Cümə günü, 09 oktyabr 2026
     

Xalçaçılığın inkişafında strateji məqsədlər... - FOTO

Image


Azərbaycan xalqının tarixi taleyində mühüm rol oyanayan əlamətdar günlərdən biri də oktyabrın 15-dir. 2003-cü ilin bu günü Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev ölkəmizi sürətli inkişaf yoluna çıxarıb. Son 15 ildə Azərbaycanda əldə olunan nailiyyətlər əsası 1969-cu ildə qoyulmuş dövlətçiliyin Heydər Əliyev modelinin bəhrələridir. Ulu öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Bu şanlı səhifələrə qızıl hərflərlə yazılan əhəmiyyətli hadisələrdən biri də Azərbaycan xalçaçılığının inkişafı istiqamətində görülən işlərdir.

Cənab İlham Əliyevin Prezidentliyi dövründə xalçaçılıqla bağlı çox mühüm tədbirlər həyata keçirilib. Onun bu sahəyə verdiyi önəmin nəticəsidir ki, Prezident seçilməyinin 15-ci ildönümündə açılışını etdiyi obyektlərdən biri də məhz xalça fabrikidir. Oktyabrın 15-də dövlət başçısının iştirakı ilə “Azərxalça”nın daha bir filialı – Lənkəran xalça fabriki açılıb. Bu hadisə bütün xalçaçıların hədsiz sevincinə səbəb olub. Çünki onlar bilir ki, Prezidentlə hər görüş bu sahənin daha da inkişafına yeni perspektivlər açır.

“Azərbaycanda xalçaçılığın çox böyük gələcəyi var. Biz qədim ənənələrimizi qorumaqla xalçaçılığı inkişaf etdiririk”, - deyən cənab İlham Əliyev 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətini yaradaraq xalçaçılıq sənətinin yaşadılmasını, inkişafını və onun qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsini təmin edib. Dövlət başçısının 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə qəbul olunan "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" bu sahədə görülən işləri daha da sürətləndirib.

Prezident xalçaçılığın inkişafına ciddi diqqət yetirməklə strateji məqsədləri reallaşdırır. Əvvəla, milli dəyərimiz olan Azərbaycan xalçası yaşadılaraq gələcək nəsillərə ötürülür. Digər tərəfdən dünya bazarında bahalı məhsullar kateqoriyasına daxil olan xalça satışından ölkəmizə xeyli valyuta gələcək. Daşına bilər bu məişət əşyasını dünyanın istənilən yerinə aparmaq mümkündür. Deməli, milli naxışlarımızla bəzədilən xalçamızı alan xarici ölkə vətəndaşlarının evlərində bir Azərbaycan möhürü olur. Bu da Azərbaycanın, milli tariximizin, dəyərlərimizin təbliği baxımından olduqca əhəmiyyətlidir.

Professor Vidadi Muradovun təbirincə desək, tarixən Azərbaycan xalçası toxunan hər yer Azərbaycan olub. Azərbaycan xalçası tarixi Azərbaycanın xəritəsidir. Mövzuya bu konteksdən yanaşanda xalçaçılıqla bağlı qəbul olunan qərarların nə qədər müdrik qərarlar olduğunu görürük. Məsələn, “Azərbaycan brendi” adı ilə İrəvan qrupu Azərbaycan xalçası alan bir ABŞ vətəndaşı İrəvanın Vətənimizin bir parçası olduğunu biləcək, tarixi torpaqlarımız haqqında məlumat əldə edəcək. Göründüyü kimi, xalçaçılığın inkişafı təkcə iqtisadi əhəmiyyət daşımır.

Bütün bu strateji məqsədləri reallaşdırmaq üçün kütləvi xalça istehsalının təmin olunması lazım idi. Ona görə də 2016-2017-ci illərdə Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında “Azərxalça”nın filialları yaradılaraq fəaliyyətə başlayıb. Bu xalça istehsalı emalatxanalarında 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb. Emalatxanaların hər birində 43 dəzgah quraşdırılıb ki, həmin avadanlıqlar da Azərbaycan istehsalıdır.

Ölkə rəhbəri toxucular üçün  müasir, işıqlı emalatxana binaları yaratmaqla yanaşı, həm də onların rahatlığının təmin olunması qayğısına da qalıb. Filial əməkdaşlarının işə rahat gediş-gəlişinin təmin edilməsi üçün dövlət başçısının müvafiq Sərəncamı ilə 2 milyon manat vəsait ayrılıb, “Hyundai” markalı 18 avtobus alınıb.

900 nəfərə yaxın toxucunun çalışdığı filiallarda indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd, 4401 kvadratmetr xalça toxunub. Bu müddət ərazində yerli və xarici bazarlarda “Azərbaycan brendi” adı ilə 287 ədəd, 853 kvadratmetr xalça satılıb.

