Cümə günü, 09 oktyabr 2026
     

Həkim-rəssamın fərdi sərgisi… - FOTO

Image


“Mənim ilk sərgimi ziyarət etdiyiniz və rəssamlıq sevgisinə ortaq olduğunuz üçün Sizə minnətdaram.

Hər rəssamın həyatında keçilməsi labüd olan sınaqlar var. Bu, yaradıcılıq yolunun ayrılmaz hissəsidir. Rəssamın işi gözəlliyi görmək, onu öz qavrayışından keçirərək inikas etdirmək və yenidən dünyaya geri verməkdir.

Xoşbəxtlik özünü dərketmədədir... Öz işlərimi təqdim etməklə Sizə gözəl əhval-ruhiyyə bəxş etmək arzusundayam...”

Bu səmimi sətirlər MDB ölkələrində, xüsusən də Azərbaycanımızda yaxşı tanınan həkim oftalmoloq, hazırda Rusiya Federasiyasının Moskva şəhərində yerləşən elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun aparıcı əməkdaşı kimi fəaliyyət göstərən istedadlı cərrah, gözəl şair və ecazkar rəssamlıq duyğulu İnci Arif qızı Vəliyevanın sərgi iştirakçılarına kövrək ürək çırpıntıları ilə təqdim etdiyi müraciətindəndir...Dünyanın özü qədər qədim olan milli rəssamlıq sənətimizin baş məbədi olan Azərbaycan Rəssamlar İttifaqı, öz müqəddəs ənənəsinə sadiq qalaraq, peşəkar və gələcəyin peşəkarları olacaq gənc sənətkarlarla yanaşı, sənət sahəsində xüsusi təhsilə yiyələnməyən, lakin bu sənətdə xüsusi istedad və həvəsə malik olan yaradıcı insanlara da öz diqqət və qayğısını daim göstərmiş, fitri qabiliyyətli sənət adamlarının məharət və bacarıqlarını geniş kütlələr - ümum cəmiyyət qarşısında göstərmələri üçün hər cür şərait yaratmış, yaradır və təbii ki, gələcəkdə də yaradacaqdır... İttifaqın növbəti belə bir təqdimatı bu günlərdə V.Səmədova adına Sərgi salonunda Azərbaycan tamaşaçılarına təqdim etdiyi həvəskar rəssam İnci Vəliyevanın əl işlərindən ibarət fərdi sərgisi oldu...

Sərgini giriş sözü ilə açan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimov İnci Vəliyevanın həyat və fəaliyyəti haqqında, eyni zamanda onun hər iki - həkim və rəssamlıq sənətindəki təbəddülatları necə dəf edərək bugünkü nailiyyətləri əldə etməsi barədə sərgiyə gələnlərə ətraflı məlumat verdi. Sonra Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, əməkdar incəsənət xadimi Rafiq Kərimov çıxış edərək İttifaqın sədri, Xalq rəssamı Fərhad Xəlilovun ölkədə

olmadığından bu sərgidə iştirak edə bilmədiyinə görə təəssüflərini bildirdiyini, eyni zamanda tədbirin səbəbkarı rəssam İnci Vəliyevaya onun səmimi təbriklərini çatdırmağı xahiş etdiyini bildirdi. Ardınca çox nadir insanlara öz təəssüratlarını şeirlə ifadə edən Rafiq müəllim İnci Vəliyevaya həsr etdiyi şeirini oxudu. Azərbaycanın görkəmli rəssamı Xanlar Əhmədov çıxışına sərginin təşkilatçılarına öz təşəkkürünü bildirməklə başladı. Ardınca İnci Vəliyevanın yaradıcılığındakı peşəkar nəciblikdən söz açdı. Eyni zamanda sərgi müəllifinin atası Arif müəllimlə xalaoğlu olduğunu bildirdi və qeyd etdi ki, təvazökarlıqdan uzaq olsa da, düşünürəm, elmə, ədəbiyyata, incəsənətə meyl və xüsusi qabiliyyət Allah tərəfindən bizim nəsilə verilmiş bir bəxşişdir, hədiyyədir...

