Cümə günü, 14 avqust 2026
     

Tarixdə iz buraxanlar: Mirzə Həsən Rüşdiyyə

Image


Mirzə Həsən Rüşdiyyə 1851-ci il iyul ayının 5-də Təbriz şəhərində dövrün görkəmli alimlərindən olan Molla Mehdinin ailəsində anadan olub. İbtidai təhsilini Təbrizdə alandan sonra Beyrutdakı Darülmüəllimi məktəbinə daxil olub. O, həmin məktəbdə təkcə təhsil almaqla kifayətlənməyib, həm də dövrü üçün aktual olan yeni təhsil üsullarını öyrənirdi. Bu işlərin XIX əsrdə çox böyük əhəmiyyəti var idi. Çünki Avropa təhsil proqramları Şərqdəki mədrəsə təhsilindən çox irəli getmişdi və orta əsr qaydalarına söykənən mədrəsə təhsil sistemi müasir tələblərə cavab vermirdi və yalnız dini ayinlər, bəzi təbiət elmləri sahələrində səthi məlumat verilirdi.

Mirzə Həsən Rüşdiyyə məhz müasir tələblərə cavab verən məktəblərin təsis edilməsi barədə düşünürdü. Bu məqsədlə o, Darülmüəllimində təhsilini bitirəndən sonra, 1884-cü ildə Rusiya tərkibində olan Qafqaza, daha doğrusu, indiki Ermənistan ərazisi olan İrəvan xanlığına gəlmiş, burada görkəmli rus pedaqoqu K.D.Uşinskinin pedaqoji irsi ilə tanış olub. Rüşdiyyənin qardaşı İrəvanda yaşayırdı və o, qardaşının köməyi ilə yeni tipli məktəb açıb azərbaycanlı uşaqları təhsilə cəlb edir. İranın şahı Nəsrəddin Avropa səfərindən qayıdanda İrəvanda olub və Ruşdiyyə ilə şəxsən görüşüb, ona İranda yeni tipli məktəblər açmağı təklif edib. Yeni məktəb təliminin əsaslarını bilən Rüşdiyyə 1887-ci ildə Təbrizə qayıdıb şəhərin Şeşgilan məhəlləsində yeni tipli “Dəbistan” məktəbini açıb.

Həmin dövrdə dövlət səviyyəsində yeni tipli məktəblərin açılmasına icazə verilirdi və ölkəni idarə edən azərbaycanlı sülaləsi Qacarlar əhalinin maarifləndirilməsi üçün bir çox tədbirlər həyata keçirirdilər. Elə həmin tədbirlər layihəsindən faydalanan vətənpərvər ziyalı 1893-cü ildə Təbrizdə başqa bir məktəb – “Rüşdiyyə milli məktəbi”ni də açır. Bu məktəb dərsi yeni üsulla tədris edən məktəblərdən idi. Rüşdiyyəni Azərbaycan xalqının xoşbəxt gələcəyi düşündürürdü və o bilirdi ki, xoşbəxt gələcəyə aparan yol müasir məktəblərdən keçir. Böyük Azərbaycan ziyalısı təkcə nəzəri cəhətdən deyil, əməldə də bunları həyata keçirmək istəyirdi. O, təkcə məktəb açmaqla öz işini bitmiş hesab etmirdi, həm də müasir məktəblər üçün müasir dərsliklərin də vacibliyini başa düşürdü. Ona görə də Rüşdiyyənin özü 1894-cü ildə “Vətən dili” adlı dərslik çap etdirir və həmin dərslik müasir məktəblərdə tədris olunur.

M.H.Rüşdiyyə bilirdi ki, yeni zamanın rəhbərləri qabaqcıl düşüncəli adamlar olmalıdırlar. Bu məqsədlə o, siyasi dərnəklərdən biri “Gizli əncümən” təşkilatının üzvü olur, onun siyasi dərnəklərində iştirak edir və sonra siyasi fəaliyyətini genişləndirib “İnqilab komitəsi”nin əsas təşkilatçılarından birinə çevrilir.

