şənbə günü, 20 iyun 2026
     

Səh­nə gö­zə­li Tu­tu Hə­mi­do­va ni­yə unu­dul­du?

Image


Səh­nə­dən ay­rı­lan­dan son­ra özü­nü hə­yat­da qə­rib hiss edir­di. Elə bi­lir­di ki, səh­nə­siz ya­şa­ya bil­məz, an­caq ya­şa­dı, özü də uzun il­lər. Onun haq­qın­da dü­şü­nən­də xə­ya­lı­ma so­nu gö­rün­mə­yən də­niz və o də­ni­zin tən or­ta­sın­da üzən tək sər­ni­şin­li qa­yıq gə­lir. Bu qa­yıq tu­fan­lar­dan can qur­ta­rıb sa­hi­lə yan al­ma­ğa tə­lə­sir, sa­hil­də isə onu nə göz­lə­di­yin­dən xə­bər­siz­dir. Ay­rı­lıq­lar, ağ­rı-əzab, göz ya­şı və hic­ran do­lu gün­lər ya­zı­la­caq­dı ta­le­yi­nə. Heç bu­na ha­zır da de­yil­di. Bun­lar son­ra baş ve­rə­cək­di...

Hə­lə gənc­li­yi­nin çi­çək ça­ğı­nı ya­şa­yır­dı, hə­lə ta­ma­şa­çı sev­gi­si­nin ağu­şun­da idi, hə­lə səh­nə­nin ecaz­kar­lı­ğı­nın işı­ğın­da itib-ba­tır­dı. Hər şey göz­lə­rin­də tə­miz və gö­zəl idi. Səh­nə­nin də­rin­li­yin­də ta­ma­şa­çı mehr-mə­həb­bə­ti­nin için­də xoş­bəxt idi. Zə­rif bar­maq­la­rın­dan sü­zü­lən rəqs ele­ment­lə­ri səh­nə gö­zə­li­ni da­ha da möh­tə­şəm edir­di. Səh­nə­də can­lan­dır­dı­ğı hər bir rəq­si təq­dim edər­kən ta­ma­şa­çı al­qı­şı­nı qa­zan­ma­ğı dü­şün­mür­dü, tək is­tə­yi mə­həb­bət­lə dop-do­lu ürə­yi­nin xalq rəqs­lə­ri­nin rit­mi ilə hə­ma­həng ol­ma­sı idi. Azər­bay­can səh­nə­sin­də gö­zəl, zə­rif, mə­la­hət­li qa­dın­lar çox olub, bü­tün bun­la­rın fo­nun­da da is­te­dad­lı olub­lar. Həm is­te­dad­la­rı­na, tə­bii oyun, ifa tər­zi­nə, həm də qey­ri-adi gö­zəl­li­yə ma­lik ol­duq­la­rı üçün ta­ma­şa­çı mə­həb­bə­ti qa­za­nıb­lar. Azər­bay­can Res­pub­li­ka­sı­nın əmək­dar ar­tis­ti, döv­rü­nün ta­nın­mış rəq­qa­sə­si Tu­tu Hə­mi­do­va səh­nə gö­zəl­lə­ri sı­ra­sın­da xü­su­si yer tu­tub. İn­di­ki nə­sil Tu­tu Hə­mi­do­va­nı ta­nı­mır, hət­ta pe­şə­kar rəqs­lə məş­ğul olan gənc­lə­rin ək­sə­riy­yə­ti­nə də onun adı yad­dır, ta­nış de­yil. Ya­ra­dı­cı­lı­ğı­nın bəh­rə ver­di­yi çağ­da hə­yat yol­da­şı­nın tə­ki­di ilə səh­nə­dən uzaq­la­şan Tu­tu Hə­mi­do­va uzun il­lər səh­nə­dən kə­nar­da ya­şa­ma­ğa məh­kum olu­nub. Bu dur­na­boy­lu, in­cə­bel­li, gö­zəl­lər gö­zə­li xa­nı­mın səh­nə­dən ay­rıl­ma­sı onun­la səh­nə­də tə­rəf­mü­qa­bil olan həm­kar­la­rı­na da pis tə­sir edib. La­kin ta­le­yin gər­di­şi­nə bo­yun əy­mək­dən baş­qa ça­rə­si qal­ma­yıb Tu­tu xa­nı­mın.


"Tu­tu Hə­mi­do­va­dan da yaz..."