Türkiyədə yaşayıb-yaradan rəssamlar da, öz növbələrində, İnci Vəliyevanın sənətini, yaradıcılığını ayrı-ayrı əsərlərini, bütövlükdə sərgidəki eksponatları yüksək dəyərləndirdilər və gələcəkdə bu sərginin davamını Türkiyədə görməyi arzuladılar. Eyni zamanda sərgiyə dəvət olunmuş sənətşünaslar, rəssamlar və digər qonaqlar - respublikamızın görkəmli ziyalıları, alimlər, millət vəkilləri sərginin açılışı münasibətilə İnci xanımı təbrik etdilər. Sonra müəllifə - İnci xanıma söz verildi. O da öz növbəsində bütün sənət adamlarını, iştirakçıları, qonaqları salamladı, zəhmət çəkib onun sərgisinə gəldikləri üçün onlara dərin təşəkkür və minnətdarlığını bildirdi.

Sonda Ağali İbrahimov yekun sözünün ardından sərginin rəsmi hissəsini yekunlaşdıraraq qırmızı lenti kəsdi və iştirakçıları sərgiyə tamaşa etməyə dəvət etdi...

60-a yaxın eksponatla bəzədilmiş bu müqəddəs salon - Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonu öz tamaşaçılarını təlatümlü bir anşlaqla ağuşuna aldı. Sərgidəki əsərlər elə ilk baxışdan sanki ilahi auralı bir pozitiv enerji ilə tamaşaçıların qəlblərini ovladı, ruhlarına hopdu. Bunu onların bir-birinə sığınaraq uzun müddət hər hansı bir əsərin qarşısından çəkilə bilməmələri sübut edirdi...

Sərginin maraqlı cəhətlərindən biri o idi ki, rəssamın mövzu müraciətlərində bir sərhədsizlik açıq-aydın özünü büruzə verirdi. Müəllifdə mövzu qıtlığı, demək olar ki, heç bir halda hiss olunmurdu. Digər tərəfdən janr müxtəlifliyi zənginliyi də kifayət qədərdi. Bu janrlar üzrə işləmə texnikası da rəssamın özünəməxsusluğu ilə seçilirdi. Bu texniki üsul məharəti həm rəngkarlıq - yağlı boya ilə işləmələrində, həm qrafika - xüsusən də karandaşla işləmələrində özünü daha qabarıq göstərirdi.

Kağız üzərində pastel (əlvan rəngli karandaşlar) işləmə texnikası isə öz incəliyi, zərifliyi, gözoxşamaları ilə xüsusi təsir gücündə olan estetik duyğular yaradaraq insan varlığında sanki bir harmoniya, bir tarazlıq yaradırdı... Düşünürəm ki, aşağıda bu qəbildən işlənmiş bir neçə əsərin adını çəksəm, yəqin ki, oxucularımızda müəyyən təsəvvür yaratmış olaram!

“O qadın” (pastel, kağız), “Mahtab” (kətan, akril, şüşə, konturu) “Mənim palitram” (kətan, yağlı boya), “Anam” (kətan, yağlı boya), “Lerik” (kətan, akril), “Atam” (kətan, yağlı boya), “Sükunət” (kətan, akril), “Roman” (kətan, akril), “Cahan” (kətan, yağlı boya), “Mikulya” (kətan, yağlı boya), “Səkinə” (pastel, kağız), “Gülya” (kətan, yağlı boya), “Çatlaq şəhər” (kətan, akril, şüşə konturu),“Bağda səhər” (kətan, yağlı boya), “Mənim molbertim” (karandaş, kağız), “Dərketmə” (karandaş kağız), “Kotor buxtası” (kətan, yağlı boya), Monteneqro (kətan, yağlı boya), “Güllər” (kətan, akril), “Afrikalı qadınlar (triptix)” (kətan, akril, şüşə konturu), “Qış” (pastel, kağız), “Kotor Monteneqro” (kətan, yağlı boya), “Qürub” (kətan, yağlı boya), “Firuzəyi çəllək” (kətan, yağlı boya) və s. bu qəbildən olan əsərlər rəssamın təkcə göz görüntülərini əks etdirmir, eyni zamanda onun bütövlükdə dünya görüşünü, həyata baxışını, fırçaya, karandaşa gətirdiyi həyatımızın bir parçasını, təbiətin bir anını, bütövlükdə varlıqların həyat missiyasını idrakından süzülüb gələn fəlsəfi mahiyyətin əsasları nöqtəsində cəmləşdirmə məharətini əks etdirir...

