Cümə günü, 09 oktyabr 2026
     

“Qələmi əlimə alandan sonra kimsə məni yazmaqdan saxlaya bilməz” - MÜSAHİBƏ

Image


- Yunus müəllim, bu yaxında “Səfəvi şeyxi” adlı romanınızı bitirmisiniz. Səhv eləmirəmsə, bu Sizin sayca 9-cu tarixi romanınızdır.

- Bəli.

- Nə vaxt çap olunacaq?

- Yəqin ilin axırına kimi kitab şəklində çıxar.

- Roman kim haqqındadır?

- Təbii ki, kitabda Şeyx Səfi, Teymurləng, qaraqoyunlu Cahanşah, ağqoyunlu Uzun Həsən, İstanbulun Fəthi, Saray Xatun və başqaları barədə də xeyli məlumat var, ancaq əsasən Şeyx Cüneydin həyatı və fəaliyyəti üzərində dayanmışam.

- İstər Fərman Kərimzadənin, istər Əzizə Cəfərzadənin, istərsə də Əlisa Nicatın və başqalarının əsərlərində Şeyx Cüneyd obrazı işlənib. Sizin Şeyx Cüneyd ədəbi obraz kimi özünə qədərkilərdən nə ilə fərqlənir?

- Fərman Kərimzadənin və o biri yazıçıların əsərlərində Şeyx Cüneyd fraqment kimi verilib. Mən bu əsəri yazmaq üçün onlarla əlyazmadan, mənbədən istifadə eləmişəm. Fərman Kərimzadənin, Əzizə Cəfərzadənin, Əlisa Nicatın dövründə həmən əlyazmalar yox idi.

- Belə çıxır romana yeni faktlar əlavə etmisiniz?

- Əlisa Nicatın əsərində fokus mərkəzində Şah İsmayıldır. Əlisa Nicat Şeyx Cüneydlə Şeyx Heydərin Şirvana gəlib qətlə yetirilmələrini epizodik göstərir. Amma heç kim bilmir ki, Şeyx Cüneyd Şirvana niyə gəlmişdi...

- Niyə gəlmişdi?

- Uzun Həsən bacısı Xədicəni Şeyx Cüneydə vermişdi. Şeyx Cüneydin toyu ərəfəsində 20 min döyüşən əsgəri-müridi vardı, Uzun Həsən heç o qədər ordu toplaya bilmirdi. Ona deyirdilər ki, sənin bu qədər ordun var, niyə dövlət qurmursan? Onun qaynanası Saray xatun, Sara yazmayasan, bu yanlışdır. Nədənsə Sovet dövründə o diplomat qadının adını hamı Sara xatun kimi yazıb, ancaq adı Saray xatundur. Bəli, Saray xatun və Həsən bəy Şeyx Cüneydi təhrik edirdilər ki, ordun var, amma dövlətin yoxdur, torpağın yoxdur. Bu nə deməkdir? Şirvan o zaman ən zəif halqa idi. Kim istəyirdi hücum edib nəsə qoparırdı. 1501-ci ildə məhz Şah İsmayıl da buna görə Şirvana hücum elədi.

- O zaman bu hücum qisas məqsədi daşımırdı?

- Qətiyyən. Şah İsmayılın Şirvana hücumunun məqsədi də babası, atası kimi dövlət qurmaq idi.

- Şeyx Cüneydin daha hansı xüsusiyyətləri vardı?

- Şiəliyi bu əraziyə Şeyx Cüneyd gətirib. Ona qədər həm xalqımız, həm də Səfəvi şeyxləri sünni idilər. Şeyx Cüneyd gördü ki, yeni dövlət yaratmaq üçün başqa təriqətə keçmək lazımdır. Çünki onun əmisi və hamisi Şeyx Cəfər də Ərdəbildə, Təkkədə hakimiyyəti ələ keçirmişdi. Buna görə də Şeyx Cüneyd elan elədi ki, şiə təriqətinə keçirəm, “əhli-beyt” haqdır. Qızılbaş çalmasını geyinmək adəti isə Şeyx Heydərin vaxtında yaranıb.

- Əsərlərinizin sizin üçün tarix tərəfi daha əhəmiyyətlidir, yoxsa ədəbiyyat tərəfi?

