Cümə günü, 03 aprel 2026
     

Dünya Azərbaycan gənclərinin səsini bu dəfə İstanbuldan eşitdi...

Image


Azərbaycanın diaspor quruculuğunda gənclərin rolu müasir dövrdə getdikcə artan əhəmiyyətə malikdir və bu proses ölkənin beynəlxalq imicinin formalaşmasında əsas amillərdən biri kimi çıxış edir. Qloballaşma şəraitində diaspor yalnız milli kimliyin qorunması vasitəsi deyil, eyni zamanda siyasi, mədəni və informasiya müstəvisində dövlət maraqlarının müdafiəsi üçün mühüm platformadır. Bu platformanın ən dinamik və fəal hissəsini isə gənclər təşkil edir. Onların enerjisi, çevik düşüncə tərzi və müasir kommunikasiya vasitələrindən istifadə bacarığı diaspor fəaliyyətinə yeni məzmun və forma qazandırır.

Gənc nəsil diaspor fəaliyyətini ənənəvi tədbirlər çərçivəsindən kənara çıxarır

Gənclər xarici ölkələrdə təhsil alaraq və ya yaşayaraq yaşadıqları cəmiyyətlərin sosial-siyasi mühitinə daha tez inteqrasiya olunur. Bu inteqrasiya onlara həm yerli dəyərləri anlamaq, həm də Azərbaycan həqiqətlərini daha düzgün və təsirli şəkildə təqdim etmək imkanı yaradır. Qeyd edilənlər fonunda artıq bəllidir ki, 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılara, xüsusilə gənclərə tarixi Vətənlə əlaqələrini daim qoruyub saxlamaq, mütəmadi olaraq Azərbaycana səfər etmək, Ana dilini unutmamaq, Azərbaycan tarixini və mədəniyyətini dərindən öyrənmək barədə verdiyi tövsiyələr gənclərinmizin xaricdə fəaliyyətində mühüm yer tutur. Bu, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində əsas istiqamət kimi müəyyən edilib.

Gənclərə yönəlik layihələr çərçivəsində ölkəmizin müxtəlif şəhərlərində, xüsusilə işğaldan azad olunan ərazilərdə təşkil edilən Diaspor Gənclərinin Yay Düşərgələri hər il dünyanın 60-dan çox ölkəsindən yüzlərlə gənci bir araya gətirir. Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birlikdə təşkil etdiyi düşərgələr xaricdəki azərbaycanlı gənclərin və ölkəmizi sevən xalqların nümayəndələrinin Azərbaycan haqqında bilik və təcrübələrini artırır, onların intellektual və innovativ potensialının reallaşmasını, şəbəkələşmə imkanlarının genişlənməsini stimullaşdırır. Komitənin “Diaspor Gəncləri 1+1”, “E-akademiya”, “Azərbaycan Könüllüləri” “Diaspor Gənclərinin Qış Düşərgələri” və digər layihələri xaricdə yaşayan azərbaycanlı gənclərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onların ölkəmizə bağlılıq hissini gücləndirir, milli-mənəvi dəyərlərə sədaqətini möhkəmləndirir. Fevralın əvvəlində isə İstanbulda “Azərbaycan diaspor gəncləri: Birlik və İnkişaf” mövzusunda forum keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan-Türkiyə Dərnəkləri Federasiyasının əməkdaşlığı ilə təşkil olunan tədbirdə dünyanın 28 ölkəsindən gənclər iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev Gənclər Gününün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına, onun gəncliyinə verdiyi dəyərin nümunəsi olduğunu bildirib: “Bir vaxtlar Ulu Öndər tərəfindən oxumasına təkan verilən gənclər bu gün ölkəmizin gələcəyi üçün xidmət edirlər. Azərbaycan gəncliyinin birlik və bərabərliyi Vətən müharibəsi dövründə dünyanın demək olar ki, bütün ölkələrində özünü ən gözəl şəkildə büruzə verdi”. İstanbulun Bağçılar rayonu üzrə kaymakamı Abdullah Uçqun da türk gənclərinin milli-mənəvi dəyərlərindən uzaqlaşmamasının, əksinə yaşadığı ölkələrdə Vətənini layiqincə təmsil etməsi vacibliyini vurğulayıb. “Bir millət, iki dövlət” kəlamının da burada böyük əhəmiyyəti olduğunu qeyd edən Uçqun Türk Dövlətləri Təşkilatının yaradılması ilə bu qavramın bütün türk xalqları arasındakı birliyin rəmzinə çevrildiyini bildirib. Daha bir mühüm nüans odur ki, müasir informasiya dövründə diaspor fəaliyyətinin əsas istiqamətlərindən biri media və rəqəmsal platformalar üzərindən aparılan işdir. Sosial şəbəkələr, onlayn media və müxtəlif rəqəmsal layihələr vasitəsilə Azərbaycanla bağlı məlumatların yayılması gənclərin fəallığı sayəsində daha geniş auditoriyaya çatır. Gənclər dezinformasiyaya qarşı çevik reaksiya vermək, saxta məlumatları faktlarla təkzib etmək və ölkənin mövqeyini müasir dillə izah etmək baxımından xüsusi üstünlüklərə malikdirlər. Bu, diaspor fəaliyyətini ənənəvi tədbirlər çərçivəsindən çıxararaq daha təsirli və davamlı edir.

