çərşənbə axşamı günü, 21 aprel 2026
     

Ermənilər qədim alban tayfalarından biri hesab edilən udinlərin də tarixi-mədəni irsini mənimsəyiblər…

Image


“Udin dili ilə erməni dili tamamilə fərqli dil qruplarına aiddir”
“Bizim əlifbamızı, yazılarımızı da ermənilər məhv ediblər”

 

Zəngin Azərbaycan mədəniyyətinin formalaşmasında ölkəmizdə tarixən yaşayan müxtəlif xalqların da rolu danılmazdır. O xalqlardan biri də Qafqaz Albaniyasının yadigarları olan udinlərdir (udi).  Udinlərlə ermənilərin heç bir genetik, dini-mənəvi bağlılığı olmasa da, ermənilər udin abidələrini, maddi və qeyri-maddi irs nümunələrini, əlifbalarını mənimsəyiblər.

İşğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən nəinki islam abidələri, eləcə də Qafqaz Albaniyasına aid olan abidələr təcavüzə məruz qalıb. Buradakı abidələrin kütləvi erməniləşdirildiyini deyən Alban-udin xristian icmasının sədri, “Şöhrət” ordenli geoloq-alim Robert Mobili “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qafqaza yad olan ermənilər buradakı bütün xristian abidələrinə qarşı saxtalaşdırma, mənimsəmə aktları həyata keçirməkdə davam edirlər. “Azərbaycanın işğal olunmuş ərazilərində həm islam, həm də xristian abidələrinin vəziyyəti dözülməz haldadır. Xüsusilə islam abidələri dağıdılıb. Alban abidələrinin isə bir hissəsi dağıdılıb, bir hissəsi erməniləşdirilib” - deyə bildirən R.Mobilinin sözlərinə görə, ermənilər Qarabağda alban abidələrini, tarixi yerlərini özlərininki kimi təqdim edirlər. Onların məqsədinin bu abidələrin guya onlara məxsusluğunu dünyaya çatdırmaq olduğunu vurğulayan R.Mobili qeyd etdi ki, alban abidələri saxtalaşdırılmaqla erməni Qriqoryan kilsələrinin elementləri əlavə olunur. Amma nə qədər çalışsalar da, başqasının tarixinə sahib çıxa bilməyəcəklər. Elm inkişaf edib. O abidələrin inşasında xüsusi bağlayıcı, tikinti materialı istifadə olunub. Saxtalaşdırmanın üzə çıxarılması zamanı hansı bağlayıcı, tikinti materialları istifadə edilib, bunu araşdırırıq. Tikinti materialının bağlayıcısı informasiya daşıyıcısıdır. Onun hansı dövrə aid olduğunu bilmək mümkündür”. R. Mobilinin bildirdiyinə görə, ermənilər alban kilsələrini erməniləşdirmək üçün, ilk növbədə, xaçı dəyişirlər. Çünki alban xaçı xristian xaçından fərqlidir.