- Mən ixtisasca tarixçiyəm. Bu faktları elmi əsər şəklində də yaza bilərəm, ancaq onda çox az adam oxuyacaq, bədiiləşdirib yazanda daha çox insanın marağı yaranır. Passionarlıq nəzəriyyəsi ilə bağlı bir elmi əsər yazdım. Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə dərc olundu. Amma çox az adam oxudu. Çünki Azərbaycanda cəmi üç nəfər passionarlığın nə olduğunu bilir. O əsəri Qumilyova da təqdim etdim, ona dedim ki, bəzi fikirlərinlə razılaşmıram. Sən yazmısan ki, biz türklər Asiyadan gəlmişik, mənsə sübut etmişəm ki, biz bu coğrafiyadan Asiyaya getmişik.

- Qumilyov nə dedi?

- Qoca kişi idi, dedi ki, Allah bilər hansımız düzük (gülür).

- Belə bir fikir var ki, hər bir yazıçı nə yazdığını, necə yazdığını gözəl bilir. Bəs Yunus Oğuz öz yazdıqları haqqında nə düşünür, özünü necə yazıçı hesab edir?

- Onu mən yox, gələcək nəsillər deyə bilər. Əgər Elmlər Akademiyasının Ədəbyyat İnstitutu bədii əsərlərimin müzakirəsini keçirirsə, əgər bütün kitablarıma Nizami Cəfərov rəy verirsə, hər halda pis yazmıram. Çünki Nizami Cəfərov bəyənməsə heç vaxt rəy yazmaz.

- Sizin tarixi əsərləriniz Fərman Kərimzadənin, Əzizə Cəfərzadənin, Əlisa Nicatın və başqalarının əsərlərindən nə ilə fərqlənir?

- Onlar elə dövrdə yaşayırdılar ki, ideologiyanın pəncəsində əsir olmuşdular. İstədiklərini yaza bilmirdilər. Mənimsə belə problemim yoxdur. Əlimin altında əlavə mənbələr var, onlara istinad edirəm. Məsələn, Əmir Teymurdan iki cildlik roman yazdım. Dünya Əmir Teymuru zalım bilirdi, mən tamamilə başqa rakursdan verdim, Qazaxıstanda, Özbəkistanda təqdim olundu, 300 min tirajla təqdimatı oldu. Türkiyədə isə dedilər ki, 50 ildi bizdə Teymurdan heç nə yazılmırdı. Nə var, nə var, guya Teymur Bəyazidi təhqir eləmişdi. Sən isə elə vermisən ki, Teymur Bəyazidi təhqir eləmir. Dedim həqiqətən Teymur Bəyazidi təhqir eləməyib, onlara mənbələr göstərdim.

Gərək mənbəni də oxuya, ordakı alt mənanı tuta biləsən. Məsələn,  Sivasda 4 min erməni əsgərini Teymur diri-diri basdırıb. Mənbədə bu barədə sadəcə olaraq bir cümlə gedib. Niyə basdırıb? Bu cür dahi adam niyə belə eləsin? Səbəb nə idi? Sən demə Sivasda ermənilər Xocalıda olduğu kimi dinc sakinləri qətlə yetiriblər. Erməni məliki də Teymura “Sən bizə söz vermişdin ki, qan tökməyəcəksən” deyəndə Teymur da cavab verib ki, qan tökməyəcəm ki, diri-diri basdıracam.

- İsa Hüseynovun “Məhşər” romanında Əmir Teymurla Nəsimi görüşür. Halbuki, tarixdə o görüş olmayıb. Sizin romanda necə, şahla şair görüşür?

- Bu film insanların beyninə yer edib deyə, düşündüm ki, İsa Hüseynovun “səhv”ini təkrarlayım. Odur ki, Teymurla Nəsimini görüşdürdüm. Mənim əsərimdə Teymur Nəsimini Sivas həbsxanasında çıxarır və İsa Hüseynovun Teymurundan fərqli olaraq, mənim Teymurum sözün qılıncdan böyük olduğunu qəbul edir. Teymur deyir: “Nə deyirsiz, dünyaya qılıncla hökm edən bir insan dünyaya sözlə hökm edən bir insanı edam etsin?”

- Səhv etmirəmsə, bir neçə il əvvəl əsərlərinizin dilinə görə mətbuatda tənqid olunmuşduz.

- Normaldı. Peyğəmbər deyiləm ki, mən də tənqid oluna bilərəm.

- Yadımdadır, “Nadir şah iclas elədi” cümlənizə görə sizə irad tutulmuşdu.

- Necə istəyirsiz ki, o dövrün dili ilə yazım heç kəs oxumasın? İclas iclasdır da. Bəs nə yazım? Məşvərət də yaza bilərəm. Ancaq kim o sözü bilir?

