Cümə günü, 09 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Bəhruz Kəngərli

Image


Bəhruz Kəngərli 1892-ci il yanvar ayının 22-də Naxçıvan şəhərində anadan olub. Atası Şirəlibəy, anası Əzizə xanımdır. Bəhruz kiçik yaşlarından rəsm çəkməyə maraq göstərib, şəkillərin surətini çıxarmaqla məşğul olub. Kiçik ikən eşitmə qabiliyyətini itirən Bəhruz özünün xəyal aləminə qapılaraq vaxtını şəkil çəkməyə sərf edir. Atasının abunəçi olduğu “Molla Nəsrəddin” jurnalını varaqlayaraq özünün mənəvi aləminə qida verir. O, jurnalda dərc olunan felyetonlarla, karikaturalarla tanış olur, məzəli şəkillərin üzünü çıxarmaqla rəsm çəkməyin sirlərini öyrənir. Bu vərdişlər Bəhruzun rəssamlıq sənətinə olan sevgisini gücləndirir.

Bəhruz Kəngərli 1910-cu ildə Tiflis rəssamlıq məktəbinə daxil olur. Zaqafqaziyanın mühüm mədəni mərkəzi sayılan Tiflis şəhərində “İncəsənəti təşviq cəmiyyəti” nəzdində təşkil edilən rəssamlıq məktəbinin ilk azərbaycanlı tələbəsi olan Bəhruz Kəngərli orada özünün istedadının hərtərəfli inkişafı üçün əlverişli zəmin tapır. Məktəbdə təhsil rus təhsil sisteminə əsaslanırdı və şəhərin qabaqcıl rəsm müəllimləri tərəfindən aparılırdı. Gürcü rəssamları Q.Qabaşvili, A.Mrevleşvili, heykəltəraş Y.Nikoladze, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edən O.Şmerlinq kimi müəllimlər öz tələbələrinə peşəkar rəssamlıq prinsiplərini aşılayırdılar. Gələcək rəssamlar Tiflisin mədəni həyatına qaynayıb-qarışır, dövri mətbuatı izləyir, jurnal-kitab qrafikasına, o cümlədən satirik jurnalların rəsmlərinə maraq göstərirdilər. Bəhruz Kəngərlinin tələbəlik illərində “Molla Nəsrəddin” jurnalının təsiri altında çəkdiyi rəsm və şarjları bunu aydın sübut edir. Bəhruz Kəngərli 5 il orada təhsil aldıqdan sonra 1995-ci ildə Naxçıvana qayıdır.

Bəhruz Kəngərlinin təhsil illərində çəkdiyi rəsmlərin nümunələri bizə gəlib çatıb. Onun karandaş, kömür, sulu və yağlı boyalarla işlədiyi bir sıra rəsmləri, o cümlədən qədim Yunan və Roma incəsənətinin şah əsərlərindən olan “Apollonun başı”, “Laokoon”, dahi Mikelancelonun “Qandallanmış qul” kimi büst və heykəllərin rəsmləri buna misal ola bilər. Bunlar gənc rəssamın canlı naturadan işləyib sərbəst rəsm vərdişlərinə uğurla yiyələndiyini göstərir. O, cansız qips heykəlin surətini köçürməklə kifayətlənmir, eyni zamanda canlı naturadan öz müəllimlərinin, tələbə yoldaşlarının portretlərini də çəkir, insanın zahiri görünüşünü, psixoloji cizgilərini real tərzdə canlandırmağa müvəffəq  olur.

Bəhruz Kəngərli təhsil illərində yay tətillərini Gürcüstanın səfalı yaylaqlarında, Qara dəniz sahillərində, eləcə də doğma Naxçıvanda keçirir və görüb müşahidə etdiyi həyat lövhələrini, müasirlərin surətlərini fırçaya alır, sevdiyi peşəsini yorulmadan təkmilləşdirməyə, rəsm qabiliyyətini cilalamağa çalışırdı. Həmyerliləri arasında bacarıqlı rəssam kimi tanınan gənc Bəhruza sənət həvəskarları tərəfindən müəyyən sifarişlər də verilirdi. Hələ tələbə ikən, 1914-cü ildə Naxçıvanda Bəhruzun ilk fərdi sərgisi təşkil olunub, sənət həvəskarlarının nəzər-diqqətini cəlb edib, mətbuat səhifələrində rəğbətlə işıqlandırılıb. Şəhərin qabaqcıl ziyalıları sərgini yüksək qiymətləndirib, mətbuatda verilən məqalələrdə “Bəhruz bəy cənablarının bundan daha gözəl, daha artıq rəsmlər yaratmağa nail olmasını arzu ediblər.

Bəhruz Kəngərli təhsilini başa vurub Naxçıvana qayıtdıqdan sonra doğma şəhərinin mədəni həyatında faydalı rol oynamağa başlayır. O, əsərlərini öz evində nümayiş etdirir, gənclərin bədii tərbiyəsi, estetik mədəniyyəti istiqamətində ilk təşəbbüslərə xüsusi əhəmiyyət verir, müasirlərin bədii tələblərini təsviri sənətə, xalq yaradıcılığının kütləvi növlərinə cəlb etməkdən qeyri-adi zövq alır, bu sahədə görülən işin bəhrəsindən təsəlli tapırdı.

