Cümə günü, 09 oktyabr 2026
     

Milli pulumuzun 26 yaşı oldu – ilk pulun eskizlərini hazırlayan rəssam...

Image


“Əsas məqsədimiz o idi ki, keçmiş SSRİ respublikaları arasında milli valyutamızı birinci biz dövriyyəyə buraxaq və ölkəmiz müstəqilliyini təsdiqləsin”

 

“Qazandığı dəyərə görə bizim valyutamız o respublikaların milli valyutasından üstün oldu”

 

Ölkəmiz XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra milli dövlətçilik atributlarımızın yaradılması gündəmə gəldi. Müstəqil dövlətin əsas atributlarından biri milli valyutadır. Ekspertlər qeyd edirlər ki, iqtisadi rəmz, iqtisadi azadlığın nümünəsi olan milli valyutamız dövlət müstəqilliyimizin  ilk illərində yaranıb. İlk milli valyutamız olan manatın yaranması 1992-ci ilə təsadüf edir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli “Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Presidentinin 15 iyul 1992-ci tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu.

Kompyuter qrafikasının geniş yayılmadığı bir dövrdə Azərbaycanın ilk pul vahidlərinin, milli valyutasının eskizlərinin müəllifi kim olub?

Araşdırmamız nəticəsində məlum oldu ki, manatın ilk eskizlərinin müəllifi tanınmış xalçaçı rəssam, Azərbaycan Respublikasının xalq rəssamı Eldar Mikayılzadədir.

Eldar Mikayılzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində milli valyutamızın ilk nümunələrinin eskizlərini yaradarkən Azərbaycan dövlətinin milli valyutasının ilk eskizinin müəllifi kimi tarixə düşmək iddiası olmayıb. O, bizimlə söhbətində bildirdi ki, ilk milli valyutamızın eskizlərinin hazırlanması üçün Milli Bank tərəfindən müsabiqə elan edilib. E.Mikayılzadənin sözlərinə görə, sözügedən müsabiqəyə onunla yanaşı digər Azərbaycan rəssamları və xarici rəssamlar qatılıb. “Mənə konkret olaraq ilk milli valyutamızın eskizlərini işləmək üçün sifariş verilməmişdi. Sadəcə, həmin dövrdə Milli Bank tərəfindən müsabiqə elan edilmişdi və həmin müsabiqəyə mən də eskiz təqdim etdim. Deyim ki, milli valyutamızın ilk eskizlərinin hazırlanması üçün elan edilən müsabiqəyə bizim rəssamlarla yanaşı xarici rəssam da eskiz təqdim etmişdilər. O vaxtkı pullar indiki pullara bənzəmirdi, fərqliydi. Bilirsiz ki, orkestrin bütün musiqi alətləri röyala köklənir, bizdə isə orkestr tara köklənir. Mən milli valyutamızın eskizlərini xalçaçlıq elementlərinə köklədim. Mənim eskizimin qəbul edilməsinə gəlincə, bəlkə onu mən xalça naxışları üzərinə köklədiyimə görə qəbul edildi və ilk oldu. Əslində, bu barədə danışmaq çox çətindir. Mən 1, 5, 10, 50, 100, 250, 500 və 1000  manatlıq əskinasları işləmişəm. Həmçinin ilk qəpiklərin eskizini də mən çəkmişəm. Milli valyutada millilik hiss olunmalıdır. O vaxt çalışırdıq ki, milli  valyutamız daha tez dövriyyəyə buraxılsın. Çünki o zaman SSRİ tərkibindən çıxıb müstəqillik əldə edən respublikalar arasında bir yarış gedirdi. Yəni hansı respublika öz valyutasını tez çap etdirib dövriyyə buraxacaq. Bilirsiz ki, milli valyutanın dövriyyəyə buraxılması dövlətin müstəqilliyinin təsdiqi idi. Əsas məqsədimiz o idi ki, keçmiş SSRİ respublikaları arasında milli valyutamızı birinci biz dövriyyəyə buraxaq və ölkəmiz müstəqilliyini təsdiqləsin. Deyim ki, milli valyutasını buraxan ilk respublikalardan biri Azərbaycan oldu. Demək olar ki, Azərbaycanla Belarus milli valyutasını eyni vaxtda buraxdı. Baltikyanı ölkələrin də milli valyutası həmin dövrə təsadüf etdi. Ancaq deyim ki, qazandığı dəyərə görə, bizim valyutamız o respublikaların milli valyutasından üstün oldu. Çünki bizim valyuta xarici dövlətlərdə də işlənməyə başladı”.

Azərbaycan manatının o dövrdə İranda, Türkiyədə işlədiyini deyən E.Mikayılzadənin sözlərinə görə, bu dövlətlərin bazarında Azərbaycan pulu alqı-satqı zamanı geniş istifadə edilib. Bundan başqa, keçmiş SSRİ respublikalarının da bir çoxunda Azərbaycan pulunun istifadə edildiyini qeyd edən E.Mikayılzadə bildirdi ki, o dövrlərdə bizim milli valyuta daha güclü idi və qəbul edilirdi.

İlk milli valyutamızın eskizinin müəllifi kimi tarixə düşən E.Mikayılzadə onu da bildirdi ki, bir sənətkar kimi buna vətəndaşlıq borcu kimi yanaşır:”Heç zaman demirəm ki, ən yaxşı rəssam mənəm. Hər halda, o dövrdə məsləhət oldu ki, mənim çəkdiyim eskizlər milli valyutamızın eskizi kimi qəbul edilsin. İlk milli valyutamızın ilk eskizlərinin müəllif mən oldum. Amma bu heç bir halda rəssamın istedadını göstərən amil deyil. Burada bəxt, şans, zaman amilləri də az rol oynamır. Ola bilər mənim eskizimin qəbul edilməsi zamanın tələbi ilə bağlı olub. O dövr milli ruhumuzun daha yüksək olan dövrləri idi.  Bəlkə də orada milli ornamentlər-filan olduğu üçün bəyənilmişdi, deyə bilmərəm. Mənim işim xalçaçılıqdı, miniatürdür, xəttatlıqdır...Bunlar da milli tətbiqi sənətin növləridir. Əlbəttə, bunun da təsiri var. Məni ən çox sevindirən məsələlərdən biri o vaxt milli valyutamızı buraxmağımız, gerbimizi, bayrağımızı, başqa dövlət rəmzlərimizi qəbul etməyimiz oldu. Cumhuriyyət dövründə gerbimizin müəllifi gürcü idi, Sovet dövründə isə erməni olmuşdu. Müstəqillik qazandıqdan sonra Cumhuriyyət dövründəki gerbi qəbul etdik, amma o gerbin üzərində işlədik, ora milli ornamentlər, milli çalarlar əlavə etdik. Gerbin işlənməsində mənim də rolum olub”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