Bu istiqamətdə görülən işlər 2018-ci ildə də davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərxalça”nın daha 10 filialının tikintisi üçün vəsait ayrılıb. Artıq Lənkərandakı filial istifadəyə verilib. Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində, Naxçıvan şəhərində, Abşeron rayonunun Qobu qəsəbəsində, Qobustan, Şabran, Kürdəmir, Tərtər, Goranboy rayonlarında, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaradılan filiallar ilin sonunadək fəaliyyətə başlayacaqdır.

Bu il avqustun 25-də İsmayıllı filialının açılış mərasimində rayonun kadr potensialını və toxucuların xahişini nəzərə alaraq burada yeni emalatxana binasının tikilməsi haqqında ölkə rəhbərimizin verdiyi qərar Onun Azərbaycan xalçaçılarının arzu və istəklərinə həssas yanaşdığının daha bir sübutudur. Dövlət başçısının 27 avqust 2018-ci il tarixli Sərəncamı ilə İsmayıllıda yeni xalça istehsalı emalatxanasının tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon 400 min manat vəsait ayrılıb. Artıq binanın inşası üçün hazırlıq işlərinə başlanılıb.

Ümumilikdə Cəmiyyətin respublika üzrə yaradılacaq xalçaçılıq şəbəkəsi 31 filialdan ibarət olacaq. 2019-cu ildə Bakı şəhərinin Qaradağ rayonunda, Gəncə, Mingəçevir, Şəki şəhərlərində, Xızı, Masallı, Zaqatala, Bərdə rayonlarında, Ağcəbədi rayonunda Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsində, Goranboy rayonunda Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində xalça istehsalı emalatxanaları yaradılacaqdır.

Xalçaçılığın inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində xalça istehsalı emalatxanalarının fəaliyyətə başlaması xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu məsələ də Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Dövlət başçısı hələ 2017-ci ilin aprel ayında Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki çıxışında yun tədarükü probleminə və yun iplik istehsalının əhəmiyyətinə toxunaraq demişdi: “Yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər də böyük diqqət göstərilmirdi. Məndə olan məlumata görə, bizim cəmi bir fərli-başlı tədarük məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki də yaradılsın. Bu sahəyə də ciddi diqqət göstərilməlidir. Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq, ölkəyə isə valyuta gələcək”.

Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu istiqamətdə müvafiq tədbirlər həyata keçirir. Sumqayıt Kimya Sənaye Parkında inşa olunan Yunəyrici-Boyaq Fabriki Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz ediləcək. Bu fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq.

Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarının, bundan başqa özəl xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır.

Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə rayonlarında, Sabirabad Sənaye Məhəlləsində regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binalar tikilir.

2019-cu ildə Şəki şəhərində, Masallı və Hacıqabul rayonlarındakı sənaye məhəllələrində daha üç regional tədarük məntəqəsi yaradılacaqdır.

Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrə il ərzində 1500 ton yun və boyaq bitkiləri xammalı qəbul olunacaq.

Əhalidən və təsərrüfatlardan yun alınarkən xalça toxunması üçün iplik istehsalına yararlı yun tədarük ediləcək. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 6-10 santimetr aralığında olan yunun qəbulu həyata keçiriləcəkdir. “Azərxalça” yun tədarükçüləri üçün hazırlıq kursları da təşkil edib. Tədarükçülər kurslarda yun qəbulunun bu incəliklərini öyrənəcəklər.

Yunəyrici-Boyaq Fabrikinin və tədarük məntəqlərinin yaradılması ölkəmizdə heyvandarlığın inkişafına da öz təsirini göstərəcəkdir. İndiyədək fermerlər qoyun sürülərindən əldə etdikləri yunu satmaq üçün heç bir ünvan tapa bilmirdilər. “Azərxalça”nın yun tədarükü məntəqələri bu problemi kökündən həll edəcək.

2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında  hazır xalçaların emal mərkəzi də inşa ediləcək. Bu mərkəz fəaliyyətə başladıqdan sonra xalçaların satışa çıxarılması prosesi intensivləşəcək.

Xalça istehsalı emalatxanaları yaratmaq, onları xamalla təmin etmək işin bir tərəfidir. Digər mühüm bir istiqamət isə kadr hazırlığıdır. Toxucu kadrların hazırlanması üçün xalça istehsalı emalatxanalarının fəaliyyət göstərdiyi və yeni filialların yaradıldığı şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil olunub. Bu kurslara indiyədək 2 min nəfərdən çox toxucu cəlb edilib.