Bəhruz Kəngərlinin sərbəst yaradıcılıq fəaliyyəti ictimai-siyasi cəhətdən gərgin təzadlı illərə, xüsusilə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyri təcavüz və terror əməliyyatlarının baş verdiyi dövrə təsadüf edir. 1917-1920-ci illərdə ölkədə milli qırğın və fəlakət hökm sürüb, “Böyük Ermənistan” yaratmaq kimi bədnam millətçilik xülyasına düçar olan daşnak cəlladlarının törətdiyi vəhşiliklər ölüm kabusu kimi Naxçıvan torpağını bürüyüb, ölkədə aclığa, səfalətə, qaçqınlığa səbəb olub. Erməni təcavüzündən miras qalan ictimai fəlakətlər, günahsız insanların qırılması, evlərin, tarixi abidələrin dağıdılıb xarabalığa döndərilməsi kimi faciəvi hadisələr Bəhruz Kəngərli yaradıcılığında mühüm iz buraxıb. Rəssamın həmin mövzulara həsr etdiyi rəsmləri kəskin sənədli ittihamnamə vüsətinə malikdir. Xüsusilə “Qaçqınlar” rəsm silsiləsi zamanın ictimai ziddiyyətlərini əks etdirən realist ümumiləşdirmə qüvvəsi ilə səciyyələnir. “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Qaçqın uşaqlar”, “Naxçıvan xərabələri” kimi rəsmlər ideya-bədii məzmununa görə həssas ürəkli, humanist rəssamın milli qırğına, ədavətə, ictimai ədalətsizliklərə qarşı etirazı kimi səslənir.

Doğma vətənində məşəqqətli və ağır sınaq illərinin baş verməsinə baxmayaraq, Bəhruz Kəngərlinin yaradıcılıq fəallığı, əməksevərliyi daha da genişlənir, sənətkarlığı kamillik mərhələsinə çatır. O, yorulmadan bədii axtarışlar aparır, rəngkarlığın portret, mənzərə, natürmort janrlarında psixoloji cizgiləri mənəvi hiss və duyğular aşılayan, lirik əhval-ruhiyyəsi ilə seçilən rəsmlər, tablolar yaradır. Həyat varlığını realist mövqelərdən dərk edib canlandıran rəssam özünün estetik amalını aşkarlayıb deyirdi: “Mən gördüyüm bu qəribə aləmi rəhglərlə təsvir edirəm və çalışıram elə rəsm çəkim ki, o həmin şey ilə eyni ola bilsin.” Rəssamın bu səmimi etirafı sübut edir ki, mücərrəd təsvir üsullarına uyub həyatı təhrif etmək Bəhruz Kəngərli sənətinə tamamilə yaddır. Kəngərli insanın, təbiətin gözəlliyini, boyaların ahəngliyini, hava-işıq effektlərinin təravətini tam və dolğun şəkildə ifadə edən realizm metoduna, xüsusilə impressionizm üslubuna meyl göstərirdi. Rəssamın qeyri-adi duyğularla çəkdiyi bir sıra mənzərələrdə, o cümlədən günün müxtəlif çağlarında fırçaya alınan “İlahi dağ” mənzərələrində impressionizm sənət cərəyanının əks-sədası aydın duyulur.

O zaman maarif, mədəniyyət ocaqlarının təşəkkülü sahəsində ilk addımlar atan Naxçıvanın mədəni həyatına Bəhruz Kəngərlinin məhsuldar fəaliyyəti faydalı təsir göstərirdi. Rəssam rəssamlıq sənətini təbliğ etmək üçün təsirli yollar axtarır, “Naxçıvan yadigarı” adlı rəsm albomları hazırlayır, belə albomların yerli əhali arasında yayılmasına səy göstərir, sənətsevərlər arasında maraqlı söhbətlər aparırdı. Naxçıvanın tarixi-etnoqrafik abidələrini milli tirajları, geyimləri, yerli mühitin əlamətdar atributlarını əks etdirən “Naxçıvan yadigarı” adlı olduqca maraqlı rəsm albomu hazırda Azərbaycan Dövlət İncəsənət muzeyində mühafizə edilir.

