Cümə günü, 09 oktyabr 2026
     

“Özbəklər mənə çox əzizdir, doğmadır” - MÜSAHİBƏ

Image


Yazıçı–publisist Yunus Oğuzun Özbəkistan TV-yə müsahibəsi

- Gəlin, söhbətə sizin ədəbiyyat haqqında düşüncələrinizlə başlayaq. Yunus Oğuz üçün ədəbiyyat nədir?

- Ədəbiyyat əslində elmin ifadə edə bilmədiyini deyən bir sahədir. Elmdə konkret faktlar, sübutlar, dəlillər var. Bunlardan kənara çıxmaq mümkün olmur. Ədəbiyyat isə insana təxəyyül meydanı açır. İnsanın fikirlərini, məntiqini genişləndirir, inkişaf etdirir. Ədəbiyyat insan üçün yeni yetişmə formasıdır. Əgər insan uşaqlıqdan ədəbiyyat oxuyarsa, ədəbiyyatla yaşayarsa,  qəhrəman obrazlarını özününküləşdirə bilərsə, o insan gələcəkdə hökmən ya ədəbiyyat adamı olur, ya da böyük xadimlərdən biri. Ədəbiyyat insanın özünüifadə tərzidir. Həm də cəmiyyətdə baş verən hadisələrin bədii şəkildə əks etdirilməsidir. Ədəbiyyatın əks olunması gələcək nəsillərin yetişməsidir. Bu yetişmədə hökmən gələcək nəsillər oxuduqları hekayələrin, romanların, şeirlərin qəhrəmanlarına bənzəmək istəyirlər. Ədəbiyyat gündəlik həyatda və ya tarixdə baş verən hadisələrin bədii şəkildə qələmə alınmasıdır. Qələmə alınma yazıçının təxəyyülündən asılıdır. Yazıçı qəhrəmanını oxucularına mənfi və ya müsbət şəkildə təqdim edə bilər. Öldürə də bilər, sağ da saxlaya bilər. Bədii ədəbiyyatda qələm yazıçının əlindədir. O istəsə qəhrəmanı haqqında həqiqətdə olduğundan daha çox yaza bilər.

Məsələn, bir gün “Əmir Teymur” romanını yazırdım, dostum zəng elədi. Dedi, neynirsən. Dedim ki, Əmir Teymur ölüm ayağındadı, onu yazıram. Dostum cavabında bildirdi ki, Əmir Teymur 600 il bundan əvvəl rəhmətə gedib, sən neynirsən. Cavab olaraq bildirdim ki, qələm mənim əlimdədi. Hələ öldürməmişəm. Ədəbiyyatın gücü buradadır.

Tarixdə faktlar tələb olunur. Amma ədəbiyyatın baş verməyən hadisələri qələmə almaq imkanı genişdir. Ədəbiyyat insanları yetişdirir. Ədəbiyyat insanlara sevgi, mərhəmət bağışlayır.

- Necə oldu ki, Əmir Teymur haqqında əsər yazdınız? Əmir Teymurun şəxsiyyəti barəsində məlumat verməyinizi istəyirik.

- Əmir Teymur dünyanın ən böyük, nəhəng sərkərdələrindən biridir. Əmir elan olunduqdan sonrakı 35 ildə apardığı müharibələrin heç birində uduzmayıb. Adi bir döyüşü də belə.

Əsəri yazmamışdan öncə, təbii ki, böyük sərkərdə haqqında olan ən qədim mənbələri araşdırdım, oxudum. Nizaməddin Şəmi, “Şərəfnamə”, Şərafətdin əl Yəzdi, Ərəbşah və b. onun dövründə yazılan əsərləri topladım. Gördüm ki, Əmir Teymur türk dünyasının ən böyük nəhənglərindən biridir. Qeyd edim ki, Əmir Teymuru çox zaman həm Avropada, həm də müasir türk dünyasında zalım bir insan kimi tanıyırlar. Amma bu o nəhəng şəxsiyyəti yaxşı öyrənməməkdən irəli gəlir. Əmir Teymurun nifrəti nə qədər böyük idisə, mərhəməti ondan böyük idi. Bu insanın, demək olar ki, hafizəsi, döyüş taktikası müstəsna idi. 200 minlik ordusunda zabitlərin hamısının adını bir-bir bilirdi. Əsgərlərinin hansı döyüşdə şücaət göstərdiyini əzbər bilirdi. Onların hər birinə verdiyi mükafatları əzbər bilirdi. Təsəvvür edin, bu hal 35 il təkrarlanıb. Ən əsası da odur ki, Əmir Teymur türk dünyasını bir yerə toplamaq istəyirdi. Göydə bir tanrının, yerdə bir xaqanın olmasını istəyirdi. Amma məsələ ondadır ki, xaqan nəslindən olmadığı üçün özünə xan da demirdi. Ömrünün sonuna kimi də əmir olaraq qaldı. Bu onun böyüklüyü idi. Onun törələrə, qanunlara böyük sayğısının göstəricisi idi. Bax belə bir insan haqqında yazmamaq olardımı?