Uzun il­lər Azər­bay­can Döv­lət Mah­nı və Rəqs An­samb­lı­nın so­lis­ti olan Tu­tu Hə­mi­dio­va haq­qın­da bir ne­çə də­fə yaz­ma­ğa cəhd et­mi­şəm. Hət­ta öz sağ­lı­ğın­da də­fə­lər­lə ona zəng vu­rub gö­rüş­mək is­tə­di­yi­mi bil­dir­mi­şəm, an­caq o hə­mi­şə mü­sa­hi­bə­dən ya­yı­nıb. Tu­tu Hə­mi­do­va­nın adı­nı ilk də­fə xalq ar­tis­ti, gör­kəm­li rəqs us­ta­sı Ro­za Cə­li­lo­va­dan eşit­miş­dim. Ro­za xa­nım ke­çən nə­sil rəq­qa­sə­lər ara­sın­da Tu­tu xa­nı­mın adı­nı xü­su­si sev­gi və say­ğı ilə çə­kir­di. Ro­za xa­nım­dan eşit­mi­şəm ki, o, mil­li rəqs­lə­ri­mi­zi gö­zəl­lik­lə, in­cə­lik­lə ifa edib. "İn­na­bı" rəq­si­ni isə tək­rar­sız oy­na­yır­mış. Bu rəq­si ifa edən­də Tu­tu quş ki­mi qa­nad­la­nır­mış, zə­rif­li­yi, gö­zəl­li­yi ilə süs­lə­di­yi "İn­na­bı"nı on­dan son­ra heç kəs elə şövq­lə oy­na­ma­yıb. Bir ne­çə il əv­vəl məş­hur rəq­qas, Azər­bay­can Döv­lət Mah­nı və Rəqs An­samb­lı­nın keç­miş so­lis­ti, xalq ar­tis­ti Bö­yü­ka­ğa Məm­mə­dov­dan mü­sa­hi­bə gö­tür­mək üçün onun Ya­sa­mal­da­kı ("İn­şa­at­çı­lar" met­ro stan­si­ya­sı­nın ya­nın­da) mən­zi­li­nə get­miş­dim. Bö­yü­ka­ğa mü­əl­lim mə­ni çox yax­şı qar­şı­la­dı və çox sə­mi­mi bir söh­bət et­dik. O mə­nə de­di ki, Tu­tu Hə­mi­do­va­dan da yaz. Son­ra əla­və et­di ki, ya­xın­lı­ğı­mız­da olur. Bö­yü­ka­ğa mü­əl­li­mə de­dim ki, ona çox zəng vur­mu­şam, am­ma ra­zı­laş­mır. Bö­yü­ka­ğa mü­əl­lim mə­nə söz ver­di ki, mü­sa­hi­bə üçün Tu­tu Hə­mo­do­va­nın ra­zı­lı­ğı­nı ala­caq.


Ar­xam­ca çır­pı­lan qa­pı-tən­ha qa­dı­nın içi­nə axan qüs­sə...

