çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Pandemiya üçün ən təhlükəli ölkələr sırasından Ermənistan necə çıxarılıb?

Image


Dünyada koronavirusa yoluxma və ölümlə bağlı ən təhlükəli ölkələrin adları açıqlanıb. Belə ki, dünyanın COVID-19-un qeydə alındığı 213 ölkə və bölgəsində təhlükəli infeksiyadan ölənlərin sayı 439 085 nəfərə çatıb. Bu barədə “Report” ayrı-ayrı ölkələrin koronavirusla bağlı statistikasına istinadən xəbər verir.

Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 8 113 679 nəfərə çatıb. Hazırda 3 460 993 nəfər aktiv koronavirus xəstəsidir. Pandemiya ərzində təhlükəli virusdan, ümumilikdə, 4 213 601 nəfər sağalıb.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda təhlükəli infeksiyaya 2 182 950 yoluxma qeydə alınıb, koronavirusdan 118 283 nəfər ölüb.

COVID-19-a yoluxma üzrə siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Cənubi Amerika ölkəsində 891 556 insan virusa yoluxub. Bununla yanaşı, 44 118 insan koronavirusdan vəfat edib.

Qaonşu Rusiya da koronavirusa yoluxanların sayı üzrə ilk üçlükdə qərarlaşıb. Şimal qonşumuzda COVID-19-a 537 210 yoluxma təsdiqlənib, 7 091 insan pandemiyanın qurbanı olub.

Cənubi Asiya ölkəsi Hindistanda 343 026 insan cari ilin ən təhlükəli virusuna yoluxub, 9 915 nəfər virusdan dünyasını dəyişib.

Böyük Britaniya Qərbi Avropanın koronavirusdan ən çox əziyyət çəkən ölkəsidir. Birləşmiş Krallıqda 296 857 nəfər COVID-19-a yoluxub, 41 736 insan ölüb. Qərbi Avropanın digər ölkəsi İspaniyada yoluxma sayı 291 189, pandemiya qurbanlarının sayı isə 27 136 nəfər təşkil edir.

Siyahıda 7-ci yerdə virusa 237 290 yoluxma sayı ilə İtaliya qərarlaşıb. Qərbi Avropanın bu ölkəsində 34 371 nəfər virusdan ölüb.

Peru dünyada koronavirusa yoluxma hallarının sayına görə 8-ci yerdədir. Amerika ölkəsində 232 992 nəfər COVID-19 daşıyıcısı kimi qeydiyyata alınıb.

Cənub qonşumuz İran dünyada koronavirusa ən çox yoluxma hallarının sayına görə 9-cu yerdədir. Bu ölkədə infeksiyaya 189 876 nəfər yoluxub, 8 950 insan ölüb.

Almaniya dünyada koronavirus xəstələrinin sayına görə 10-cu yerdədir. Qərbi Avropa ölkəsində COVID-19-a 188 044 nəfər yoluxub, 8 885 insan pandemiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Çox qəribədir ki, bu gün pandemiyanın geniş yayıldığı, ölüm və yoluxanların sayının günü-gündən artdığı Ermənistan bu siyahıdan kənarda qalıb. Halbuki, Ermənistan bu siyahıda ön yerlərdən birini tutmalı idi. Bilirik ki, bu ölkədə vəziyyət o qədər kritikdir ki, Rusiya mətbuatı oranı “koronavirus cəhənnəmi” adlandırıb. Rusiya mətbuatında Ermənistanda koronavirusun yaratdığı ciddi fəsadlarla və bu bəlanın bütün dünyanı təhdid etdiyi ilə bağlı nəşr edilən geniş reportaj-araşdırma fikrimizcə, daha çox diqqəti cəlb etməli idi. Siyahıda adları çəkilən dövlətlərin hər birinin ərazisi, əhalisi Ermənistanın ərazisindən də, əhalisinin sayından da qat-qat çoxdur. Həmin ölkələrin hər birinin milyonlarla vətəndaşı var, Ermənistanın vətəndaşlarının sayı isə heç 3 milyon nəfəri ötmür. Bu halda, Ermənistanın koronavirusa yoluxma və ölümlə bağlı ən təhlükəli ölkələrin adlarının yer aldığı siyahıda olmaması təəccüb və təəssüf doğurur.