- Ümumiyyətlə, orta əsrlərin dilini, üslubunu saxlamağa çalışırsınız?

- Mən müasir insanlar üçün yazıram, ona görə dil də müasir olmalıdır. Özüm bilə-bilə bu cür yazıram.

- Bir məsələ də var ki, eyni irad İsa Hüseynova, Əlisa Nicata tutulmayıb, sizə tutulub.

- Ola bilsin məni oxuyan İsa Hüseynovu, Əlisa Nicatı oxumayıb. Hər şey ola bilər. Sizə bir şeyi də deyim. Nadir şah elə bizim kimi danışırdı, o vaxtın danışığının indiki danışığımızdan çox böyük fərqi yox idi.

- Kitablarınızın satışı Sizi qane edir?

- Kitablarımın satışı məni dolandırır. Təkcə Azərbaycanda yox, 20 ölkədə 48 kitabım çıxıb.

- Çingiz Abdullayevi ötüb keçmisiniz ki.

- Çingiz Abdullayevə çata bilmərəm. Onun təkcə 80 romanı mənim evimdədi. Bəlkə mən də detektiv yazsaydım, həmin ölkələrdə tirajım daha çox olardı.

- Türk tarixi roman yazarlarının əsərlərinə münasibətiniz necədir; Ahmet Ümid var, yarı tarixi, yarı detektiv yazır, İskəndər Pala var...

- İskəndər Pala FETÖ-çü idi. Onu FETÖ-çülər məşhurlaşdırmışdılar. O da nəyə görə? “Şah və Sultan”ı yazıb Şah İsmayılı təhqir etdiyinə görə. İskəndər Pala kimi yazıçılar sifarişlə yazırlar. Mənə isə sifariş olunmur, özüm kimdən istəyirəmsə ondan da yazıram.

- Gələcəkdə kimdən yazmaq istəyirsiz?

- Açığı, fikrim çoxdur. Məsələn, Sacilərdən yazılmayıb. Niyə yazılmasın? Sacilərin möhürünün üstündə Azərbaycan dövlətinin adı var, özü də hamısı türk olub.

- Deməli, baxırsız ki, hansı tarixi dövrdə boşluq var, o dövrdən də yazırsınız?

- Təbii, niyə də baxmayım? Ancaq bununla iş bitmir ki. Qələmi əlimə almayana kimi hələ bilmirəm nə yazacam. Düzdür, mənbələri oxuyub öyrənirəm, beynimdə maketi qururam. Qələmi əlimə alandan sonra isə daha kimsə məni yazmaqdan saxlaya bilməz. Mən artıq o tarixi şəxsiyyətlərin yanında oluram, onlarla nəfəs almağa başlayıram. O tarixi hadisələr gözlərimin qarşısında canlanmağa başlayır. 

- Tariximizin bizim bilmədiyimiz qaranlıq dövrləri çoxdurmu?

- Bəli çoxdur. Bunların hamısını yazıb üzə çıxartmaq lazımdır. Məsələn, Sultan Məhmətlə Uzun Həsən vuruşublar, hətta anası Saray xatun sultandan xahiş edib ki, oğluma dəymə. Biz bu tarixi  yaxşı bilmirik. Yaxud Teymurun oğlu Şahrux 47 il hakimiyyətdə olub, təkcə Azərbaycanı yox, Şirvana qədər böyük ərazini əlində saxlayıb. Türk dövlətinin gözəl paytaxtından biri Herat olub. Biz bunu da bilmirik, yazılmayıb.

- Türklər də bu barədə yazmayıblar?

- Onların Əmir Teymurdan zəhləsi gedir. Heç nəslindən də yazmağa qoymayıblar. Dərsliklərdə də yazırlar ki, Şah İsmayıl arvadını atıb qaçıb.

- Siz niyə onlara cavab verməmisiniz?

- Kim deyir verməmişəm? “Şah Təhmasib”də Sultan Süleymanı dörd dəfə Azərbaycana gətirmişəm. Mən gətirməmişəm e, özü gəlib və hər birində də qoşunu qırılıb geri çəkilib. Türklər elə bilirsiniz bunu yazırlar? Yazmırlar. Gizlədirlər.

- Yunus müəllim, arxivlərdə çalışırsınız?

- Mən arxivlərdə işləmirəm. Evim arxiv kimidir. Evimdə o qədər tarixi, qədim kitablar var ki. Bəlkə də arxivlərdə o kitablardan yoxdu. Bir də işdə çalışıram. İşdəki kitabxanamı da gördüz.

AzNews.az



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