Bir ne­çə gün son­ra ye­nə Tu­tu xa­nım­gi­lə zəng et­dim, de­di ki, gəl, göz­lə­yi­rəm sə­ni ev­də. Se­vin­cək get­dim, qa­pı­nı yaş­lı bir qa­dın aç­dı, ca­van­lıq ya­şı­nı çox­dan ar­xa­da qoy­sa da, in­cə, zə­rif­li­yi­ni itir­mə­miş­di Tu­tu xa­nım. Mə­ni içə­ri də­vət et­di və qo­naq ota­ğı­na keç­dik. Mən otur­dum, Tu­tu xa­nım isə bir­dən-bi­rə tə­laş­lan­dı ki, vay, si­zi ça­ğır­mı­şam, am­ma mən ba­cım­la hə­ki­mə get­mə­li­yəm, siz çı­xıb ge­din, son­ra gə­lər­si­niz. Tu­tu xa­nım­da nə baş ver­di­yi­ni an­la­ya bil­mə­dim heç cü­rə. Ev sa­hi­bə­si­nin mü­şa­yiə­ti ilə evi tərk et­dim. Son­ra öy­rən­dim ki, Tu­tu xa­nım hə­ki­mə get­mir­miş, heç ba­cı­sı da yox imiş, sa­də­cə mə­ni kə­nar şəxs say­dı­ğı üçün ün­siy­yət­də ol­maq is­tə­mə­yib. Gö­züm gö­rə-gö­rə Tu­tu Hə­mi­do­va ün­siy­yət­dən im­ti­na et­miş­di. Bu mə­ni uzun müd­dət dü­şün­dür­dü, in­di də dü­şün­dü­rür. Əl­bət­tə, o il­lər­də Tu­tu Hə­mi­do­va ilə bağ­lı müx­tə­lif şa­yiə­lər ayaq aç­mış­dı, on­lar ara­bir mə­nim qu­la­ğı­ma da ça­tır­dı... Gu­ya ki, Tu­tu xa­nım psi­xi prob­lem­lər ya­şa­yır, ada­mı ta­nı­mır, fik­ri­ni do­la­şıq ifa­də edir və sa­ir... Bun­lar ola bil­sin ya­lan­dır, özü­nə qa­pı­lan bir in­sa­nın sir­ri­nə va­qif ola bil­mə­yən­lə­rin uy­dur­ma­sı­dır. La­kin gö­rü­nən odur ki, Tu­tu Hə­mi­do­va özü­nə qa­pı­lıb keç­miş­lə bir­də­fə­lik üzü­lüş­mək is­tə­yir­di. Bu xa­nı­mın tər­ki­dün­ya­lı­ğa qa­pıl­ma­sı­nın elə bi­rin­ci sə­bə­bi bi­ga­nə­lik olub. Üzü dö­nük in­san­lar əh­də və­fa qıl­ma­yıb bu xa­nı­ma la­qeyd ya­na­şıb­lar. Bu xa­nı­mın mil­li rəqs sə­nə­ti­nin in­ki­şa­fın­da gər­gin fəa­liy­yə­ti­nə, əmə­yi­nə bax­ma­ya­raq, uzun müd­dət diq­qət və qay­ğı­dan məh­rum edil­mə­si, vax­tın­da öz qiy­mə­ti­ni ala bil­mə­mə­si hə­qi­qə­tən də ada­mı sar­sı­dır. İçin­də ağ­la­yıb, için­də eti­raz edən adam­la­rın sə­si heç kə­sə çat­mır, sə­si için­də bo­ğu­lur, özü­nü də qə­hər və qüs­sə için­də bo­ğub öl­dü­rür.


"Ha­mı­dan gö­zəl idi Tu­tu"

Tu­tu xa­nım ar­tıq rəh­mə­tə ge­dib, onun adı ki­mi, xa­ti­rə­si də çox az adam tə­rə­fin­dən ya­da sa­lı­nır. Bir vaxt­lar səh­nə­nin ma­vi si­nə­sin­də üzən, gö­zəl­lik­də səh­nə işıq­la­rı ilə ya­rı­şa gi­rən Tu­tu Hə­mi­do­va­nın səs­siz ölü­mü da­xi­lən na­ra­hat et­di mə­ni. Səh­nə­yə gə­li­şi bö­yük ajio­taj ya­ra­dan, onun ifa­sı­na, ifa­sı­nın da föv­qün­də gö­zəl­li­yi­nə, zə­rif­li­yi­nə ta­ma­şa kə­sil­mə­yə gə­lən­lər də il­lər son­ra san­ki unut­du onu... Səh­nə­dən ay­rı­lan­dan son­ra göz­lər onu çox ax­tar­dı, an­caq in­di Tu­tu­nun hə­ya­tı baş­qa idi. O, ta­ma­şa­çı­la­rı unut­ma­sa da, ta­ma­şa­çı­lar har­da­sa ya­dır­ğa­dı onu.

