“Bu məktubu Sizə yazmağı özümə borc bilirəm. Pandemiya dövründə xalqımızı qorumaq üçün gördüyünüz qabaqlayıcı tədbirlərə, göstərilən maddi və mənəvi köməyə, xəstə insanlara edilən yardımlara görə Sizə minnətdaram.
Karantin rejimini pozan insanlara qarşı polis əməkdaşları tərəfindən görülən tədbirlər bir neçə gündür mətbuatın əsas mövzularından birinə çevrilib və sosial şəbəkələrdə də geniş müzakirə olunur. Bəzi insanlar qanunlara, tələblərə əməl etmək əvəzinə, xəstəliyə inanıb-inanmamağı müzakirə edirlər. Belə görünür ki, o şəxslər sevdiklərini itirmədən xəstəliyin ciddiliyini başa düşməyəcəklər. Şəxsən mən bir vətəndaş olaraq qoyulan tələblərə əməl etməyən vətəndaşlara qarşı görülən adekvat tədbirləri dəstəkləyirəm. Ümumi mənzərə onu deməyə əsas verir ki, böyük əksəriyyət dövlətin həyata keçirdiyi tədbirləri dəstəkləyir və onlara əməl edir”.
Bunları Şəki şəhərindən Lətifov Sərxan Məzahir oğlu Prezident İlham Əliyevə yazdığı məktubda bildirib.
Baki-xeber.com