Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanın yeni hədəfi – Azıx mağarası UNESCO-da…

Image


Fariz Xəlilli: “Dünya bilməlidir ki, bu mağara Azərbaycana məxsusdur”
Aida İsmayılova: “Azıx mağarasında aşkar olunmuş maddi mədəniyyət nümunələri…”
Həyat Məhərrəmova: “Azıx mağarasının UNESCO-nun Ümumdünya Maddi İrsi siyahısına daxil edilməsi olduqca vacib bir məsələdir”

 

Azıx mağarası dünyanın ilk insan yaşayış məskənlərindən biridir. Xocavənd rayonunun Azıx və Salaketin kəndləri arasında yerləşən Azıx mağarası hazırda erməni işğalı altındadır. Bu gün erməni silahlı qüvvələrinin nəzarəti altında olan və Azərbaycana məxsus Azıx mağarasında ermənilər ağlagəlməz əməllər törədirlər.

Burada uzun illərdir erməni arxeoloqları və onların tutduqları muzdlu arxeoloqlar tərəfindən qanunsuz qazıntı işləri həyata keçirilir. Ermənilər burada “öz əcdadlarının izlərini” axtarırlar. Azıx mağarasında qanunsuz işləyən ekspedisiya, əslində, fitnəkarlıqla məşğul olur. Məlum olduğu kimi, hazırda işğal altında olan Azıx mağarasında qanunsuz tədqiqat işləri 1999-cu ildən başlayaraq hələ də davam etdirilir. Bu azmış kimi, 300-350 min il bundan əvvəl yaşamış Azərbaycan insanlarının izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri ekspedisiyanın sonunda Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərilir. Çox təəssüf ki, bu məsələdə Azərbaycanı sevməyən qüvvələr də yaxından iştirak edir.

Azıx mağarası Azərbaycan xalqının əcdadlarının yaşadığı mağara olub və ölkəmizə, xalqımıza aid maddi mədəniyyət abidəsidir.

Məlumdur ki, ermənilər yalnız Azıx mağarasında deyil, işğal altında olan digər mağaralarımızda da analoji saxtakarlıq işləri həyata keçirir, qanunsuz qazıntılar aparırlar. Azərbaycan tərəfin müraciətlərinə, səylərinə baxmayaraq, hələ də ermənilərə “dayan, dur” deyən tapılmır ki, tapılmır.

Azərbaycan tarixinin əsas abidələrindən olan və qədim insanlarımızın yaşadığı Azıx mağarasının işğal altında olmasına baxmayaraq, UNESCO-nun Ümumdünya İrsi obyektlərinin siyahısına salınması vacibdir. Hesab edirik ki, ölkəmizin UNESCO-dakı nümayəndəliyi Azıx mağarasının Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biri kimi UNESCO-ya daxil edilməsi istiqamətində işlər görməlidir.

MİRAS-Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, maddi irs üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fariz Xəlillinin bildirdiyinə görə, Azıx mağarası UNESCO-nun müvafiq siyahısına daxil edilməlidir. O bildirdi ki, Cənubi Qafqazın, eləcə də dünyanın ən qədim insan yaşayış məskənlərindən biri olan Azıx mağarası Azərbaycan xalqının əcdadlarının yaşadığı mağaradır. “Biz, birmənalı olaraq, Azıx mağarasının UNESCO-nun Ümumdünya Maddi İrsi siyahısına daxil edilməsi üçün işlər görməliyik. Azıx mağarasının erməni işğalı altında olmasına baxmayaraq, onun Azərbaycanın maddi irsi kimi UNESCO-nun siyahısına daxil edilməsi vacibdir. Bu gün erməni arxeoloqlarının Azıxda müxtəlif qazıntılar həyata keçirməsinə baxmayaraq, dünya bilməlidir ki, bu mağara Azərbaycana məxsusdur. Düşünürəm ki, biz nə qədər tez Azıx mağarasını bu qurumdan qeydiyyatdan keçirə bilsək, bir o qədər yaxşı olar” - deyə bildirən F.Xəlilli hesab edir ki, Azıx mağarasında Azərbaycan xalqının əcdadlarının izləri yaşayır.      

Tarixçi-arxeoloq Aida İsmayılova da Azıx mağarası, Azərbaycanın çox unikal maddi irs nümunəsi kimi, tez bir zamanda UNESCO-nun müvafiq siyahısına salınmalıdır: “Azıx mağarasında aşkar olunmuş maddi mədəniyyət nümunələri, eləcə də ibtidai insana məxsus alt çənə sümüyü Azərbaycanın qədim yaşayış məskəni olduğunu göstərir. Dünya elmi də bu tapıntını tanıyıb, qəbul edib. Hazırda Azıx mağarası işğal altındakı torpaqlarımızda olsa da belə, dünya əhəmiyyətli arxeoloji abidədir. Ona görə də Azıx mağarasının UNESCO-nun Ümumdünya Maddi İrsi siyahısına daxil edilməsi çox yaxşı olar və hətta bu çox vacibdir.

Görkəmli arxeoloqumuz Məmmədəli Hüseynovun əməyi nəticəsində bu abidə üzə çıxarılıb. XX əsrin 60-cı illərinə qədər elə düşünürdülər ki, Azərbaycanda Paleolit dövrü yoxdur. Lakin Azıx mağarasının tapılması, ondan sonra Tağlarda mağarası və digər qədim yaşayış yerlərinin öyrənilməsi bu fikrin əksini sübut etdi”.