Gənclərə investisiya diasporun güclənməsinə və Azərbaycanın dünyadakı səsinin daha gur eşidilməsinə səbəb olur

Diaspor quruculuğunda gənclərin rolu mədəniyyətin və milli dəyərlərin qorunması ilə də sıx bağlıdır. Xaricdə keçirilən mədəni tədbirlər, festival və təqdimatlar vasitəsilə Azərbaycan musiqisi, ədəbiyyatı, tarixi və adət-ənənələri tanıdılır. Bu tədbirlərin təşkili və icrasında gənclərin fəallığı milli kimliyin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Eyni zamanda, bu fəaliyyətlər gənclərin öz milli mənsubiyyətlərinə bağlılığını gücləndirir və diaspor daxilində həmrəyliyi artırır.

Təşkilatlanma məsələsində də gənclər diaspor quruculuğuna yeni yanaşmalar gətirir. Onlar qeyri-hökumət təşkilatlarında, tələbə birliklərində və gənclər assosiasiyalarında birləşərək daha çevik və məqsədyönlü fəaliyyət göstərə bilirlər. Bu cür strukturlar həm yerli icmalarla əməkdaşlıq, həm də Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Gənclərin təşəbbüskarlığı diaspor təşkilatlarının fəaliyyətini formal çərçivədən çıxarıb real nəticələrə yönəldir. Amma bütün bunlarla yanaşı, diaspor quruculuğunda gənclərin fəallığının artırılması üçün institusional dəstək də vacibdir. Dövlət qurumları, ictimai təşkilatlar və təhsil müəssisələri tərəfindən həyata keçirilən proqramlar gənclərin potensialının üzə çıxarılmasına şərait yaradır. Təlimlər, forumlar, beynəlxalq layihələr və mübadilə proqramları gənclərin diaspor fəaliyyətinə daha peşəkar yanaşmasına kömək edir. Bu cür dəstək gənclərin fərdi təşəbbüslərini sistemli və davamlı fəaliyyətə çevirir. Xaricdə yaşayan hər bir gənc soydaşımızın diaspor sahəsindəki aktiv fəaliyyəti həmişə dövlətin diqqət mərkəzindədir və yüksək qiymətləndirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi genişmiqyaslı layihələrdə fəal iştirak edən bir çox gəncimiz “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub. Bu təltiflər onların təşəbbüskarlığını yüksək qiymətləndirməklə yanaşı, gənclərə göstərilən diqqət və qayğının ardıcıl dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu açıq şəkildə nümayiş etdirir.

