Cümə günü, 09 oktyabr 2026
     

Milli Qəhrəmanlar Muzeyinin yaradılması təklifinə ziyalılardan reaksiya...

Image


Əli Mahmud:”Düşünürəm ki, ayrıca Milli Qəhrəmanlar Muzeyinin yaradılması çox əhəmiyyətli olardı”

 Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olan hər bir Vətən övladının  xatirəsini ehtiramla yad etməli, onları unudulmağa qoymamalıyıq. Biz o insanları xatirələrini əbədiləşdirməklə yaşadırıq. Onların xatirələrinin əbədiləşdirilməsi nəticəsində müasir gənclər onları tanıyır, döyüş yollarına bələd olurlar.

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan insanlar sırasında Milli Qəhrəman adına, eləcə də “Azərbaycan bayrağı” ordeninə layiq görülənlər də var. Təəssüf ki, bu gün Milli Qəhrəmanlarımızın çox böyük əksəriyyəti həyatda yoxdur. Onlara bu ad şəhid olduqdan sonra verilib.

Bu gün respublikamızda dövlət səviyyəsində Milli Qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi üçün çox böyük işlər görülüb və görülməkdə davam edir. Həm paytaxtda, həm də bölgələrdə onların adlarına küçələr, məktəblər verilib, muzeylərdə xatirə güşələri yaradılıb. Hazırda İstiqlal Muzeyində Milli Qəhrəmanlarla bağlı fondlar fəaliyyət göstərir. Ümumiyyətlə, muzey sistemində şəhidlərlə bağlı xeyli işlər görülüb. Muzeylərdə çalışan şəxslər bildirir ki, bu məkanları ziyarət edən turistlər, əcnəbi qonaqlar, xaricdən gələn rəsmilər şəhidlərlə bağlı guşələrlə xüsusi maraqlanır. Muzey əməkdaşları qeyd edir ki, turistlərin mədəniyyətimiz, arxeologiya və etnoqrafiyamız, tariximizlə yanaşı torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən övladlarının döyüş yolu, həyatı ilə maraqlanması müsbət haldır.

Mütəxəssislər qeyd edir ki, dünyanın bir sıra ölkələrində, xüsusən də qardaş Türkiyədə şəhidlərlə bağlı ayrıca muzeylər fəaliyyət göstərir.

Azərbaycanda da Milli Qəhrəmanlar Muzeyinin yaradılmasına ciddi ehtiyac var. Tarixçilər hesab edir ki, Azərbaycanın ərazibütövlüyü yolunda canından keçən və göstərdikləri misilsiz şücaətə görə Milli Qəhrəman adına layiq görülən insanların xatirəsinin əbədiləşdirilməsi işini daha da genişləndirmək üçün Milli Qəhrəmanlar Muzeyinin yaradılması müsbət olardı.

Tarix elmləri doktoru, professor Anar İsgəndərov bizimlə söhbətində bildirdi ki, bir ziyalı, alim kimi ölkəmizdə belə bir muzeyin yaradılması təşəbbüsünü təqdir edir. A.İsgəndərovun sözlərinə görə, Milli Qəhrəmanlar muzeyi yaradılarsa, biz bununla çox şeyə nail ola bilərik:”Milli Qəhrəmanlar muzeyi yaradılarsa, mən buna çox müsbət baxıram. Çox arzu edərdim ki, ölkəmizdə belə bir muzey yaradılsın. Təşəbbüsün özü çox gözəldi və gərəklidir. Muzeylər həmişə xalqların tarixində böyük rol oynayıb. Çox arzu edərdim ki, Milli Qəhrəmanlar Muzeyi yaradılsın, soyqırım tariximizlə bağlı ayrıca Soyqırımlar Muzeyi olsun. Eləcə də Cumhuriyyətlə bağlı Cumhuriyyət Muzeyi açılsın. Bunların hər birinə böyük ehtiyacımız var. Milli Qəhrəmanlar Muzeyinin yaradılmasına bu gün böyük zərirət var. Azərbaycanın 20 faizdən artıq torpağı işğal altındadır. Bu muzeyin yaradılması torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ən böyük təbliğat vasitəsi olardı. Azərbaycan gənci, Azərbaycan əsgəri, Azərbaycan kursantı muzeylə tanış olur və Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda şücaət göstərən qəhrəmanlarımızın həyat, döyüş yolunu öyrənir və nəticədə özü də qəhrəman olmaq istəyir, Vətən torpağının azadlığı uğurunda əlindən gələni edir. Bu mənada hər hansı bir muzeyin yaradılması həmin ölkənin vətəndaşları üçün çox önəmli bir hadisədir”.