Təbii ki, Əmir Teymur haqqında minlərlə kitab, pyes yazılıb. Filmlər çəkilib. Azərbaycan filmi olan “Nəsimi”də də Əmir Teymurla bağlı epizod var. İsa Hüseynov “Nəsimi” filminin ssenarisini yazanda Əmir Teymurla Nəsimini görüşdürür. Amma tarixdə belə bir hadisə olmayıb. Fəzlullah Nəimi də qətlə yetiriləndə onunla görüşməyib. Amma filmdə Əmir Teymurun o hadisədə iştirakı verilir. Az əvvəlki söhbətə qayıdaraq yenə də ədəbiyyatın gücünü göstərmək istəyirəm. Ədəbiyyatın gücü bax, budur. Mən də “Əmir Teymur” romanında insanların filmdə yaddaşlarında qalan epizoda uyğun olaraq, Əmir Teymurla Nəsimini Sivasda görüşdürdüm. Romanda Əmir Teymur qələmin gücünü qılıncdan daha güclü hesab edir: Əmir Teymur Nəsimini həbsdən azad edəndə etirazlar olur. O isə öz alimlərinə deyir ki, dünyaya hökm edən bir qılınc sahibi dünyaya hökm edən bir söz sahibinin başını vursun? Bax ədəbiyyat, poeziya budur. Hökmdarlar söz xiridarlarını, əsl ədəbiyyatı sevirlər.

- Yazıçı Yunus Oğuz həyatda nələrə dəyər verir, nələri sevir. Hobbiniz nədir?

- Hər bir insanın sevdiyi bir peşə olur. İşlədiyi, maaş aldığı, sevdiyi peşə. Məsələ ondadır ki, mənim sevdiyim və işlədiyim, maaş aldığım peşə eynidir. Yəni sevgim qələmədir, sevgim yazıyadır. Boş vaxtlarımda kitab oxumağı sevirəm. Kitablar insanı formalaşdırır, öz dünyasını yaradır. Kitaba sevgi ən böyük hobbimdir. Kitaba sevgi məntiqi nəticə çıxarıb nəsə yazanda bu  böyük sevgi olur. Təbii ki, ailəyə, vətənə sevgi var. Azərbaycanın milli mətbəxinə məxsus yeməkləri bişirmək hobbim var. Ən böyük sevgim qələm və kitabadır. Ola bilər ki, kiminsə tamam başqa peşəyə sevgisi var. 15 yaşından mənim hobbimlə peşəm birdir. 45 ildir mən bu peşəmlə kitab oxumaq sevgimi birləşdirmişəm. Mənim ən gözəl istirahətim kitab oxuyanda və yazandadır.

- Dünyanı xilas etmək  üçün nələr etmək lazımdır? Yazıçı Yunus Oğuzun təxəyyülü?

- Yunus Oğuzun təxəyyülünü bilmək üçün, təbii ki, ilk öncə onun əsərləri, şeirləri ilə tanış olmaq lazımdır. Hər bir insanın geniş və ya dar təxəyyülü var. Təxəyyül təfəkkürün inkişafına təkan verir. Və düşünürəm ki, Yunus Oğuz üçün dünyanı xilas etmək- təhlükəli mühitdən təhlükəsiz mühitə keçmək arzusundadır. Yəni dünyada sülh yaratmaq lazımdır. Dünyada ən böyük bəlamız cahillikdir. Cahilliyin də ən böyük səbəbi oxumamaqdır. Məhəmməd Peyğəmbərin bir kəlamı var. Deyir ki, ey əsabələrim, mən sizə bu dünyada iki şeyi əmanət qoyuram. Biri kitab, bir də əhli-beytim. İnsanlar cahil olacaqsa, dünyada qan töküləcək. İfrat dini radikal qarşıdurmalar yaranacaq. Bunun da səbəbi oxumamaq, cahillikdir. Məhəmməd Peyğəmbər bunu elə belə demirdi ki, anadan olandan ta qəbir evinə qədər oxuyun. Sosialist Lenin Məhəmməd Peyğəmbərin bu hədisindən istifadə etdi. Amma təəssüf ki, bizdə hələ də oxumaq məsələsini tamam başqa cür anlayırlar. Elə zənn edirlər ki, oxumadan da bu dünyada yaşamaq olar. Yaşamaq olar, amma oxumadan insan ancaq cahil olur.

- Nədən Orta Asiyada məhz Özbəkistanla sıx əməkdaşlıq edirsiz?

