Macarıstanın Sizeged şəhərində magistr təhsili alan bir qrup azərbaycanlı magistr tələbənin adından Quliyev Ramil Aydın oğlu da Prezident İlham Əliyevə müraciət edib.
“Çox hörmətli cənab Prezident!
Azərbaycandan kənarda təhsil alan azərbaycanlı tələbələrdən biriyəm. ADA universitetinin bakalavr pilləsini bitirəndən sonra Macarıstanın Sizeged şəhərində magistr təhsili alıram.Vətənimizdəki prosesləri diqqətlə izləyirəm. Azərbaycanda koronavirusla mübarizə sahəsində Sizin rəhbərliyinizlə görülən işləri və əldə olunan nəticələri başqa ölkələrlə müqayisə etmək imkanımız var, müqayisələr aparırıq. Bakıda yaşayan valideynlər və dostlarla danışırıq. Belə bir virusun mövcudluğu şəraitində vətəndən uzaqda qürbətdə olmağın, üstəlik, tələbə həyatı yaşamağın çətinliklərini özünüz bilirsiniz. Ən böyük təsəllimiz odur ki, Sizin gördüyünüz işlər sayəsində vətənimiz Azərbaycanda xalqımız üçün dünyada nisbətən ən təhlükəsiz və sağlam həyat şəraiti təmin edə bilmisiniz. Bundan əlavə olaraq, başqa ölkələrdə qalmış Azərbaycan vətəndaşlarının ölkəmizə daşınması üçün də çox səmərəli işlər görürsünüz. Ümid edirik ki, Sizin xaricdən azərbaycanlıları ölkəmizə qaytarmaq üçün böyük bacarıqla yaratdığınız imkanlardan biz də bəhrələnə biləcəyik.
Sizə inanırıq. Azərbaycanda koronavirusla mübarizədə əldə etdiyiniz nəticələrlə qürur duyuruq. Bizimlə birgə təhsil alan başqa ölkə gənclərinə Sizin Azərbaycan adından 30-a yaxın ölkəyə humanitar yardım etməyinizdən fəxrlə danışırıq.
Sizin apardığınız siyasətin kölgəsində özümüzü güvənli hiss edirik” - deyə R.Quliyev müraciətində qeyd edib.
Baki-xeber.com