“Bizim mədəni irsin hesabına ermənilər Qarabağı vətən kimi “doğmalaşdırıb”. Bura qədim alban abidələri, digər mədəni irs örnəkləri, eləcə də əlifba daxildir. Sözsüz ki, ermənilər işğal etdikləri ərazilərdə alban mədəniyyətinin izlərini silməklə oranı özününküləşdirməyə cəhd edirlər. Ermənilər ciddi-cəhdlə çalışırlar ki, özlərini Qafqaz tarixilə bağlasınlar. Çünki onlar heç vaxt Qafqaz xalqı olmadığı üçün, bura onların tarixi vətəni olmayıb. Onlar özlərini Qafqaza bağlamaq üçün mədəni irs nümunələrimizi mənimsəyirlər ki, guya burada çoxdan yaşayıblar və bu abidələr də onlara məxsusdur. Deyim ki, ermənilər bu saxtakarlığı təkbaşına etməyiblər. Vaxtilə bu işdə onlara ərəblər də kömək edib, ruslar isə tamamilə bizə aid mədəni irsi onlara verib. Çar Rusiyasının erməniləri Qarabağda yerləşdirməsinin səbəbi oradakı alban kilsələrini, məbədlərini, mədəniyyətini, əlifbasını erməniləşdirmək idi. Ermənilər bunların hamısını özlərinə bağlayıblar. Ermənilər udinlərlə bağlı xüsusi məqsəd daşıyırdılar. Udinlər ya assimilyasiya olunub ermənilərin içində əriməli, ya da tamamilə silinməli idilər. Bu məsələdə ermənilərə əsas dəstəyi Çar Rusiyası verib. “Türkmənçay” müqaviləsindən sonra Rusiya Qafqazı işğal etdi və Azərbaycan torpaqları iki yerə bölündü. Qarabağın xristian əhalisi olmadığına görə (çünki orada bir-iki udin kəndi qalmışdı) Çar Rusiyası erməniləri Dağlıq Qarabağa köçürməyə üstünlük verdi. Udinlər əsasən Qarabağda, Ağstafa, Tovuz və Böyük Qafqazın şimal yamaclarında və Kiçik Qafqazda yaşayıblar. “Türkmənçay” müqaviləsindən sonra erməniləri Dağlıq Qarabağa yerləşdirdilər. Alban kilsəsi İmperator I Nikolayın 11 mart 1836-cı il tarixli fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni Qriqoryan kilsəsinin idarəçiliyinə verilir. Bununla da Alban kilsəsi 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeliyinə verilərək fəaliyyəti tam dayandırılır. Bu böyük bir siyasət idi və bunlar ermənilərə “vətən” yaratmağa xidmət edən məsələ idi. Alban kilsəsini erməni kilsəsinin tabeliyinə verməkdə məqsəd orada olan alban-xristian tayfalarının erməniləşdirilməsi idi. Faktiki olaraq o tayfalar erməniləşdirilmişdi. O xalqlardan biri də tarixən  Qarabağda yaşayan udinlərdir. Qarabağda olan ermənilərin çoxu kök baxımdan alban-xristianlardır. Onlar alban tayfalarından olduqlarını bilirlər, amma o səviyyədə erməniləşdiriliblər ki, erməni olmadıqlarını etiraf edə bilmirlər. Onlara “Qarabağ erməniləri” ona görə deyirlər ki, onlar zorla erməniləşdiriliblər. Qarabağda üç kəndin adını çəkə bilərəm ki, orada udinlər yaşayıb. Bu kəndlər Talış, Çaylı və Udinlərdir. Hətta Seysulanda da udinlər vardı. Onlar təxminən 19-cu əsrə qədər qalmışdılar. Qarabağda udinlərdən başqa da alban-xristian xalqları vardı, onlar da sonradan bura köçürülən ermənilərin içində əridildilər. Udinlər və digər alban tayfaları ya erməni kilsəsinə tabe olub ermənilərin içində əriməliydilər, ya da başqa yol seçməliydilər. Fakt budur ki, udinlər arasında islamı qəbul edənlər də vardı. Qarabağdakı udinlərin bir hissəsi özlərini müdafiə etmək məqsədilə Gürcüstana qaçdılar, onlar da orada gürcüləşdilər. Gürcüstanda Ceyranaşvililər var, onlar alban tayfalarındandır. Hətta mən beynəlxalq konfranslarda çıxış edəndə mənə yaxınlaşıb alban tayfalarından olduqlarını deyirlər. Gürcülər Gürcüstandakı alban kilsələrinin quruluşunu dəyişərək onları gürcü kilsəsinə bənzədiblər. Alban irsinə layiqincə sahib çıxa bilmədiyimiz üçün, onu bir tərəfdən gürcülər, o biri tərəfdən isə ermənilər mənimsəyiblər” - deyə R.Mobili bildirdi.     