Ekspert bildirdi ki, işğal altında olan Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında, Qarabağın Quruçay dərəsində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 200-250 metr aşağıda yerləşir.

Tarixçi Həyat Məhərrəmova da hesab edir ki, Azıx mağarasının UNESCO-nun siyahısına daxil edilməsi ən vacib məsələlərdən biri olmalıdır. Tarixçinin fikrincə, əks halda, Azıx mağarasını mənimsəməyə, öz adlarına çıxmağa cəhd göstərən ermənilər bizdən qabağa düşüb, bu abidəni öz adlarına UNESCO-da qeydiyyatdan keçirə bilərlər. Hazırda Azıx mağarasında bədnam erməni arxeoloqlarının İtaliya, Fransa və digər ölkələrin alimləri ilə birləşərək genişmiqyaslı arxeoloji tədqiqatlar apardığını deyən ekspertin sözlərinə görə, biz bu məsələni beynəlxalq aləmin diqqətinə çatdırmalı və ermənilərin bu vandalizm hərəkətlərinə son qoymasını tələb etməliyik. O bildirdi ki, bu gün, faktiki olaraq, Azərbaycan alimlərinin, arxeoloq və tarixçilərinin Azıx mağarasına getmək imkanı yoxdur, lakin beynəlxalq elmi-arxeoloji missiya işğal altında olan Azərbaycan ərazilərinə maneəsiz gedə bilər. H.Məhərrəmovanın sözlərinə görə, Azıx mağarasının UNESCO-nun siyahısına daxil edilməsi üçün bütün mümkün vasitələrdən istifadə etməliyik ki, ermənilər bizdən əvvəl bu barədə addım atmasınlar.  

Azıx mağarasının Daş dövrü insanlarının yaşayış yeri kimi dünyada məşhur olduğunu vurğulayan tarixçi bildirdi ki, mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit arxeoloji ekspedisiyası” tərəfindən aşkar olunub. Orada aparılan tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlandığını qeyd edən tarixçinin bildirdiyinə görə, mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilib.

O vurğuladı ki, 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında “Paleolit arxeoloji ekspedisiyası”nın Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunub. “İşğal altında olmasına baxmayaraq, dünya arxeoloqlarının diqqətində olan Azıx mağarası Azərbaycan xalqının tarixi keçmişinin əyani göstəricisidir. Azıx mağarasının UNESCO-nun siyahısına daxil edilməsi olduqca vacib bir məsələdir. Ermənilər işğal etdikləri torpaqlarımızda olan Azıx mağarasını mənimsəmək istəsələr də, bu onlara müyəssər olmayacaq. Çünki dünya arxeoloqları, alimləri yaxşı bilirlər ki, Azıx hansı xalqa məxsusdur, sadəcə, etiraf etmək istəmirlər” - deyə ekspert bildirdi.   

Azıx mağarasının öyrənilməsi ilə bağlı həyata keçirilən “İNTAS-2000” proqramından danışan tarixçi vurğuladı ki, Azərbaycanın daş dövrü düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının bəşər sivilizasiyasının tarixini tədqiq etmək üçün əvəzsiz arxeoloji mənbələr olduğunu əsas tutan Fransa, İtaliya, İspaniya, Rusiya, Azərbaycan və Gürcüstan alimləri 2001-ci ildə Beynəlxalq “İNTAS-2000” adlı proqram hazırlayıblar. O qeyd etdi ki, həmin proqram 2001-ci ilin iyul ayında Fransanın Totavel şəhərində keçirilən beynəlxalq elmi konfransda təsdiq olunub.

Həmin proqrama uyğun olaraq, professor Əsədulla Cəfərov Fransanın İnsan Paleoantologiya İnstitutu və Avropa Arxeoloji Tədqiqatlar Mərkəzində Azərbaycanın paleolit düşərgələrinin maddi mədəniyyət qalıqları haqqında elmi məruzələrlə çıxış edib. H.Məhərrəmovanın sözlərinə görə, Ə.Cəfərov Azıx, Tağlar və digər paleolit düşərgələrinin arxeoloji və paleoantoloji tapıntılarını şərh edib, azıxantropun çənə sümüyünün qalığının isə Qafqaz və Yaxın Şərqdə ən qədim paleoantropoloji tapıntı olduğunu bildirib.

O bildirdi ki, 2002-ci ildə Beynəlxalq “İNTAS-2000” proqramına uyğun olaraq, Avropa ölkələrindən 22 görkəmli alim başda professor Henri dö Lümley (fr. Henry de Lumley) olmaqla Bakıya gəlib, çoxtəbəqəli Azıx, Tağlar, Qazma və digər düşərgələrdən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış olub və bu tapıntıların dünya arxeologiya, paleoantologiya və paleoantropologiya elmləri üçün müstəsna elmi əhəmiyyəti olduğunu yekdilliklə qəbul ediblər.

Ümumiyyətlə, Azıx mağarasının dünyanın ən qədim insan yaşayış məskənlərindən biri kimi UNESCO-nun siyahısına daxil edilməsi üçün dünyanın tərəqqipərvər alimlərinin də bizə dəstək verəcəyinə ümid edən H.Məhərrəmova qeyd etdi ki, gec-tez, biz Azıx mağarasını UNESCO-nun qoruduğu ümumbəşəri dəyərlər siyahısında görə biləcəyik.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