Bu gün Allah ümidinə qalan və qonşularına, eləcə də bütün dünyaya bəla saçan Ermənistanla bağlı beynəlxalq qurumların rəy bildirməsi gözləniləndir. Hazırda bütün Qafqazın “koronavirus cəhənnəmi” sayılan Ermənistan bu siyahıdan necə çıxarılıb, yaxud niyə salınmayıb?

  • Rauf Zeyni: “Ermənistanın təhlükəli dövlət kimi o siyahıya düşməməsi üçün erməni lobbisi də gecə-gündüz çalışır”

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, koronavirusla “hayvirus”un heç bir fərqi yoxdur, “hayvirus” bizim başımızın bəlasına çevrilib. “200 ildir “hayvirus”a qarşı mübarizə aparırıq, indi də koronavirusa qarşı mübarizəmizi davam etdiririk. Əlbəttə, dünyada elə ölkələr var ki, onlar koronavirusun yayılma miqyasına və ölüm hallarına görə təhlükəli ölkələr siyahısındadırlar. Təəssüflər olsun ki, həm ÜST tərəfindən, həm də sosial şəbəkələrdə yayılan bir çox material insanlar arasında bir çaşqınlıq yaratdı. Bəzi tanınmış alimlər, professorlar, mütəxəssislər bildirirdilər ki, koronavirus yoxdur, bu, beynəlxalq güclərin bir oyunudur. Bu, çox təhlükəli informasiya idi. Təəssüf ki, bizim də bəzi vətəndaşlarımız məhz sosial şəbəkələrdəki yayılanlara inanır, bu problemlər də ondan qaynaqlanır. Biz bu virusun yayılmasından insanların özünü qoruması üçün məcburi maarifləndirmə işlərini daha yüksək səviyyədə davam etdirməliyik. O ki, qaldı mənfur qonşularımızın bu siyahıda yer almamasına, bilirik ki, onlar dünya informasiya şəbəkəsində mövcud olan lobbiçilik fəaliyyətləri ilə müəyyən bir müddətdə istər işğal, istər müharibə, istər terror, istər soyqırım, istərsə də koronavirusla bağlı öz məlumatlarını gizlədə bilirlər. Onlar bu kimi məsələlərdə “usta”dırlar. Bu gün həm də dünyanın başı özünə qarışıb və Ermənistan onları maraqlandırmır. Ermənilər də fürsətdən istifadə edərək, informasiyaları gizlədə bilirlər. Dediyiniz kimi, Rusiya mediası Ermənistanı “koronavirus cəhənnəmi” adlandırıb və eyni zamanda, Paşinyan da elan edib ki, cəhənnəmin ortasındadırlar. Amma buna baxmayaraq, nə üçün dünyanın tanınmış informasiya agentlikləri Ermənistandakı real vəziyyəti əks etdirmirlər? Bunun da səbəbi ikili standartla bağlıdır. Həm xristian ölkəsi olaraq, həm də xaricdəki erməni lobbisi tərəfindən qorunan bir ölkə kimi informasiya dəhlizlərindən maneəsiz keçə bilir və bununla da informasiyalarını gizlədirlər, saxtakarlığa əl atıb saxta imic yarada bilirlər. Ermənistanın təhlükəli dövlət kimi o siyahıya düşməməsi üçün erməni lobbisi də gecə-gündüz çalışır. Bu baxımdan, düşünürəm ki, Ermənistanla əlaqədar hələ gerçəkliklər dünya informasiya şəbəkələrinə sızmayıb. Ancaq orada bir koronavirus - “hayvirus” partlayışı olsa, bu, region ölkələri üçün də böyük təhlükədir”.

R.Zeyni qeyd etdi ki, Azərbaycanın informasiya agentlikləri Ermənistanda mövcud olan təhlükə ilə bağlı mütəmadi olaraq dünya ictimaiyyətinə informasiyalar çatdırmalıdırlar.