İcma sədri vurğuladı ki, Qafqaz Albaniyasının əhalisinin xristianlaşma dövründən başlayaraq udinlər Alban kilsəsinə mənsubdurlar. Başqa xalqlar kimi, xristianlığı qəbul etdikdən sonra udinlər yeni xristian ayinlər ilə bərabər, köhnə adət və ənənələri qoruyub saxlayıblar. O qeyd edir ki, ermənilərin alban kilsələrinə qarşı təcavüzünun qarşısının alınması üçün tədbirlər görülməlidir. Onun bildirdiyinə görə, alban kilsələri təmir olunmalı və onlar fəaliyyət göstərməlidirlər. “Alban kilsəsinin statusu bərpa edilməlidir. Görürsünüz, Ukrayna kilsəsi Rusiya kilsəsindən ayrıldı. Bu çox ciddi məsələdir. Çünki kilsə böyük rol oynayır. Bu gün o mədəni irsə sahib olmaq lazımdır ki, sabah onu müdafiə edə bilək. Burada söhbət təkcə udinlərdən getmir. Sadəcə, burada udinlər kömək edə bilər” - deyə bildirən müsahibimizin fikrincə, ermənilər onların əlifbalarını da məhv ediblər: “Bizim əlifbamızı, yazılarımızı da ermənilər məhv ediblər. Bu günə artıq heç nəyimiz qalmayıb. Udin dili ilə erməni dili tamamilə fərqli dil qruplarına aiddir. Bizim ermənilərlə heç bir bağlılığımız yoxdur. Onlar bizə məxsus dəyərləri oğurlayaraq özününküləşdiriblər”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiyanın vurduğu AZAL təyyarəsinin bütün mübhəmləri açıldımı?

Avropa Birliyi Ermənistana 2-ci “xüsusi missiya” göndərdi...

Türkiyədə “terror olmayan” məktəb qətliamları-ailənin, təhsilin,ya cəmiyyətin problemi...

SON XƏBƏRLƏR

21.04.2026 / 11:11
ABŞ Cənubi Qafqazda Rusiya və Çinlə sərt mübarizəyə başladı - döyüş meydanı Gürcüstandır...

21.04.2026 / 10:57
Ticarət dövriyyəmizdə, nə yaxşı ki, Çin var imiş... Rusiyanı üstələdi...

21.04.2026 / 10:53
Zelenski Aİ üzvlüyünə alternativ yeni hərbi ittifaqın yaradılmasını təklif etdi – 4 ölkə…

21.04.2026 / 10:52
İranın danışıqları niyə uzatdığı bəlli oldu - "Müctəba Xameneidən icazə gözlənirdi"...

21.04.2026 / 10:30
Şahdağda 1 metrə yaxın qar yağıb

21.04.2026 / 10:25
Azərbaycan nefti yenidən bahalaşdı...

21.04.2026 / 10:11
Avrokomissiya sədri Türkiyəni Rusiya və Çinlə bir sıraya qoydu – bölgəni onlara buraxmaq olmaz...

21.04.2026 / 09:38
Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək...

21.04.2026 / 08:49
Daha 92 ailə Ağdam şəhərinə yola salındı

21.04.2026 / 08:17
Almaniyadan Kiyevə üzücü xəbərdarlıq - "Artıq ABŞ-a güvənmə..."

21.04.2026 / 08:09
Netanyahu həbs olunacaq - Macarıstana səfər edərsə...

21.04.2026 / 07:40
KTMT-nin eks baş katibi Xaçaturovun oğlu axtarışa verildi

21.04.2026 / 06:56
Rusiyanın Berlindəki səfiri Almaniya XİN-ə çağırıldı

21.04.2026 / 06:37
ABŞ-da müharibəyə etirazlar başladı - "…Amerikanın maraqları üçün həlledici ola bilər…”

21.04.2026 / 06:30
Paşinyan müxalifəti “it sürüsü” adlandırdı, Ombudsman etiraz etdi

21.04.2026 / 06:18
ABŞ-İran danışıqları davam edəcək? - Tramp təsdiq, İran təkzib edir…

20.04.2026 / 23:09
Trampdan ŞOK ETİRAF – İrana təyyarə ilə milyardlarla dollar nağd pul göndərildi…

20.04.2026 / 21:18
Paşinyan Zəngəzur dəhlizi planını dəyişdi - yalnız İran müharibəsindən sonra...