Ölü­mün­dən bir ne­çə il ke­çib Tu­tu xa­nı­mın. Ya­xın rə­fi­qə­si, mil­li rəqs sə­nə­ti­mi­zin ko­ri­fe­yi Ro­za Cə­li­lo­va­nın xa­tir­lə­rin­də ya­şa­yan Tu­tu Hə­mi­do­va­nın xa­ti­rə­si­nə işıq tu­ta­ca­ğıq. Nə yax­şı Ro­za xa­nım var, bü­tün keç­miş sə­nət­kar­lar haq­da ürək do­lu­su ilə da­nı­şır. Tu­tu­dan da həm­çi­nin. On­lar səh­nə­də də, hə­yat­da da ya­xın olub­lar. Ro­za xa­nım­gi­lə get­dim, onun sa­də və işıq­lı mən­zi­lin­də otu­rub Tu­tu Hə­mi­do­va­dan da­nış­dıq: "Mən səh­nə­yə gə­lən­də on üç qız var­dı, ha­mı­sın­dan gö­zəl Tu­tu idi. Onun rəqs­lə­ri də mə­na­lı idi, qey­ri-adi idi. Mə­sə­lən, biz xor­la, so­list­lə çı­xış edir­dik, o isə həm oxu­yur, həm də oy­na­yır­dı. Tu­tu­nun tə­rəf­mü­qa­bi­li Azər­bay­can pe­şə­kar rəqs sə­nə­ti­nin ata­sı Əli­ba­ba Ab­dul­la­yev olar­dı. Tu­tu­dan son­ra onun ifa et­di­yi janr itib-ba­tıb, onu tək­rar edən yox­dur. Onun ifa et­di­yi rəqs­lə­rin ço­xu mah­nı ilə idi, o həm oxu­yur­du, həm oy­na­yır­dı, bu isə çox çə­tin idi, am­ma Tu­tu onun öh­də­sin­dən gə­lir­di. "Dil­bə­rim", "Bir də­nə­sən", "Yay­lı­ğım", "Qa­ra­bağ ma­ra­lı"-bax, bu rəqs­lər, de­mək olar ki, Tu­tu Hə­mi­do­va ilə get­di".

Səh­nə nə qə­dər ca­zi­bə­li, sehr­li ol­sa da, hət­ta mü­qəd­dəs aləm sa­yıl­sa da, bu­ra­da sə­nət­lə ya­na­şı, pa­xıl­lıq da, hə­səd də, qıs­qanc­lıq da, de­di-qo­du da, bir-bi­ri­nin uğur­la­rı­na qə­nim kə­sil­mək də olur. Çox na­dir hal­lar­da səh­nə adam­la­rı ara­sın­da dost­lu­ğa rast gə­li­nir.


Gən­cə­li qı­zın ecaz­kar "İn­na­bı"sı...

Ro­za ilə Tu­tu hə­qi­qi dost olub­lar. Dost­luq mü­na­si­bət­lə­ri­nin sə­mi­mi­li­yi və əbə­di­li­yi on­la­rın qo­şa çək­dir­di­yi şə­kil­lə­rin­də də özü­nü gös­tə­rir. Bu şə­kil­lər­də Ro­za və Tu­tu­nun ən xoş­bəxt gün­lə­ri əks olu­nub. Ya­xın-uzaq öl­kə­lə­rə qas­trol­lar, sə­fər­lər, gül-çi­çək-ya­ğı­şı, ta­ma­şa­çı al­qı­şı bu cüt səh­nə ba­cı­sı­nı tə­qib edir­di. Uğur­la­rın ağu­şun­da məst idi­lər. Ro­za xa­nı­mın de­dik­lə­rin­dən: "Tu­tu rəqs sə­nə­ti­ni ürək­dən se­vir­di. O çox gö­zəl, gö­zəl ol­du­ğu qə­dər də mü­la­yim, hə­lim, meh­ri­ban, çox bi­lib az da­nı­şan bir xa­nım idi. Gör­düm ki, Tu­tu xa­nım­la xa­siy­yə­ti­miz ey­ni­dir, ya­xın­laş­dıq, dost­luq et­dik. Bi­lir­sən, bi­zim sö­zü­müz bir-bi­ri­mi­zin bo­ğa­zın­dan ke­çir­di. Biz ey­ni za­man­da bir-bi­ri­mi­zin rəqs­lə­ri­nə də hey­ran­lıq­la ba­xır­dıq. Tu­tu xa­nım gən­cə­li idi. Anam da­nı­şır­dı ki, 1930-31-ci il­də atam Gən­cə­yə bi­rin­ci ka­tib tə­yin olu­nub və ora­da ya­şa­yar­kən Tu­tu­nun ana­sı­gil­lə qon­şu olub­lar. Tu­tu Ley­la Bə­dir­bəy­li­dən son­ra rəqs sə­nə­tin­də gö­zəl qa­dın idi. O, səh­nə­yə çı­xır­dı, oxu­yub oy­na­ma­mış­dan əv­vəl ta­ma­şa­çı­lar onu al­qış­la­yır­dı. Onun uca qa­mə­ti, boy-bu­xu­nu, ya­ra­şı­ğı, tə­bii gö­zəl­li­yi ta­ma­şa­çı­nı va­leh edir­di. Am­ma in­di gö­rür­sən ki, rəq­qa­sə­lər səh­nə­yə çox­lu daş-qaş­la çı­xır. Tu­tu­nun isə üs­tün­də iki tə­bii daş olan baş­lı­ğı var­dı. "İn­na­bı" rəq­si­ni Tu­tu qey­ri-adi də­rə­cə­də gö­zəl oy­na­yır­dı. Bi­lir­siz ne­cə? O bu rəq­si ifa edər­kən səh­nə­yə üzün­də ör­pək çı­xır­dı, ta­ma­şa­çı da göz­lə­yir­di ki, üzün­dən ör­pə­yi nə za­man aça­caq. Əli­ba­ba Ab­dul­la­yev rəq­si elə qur­muş­du ki, o, rəq­si bi­ti­rib üzü­nü açır və dər­hal da səh­nə­ni tərk edir­di".