Xüsusilə qeyd edilməlidir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hər il 2 Fevral – Gənclər Günü münasibətilə dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər gənclərin maraqlarının mərkəzləşməsinə və ahəngdar inkişafına, beynəlxalq əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Nəticə etibarilə, Azərbaycanın diaspor quruculuğunda gənclər strateji əhəmiyyətə malik bir qüvvədir. Onların bilikləri, bacarıqları və müasir dünyagörüşü diaspor fəaliyyətinin effektivliyini artırır və ölkənin beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə xidmət edir. Digər tərəfdən, gənclərin diaspor quruculuğunda fəal iştirakı yalnız bugünkü maraqların deyil, eyni zamanda gələcək nəsillərin milli kimliyinin və dövlətçilik şüurunun qorunmasının təminatıdır. Bu baxımdan, gənclərə investisiya diasporun güclənməsinə və Azərbaycanın dünyadakı səsinin daha gur eşidilməsinə aparan ən doğru yollardan biridir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Putin etiraf etdi - “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...

Hörmüzdən sonra Bab əl-Məndəb boğazı da bağlana bilər – qlobal neft böhranı daha da dərinləşəcək...

NATO və AB-nin acığına Tramp Rusiya ilə "Dostluq sazişi" imzalayacaq...(?)

SON XƏBƏRLƏR

03.04.2026 / 21:17
TDT aparıcı dünya təşkilatlarının sırasına nə zaman daxil ediləcək?...

03.04.2026 / 20:53
TDT İran müharibəsində təsirli rol oynamağa çalışır - İlham Əliyev daha bir prosesi açıqladı...

03.04.2026 / 20:20
Qardaş dövlətlərin Qarabağa bərpa dəstəyi - qeyri-türk dövlətlərə tənə edildi...

03.04.2026 / 20:12
Şirazda Çin istehsalı PUA vuruldu - İran BƏƏ və Səudiyyədən şübhələnir...

03.04.2026 / 20:09
ABŞ rəsmiləri: İranda vurulan F-15 qırıcısının ekipaj üzvlərindən biri xilas edilib

03.04.2026 / 19:49
İranın vurduğu ABŞ qırıcısı ilə bağlı yeni iddia – pilotun başına pul qoyuldu, ABŞ-ın xilasetmə əməliyyatı uğursuz oldu...

03.04.2026 / 19:26
Avropadan enerji böhranı ilə bağlı qorxunc etiraf - yanacaq satışı məhdudlaşdırıla bilər...

03.04.2026 / 18:57
BƏƏ-nin ən böyük qaz emalı zavodu vuruldu...

03.04.2026 / 18:32
Tramp: “Çox qısa vaxtda Hörmüz boğazını asanlıqla aça, nefti götürə və sərvət qazana bilərik”

03.04.2026 / 18:27
Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib

03.04.2026 / 18:17
İranda ABŞ helikopterlərinə qarşı hücuma silahlı qəbilələr də qoşuldu

03.04.2026 / 18:06
Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu

03.04.2026 / 17:58
Tramp Starmeri zəif olmaqda ittiham edib

03.04.2026 / 17:41
"Qlobal gərginliklərə baxmayaraq, Azərbaycanda siyasi sabitlik qorunub saxlanılıb" - DTX rəisi

03.04.2026 / 17:34
İran prezidenti: “Bu, kütləvi müharibə cinayətidir”

03.04.2026 / 17:19
Tramp İranda vurulacaq yeni hədəfləri açıqladı - razılaşma olmasa...

03.04.2026 / 16:50
İsrail Kamal Xərrazini ABŞ-İran danışıqlarını pozmaq üçün vurdu (?)...

03.04.2026 / 16:27
Nizami Kino Mərkəzinin binasına müdaxilə Bakının arxitekturasına qarşı böyük cinayətdir...