  • Azər Həsrət: “Belə rəqəmlər varkən, Ermənistanın qeyd olunan siyahıdan kənarda qalması artıq kimlərinsə bura süni müdaxiləsindən xəbər verir”

Siyasi şərhçi Azər Həsrət də bizimlə söhbətində qeyd etdi ki, Ermənistanda hazırkı durum həqiqətən də fəlakət həddindədir: “Statistikada yer almasa da, Ermənistan virusun geniş yayıldığı ən təhlükəli ölkələrin sırasındadır. Bu ölkənin əhalisinin sayı 3 milyona yaxındır. Artıq bu günə olan məlumata görə, 17 min 489 nəfərdə koronavirusa yoluxma qeydə alınıb, həmin adamlardan 293 nəfəri dünyasını dəyişib. Təbii ki, bu rəqəm bu qədər az əhalisi olan ölkə üçün dəhşətlidir. İndi isə biz rəsmi faktlara əsaslanaraq Ermənistanda nə qədər insanın virusa yoluxduğuna və öldüyünə baxaq. Hər 1 milyon nəfərə 5 min 902 nəfər yoluxma, hər 1 milyon nəfərə isə 99 ölüm halı düşür. Ermənistanda hazırda koronavirusa yoluxma və bu virusdan ölmə halları fəlakət həddindədir. Bu siyahını tərtib edənlərin niyə Ermənistanı bu siyahıya salmadığının səbəbini bilmirik. Amma başqa ölkələrlə müqayisə edib göstəririk ki, Ermənistan həqiqətən də bu siyahıda adı olmamasına baxmayaraq, fəlakət həddindədir, dəhşətli bir vəziyyətdədir. Məsələn, Rusiyada Ermənistandan iki dəfəyə yaxın az yoluxma və iki dəfədən az ölüm qeydə alınıb. Bugünkü məlumata görə, Rusiyada hər bir milyon nəfərə yoluxma halı 3738 nəfər düşür. Ermənistanda isə 6 minə yaxındır. Yaxud Rusiyada son məlumata görə, hər bir milyon nəfərə 50 nəfər ölüm halı düşür. Ermənistanda isə bu rəqəm 99 nəfərdir. Görürsünüzmü, fərq nə qədərdir? Yaxud haqqında çox danışılan İtaliyanı götürək. Həmin ölkədə ümumi əhalinin nisbətinə böləndə hər bir milyon əhaliyə 3924 yoluxma düşür. Qonşu İranda isə hər bir milyon insan 2262 yoluxma var. Almaniyada hər bir milyon nəfərə 2245 yoluxma düşür. Müvafiq olaraq Almaniyada hər bir milyon nəfərə 106, İranda isə 107 ölüm hadisəsi qeydə alınıb. Qardaş Türkiyədə isə vəziyyət Ermənistanla müqayisədə çox yaxşıdır. Hər bir milyon nəfərə 2133 yoluxma, 57 ölüm hadisəsi qeydə alınıb. Göründüyü kimi, yoluxma halı Ermənistandan 3, ölüm halları isə 2 dəfə azdır. Yəni belə rəqəmlər varkən, Ermənistanın qeyd olunan siyahıdan kənarda qalması artıq kimlərinsə bura süni müdaxiləsindən xəbər verir. Bu siyahıya Ermənistanın əlavə edilməsi yaxşı hal olardı. Yeri gəlmişkən, Azərbaycanda da vəziyyət oxucular üçün maraqlı olar deyə, rəqəmlər söyləmək istəyirəm. Azərbaycanda hər bir milyon nəfərə 1019 yoluxma və 12 ölüm hadisəsi düşür. Yəni bu, Ermənistanla heç bir dərəcədə müqayisə ediləcək rəqəmlər deyil”.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı kifayət qədər tədbir görüldüyünü nəzərə çatdıran A.Həsrət bildirdi ki, Azərbaycanın o siyahıya düşməsi mümkün deyil. A.Həsrət qeyd etdi ki, Azərbaycanda 400 minə yaxın test həyata keçirilib, bu, az rəqəm deyil. “Bu o deməkdir ki, hər milyon nəfərimizə 38-40 minə qədər test düşür. Ermənistanda isə cəmi 85 min 500 test keçirilib, onun da hər milyonuna 28 min  875 test düşür. Yəni Ermənistanda 85 min testdən sonra 17 min 489 yoluxma aşkarlanıb. Azərbaycan qədər 400 min test keçirmiş olsaydı, Ermənistanda yoluxma hallarının sayı yəqin ki, 80-100 minə qədər gəlib çıxacaqdı. Bu baxımdan, siyahı tərtib edilərkən Ermənistana yanaşmada subyektivliyə yol verilib. Amma, bütövlükdə, biz Ermənistan da daxil olmaqla, bütün bəşəriyyətin bu bəladan qurtulmasını arzu edirik” - deyə A.Həsrət qeyd etdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