Cümə günü, 09 oktyabr 2026
     

Dövlət daim sizi dəstəkləyəcək, Azərbaycan xalçaçıları... - FOTO

Image


Azərbaycan xalçaçıları üçün daha bir unudulmaz gün 2018-ci il avqustun 25-i oldu. Həmin gün dövlət başçısı cənab İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışını etdi. Ölkə rəhbərinin xalçaçılarla hər görüşü onlar üçün həyatlarının ən unudulmaz gününə çevrilir. Çünki onlar bilir ki, qoruyub saxladıqları sənət məhz cənab İlham Əliyevin sayəsində yaşadılır və inkişaf etdirilir. Prezidentlə hər görüş bu sahənin daha da inkişafına yeni perspektivlər açır. Dövlət başçısı “Azərxalça”nın filiallarının açılışlarında xalçaçıların əməyini, qarşıya qoyduğu tapşırıqların uğurla yerinə yetirilməsini yüksək qiymətləndirir.

2018-ci il mayın 4-də Xaçmaz filialının açılışında "Azərxalça"nın uğurlu fəaliyyəti nəticəsində biz bir neçə məqsədə çatmış oluruq” deyən dövlətimizin başçısı İsmayıllıda da qurumun fəaliyyətindən razılığını ifadə edən fikirlər səsləndirdi: “Azərbaycanda xalçaçılığın çox böyük tarixi və çox böyük gələcəyi var. "Azərxalça" müəssisəsinin yaradılması məhz bu məqsədi güdürdü. Mənim qoyduğum vəzifələr, verdiyim tapşırıqlar yerinə yetirilir və İsmayıllı rayonundakı xalçaçılıq fabriki bunu bir daha göstərir”.

Əlbətdə ki, bu qiymətli sözlərin arxasında xalçaçılığa göstərilən böyük dövlət qayğısı, real iş, konkret nəticələr və zəhmət dayanır.

Xalçaçılığın vətəni olan Azərbaycanda bu sahəyə göstərilən qayğı qədim sənətimizə ikinci həyat verib, xalçaçılıq xalqımızın milli dəyəri kimi ciddi diqqət yetirilən sahələrdən birinə çevrilib.

Bəs xalçaçılığa niyə bu qədər diqqət göstərilir? Nə üçün bu sahəyə bu qədər investisiya qoyulur?  Prezident çıxışlarından birində bu sahədə görülən işlərin əhəmiyyətini belə qiymətləndirib: “Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər boyu yaşadır. Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində sərgilənir. Biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk”.

Xalçaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər çox böyük önəm daşıyır. Çünki keçmişlə bu günümüz arasında körpü rolunu oynayan xalçaçılıq sadəcə mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin öyrənilməsi üçün zəngin bir xəzinədir.

Azərbaycan xalqının tarixi, həyatı ilə sıx bağlı olduğundan sovet dövründə xalçaçılığın geniş şəkildə tədqiqinə, milli naxışlarla xalça istehsalına süni maneələr yaradılırdı. Çünki xalça bizim xalqımızın tarixinin öyrənilməsində əvəzsiz vasitələrdən biridir. Xalçalar üzərindəki naxışlar onun toxunduğu dövrün həyat tərzi barədə qiymətli məlumatlar verir. Bu sahəyə ehtiyatla yanaşılmasına baxmayaraq, ulu öndər Heydər Əliyev xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. XX əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyi fəaliyyətə başlayıb, bu sahə ilə məşğul olan tədqiqatçılara, xalçaçılıq sənətini yaşadanlara lazımi şərait yaradılıb. O dövrdə digər milli dəyərlərimiz kimi, xalçaçılığın da yaşadılması ümummilli liderimizin müstəqil dövlət quruculuğu yolunda atdığı mühüm addımlardan biri idi. Çünki xalçaçılıq xalqımızı müstəqilliyə aparan yolda mühüm vasitəyə çevrilmişdi. Qədim tariximizin, zəngin dövlətçilik ənənələrimizin xalça naxışlarında yaşadılması gənc nəsildə milli hisslərin oyanmasına stimul verirdi.

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan və ulu öndərimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilib.

Ümummilli liderimizin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahədəki fəaliyyətinin ən yaddaqalan məqamlarından biri də 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasıdır. Ölkə başçısının təşəbbüsü və ideya müəllifliyi ilə yaradılan “Azərxalça” bir neçə starteji məqsədin reallaşdırılmasına imkan verib. Cəmiyyətin qarşısına qoyulan mühüm vəzifələrdən birincisi milli dəyərimiz olan xalçaçılığı yaşatmaq, digəri isə ölkəmizin ixrac potensialının artırılmasına öz töhfəsini verməkdir. Bunun üçün xalçaçılığın geniş şəbəkəsi yaradılmalı idi. "Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir", – deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu sənət sahəsinin yaşadılmasını təmin edərək, ölkəmizdə xalçaçılığın geniş şəbəkəsini yaradıb. 