20.04.2026 / 20:50
ABŞ erməni lobbisi TRIPP dəhlizinə qarşı mübarizəyə başladı...

20.04.2026 / 20:23
ABŞ mediası Trampın “kürkünə birə saldı” - İranla bağlı özünü aldatma...

20.04.2026 / 19:47
Nikahlarla boşanmaların statistikasında bu nə biabırçılıqdır?...

20.04.2026 / 19:20
Tramp İranla bu gün razılaşma imzalanacağını deyir, ancaq İran İslamabada getmir…

20.04.2026 / 18:41
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini qınadı

20.04.2026 / 18:10
“Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur” - Vüqar Rəhimzadə

20.04.2026 / 17:59
Türkiyənin Mədəniyyət Marşrutu Festivalları 26 şəhərlə yeni mərhələyə qədəm qoyur

20.04.2026 / 17:40
Vaşinqtonda gizli görüş – dollar çatışmazlığı ilə üzləşən BƏƏ Trampı Çinlə təhdid etdi…

20.04.2026 / 17:35
Əli Əsədov İqtisadi Şuranın iclasını keçirdi - FOTO

20.04.2026 / 17:26
Bəzi qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi

20.04.2026 / 17:23
Gömrük Komitəsinə yeni səlahiyyət verildi - FƏRMAN

20.04.2026 / 17:06
Bakıda 100 min bina sökülək? - RƏSMİ AÇIQLAMA...

20.04.2026 / 16:54
Belçika və Niderland parlamentlərində Azərbaycana qarşı təxribat - səfirlər XİN-ə çağırıldı...

20.04.2026 / 16:41
Türkiyədə məhkəmə Özgür Özəlin sədrliyini ləğv edərək Kılıcdaroğlunu yenidən CHP-nin başına gətirəcək...(?)

20.04.2026 / 16:22
Roma papası Trampı lağa qoydu -“get İstanbulu da tut”...

20.04.2026 / 16:10
İran razı olmasa, "Hizbullah" tərksilah edilə bilməz...

20.04.2026 / 16:07
İrandan ABŞ-a mesaj – Hörmüzdə yeni tranzit sistemini qəbul edin…

20.04.2026 / 15:48
İran müharibəsi Şimal-Cənub marşrutunun gücünü təsdiqlədi...

20.04.2026 / 15:47
"İrandan sonra İsrailin hədəfi Türkiyə olacaq?" - NATO sualı rəsmən cavabsız buraxdı...

20.04.2026 / 15:23
Pakistanlı general Trampdan Hörmüzdə blokadanı qaldırmasını istədi…

20.04.2026 / 15:15
Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsini bağlamağa çağırdı...

20.04.2026 / 15:08
NATO İstanbul zirvəsi Türkiyənin Rusiya ilə dostluğuna qiymət verəcək...

20.04.2026 / 14:48
Rusiya Azərbaycanı beynəlxalq rus dili təşkilatına dəvət etdi.

20.04.2026 / 14:35
Hərbi vəzifəlilərin təlim toplanışı başladı

20.04.2026 / 14:23
Bakıda avtoyuma məntəqəsindən “Range Rover” qaçırıldı

20.04.2026 / 14:10
Bakıda məktəbdə şagird sinif yoldaşını yandırdı...

20.04.2026 / 13:53
Pyatiqorskda əcnəbi qadın əldəqayırma bomba ilə saxlandı

20.04.2026 / 13:38
Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

20.04.2026 / 13:24
AzTV-də dəyişikliklər - bəzi şöbələr birləşdirilir, islahatlar başlayır....

20.04.2026 / 13:14
Tramp Putinin Ukrayna müharibəsinə 9 milyard dollar kömək etdi...

20.04.2026 / 12:19
İranın ucuz dronları Avropada müdafiə şirkətlərini çökdürür...

