Polşa Respublikasının Krakov şəhərindən Aygül Fərman qızı Məmmədova Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.
“Mən, Aygül Fərman qızı Məmmədova Polşanın Krakov şəhərində yaşayan və təhsil alan tələbə kimi ölkədaxili və xaricdə gördüyünüz işləri sosial şəbəkədə, hər gün səhər informasiya portallarında izləməyimi xüsusi qeyd etmək istəyirəm.
COVID-19 virusunun dünyada yüzlərlə ölkəni iflic vəziyyətinə salmasına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti tərəfindən verilən güclü, operativ qərarlara əsaslanaraq deyə bilərəm ki, vətəndaşlarımız bu cür qərarlar qəbul edən dövlət başçısı ilə fərəhlənə bilərlər.
Siz ölkədən, ailədən kənarda olan tələbələrin qayğısını da nəzərdən qaçırmamısınız. Biz göstərdiyiniz qayğı nəticəsində yardım aldıq. Hətta həm tələbələr, həm də işləyənlər üçün Polşadan Azərbaycana iki dəfə çarter reysi təşkil edildi.
Əminəm ki, qısa zamanda iqtisadiyyatımızın bir çox Avropa ölkəsini arxada qoymasına, innovativ ideyalar qaynağı olan insan kapitalımızın artmasına yönəlmiş güclü qərarlar və strategiya hələ irəlidədir” - deyə qeyd edən tələbə bir daha ölkə başçısına və Birinci vitse-prezidentə öz təşəkkürünü bildirir.
Baki-xeber.com