03.04.2026 / 16:18
Trampa ağılasığmaz yeni "İran planı" təqdim olunub...

03.04.2026 / 16:09
Prezident =minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif etdi

03.04.2026 / 16:01
İran ABŞ-ın məşhur F-35 qırıcısını vurdu - 12 saatda iki təyyarə...

03.04.2026 / 15:50
Azərbaycanda terror fəaliyyəti ilə bağlı cəzalar sərtləşdirilir

03.04.2026 / 15:49
ABŞ Konqresinə aralıq seçkidə poçtla səsvermə ləğv olundu - seçki nəzarətə götürülür...

03.04.2026 / 15:35
Pentaqonda "ört-basdır" qalmaqalı – ABŞ-ın İran müharibəsindəki itkiləri gizlədilir...

03.04.2026 / 15:11
Taksi avtomobillərinə sığorta haqları üzrə xüsusi əmsallar tətbiq ediləcək

03.04.2026 / 15:02
ABŞ İran rəhbərliyində bəzi şəxsləri məqsədli olaraq məhv etmir - niyə?

03.04.2026 / 14:47
Trampın komandasında daha bir iri fiqur istefa etdi - seçki yaxınlaşdıqca...

03.04.2026 / 14:30
İran vətəndaşları ilə əlbir olaraq ölkəyə narkotik gətirənlər yaxalandı

03.04.2026 / 14:12
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlər saxlandı...

03.04.2026 / 13:45
"Vətən müharibəsindən sonra 421 nəfər minaya düşüb" - Hikmət Hacıyev

03.04.2026 / 13:30
Putin MDB ölkələrində seçkilərə açıq müdaxiləyə başlayır - ilk addım...

03.04.2026 / 13:13
Azərbaycanın sayəsində Avrasiya üçün yeni transsərhəd nəqliyyat arxitekturası yaradılır...

03.04.2026 / 12:59
Erməni cəmiyyəti Serj Sarkisyanı və partiyasını tarixə “gömür”...

03.04.2026 / 12:20
Tramp İranda hakimiyyəti dəyişdirmək niyyətindən əl çəkdi...

03.04.2026 / 12:08
Çin və Pakistan Trampın 15 maddəlik İran sülhünə 5 maddəlik sənəd çıxardı...

03.04.2026 / 11:56
Putin Paşinyanı Ukraynanın taleyi ilə hədələyir...

03.04.2026 / 11:51
Problemli kreditlərin təhlükələri artmaqda davam edir...

03.04.2026 / 11:47
Erməni müxalifətində dərinləşən parçalanma Paşinyan iqtidarının qalibiyyət şanslarını artırır

03.04.2026 / 11:39
"Türkiyə və Azərbaycanın qətiyyətli liderlərinin olması böyük üstünlükdür" - Cevdet Yılmaz

03.04.2026 / 11:19
Ermənistanın konteynerləri Bəndər Abbasda itib…

03.04.2026 / 10:55
Azərbaycan və Türkiyə hərbçiləri “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər - FOTO

03.04.2026 / 10:34
Tiflisdəki Azərbaycan teatrının binasının vəziyyəti Gürcüstan Ombudsmanın hesabatında

03.04.2026 / 10:15
Azərbaycan neftinin qiyməti 141 dolları keçdi...

03.04.2026 / 10:05
İsveçrə Gürcüstan rəsmiləri üçün vizasız rejimi dayandırıb

03.04.2026 / 09:47
Göyçayda “VAZ”la avtoxuliqanlıq edən şəxs həbs olundu

03.04.2026 / 08:01
Dövlət Duması Moldovanın MDB-dən çıxmasını intihar adlandırdı

03.04.2026 / 07:44
Avstraliya Xüsusi Təyinatlılarını Yaxın Şərqə yerləşdirir - Telegraph

03.04.2026 / 07:32
ABŞ İrana hücumlarda bir illik JASSM raket tədarükünü xərcləyib…