Su sa­tan qı­zın səh­nə hə­ya­tı...

Tu­tu Hə­mi­do­va­nın rəqs sə­nə­ti­nə, səh­nə­yə tə­sa­düf nə­ti­cə­sin­də gəl­di­yi­ni de­yən Ro­za xa­nı­mın söz­lə­ri­nə gö­rə, o, Əli­ba­ba Ab­dul­la­ye­vin kəş­fi olub: "Özü da­nı­şır­dı ki, Sa­bir ba­ğı­nın ya­nın­da "bud­ka"da su sa­tır­mış. Əli­ba­ba mü­əl­lim də hər də­fə ora­dan ke­çən­də gö­rür­müş ki, bir gö­zəl qız su sa­tır. O, Tu­tu xa­nı­mı səh­nə­yə də­vət edib və onu Fi­lar­mo­ni­ya­ya gə­ti­rib. Bi­zim evi­miz o vaxt Fi­lar­mo­ni­ya ilə üz­bə­üz idi, on­da mək­təb­də oxu­yur­dum. Qız­lar gə­lib ke­çən­də gö­rür­düm ki, on­la­rın ara­sın­da uca boy­lu, bu­ruq saç­lı bir qız da var-bu Tu­tu Hə­mi­do­va idi. Saç­la­rı o qə­dər gö­zəl idi ki, ət­raf­da­kı­lar onun saç­la­rı­na da pə­rəs­tiş edir­di. 1945-ci il­də Azər­bay­can Döv­lət Mah­nı və Rəqs An­samb­lı İra­na qas­tro­la get­miş­di, Tu­tu da o sə­fər­də iş­ti­rak edir­di, ora­dan qa­yı­dan­dan son­ra o qız­la­ra da­ha da ma­raq­la ba­xır­dıq. O, səh­nə­yə gəl­di­yi gün­dən get­di­yi gü­nə qə­dər yal­nız Mah­nı və Rəqs An­samb­lın­da iş­lə­yib. Tu­tu ilə olan şə­kil­lə­ri­mə tez-tez ba­xı­ram, de­yi­rəm ila­hi... Nə isə... Am­ma ölən­də bö­yük əziy­yət­lə öl­dü (qə­hər­lə­nir). Skle­roz ol­du, yad­da­şın­da prob­lem ya­ran­dı. Hə­yat yol­da­şı­nı çox is­tə­yir­di, o və­fat edən­dən son­ra Tu­tu xa­nım ruh­dan düş­dü. Mən yol­da­şı­nın üçü­nə ge­dən­də gör­düm ki, bir tə­rəf­də sa­kit­cə otu­rub, mə­ni gö­rən­də aya­ğa dur­du, o bi­ri ota­ğa keç­dik, bir az dərd­ləş­dik. Tu­tu 1922-ci il­dən idi, təx­mi­nən 90 il ya­şa­dı, iki-üç il­dir və­fat edib. Gö­zəl idi... Səh­nə də gö­zəl­li­yi se­vir. Tu­tu Hə­mi­do­va Ra­miz Məm­mə­dov­la "Naz elə­mə" rəq­si­ni ifa edir­di­lər, çox gö­zəl oy­na­yır­dı­lar. Hər iki­si səh­nə­yə ya­ra­şır­dı, səh­nə də on­la­ra. Tu­tu xa­nım iki də­fə ai­lə hə­ya­tı qu­rub, bi­rin­ci hə­yat yol­da­şı rəh­mə­tə get­dik­dən son­ra ikin­ci də­fə ai­lə hə­ya­tı qur­du. O vaxt qas­trol­la­ra çox ge­dir­dik, o, qas­tro­la ge­dən­də yol­da­şı da ya­nın­la ge­dir­di, axır­da yo­rul­du. İki oğ­lu var­dı. Yol­da­şı tə­kid et­di ki, da­ha iş­dən çıx gəl otur ev­də, nə iş­lə­mi­sən bə­sin­dir. 1959-cu ilin 23 fev­ra­lın­da bi­zə ey­ni gün­də əmək­dar ar­tist fəx­ri adı ver­di­lər. 1962-ci il­də isə məc­bu­riy­yət qar­şı­sın­da səh­nə­ni tərk et­di. 1963-cü il­də biz Tu­ni­sə ge­dən­də ar­tıq o bi­zim­lə get­mə­miş­di. Son­ra mə­nə eti­raf edir­di ki, səh­nə­dən ay­rıl­dı­ğı­na peş­man olub. 15 il olar­dı ki, Tu­tu səh­nə­dən get­miş­di, hə­mi­şə mən­dən "Ro­za xa­nım, sə­nin rə­fi­qən Tu­tu xa­nım har­da­dır" de­yə so­ru­şur­du­lar. Sal­man