A.İsgəndərov qeyd etdi ki, bu gün Azərbaycana dünyanın müxtəlif ölkələrindən turistlər və digər qonaqlar gəlir. Professorun sözlərinə görə, həmin turistləri, qonaqları həmin muzeyə gətirmək və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının qəhrəmanlığı ilə tanış etmək vacib olardı. “Qoy Azərbaycanda Soyqırım muzeyi yaradılsın ki, xaricdən gələn qonaqlara öz torpağımızda özümüzə qarşı soyqırım həyata keçirildiyini göstərə bilək. Bu da ermənilərin bizə qarşı apardığı uydurma soyqırım təbliğatının qarşısının alınmasında müstəsna iş olardı. Milli Qəhrəmanlar Muzeyi açılarsa, xaricdən gələn turistlər, qonaqlar açıq şəkildə görə bilərlər ki, biz heç vaxt öz torpaqlarımızı qoyub qaçmamışıq, onu qorumaq uğrunda şəhid olan oğullarımız, qızlarımız var. Bu muzeyin yaradılması həm də dünyaya bir mesaj olardı ki, biz öz torpaqlarımızı erməni işğalında qoymayacağıq, onu azad edəcəyik. Bizim vətən uğrunda qəhəmanlıq göstərib şəhid olan insanlarımız var. Muzeyin yaradılması onların təbliğ edilməsinin ən müsbət formasıdır”-deyə A.İsgəndərov bildirdi.

Картинки по запросу əli mahmud

Şair-publisist Əli Mahmud da hesab edir ki, Milli Qəhrəmanlar Muzeyinin yaradılmasının əhəmiyyəti böyükdür. Onun sözlərinə görə, bu həm qəhrəmanlarımızın  gənc nəslə tanıdılmasına, həm də ölkəmizə turist axınının güclənməsinə səbəb olar. O qeyd edir ki, ölkəmizə turistlər ancaq istirahət etmək üçün gəlmir, onların xeyli bir qismi burada olarkən keçmiş və müasir tariximizlə maraqlanır, Dağlıq Qarabağ problemi haqqında daha ətraflı məlumat almaq istəyir. “Düşünürəm ki, ayrıca Milli Qəhrəmanlar Muzeyinin yaradılması çox əhəmiyyətli olardı. Çünki buna ehtiyac var. Ən azı Milli Qəhrəmanları təbliğ etmək baxımından bu çox gərəkli işdir. Doğrudur, bu gün ayrı-ayrı muzeylərdə Milli Qəhrəmanlara aid guşələr var, bəzi Milli Qəhrəmanların doğulduqları rayonlarda muzeyləri də açılıb. Bu çox müsbət haldır. Bununla belə, paytaxtda ayrıca Milli Qəhrəmanlar Muzeyinin yaradılmasına ehtiyac var. Bilirsiz ki, Azərbaycan turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Bəlkə də Cənubi Qafqazda ən çox turist elə Azərbaycana gəlir. Bu baxımdan, Milli Qəhrəmanlarımızı turistlərə də tanıtmalıyıq. Belə bir muzey yaranarsa, ölkəyə turist gətirən şirkətlər o turistləri Milli Qəhrəmanlar Muzeyinə də cəlb edə bilərlər”-deyə Ə.Mahmud bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