03.04.2026 / 07:14
ABŞ-ın Aya göndərdiyi kosmik gəmidə tualet problemi yaranıb

03.04.2026 / 06:49
Tramp ABŞ Baş prokurorunu işdən çıxardı - Epşteyn işi…

02.04.2026 / 23:26
Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər: Şamaxı soyqırımı (Mart-aprel 1918-ci il)

02.04.2026 / 22:10
Mənim yadkən doğma anam

02.04.2026 / 20:57
Paşinyan Putinin sirrini açdı - “siz bunu mənə həm də şəxsən demişdiniz”...

02.04.2026 / 20:45
Pezeşkian Prezident İlham Əliyevə zəng etdi

02.04.2026 / 19:44
Tramp ABŞ-ın ən “qədim” müttəfiqi ilə də münasibətləri pozdu

02.04.2026 / 19:15
Putin etiraf etdi - “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...

02.04.2026 / 18:52
Rusiya sahibkarları Paşinyan hakimiyyətinə qarşı üsyana qaldırır...

02.04.2026 / 18:41
Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir

02.04.2026 / 18:28
İnklüziv inkişafda özəl sektorun rolu - Elnar Musayev yazır

02.04.2026 / 18:14
İrəvana hibrid təhdid oyunu - Zaxarova nəyi nəzərdə tutdu...

02.04.2026 / 17:35
Hörmüzdən sonra Bab əl-Məndəb boğazı da bağlana bilər – qlobal neft böhranı daha da dərinləşəcək...

02.04.2026 / 17:21
Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edildi

02.04.2026 / 17:08
Sürücülər üçün yeni sığorta formulu tətbiq edildi...

02.04.2026 / 16:56
“Bizdə media azaddır, seçki var, rus pasportluları seçkiyə buraxmarıq” - Paşinyan Putini həssas yerlərdən vurdu...

02.04.2026 / 16:40
Biləsuvarın Çaylı kəndində doğuldu, Qarabağımızda Zəfər tarixini yazanlardan oldu – Amid Əliyev

02.04.2026 / 16:33
Azərbaycanda TikTok istifadəçiləri üçün yeni qayda tətbiq olundu

02.04.2026 / 16:17
Paşinyan Moskvaya mesaj - "Rusiya şirkəti ilə sazişi pozmaq üçün rıçaqımız var, ancaq..."

02.04.2026 / 16:01
Namiq Dəlidağlının Qırğızıstanda kitabı nəşr edilib

02.04.2026 / 15:25
Vensin İrəvanda imzaladığı nüvə sazişinə Kreml dərhal “kontr” qoydu...

02.04.2026 / 15:08
Bu universitetdə dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb olunur - Dövlət Agentliyindən açıqlama...

02.04.2026 / 14:55
Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol...

02.04.2026 / 14:55
Nizami Kino Mərkəzi müdaxilə - polis araşdırmaya başladı- FOTO

02.04.2026 / 14:35
Paşinyan Putinə üz-üzə mesaj verdi - "biz bu hərəkatı davam etdirməyəcəyik"...

02.04.2026 / 14:23
NATO və AB-nin acığına Tramp Rusiya ilə "Dostluq sazişi" imzalayacaq...(?)

02.04.2026 / 14:20
"Orta Dəhliz hər birimizin marağına cavab verir" - Prezident

02.04.2026 / 14:07
Prezident İlham Əliyev: "Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir"

02.04.2026 / 14:03
Sabiq prezident Sarkisyanın partiyası 7 iyun seçkisindən imtina etdi - Kreml taktika dəyişir?...

02.04.2026 / 14:01
"Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq" - Prezident

02.04.2026 / 13:57
Prezident: "Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir"

02.04.2026 / 13:55
"Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək" - Prezident

02.04.2026 / 13:52
TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edildi

Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir

XƏBƏR ARXİVİ