Müm­taz adı­na Ədə­biy­yat və İn­cə­sə­nət Ar­xi­vi­nin rəh­bə­ri Maa­rif Tey­mur sağ ol­sun, ar­xiv­də onun­la bağ­lı ma­te­ri­al­lar­dan iba­rət fond ya­ra­dıb. Ada­mı na­ra­hat edən bi­lir­siz nə­dir? Be­lə sə­nət­kar­la­rın unu­dul­ma­sı­dır. Gə­rək on­lar haq­qın­da en­sik­lo­pe­di­ya­lar­da mə­lu­mat­lar ve­ril­sin ki, çə­tin dövr­də- Azər­bay­can qız­la­rı­nı ai­lə­lə­ri səh­nə­yə bu­rax­ma­dı­ğı il­lər­də səh­nə­yə Tu­tu ki­mi sə­nət­kar­lar gə­lib. Bu­nu gənc nə­sil bil­mə­li­dir. Tu­tu hə­lə mən­dən ne­çə il əv­vəl səh­nə­yə gə­lib. Tu­tu­nun öm­rü­nün son il­lə­rin­də tez-tez ona də­yir­dim, ara­da hət­ta ge­cə­lər də ya­nın­da qa­lır­dım. Xa­siy­yə­tim­dir, hə­mi­şə qız­la­rı ax­tar­mı­şam. Axı­rın­cı də­fə ya­nı­na ölü­mün­dən xey­li əv­vəl get­miş­dim. Oğ­lu de­yir­di ki, bu­ra gə­lən­də zəng edin mən də ev­də olum. Axı­rın­cı də­fə ge­dən­də oğ­lu yax­şı stol aç­mış­dı. Tu­tu hey mə­nə "ye,ye" de­yir­di. "Tu­tu, ye­yi­rəm" de­dim. Tu­tu çox xa­rab ol­muş­du, o ağıl­la­rı baş­dan alan gö­zəl­li­yin­dən əsər-əla­mət qal­ma­mış­dı. Onun bu ha­lı ürə­yi­mi par­ça­la­yır­dı. De­dim, da­ha onu gör­mə­yə gəl­mə­yə­cə­yəm, çün­ki onun ha­lı­na tab gə­ti­rə bi­lən ürə­yim yox­dur. Elə te­le­fon­la da­nı­şır­dım. Tu­tu əvəz­siz dost idi. İna­nın ki, elə adam­lar səh­nə­yə tək-tək gə­lir. Pa­xıl­lıq bil­məz­di, saf idi. Al­lah ona rəh­mət elə­sin. Xal­qı­mız onu unut­ma­sın" .



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

20.06.2026 / 09:58
Tramp Xameneyinin yaralanmasına görə təəssüfləndiyini dedi...

20.06.2026 / 09:20
DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi

20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı

20.06.2026 / 07:47
“Başladığımız yerə döndük” - Barak Obama

20.06.2026 / 07:35
Ukrayna XİN rəhbəri Polşa Komandir Xaçından imtina etdi - Gərginlik artır…

20.06.2026 / 07:13
Kuba rəhbərini də Maduronun aqibəti gözləyir? - Heqset mümkün sayır…

20.06.2026 / 07:03
Polşa Prezidenti Zelenskini ən yüksək dövlət mükafatından məhrum etdi - Tuskun reaksiyası gündəmdə…

19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi - bu dəfə daha sərt şillə yeyəcəklər...

19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi – Elvin Şahmarlı

19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...

19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi

19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi - “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...

19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...

19.06.2026 / 20:15
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