İlkin mərhələdə "Azərxalça”nın Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə adıçəkilən bu rayonlarda binaların tikintisi başa çatdırılıb, filiallar fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 12 noyabr 2016-cı il tarixdə “Azərxalça”nın Füzuli, 2017-ci il avqustun 20-də Şəmkir, dekabr 7-də Quba, 2018-ci il mayın 4-də Xaçmaz, avqustun 25-də isə İsmayıllı filiallarının açılışı olub.

Dövlət başçısının sərəncamları ilə hazırda Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Goranboy və Tərtər rayonlarında xalça istehsalı emalatxanaları binalarının tikintisi və infrastrukturunun yaradılması sürətlə davam etdirilir. Ölkə rəhbərinin tapşırığı ilə 2019-cu ildə daha 10 xalça istehsalı emalatxanası yaradılacaqdır.

Bir məsələni xüsusi qeyd etmək lazımdır. Qarabağ bölgəsində tarixən zəngin çeşnili, qiymətli xalçalar toxunub. Tarixi Azərbaycan torpaqlarını işğal edən mənfur ermənilər dədə-baba yurdlarımızda qalan Azərbaycan xalçalarını öz sənət əsərləri kimi təqdim edirlər. Ancaq bütün dünyanın bildiyi həqiqət odur ki, xalçaçılığın vətəni Azərbaycandır və o xalçalar bizim xalqımızın yaratdığı qədim çeşnilər əsasında toxunub.

Azərbaycan torpaqları işğal olunduqdan sonra məcburi köçkünə çevrilən insanlar arasında peşəkar xalçaçılar, rəssamlar, boyaqçılar, tacirlər, bir sözlə ömrünü bu sənətə bağlayanlar vardır. Dövlət başçısının tapşırığı ilə həm Qarabağ qrupu Azərbaycan xalçalarını yaşatmaq, həm də o insanları işlə təmin etmək məqsədilə sərhəd bölgələrində, məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda xalça emalatxanalarının tikilməsinə üstünlük verilib. Təsadüfi deyil ki, “Azərxalça”nın ilk filialı məhz Füzuli rayonunun Horadiz qəsəbəsində yaradılıb. Bundan sonra Ağdam rayonunun Quzanlı qəsəbəsində xalça emalatxanası fəaliyyətə başlayıb. Vaxtilə indi işğal altındakı Ağdam şəhərində xalça fabriki olub. Quzanlı qəsəbəsində yaradılan emalatxanada çalışanların çoxu Ağdam şəhərindəki xalça istehsalı müəssisəsində işləyən qadınlardır.

Bu il isə Biləsuvar rayonu ərazisində məskunlaşan Cəbrayıl rayon sakinləri üçün xalça emalatxanası inşa olunur. Bu proses 2019-cu ildə də davam etdiriləcəkdir. Gələn il Goranboy rayonunun Ağcakənd qəsəbəsində “Azərxalça”nın Xocalı, Ağcəbədi rayonunun Taxtakörpü qəsəbəsində isə Laçın filialları yaradılacaqdır.

Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdən biri də xalça istehsalı üçün lazım olan xammalın ölkəmizdə istehsal olunmasıdır. Ona görə də Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça”nın Yunəyrici-Boyaq Fabriki tikilir. Müəssisədə ildə 1500 ton kirli yun emal olunacaq, yun ipliklər istehsal ediləcək. Burada həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək. Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılır. Hər məntəqədə orta hesabla 300 ton kirli yun qəbul olunacaq.

Xalçaçılığın kompleks şəkildə inkişafının təmin olunması, bu sahədə görülən işlərin sürətləndirilməsi üçün Azərbaycan Prezidentinin 28 fevral 2018-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq olunub. Bu Dövlət Proqramı qarşıdakı 5 ildə xalçaçılığın inkişaf perspektivlərini özündə əks etdirir. Proqramda müvafiq dövlət orqanlarının qarşısına mühüm vəzifələr qoyulub. Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin bir hissəsi artıq "Azərxalça" tərəfindən həyata keçirilib.

Bu proqramın qəbul olunması ilə Azərbaycan xalçaçılığında yeni mərhələnin başlandığını deyə bilərik. Azərbaycan Prezidentinin böyük uzaqgörənliklə qəbul etdiyi Dövlət Proqramı həm xalqımızın milli dəyərlərindən sayılan xalçaçılığın yaşadılmasına, milli mədəniyyətimizin dünyada daha geniş şəkildə təbliğinə, həm də xalçaçılığın ölkəmizin iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsinə öz töhfəsini verəcəkdir.

Azərbaycan Prezidenti xalçaçılığın iqtisadi əhəmiyyətindən danışarkən deyib: “Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək”.