- Əslində Özbəkistandan öncə kitablarım dünyanın müxtəlif ölkələrində yayımlanıb. “Əmir Teymur” yayımlanmamışdan öncə iki il ardıcıl olaraq Moskvada, Londonda, Nyu-Yorkda “Nadir şah” çap olundu, Ukraynada, Türkiyədə, Polşada. Qazaxıstanda Nazarbayev fondu kitabın təqdimatını keçirtdi.

Özbəkistanla sıx əməkdaşlığımız yaranmamışdan öncə çox maraqlı hadisə ilə qarşılaşdıq. Özbəkistanda fəaliyyət göstərən dostum Qulu Kəngərli ilə birgə Özbəkistan Yazıçılar Birliyinə, Prezident Aparatına getdik. Heç kim bizi qəbul eləmədi. Baxmayaraq ki, bu səfərə qədər “Əmir Teymur” dünyanın bir çox ölkələrində çap olunmuşdu. Dünyanın 20 ölkəsində 45 kitabım çıxıb. Qeyd edim ki, “Əmir Teymur” iri həcmli əsərlərimdən biridir. Amma oxuyanlar bu əsərin çox gözəl əsər olduğunu bildirir. Özbəkistan vətəndaşı olmadan belə bir kitab yazmağımı yüksək dəyərləndirirlər. Buna baxmayaraq, heç kim bizi qəbul etmir. Qulu Kəngərli ilə nə edəcəyimizi düşündük. Belə qərara gəldik ki, mən Bakıya qayıdım və Özbəkistan prezidentinə teleqram vasitəsilə müraciət edim. O zaman ölkə prezidenti rəhmətlik İslam Kərimov idi. Bakıdan İslam Kərimova daşdan keçən teleqram vurdum. Tərcümədə iştirak edən şəxslərin, redaktorların hamısının adını qeyd etdim. Və prezidentə belə bir sual yazdım ki, Əmir Teymur sizin üçün böyük bir şəxsiyyətdirsə nədən kitabımı dərc etmirsiniz? Bir həftədən sonra kitabımın tərcüməçisi, rəhmətlik dostum Osman Kuçqari zəng edərək bildirdi ki, onu Prezident Aparatına çağırırlar. Məni yenidən Özbəkistana dəvət etdilər. O vaxtdan sonra Özbəkistanla münasibətlərimiz başqa istiqamətdə inkişaf etdi. Əsər Prezident Aparatında humanitar şöbədə oxundu. Böyük tirajla yayımlandı. Daha sonra Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində kitabın təqdimat mərasimi təşkil edildi. Təqdimatda kitabdan imtina edən alimlər, akademiklər sonradan bu kitabı niyə onlara vermədiyimizi, nədən Prezident Aparatına şikayət etdiyimizi dedilər. Və bundan sonra həmin insanlarla da dostlaşma xətti götürüldü. “Əmir Teymur” əsəri çox surətlə yayımlandı. Kitab haqqında gözəl rəylər yazıldı. Özbəkistandan sonra Qırğızıstanda prezident iqamətgahında

“Əmir Teymur” əsərinin təqdimatı oldu. Davamlı olaraq digər kitablarım Özbəkistanda dərc olundu. Yunus Oğuz Özbəkistanda tamamilə başqa insan kimi, yazıçı kimi təqdim olundu. Bütün romanlarıma görə məni sevməyə başladılar. Təbiidir ki, yazıçının qələminin gücü məhz onun yazdığı əsərlərinin sevilməsindədir.

- Özbəkistan haqqında düşüncələrinizi bilmək maraqlı olardı…

- Əslində, özbəklər bizə -azərbaycanlılara oxşayır. İki cür özbəklər var: bir qıpçaq əsilli, digəri oğuz əsilli özbəklər. Bunların hər ikisi mənə əzizdir, doğmadır. Baxmayaraq ki, özbək sözünün də kökü oğuz elindən gəlir. Özbəklərin insanlara münasibəti, davranışı, böyüklərə hörməti bizdə olduğu kimidir. Dinimiz və bir az da dilimiz oxşardır. Düzdür, dilimizdə XX əsrin əvvəllində fərqlər bundan az idi. Sovetlərin zamanında fərq daha çox oldu. İndi ortaq ədəbiyyat, ortaq mədəniyyət, ortaq dil yaratmağa çalışırıq. Özbəkləri tərcüməsiz başa düşmək, anlamaq olur. Təbii ki, elmi dili anlamaq çətindir. Amma adi danışıq səviyyəsində bir-birimizi anlayırıq. Ona görə deyirəm ki, Əmir Teymur, Nadir şah və digər tarixi qəhrəmanlarım nə qədər mənimdirsə, o qədər də özbəklərindir. Nə qədər özbəklərindirsə, o qədər də türk dünyasınındır. Qırğızıstanındır, Qazaxıstanındır. Yəni istər-istəməz, biz bir kökdən yarandığımız üçün hamımız son nəticədə bir qardaş olmaq üçün kökümüzü axtarıb, toy keçirib, xaqanımızı seçəcəyik!



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