“Avroparlamentin komissiya üzvlərinin Ermənistandan Qarabağa yol çəkilişi ilə bağlı qəbul etdiyi bəyanat insan haqlarının pozulması və regionda müharibəni tətikləmək cəhdidir”.
Baki-xeber.com-un xəbərinə görə, bunu erməni KİV-nə açıqlamasında Dağlıq Qarabağdakı qondarma rejimin “deputatı” Vaqram Balayan deyib.
Avroparlamentin üzvləri Marina Kalyurand, Trayan Basesku və Yelena Zovkonun Ermənistandan Qarabağa üçüncü yol çəkilişinə qarşı birgə bəyanatını Qarabağda hərbi fəaliyyətin yenilənməsi üçün “qadalandırıcı faktor” adlandıran Balayan deyib ki, yol çəkilişi ideyası onların “insan haqlarına hörmətindən irəli gəlib və heç nəyə məhəl qoymadan bölgədə insanların yaşayışı üçün bütün şərtlərin yerinə yetirilməsinə davam etməyə borcludurlar – həm iqtisadi inkişaf, həm də insanların sərbəst hərəkətinə şərait yaradılması baxımından”.
Maraqlıdır ki, sonda qondarma rejimin deputatı “davamlı sülhün təmin olunması üçün nə gərəkirsə” etməli olduqlarını da bildirib.