Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan türk-mədəniyyət təmayüllü yeni beynəlxalq əməkdaşlıq qurumunda...

Image


Əkbər Qoşalı: “Bu mərkəzin yaradılması qardaş ölkələr arasında yeni işbirliyinin üzə çıxmasına, qədim türk sənət sahələrinin dirçəlməsinə, təbliğinə dəstək olacaq”

 

Türk xalqlarının birliyi günümüzün ən önəmli məsələlərindən biridir. İndiyə qədər bu sahədə bir sıra ideoloji, mədəni, siyasi, iqtisadi tədbirlər həyata keçirilib. “Ortaq türk tarixi” dərslik vəsaitinin hazırlanması da görülən işlərin tərkibinə daxildir.

Dörd türkdilli dövlət yeni bir hadisə ilə gündəmə gəlib. “Trend”in məlumatına görə, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Köçəri Mədəniyyəti Mərkəzi yaradırlar. Bildirək ki, bu barədə Qazaxıstan hökumətinin müvafiq qərarında deyilir.

Köçəri Mədəniyyəti Mərkəzi Bişkekdə yerləşəcək. Mərkəzin missiyası idman tədbirlərinin təşkili, hər bir xalqın və dövlətin köçəri mədəniyyəti ənənələri ilə bağlı irsinin populyarlaşdırılması, idman vasitəsilə inteqrasiyasının dərinləşdirilməsi yolu ilə türkdilli xalqlar və digər ölkələr arasında qarşılıqlı etimad və əməkdaşlığın yaradılmasıdır.

Qeyd edilənə görə, mərkəzin rəhbərini Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Türk Şurasının Xarici İşlər Nazirləri Şurasına təqdim etməklə təyin edəcək. O, 4 il müddətinə seçiləcək. Mərkəzin ilk prezidenti Qırğızıstan nümayəndəsi olacaq.

“Atatürk” Mərkəzinin şöbə müdiri, Milli Qeyri-hökumət Təşkilatları Forumunun üzvü, şair-publisist Əkbər Qoşalı “Bakı-Xəbər”ə açıqlamasında dörd türk dövlətinin bir araya gələrək Köçəri Mədəniyyəti Mərkəzi yaratmasını alqışladığını bildirdi. Bu mərkəzin türkdilli xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayan Ə.Qoşalı hesab edir ki, başqa türkdilli dövlətlər də bu təşəbbüsə qoşulmalıdırlar: “Dörd qardaş ölkənin birgə Köçəri Mədəniyyəti Mərkəzi adlı mərkəz yaratması təqdirəlayiq bir hadisədir. İlk növbədə bunu qeyd etmək istərdim. Əlbəttə, bu qurumu yaradan ölkələrin adlarından da göründüyü kimi, onlar türk dövlət başçıları şurasında təmsil olunan dövlətlərdir. Bu il Özbəkistanın da bu şuraya qoşulacağı haqqında xəbərlər eşitdik və bu məlumatın doğruluğuna da inanırıq. Ümidvarıq ki, gələcəkdə qardaş Türkmənistan da ümumtürk qurumlarına qoşulacaq. İndiyə qədər TÜRKSOY, Türk Parlament Assambleyası, digər bunun kimi ortaq qurumlar var. Bu qurumların bir hissəsində Azərbaycan, bir hissəsində Türkiyə, bir hissəsində isə Qazaxıstan mərkəzdir. Qardaş Qırğızıstan Respublikasında bir neçə il öncədən başlayaraq Köçəri idman yarışları, oyunları bayram şəklində qeyd olunurdu. Qardaş ölkələrin də hökumətlərinin müvafiq qərarlarına əsasən, hər dörd respublikanın ortaq fikri nəticəsində artıq Köçəri oyunlarının ancaq Qırğızıstan Respublikasının təşkilatçılığı və məsuliyyəti ilə deyil, bu məsuliyyəti paylaşaraq dörd qardaş dövlətin birgə təşkilatçılığı ilə keçirilməsi qərara alınır. Elə bilirəm ki, bu qərar yalnız idmansevərləri, qədim türk idman növləri ilə məşğul olan insanları deyil, ümumiyyətlə, türk dünyası sevdalılarının hamısını sevindirir. Bu mərkəzin yaradılması türk dünyasını bir daha birliyə çağırmaq, əbədi və əzəli ideyalarımız, məqsədlərimiz uğrunda fəaliyyət göstərməyimizə bir çağırışdır”.

Köçəri Mədəniyyəti Mərkəzinin yaradılacağı məsələsini bir ümumtürk hadisəsi kimi dəyərləndirən Ə.Qoşalı hesab edir ki, bu mərkəz bütün türkdilli xalqların mədəniyyətini, tarixini, idmanını və s. təbliğ edəcək, qarşılıqlı olaraq tanıdacaq. “Şəhərləşməyə, ortaq həyata keçənə qədər, əlbəttə, dünyanın bir çox xalqları, o cümlədən də türk xalqları köçəri həyat yaşayıblar. Mənim Macarıstanda keçirilən Huntürk Qurultayında gördüyüm Köçəri oyunları, qədim babalarımızın, dədələrimizin yarışlarda göstərdiyi şücaətlə, batırlıqla bağlı örnəklər elə bilirəm ki, Qırğızıstan Respublikasında keçirilən Köçəri oyunlarında daha özgür, parlaq şəkildə, daha bizim uzaq və yaxın tariximizi əks etdirmək şəklində təzahür edir”.

Ə.Qoşalı qeyd etdi ki, Köçəri Mədəniyyəti Mərkəzinin yaradılması dörd respublikanın qədim idman oyunlarının istər formatında, istərdə də daha da dərinləşməsində əhəmiyyətli rola malik olacaq. Ekspert onu da vurğuladı ki, bu mərkəzin yaranması bir sıra amillərə müsbət təsir göstərəcək. O qeyd etdi ki, bu, həmçinin, tədbirlər keçirildiyi ölkələrə turizm axınının güclənməsinə də səbəb olacaq. “Bu mərkəzin yaradılması qardaş ölkələr arasında yeni işbirliyinin üzə çıxmasına, qədim türk sənət sahələrinin dirçəlməsinə, təbliğinə dəstək olacaq. Xüsusilə də əl sənət növlərinin dirçəlməsinə. Müxtəlif səpkidə yaradıcılıq nümunələrinin meydana çıxacağına ümid edirəm. Deyək ki, ağac üzərində oyma nümunələrinin yaradılmasına, daş üzərində abidələrin hazırlanmasına, hədiyyə üçün milli elementlərlə, ornamentlərlə bəzədilmiş sənət örnəklərinin meydana gəlməsinə, milli suvenirlərin yaradılmasına geniş imkanlar açılacaq. Bu, Azərbaycanda, Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda milli sənət növlərini stimullaşdıracaq” - deyə bildirən Ə.Qoşalının fikrincə, Köçəri Mədəniyyəti Mərkəzi tərəfindən keçiriləcək idman oyunlarına dövlətlər dəstək verəcəksə, bu, qardaş dövlətlərin bir-birinə çiyin verməsi deməkdir. Dövlətlə xalqın mövqeyinin üst-üstə düşməsi bizim xalqların mövqeyini daha da möhkəmləndirəcək, birliyimizi gücləndirəcək.

Ə.Qoşalı qeyd etdi ki, bu mərkəzin yaradılmasına təşəbbüs göstərən, onun fəaliyyətinə dəstək olan hər bir kəsə təşəkkür borcumuz var. Bu baxımdan ki, sözügedən mərkəz birbaşa türk birliyinə xidmət edəcək.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