Göründüyü kimi, dövlət başçısının xalçaçılıqdan gözləntiləri çoxdur. Xalçaçılıq yeganə sahədir ki, onun ixracı ilə həm ölkəmizin dəyərləri, tarixi, mədəniyyəti təbliğ olunur, həm də respublikamıza valyuta gəlir. Azərbaycan xalçalarının kütləvi şəkildə ixracına nail olmaq üçün “Azərxalça” beynəlxalq əlaqələrini genişləndirir. Xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələr yaradılır.

"Azərxalça"nın ilk məhsulları 2017 və 2018-ci illərdə Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq xalça satış-sərgisində, ötən ilin 10-13 sentyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən Rug Show-da təqdim edilib. Londonda nəşr olunan "HALI" jurnalı 190-cı sayından etibarən öz səhifələrində "Azərxalça"nın fəaliyyətini ənənəvi xalı toxuma üsulunun bərpaçısı və təbliğatçısı, əl ilə toxunan xalçaların kütləvi istehsalçısı, Cənubi Qafqazda qədim xalçaçılıq ənənələrinin daşıyıcısı kimi işıqlandırır. Bundan başqa, Almaniyada nəşr olunan nüfuzli “Carpet XL” jurnalında “Azərxalça”nın məhsulları reklam olunur.

Xalça emalatxanalarında istehsal olunan məhsulların dünya bazarına çıxarılmasını təmin etmək məqsədilə Amerika Birləşmiş Ştatları və Yaponiyada fəaliyyət göstərən şirkətlərlə danışıqlar aparılıb, ilkin razılıq əldə olunub.

Bu, bir reallıqdır ki, dünyanın  heç bir ölkəsində xalçaçılığa belə diqqət göstərilmir. Xalçaçılığa bu qədər vəsait ayırmaq böyük cəsarət tələb edir. Yalnız İlham Əliyev kimi cəsarətli, milli dəyərlərin yaşadılmasına böyük önəm verən müdrik dövlət xadimi bunu edə bilərdi. Çünki xalçaçılığa qoyulan vəsait on illər sonra geri qayıdır. Azərbaycanda xalçaçılığın inkişafı böyük bir tarixi dövrə hesablanıb.

Ona görə də “Azərxalça”nın fəaliyyəti genişləndirilir, filiallarının sayı artırılır. Prezident xalçaçılarla budəfəki görüşündə də hər zaman onların yanında olduğunu bildirdi, Azərbaycan xalçasına, beləliklə milli dəyərlərimizə hər zaman sahib çıxacağını bir daha bəyan etdi. İsmayıllı filialının açılışında ölkə rəhbərimizin dediyi “Dövlət daim sizi dəstəkləyəcək” sözü bu sahənin gələcək inkişafından, görüləcək nəhəng işlərdən xəbər verir: “Biz xalçaçılığın inkişafı ilə bağlı çox ciddi tədbirlər görürük. Bölgələrdə xalça fabriklərinin yaradılması bu işlərin bir hissəsidir. Bu, son müddət ərzində açılan sayca beşinci fabrikdir. İlin sonuna qədər daha beş fabrik açılacaq. Ümumiyyətlə, nəzərdə tutulur ki, ölkəmizdə 30 xalçaçılıq fabriki yaradılacaq və minlərlə insan, xüsusilə qadınlar işlə təmin olunacaqlar. Bu fabriklərdə çalışanlar da qadınlardır. Biz qadınlar üçün də iş yerləri yaradırıq. Burada istehsal olunan, toxunan xalçalar həm ölkə daxilində, həm də xaricdə satılacaq və beləliklə, Azərbaycan öz ixrac məhsullarını dünyaya daha da geniş formada təqdim edəcəkdir. Xalçaçılıq sənətinin gələcəkdə yaşaması üçün sizin əməyiniz, zəhmətiniz, istedadınız əsas rol oynayır. Mənə verilən məlumata görə, bu fabrikdə 150-yə yaxın insan işlə təmin olunub. Gələcəkdə işlər yaxşı gedərsə, bu fabriki böyütmək də olar ki, bu işə daha çox qadın cəlb olunsun”.

Bu, gələcəkdə bir rayonda bir neçə xalça istehsalı emalatxanasının yaradılacağı barədə dövlət başçısının xalçaçılara daha bir sevindirici xəbəri idi. Bu, həm də Azərbaycanın düşmənlərinə verilən ciddi mesajdır. Azərbaycan milli dəyərlərinə, tarixi ənənələrinə sahib çıxmaq, belə fabriklər yaratmaq qüdrətindədir, hər kəndindəki evdar qadınları belə bax bu cür işlə təmin edə bilir. “Azərxalça”nın İsmayıllı filialının açılışından cəmi bir gün sonra ölkə rəhbəri İsmayıllı xalçaçılarını sevindirdi. Dövlət başçısının Sərəncamı ilə İsmayıllıda daha bir xalça istehsalı emalatxanası yaradılacaqdır. Bu fakt onu deməyə əsas verir ki, müstəqil Azərbaycanın xalçaçılığı yeni  üfüqlər fəth edəcəkdir.

Tural SƏFƏROV
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