Yazıçının ədəbi fəaliyyətinə qiymət verən C.Xəndan yazır: “Müasir adamlara Rüşdiyyəni sevdirən nədir? Hər şeydən əvvəl, onun ana dilini təlim etmək sahəsindəki fəaliyyətidir. Bu fəaliyyətinin böyüklüyü bir də ona görə nəzəri cəlb edir ki, bu, irticanın ən qüvvətli bir dövründə özünü göstərib”. Həqiqətən də güneylilər Rüşdiyyənin ədəbi-pedaqoji fəaliyyətini həmişə yüksək dəyərləndiriblər. Ömrünün sonunadək pedaqoji işlərlə məşğul olan Mirzə Həsən Rüşdiyyə 17  kitab ərsəyə gətirib. Həmin kitablar ədəbi-elmi xarakter daşıyır.

Bu da bir həqiqətdir ki, Rüşdiyyənin ədəbi irsi Azərbaycan ədəbiyyatının nadir nümunəsi hesab edilir. Onun alleqorik hekayələrində çox dərin mənalar var. Yazıçı həmin hekayələri uşaqlar üçün yazıb dərsliyinə salıb. O, “Bir aslan ilə iki öküz” hekayəsində göstərir ki, aslan öküzləri yemək istəyir, ancaq onların birləşib aslana hücum etmələri buna imkan vermir. Belə olduqda aslan onlardan birini aldadıb deyir ki: “Yoldaşından ayrılıb onu tək və tənha qoysan, səninlə əsla işim olmaz...”. Yekəbaş öküz aslanın verdiyi vədə aldanıb köməyindən ayrılır. Aslan isə fürsəti əldən verməyib əvvəl o öküzün yoldaşını və sonra onun özünü yırtıb yeyir...

Yazıçının uşaqlar üçün yazdığı belə kiçik hekayələr onlarda milli birlik tərbiyəsini yaradırdı. Sonradan böyüyüb yaşa dolan uşaqlar həmin hekayənin təsiri ilə sağlam düşüncəyə sahib olurdular.

Yazıçı “Maral” hekayəsində daha dərin əxlaqi-estetik məsələlərə toxunur. Ayaqlarının naziqliyindən utanıb, buynuzlarının böyüklüyü ilə fəxr edən maral ovçulara rast gəlir. Nazik ayaqları onu təhlükədən qurtarır, ancaq meşədə buynuzlarını ağaca ilişdirib xilas ola bilməyən maral fikrində yanıldığını anlayır: “Ayaqlarım məni səhrada düşmən əlindən qurtardı, fəqət, məmnun olduğum buynuzlarım həlakıma səbəb oldu” deyir. Bu hekayənin də uşaqlar üçün böyük tərbiyəvi əhəmiyyəti var: İnsan gərək Uca Yaradan tərəfindən ona verilən hər şeyin qədrini bilsin, haqqı nahaqla qarışdırmasın.

Yazıçı “İki xoruz” hekayəsində yenə də yersiz qürrələnmədən bəhs edir və yazır ki, iki xoruz döyüşdü və sonra qalib gələn xoruz daşın üstünə çıxıb qürrələnəndə yırtıcı quşlardan biri şığıdı və onu qapıb apardı. Yazıçının məğrurluq haqqında belə düşüncələri həm də müqəddəs kitabımız Qurani-Kərimdən gəlirdi. Müqəddəs kitabda yazılıb ki, özünü dartan adamdan Uca Yaradanın xoşu gəlməz.

Yazıçı “Köpək və çaylan” hekayəsində artıq tamahın pis nəticələr verəcəyini anladır. Köpək ağzında ət çaya girir və çayda əksini görəndə istəyir ki, sudakı əti də götürsün. Bu vaxt ağzından ət suya düşür və onu çaylan aparır.Beləliklə, köpək əlində olan qismətini itirir.