20.04.2026 / 12:17
İran İslamabadda ABŞ-la danışıqlardan rəsmən imtina etdi…

20.04.2026 / 11:54
Türkiyə-Ermənistan sərhədi açılır, Orta Dəhlizlə bağlı maraqlı proseslər başlanır

20.04.2026 / 11:41
"AtaSığorta"nın lisenziyası ləğv edildi

20.04.2026 / 11:35
İrəvan Bakının geosiyasi uğurlarına qibtə edir, Azərbaycan Ermənistana nümunə göstərilir...

20.04.2026 / 11:28
Dünya tarixin ən böyük enerji böhranına daxil olur…

20.04.2026 / 11:21
Ermənistanda yeni "1 Mart" qırğını olacaq - Rusiyadan təxribatçı qruplar gəlir...

20.04.2026 / 11:10
Leyla Əliyevanın təşəbbüsü ilə sosial xidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir - FOTO

20.04.2026 / 11:02
ABŞ və İran yenidən savaş ritorikasına qayıtdılar, yeni müharibə an məsələsidir...

20.04.2026 / 10:49
Artan enerji böhranı yanacaq qiymətlərini kəskin şəkildə artırdı - Avropadan ilginc təklif gəldi…

20.04.2026 / 10:30
"Azərpoçt"a yeni rəhbər təyin olundu

20.04.2026 / 10:10
İran ABŞ hərbi gəmilərini vurdu - hücumlarımız davam edəcək...

20.04.2026 / 09:43
Türkiyə məktəblərində törədilən qətliamlara elmi-lədun baxış

20.04.2026 / 09:20
Prezident İlham Əliyev: "Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir"

20.04.2026 / 09:07
"Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır" - Prezident

20.04.2026 / 08:53
Prezident BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət ünvanladı

20.04.2026 / 08:00
İran uğursuzluğu Pentaqonda panika yaratdı - Tramp özündən çıxdı

20.04.2026 / 07:36
ABŞ blokadanı yarmağa çalışan İran gəmisini vurdu

20.04.2026 / 07:36
ABŞ blokadanı yarmağa çalışan İran gəmisini vurdu

19.04.2026 / 23:42
Hörmüz boğazında gərgin anlar - ABŞ İran gəmisini vurdu…

19.04.2026 / 23:18
İtaliya Avropa Birliyini Rusiyadan neft-qaz alışını bərpa etməyə çağırdı…

19.04.2026 / 22:52
İran ABŞ-a meydan oxudu… Trampın təhdidlərinə sərt cavab – “O kimdir ki…”

19.04.2026 / 22:15
İran ABŞ-la danışıqların ikinci mərhələsini rədd etdi - blokadanı qaldırın sonra…

19.04.2026 / 21:58
Avropada enerji böhranı gərgin həddə çatdı - 20 günlük yanacaq qaldı, uçuşlar ləğv edilir…

19.04.2026 / 21:22
Husilərdən Trampa Bab əl-Məndəb təhdidi - “… bağlaya bilərik”

19.04.2026 / 18:20
Avropada İsrailə qarşı sanksiya hazırlığı – 5 ölkə hərəkətə keçdi…

19.04.2026 / 17:34
"Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar" - Hakan Fidan

19.04.2026 / 17:12
İran aprelin 30-da ABŞ və İsraili vura bilər - ABŞ-dan gizli əməliyyat… Milyardlarla dollarlıq sistemlər İordaniyaya daşınır…

19.04.2026 / 16:55
İranda ABŞ-İsrail hücumlarında ölənlərin sayı 3468-ə çatdı…

19.04.2026 / 16:29
Latviya və Litva Moskvaya gedən Fitsonun təyyarəsinə hava məkanını bağladı…

19.04.2026 / 16:14
Vuçiç Prezident İlham Əliyevə zəng etdi

19.04.2026 / 16:10
Lukaşenkodan Trampa xəbərdarlıq – yanılırsız, xidmətçi-imperator görüşü heç vaxt olmayacaq…

19.04.2026 / 14:48
Ukrayna “Neptun” raketi ilə Taqanroqda Rusiyanın hərbi zavodunu vurdu

İctimai maraqlar beynəlxalq münasibətlərdə...

XƏBƏR ARXİVİ