Bəhruz Kəngərli Naxçıvanda teatr sənətinin inkişafı ilə əlaqədar tədbirlərin həyata keçirilməsində də yaxından iştirak edib. Məlum olduğu kimi, XIX yüzilliyin son rübündə Naxçıvanda görkəmli yazıçı Cəlil Məmmədquluzadənin və bir sıra digər ziyalıların təşəbbüsü ilə “Müsəlman incəsənəti və dram cəmiyyəti” təşkil olunub, şəhərdə teatr sənətinin təşəkkülünə təkan veilib. 1917-ci ildə Naxçıvan “Xeyriyyə” məktəbinin nəzdindəki “El güzgüsü” adlı teatr cəmiyyəti tərəfindən tamaşaya qoyulan Cəlil Məmmədquluzadənin “Ölülər” komediyasının səhnə tərtibatını, dekor və geyim eskizlərini Bəhruz Kəngərli icra edib. O, həmçinin, 1918-ci ildə tamaşaya qoyulan “Ölülər”, “Pəri Cadu”, “Hacı Qara” kimi əsərlərin səhnə tərtibatını verib, bundan əlavə, teatrın arxa səhnəsi üçün dağ mənzərəsini təsvir edən irihəcmli panno çəkib ki, ondan müxtəlif tamaşalarda istifadə olunurdu.

1920-ci ilin yayında Naxçıvan bolşeviklərin Qızıl Ordusu tərəfindən işğal olunur, Sovet hakimiyyəti qurulur, maarif və mədəniyyət sahəsində bir sıra tədbirlər həyata keçirilir. İnqilabi çevrilişi müşayiət edən yenidənqurma prosesi, zamanın ictimai-siyasi və ideoloji tələblərindən doğan reformalara, hay-küyçü şüarlarla təbliğ olunan mədəni tədbirlərə geniş  meydan açılır. Yeni ictimai mühitdə Bəhruz Kəngərli özünün yaradıcılıq fəaliyyətini genişləndirməyə imkan tapır. Müasirlərinin xatirələrində göstərildiyi kimi, 1920-1921-ci illərdə Bəhruz Kəngərli özünün bir sıra dolğun, bədii cəhətdən kamil əsərlərini yaradıb. Bunlardan vətəndaş müharibəsində iştirak edən azərbaycanlı döyüşçülərin rəmzi obrazını – “Qızıl əsgər” əsərini xüsusilə qeyd etmək lazımdır.

1921-ci il fevralın 15-də Naxçıvan İnqilab Komitəsinin təşəbbüsü ilə Bəhruz Kəngərlinin 500-ə yaxın rəsm əsərindən ibarət sərgi nümayiş etdirildikdə, bəzi əsərlərin əhaliyə satılması nəticəsində əldə olunan vəsaitin müəyyən hissəsi rəssamın arzusu ilə şəhərdəki uşaq evinə bağışlanıb. Müasirlərinin xatirələrindən məlum olduğu kimi, Bəhruz aclığa, ehtiyaca, maddi məhrumiyyətə məruz qalan qaşqınlara öz yardım əlini uzatmağa çalışıb. O, kimsəsiz uşaqları evinə dəvət edər, onlara yemək, paltar verər, həmçinin şəkillərini çəkərdi. Bu yolla qaçqınların qəlb aləmini, onların çöhrələrinə qonan qəmgin psixoloji çalarları daha canlı müşahidə etməyə nail olardı.

Kəngərli bir qayda olaraq öz personajlarını canlı naturaya əsaslanıb fırçaya alar, həyat həqiqətini rəsm əsəri üçün başlıca meyar hesab edərdi. Bunu kiçik yaşlı körpə uşaqlara, yeniyetmə oğlan və qızlara həsr olunan bir sıra portretlərdə daha aydın görmək mümkündür. Uşaqları gah oyaq, gah yatmış vəziyyətdə, müxtəlif poza və hərəkətlərdə təsvir edən portret və etüdlər göstərir ki, rəssam öz kiçik qəhrəmanlarının sadəlövhlüyünü, məsum və səmimi duyğularını, psixoloji həyəcanlarını, yaş xüsusiyyətlərini diqqətlə öyrənməyə çalışıb.

Bəhruz Kəngərlinin tərcümeyi-halı göstərir ki, bədəncə zəif, mülayim təbiətli, yumşaq xasiyyətli, çalışqan və işguzar ziyalı qısa həyatı boyu maddi çətinliklərə, mənəvi məhrumiyyətlərə məruz qalıb, rəsmi dövlət idarələrindən, imkanlı şəxslərdən lazımi qayğı və yardım görməyib, mədəni cəhətdən geri qalan, avam və cahil insanların laqeyd münasibətlərinin şahidi olub. O, 1922-ci ildə fevral ayının 7-də 30 yaşında ciyər xəstəliyindən vəfat edib.

Bəhruz Kəngərlinin 2000-nə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin nəzər-diqqətini cəlb edib, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilib.

2001-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə rəssamın anadan olmasının 110 illiyi münasibətilə Naxçıvan Rəssamlar Birliyinin sərgi salonuna Bəhruz Kəngərlinin adı verilib. Naxçıvanda rəssamın ev muzeyi yaradılıb, qəbirüstü abidəsi ucaldılıb.

2002-ci ilin iyun ayında prezident Heydər Əliyev Naxçıvan şəhərində Bəhruz Kəngərlinin xatirəsinə yaradılan muzeyin açılış mərasimində iştirak edib və Bəhruz Kəngərlinin yaradıcılığını yüksək dəyərləndirərək: “Onun əsərləri Azərbaycan dövlətinin milli sərvətidir”– deyib.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