Rüşdiyyə “Şir və siçan” təmsilində yaxşılığın heç vaxt itməyəcəyini uşaqlara anlatmaq istəyir. Şir bir dəfə siçanı yeməyib, ona yaxşılıq edir. Bunun müqabilində bir gün tora düşən şirə də siçan yaxşılıq edir və toru kəsib onu xilas edir.

Belə süjetlərlə yazıçı insanlara anlatmaq istəyir ki, hər kəs öz əkdiyini biçir. İnsan nə edirsə, o da onun qarşısına çıxır. Bu fikrini yazıçı “Dözümsüz aslan” hekayəsində bir qədər dərinləşdirib və rəftarın həmişə xoş olmasını nəzərə çarpdırıb. Hekayənin məzmunu belədir ki, aslan yatanda bir çəyirtkə onu əsəbiləşdirir və bu halı görən tülkü onun hərəkətlərinə gülür. Bundan qəzəblənən aslan: ”Ey tülkü, məni titrədən çəyirtkənin özü yox, onun təhqiredici hərəkət və rəftarıdır” deyir. Həqiqətən də cəmiyyətdə bəzən ləyaqətsizlərin pis rəftarı insanları əsəbiləşdirir. Yazıçının özü də belə ictimai-siyasi mübahisələrdə çox əziyyət çəkib əsəbiləşirmiş.

Rüşdiyyənin bədii nəsri onun pedaqoji fəaliyyəti ilə bağlı idi. Ona görə də yazıçının

kitablarında daha çox nəsihətlərə, atalar sözlərinə rast gəlirik. Həmin nəsihətlərdə elmin qiymətləndirilməsindən, xeyirxahlığın uca tutulmasından, xalqın mənafeyinin şəxsi mənafedən üstün olmasından, insanların mənəvi zənginliyindən bəhs edilir.

Mirzə Həsən Rüşdiyyə həm də Azərbaycan folklorunun təəssübkeşlərindən idi. Kitablarında çoxlu el məsəlləri, atalar sözləri toplamışdı: bir gül ilə bahar olmaz; hər şeyin təzəsi, dostun köhnəsi; özgəyə quyu qazan quyuya özü düşər; xain heç zaman artmaz; bu günün işini sabaha qoyma və s.

Rüşdiyyənin bədii nəsrinin ən gözəl xüsusiyyətlərindən biri də odur ki, yazıçı əsərlərini sadə Azərbaycan dilində, uşaqların anlaya biləcəyi üslubda yazıb. Onun seçdiyi mövzular xalqın maarifləndirilməsinə xidmət edirdi. Maarifləndirmə isə əhalidə yeniyetmə dövrlərindən başlamalıdır. Bir pedaqoq kimi Rüşdiyyə bilirdi ki, uşaqları elmə, təhsilə həvəsləndirmək, onlarda maraq oyatmaq lazımdır. Əgər belə olmasa, onlar elmə maraqlarını itirər və mədəni-maarif işlərinə meyl etməzlər. Ona görə də uşaqların zövqünü oxşaya biləcək duzlu-məzəli təmsillər yazırdı. Təmsillərin həcmi də çox olmurdu ki, uşaqların zehni yorulmasın. Həmin əsərlərdə biz Rüşdiyyənin böyük sənətkarlığını görür və bir pedaqoq kimi şəxsiyyətinin möhtəşəmliyini seyr edirik.

