıllar başda olmaqla sol partiyaların yaratdıqları ittifaq zəfər qazanıb. Yaşıllar Lion, Strasburq, Marsilya və Bordo kimi böyük şəhərlərdə qalib gəliblər. Parisin şəhər bələdiyyəsinin idarəçiliyi bundan sonra da sosialistlərin nəzarətində qalacaq. Belə ki, hazırkı şəhər meri Ann İdalqo səslərin yarıdan çoxunu əldə edərək postunu qoruya bilib. Ann İdalqo Sosialist Partiyasının üzvüdür. Erməni əsilli siyasilər sözügedən partiyada fəal təmsil olunurlar. Fikrimcə, erməni əsilli namizədin uğur qazanmasının bir səbəbi bununla bağlıdır. Digər tərəfdən, Fransada keçirilmiş bələdiyyə seçkilərinin ikinci turunda seçici fəallığı çox aşağı olub. Çünki səsvermə hüququna malik insanların 59 faizi seçkidə iştirak etməyib. Məhz bu amil də erməni əsilli namizədlərin xeyrinə işləyib. Hər halda seçici fəallığı yüksək olsaydı, ermənilər bu qədər şanslı olmazdılar. Fransada milləçi yönümlü partiyalar seçkidə zəif iştirak etdilər. Bütün hallarda erməni əsilli şəxslərin Fransa yerli hakimiyyət orqanlarında önə çıxması bu ölkənin milli dövlətçiliyi üçün təhlükəlidir. Nəzərə almaq lazımdır ki, Fransada ermənilər çoxluq təşkil edir. Belə gedərsə, ən yüksək postlara erməni əsilli Fransa vətəndaşları yiyələnə bilər”.
Göründüyü kimi, erməni əsilli şəxslərin Fransa hakimiyyəti strukturlarında daha çox təmsil olunmaq təhlüksi artır. Bu isə Fransa milli dövlətçiliyinə yaxşı perspektiv vəd etmir.
Vidadi ORDAHALLI