Məlum olduğu kimi, Beynəlxalq Mahmud Kaşqari Fondu ənənəvi surətdə hər il müxtəlif ölkələrdə yaşayan, ümumtürk mədəniyyəti və ədəbiyyatı qarşısında xidmətləri olan məşhur yazarları mükafatlandırır.
Beynəlxalq Mahmud Kaşqari Fondunun Təşkilat Komitəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, bu yaxınlarda Fondun idarə heyətinin qərarı ilə görkəmli Azərbaycan şairi Rustəm Behrudi laureatlar sırasında yer alıb.
Son bir il ərzində Rüstəm Behrudinin Türkiyədə iki, Azərbaycanda üç, Tatarıstanda və Orta Asiya Respublikalarında şeir, nəsr, fəlsəfi düşüncələrdən ibarət esselər topluları nəşr edilib, əsərləri Yakutiyada çap olunub. Şairə Beynəlxalq Mahmud Kaşqari Fondunun «Mahmud Kaşqari-1000» medalı türk xalqları ədəbiyyatı qarşısında göstərdiyi müstəsna xidmətlərinə görə verilib.
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Ədibiyyat İnstitutunda təqdimat mərasimi keçiriləcək.
Baki-xeber.com