Mirzə Həsən Rüşdiyyə Təbrizdə yeni üsulda doqquz məktəb açsa da, şah üsuli-idarəsi və mürtəce ruhanilər onu incitmiş, açdığı məktəbləri gah bağlamış, gah da qarət etmiş və digər müxtəlif vasitələrlə ona ciddi təzyiqlər etmişlər. Bu fitnəkar qəsdlər zamanı məktəblilərdən ölən və yaralananlar da olub. Hətta Rüşdiyyə özü də bir neçə dəfə ağır yaralanıb. Tarixə Rüşdiyyə məktəbi adıyla düşən həmin təhsil ocaqlarının tədris planına nəzər saldıqda, burada Azərbaycan, fars, fransız dilləri, ədəbiyyat, riyaziyyat, fizika və digər fənlərin daxil edildiyini görmək olar. Tədris işinin yüksək səviyyədə aparıldığı bu məktəblərin şah üsuli-idarəsi və mürtəce ruhanilər tərəfindən dəfələrlə bağlanmasına baxmayaraq, Rüşdiyyə məktəbləri XIX əsrin sonlarında və XX əsrin əvvəllərində İranda yeni tədris üsulunun yayılmasında mühüm rol oynayıb. Bu məktəblərin Azərbaycan üçün ən əhəmiyyətli məqamı isə Səfəvilər dövründən sonra Cənubi Azərbaycanda ana dilimizdə açılan ilk milli məktəb olması idi. Bəlkə elə buna görə də bu təhsil ocaqlarına “Rüşdiyyəvi-Milli” məktəbi də deyilirdi.

Rüşdiyyənin ən böyük xidmətlərindən biri də qadın azadlığı və qadın təhsili uğrunda mübarizə aparıb qızlar məktəbi açması, korlar üçün yeni oxumaq üsulu ixtira edib, onlar üçün də məktəb təsis etməsi idi.

Cənubi Azərbaycanın görkəmli maarifpərvəri, pedaqoqu, publisisti, Rüşdiyyə məktəbinin banisi Mirzə Həsən bəy Rüşdiyyə 1944-cü il dekabr ayının 10-da 93 yaşında vəfat edib. Bu tarixi şəxsiyyət ömrünün 60 ilini gənc nəslin tərbiyəsinə həsr edib. O, on yeddi kitab ərsəyə gətirib. Həmin kitablar ədəbi-elmi xarakter daşıyır. Bu kitablarda mənalı nəsihətlər, tərbiyəvi hekayələr, maraqlı təmsillər toplanıb. Ədəbiyyatımızda Nizami Gəncəvinin “Sirlər xəzinəsi” ilə başlanan və XIX əsrdə A.Bakıxanovun, S.Şirvaninin yaradıcılığı ilə davam edən alleqorik janrın davamçılarından biri də Mirzə Həsən Rüşdiyyədir. Seyid Cəfər Pişəvəri Mirzə Həsən Rüşdiyyənin vəfatından sonra belə yazıb:

“Yüz ilə yaxın ömrünü maarif, azadlıq yolunda, nadanlıq və cəhalət əleyhinə mübarizə işinə sərf edən qocaman müəllim mərhum Hacı Mirzə Həsən Rüşdiyyə Azərbaycan millətinin fəxr edəcəyi ən parlaq və tarixi simalardandır. Rüşdiyyə Azərbaycan xalqının ən böyük xalq və maarif xadimi idi. O, yaxşı bilirdi ki, hər xalqın tərəqqisi onun mədəni-maarif səviyyəsinin tərəqqisi üçün şərait olmasından asılıdır. Məhz buna görə də o, bu şəraiti yaratmaq və lazımi vəsaiti əldə etmək uğrunda var qüvvəsilə çalışıb”. Bəli, Seyid Cəfər Pişəvəri Mirzə Həsən bəy Rüşdiyyəni çox gözəl xarakterizə edib.

Ömrünün axırınadək pedaqoji işlərlə məşğul olan Mirzə Həsən Rüşdiyyənin vəsiyyəti belə olub: “Məni elə yerdə dəfn edin ki, məktəblilər hər gün qəbrimin üzərindən keçərkən ruhumu şad etsinlər”.

Allah rəhmət eləsin!

Fazil QARAOĞLU,
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr yendirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