Həm kurslara cəlb edilən, həm də xalça emalatxanalarında çalışan qadınların əksəriyyəti gənclərdir. Gənclərin bu sənətə yönləndirilməsi olduqca vacib və önəmli məsələdir. Çünki xalçaçılıq sənətinin yaşadılması gənclərin bu sənəti davam etdirməsindən asılıdır. Hamımıza məlumdur ki, XXI əsr yüksək texnologiyalar, sürətli innovasiyalar və elm tutumlu istehsalatlar əsridir. Müasir dövrün gəncləri elmi-texniki yeniliklərə daha çox meyl edir. Bu isə ənənəvi sahələrin, milli dəyərlərin unudulmasına gətirib çıxarır. Millətlərin və dövlətlərin öz milli dəyərlərini, ənənəvi sahələrini qoruyub saxlaya bilmələri üçün gənclər bu sahələrə istiqamətləndirilməli, onları yaşatmalı  və davam etdirməlidirlər. Bu mənada gənclərin "Azərxalça"nın filiallarında işlə təmin olunması, onların toxuculuq peşəsinə yiyələnməsi strateji məqsədlərə xidmət edir. Yaxşı hal odur ki, xalça istehsalı emalatxanalarında işləyən gənclər ömrünü bu sənətə həsr edən, uzun illərdir xalçaçılıqla məşğul olan toxucularla bir yerdə çalışır, onlardan sənətin sirlərini daha dərindən öyrənirlər. Beləliklə, xalçaçılıqda varislik təmin olunur, qədim el sənətimiz yaşadılaraq gələcək nəsillərə ötürülür.

Eyni zamanda xalçaçı-rəssamlar, yun və boyaq bitkilərinin tədarükü və emalı, hazır xalçaların emalı, xalça ticarəti və xalçaçılığın inkişafı üçün vacib olan digər istiqamətlər üzrə də mütəxəssislər hazırlanır.

“Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək”, deyən ölkə rəhbəri bu istiqamətdə də qarşıya mühüm vəzifələr qoyub. “Azərxalça”nın məhsullarının dünya bazarında satışının həyata keçirilməsi üçün ilk növbədə onun təbliği və təqdimatı lazım idi. Ona görə də Almaniyada, Amerika Birləşmiş Ştatlarında, Rusiyada keçirilən beynəlxalq satış-sərgilərdə Azərbaycan xalçası nümayiş etdirilib. Bütün bunların nəticəsidir ki, həmin ölkələrin bu sahə üzrə ixtisaslaşmış iri şirkətləri Azərbaycan xalçalarına ciddi maraq göstərirlər. Artıq bu şirkətlərlə danışıqlar aparılıb, həmin ölkələrə xalça ixracı üçün müqavilələr hazırlanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə xalçaçılıq sahəsində görülən işlərin dünyada analoqu yoxdur. Cənab İlham Əliyev xalçaçılığa iqtisadi faktordan daha çox milli dəyərlər konteksindən yanaşdığı üçün bu sahəyə çox böyük diqqət yetirir. Bu qədim el sənətinə göstərilən yüksək qayğının daha bir təzahürü odur ki, Azərbaycan xalçaçıları dövlət başçımızın sərəncamı ilə hər il may ayının 5-ni peşə bayramları kimi qeyd edirlər. Xalçaçıların müxtəlif fəxri adlarla, medallarla təltif olunmağı isə  onları ruhlandırır, daha yaxşı işləməyə sövq edir.

Cənab İlham Əliyevin son illər bu sahənin inkişafına 80 milyon manatdan çox vəsait ayırması, “Azərxalça”nın filiallarının açılış mərasimlərində iştirak etməsi, Azərbaycan xalçaçılarının qayğı və problemləri ilə maraqlanması dövlət başçımızın xalçaçılıq sənətinə, bütövlükdə isə milli dəyərlərimizə olan həssas münasibətinin nəticəsidir.

Xalçaçılıqla bağlı Azərbaycan dövlətinin konkret hədəfləri və strateji məqsədləri var. Prezident İlham Əliyev bu sahədə görülən işlərin əhəmiyyətindən danışarkən deyib: “Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər boyu yaşadır. Biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk. Eyni zamanda, gənc nəsil də, qızlar da bu sənətə cəlb olunurlar. Beləliklə, tam əminlik var ki, Azərbaycan dünyada xalçaçılığın inkişafında öz sözünü gələcəkdə də deyəcəkdir. Xalçaçılıq sənətinin inkişafı və "Azərxalça"nın uğurlu fəaliyyəti nəticəsində biz bir neçə məqsədə çatmış oluruq. İş yerləri, yerli istehsal, xammalın təşkili və ölkəmizin dünyada təbliği baxımından xalçaçılığın çox böyük önəmi var”.

Dövlət başçısının böyük qayğısı sayəsində yaradılan xalça fabriklərində toxunan xalçalar artıq “Azərbaycan brendi” kimi dünyaya ixrac olunur. Bu brend məhsullarla Azərbaycan təkcə maddi gəlir əldə etmir. Burda ölkəmizin mənəvi qazancı daha çoxdur. Çünki xalçalarla biz tariximizi, milli dəyərlərimizi, mədəniyyətimizi, xalq sənətkarlığımızı, xalqımızın təfəkkürünü bütün dünyada tanıdır və təbliğ edirik. Bu, Prezident İlham Əliyevin daha bir tarixi xidməti kimi, Azərbaycan var olduqca xalqımız tərəfindən daim minnətdarlıqla xatırlanacaq.

Tural Səfərov,
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