Deyirlər ki, həyatda heç nə təsadüfi olmur. Görünür bu doğrudan da belədir…

Tanışlıq təəssüratı. İnci Arif qızı Vəliyeva dünyaya göz açanda nə özü, nə də valideynləri təsəvvürlərinə belə gətirməzdilər ki, arıq, xırda bir körpə gələcəkdə yüzlərlə insanın cismani gözlərinə işıq, milyonlarla insanın isə bəsirət gözlərinə nur bəxş edəcək. Bəlkə də elə beləcə xırdalığına görə ona bədahətən İnci adını verdilər. Bir az geniş yanaşsaq, bu sözdə - adda iki məna görmək olar. Birinci görkəmlilik, zəriflik baxımından, ikincisi isə gözəllik və qiymətlilik baxımından. Yəni incəlik və incilik olaraq.

Heç şübhə etmirəm ki, bu da Tanrının qüdrəti idi ki, bu insan hər iki mənanı öz varlığında, öz vücudunda tamamladı. Onun vücudundakı bu incəlik adı kimi zərif barmaqlarında tamlandı… İnsan varlığının ən zərif, incə nöqtəsi olan göz əməliyyatları zamanı cərrah bıçağını tutan o incə barmaqlar eyni zəriflik, incəliklə də rəssam fırçasını tutdu. Və eyni diqqət və həssaslıqla da kətan üzərində gəzdi. Sonradan bu sehirli barmaqlar diyircəkli qələmi də öz aralarında sıxdı və İnci

xanımın qəlb çırpıntılarını misralara çevirib kağız üzərinə köçürdü… Və bu

incəliklər onun varlığının, ruhunun inci dəyərində tamamlandı… Əsmər bənizli, zərif vücudlu bu qeyri-adi varlığın ən böyük sücaətlərindən biri də odur ki, o bu ecazkar qabiliyyəti, bacarığı ilə Azərbaycanımızın, millətimizin başını yad ölkənin baş kəndində ucalardan uca etməkdədir…

Bütün bunlarla yanaşı ləyaqətli, nəcib bir ziyalı nəsli şəcərəsinə mənsub olan İnci xanım nəsillərinin adına layiq bir ev-ailə qadını, valideynlərinə göz çırağı olmağı bacaran bir övlad, onun gələcək arzularını həyata keçirəcək bir oğul anası, elitar cəmiyyət arasında mötəbər, ülya bir xanımdır. Atası Arif müəllim də fizika-riyaziyyat sahəsi üzrə Azərbaycanın görkəmli elm xadimi olmaqla yanaşı,

respublikamızda tanınmış ədəbi-bədii yaradıcı bir insandır. Qardaş-bacıları da o cümlədən… Və bir sözlə, rəssam Xanlar Əhmədovun çıxışında qeyd etdiyi kimi, digər sahələrlə yanaşı, ədəbiyyat və incəsənət sahəsindəki bacarıqlar bu ailənin, bütövlükdə bu nəslin Tanrı tərəfindən hədiyyə olunmuş vergisidir.

Sərgidən ayrılanda Arif müəllimin gözlərində nəmli bir parıltı gördüm. Bu məndə belə bir təəssürat yaratdı ki, bu parıltı iki müxtəlif hissin toqquşmasında bərq vuran bir şölədir. Biri sevimli həyat yoldaşının vaxtsız dünyasını dəyişməsi səbəbindən övladının könülləri riqqətə gətirən bu uğurunu görə bilməməsi təəssüfü, digəri isə İnci xanımın bu nailiyyətinin – xoşbəxtlik anının sevincidir...

Mən də öz növbəmdə İnci xanıma hər iki nəcib sənətində uğurlar diləyir, daha uca zirvələr fəth etməsini arzu edirəm…

Binnət HÜMBƏTOĞLU
sənətşünas



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