Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanda çoxlarına bəlli olmayan milli kaskadyor sənətimizin problemləri və uğurları… - FOTO

Image


“Dövlət qayğısına ciddi ehtiyacımız var”
“Bizim ayrıca yerimiz, bazamız olarsa, milli kaskadyorluq məktəbini daha yüksək səviyyədə inkişaf etdirə bilərik”

 

Kinonun görünən və görünməyən üzü var. Biz kinonun görünməyən tərəfində gərginliklə, həyəcanla çalışan kaskadyorlardan danışmaq istəyirik. Filmlərdə aktryorlara və aktrisalara dublyor olan kaskadyorlar dünya kinosunda öz yerlərini tuturlar.

Aktyor-kaskadyorlar filmlərdəki həyəcan doğuran səhnələrlə tamaşaçılara müxtəlif ovqat yaşadırlar. Başdan-ayağa risq üzərində qurulan milli kaskadyorluq sənətinin tarixi elə də böyük deyil. Keçən ilin 80-ci illərində ilk azərbaycanlı kaskadyorlar meydana çıxmağa başlayıb. Bu dövrdən əvvəl isə filmlərimizdə əsasən keçmiş Sovetlər Birliyinin başqa ölkələrindən dəvət edilən kaskadyorlar çəkilirdi. 

Kaskadyorluq nədir?

Kaskadyor sözünə izah verən mütəxəssislər qeyd edirlər ki, “kaskad” sözü kaskadyorluq sözünün köküdür. Fransız dilində CASCADE – şəlalə, italyan dilində isə CASCATA – yıxılma deməkdir. Filmlərdə işlədilən kaskadyorluq sözü əsasən “yıxılma” və “düşmə” təsəvvürünü yaradır. Yəni həqiqi yıxılmanın imitasiyasına, bənzətməsinə deyilir. Çünki filmlərdə gördüyünüz yıxılmalar həqiqi yıxılmalara oxşasa da, əvvəlcədən hazırlıq prosesləri aparılır və tam həqiqilikdən çıxarılır. Bir neçə illik fiziki məşqlərdən və psixoloji hazırlıqlardan sonra kaskadyor həmin yıxılma tryukunu həyata keçirir. Lakin kaskadyor nə qədər peşəkar olsa da, zədələnməmək üçün müxtəlif üsullarla sığortalanır. Amma buna baxmayaraq, yenə də zədə alanlar az olmayıb. Əvvəlcdən görülən hazırlıqlara əsaslanaraq deyə bilərik ki, yıxılmalar sadəcə həqiqətin bənzəridir.

Bütün qorxulara qalib gəlməyi bacaran Əli Məmmədov...

Bu gün Azərbaycanda milli kaskadyorluq məktəbi formalaşıb və ölkəmizdə dünya şöhrətli kastadyor-aktyor Əli Məmmədovun rəhbərliyi ilə Kaskadyorlar Assosiasiyası da fəaliyyət göstərir. Hazırda Azərbaycanda peşəkar kaskodyorluqla məşğul olanların sayı elə də çox deyil. Bu sahədə peşəkarlar barmaqla sayılacaq qədərdir. Bunun da sözsüz ki, öz səbəbləri var.

Ölkəmizdə görkəmli kaskadyor-aktyorlardan biri olan Əli Məmmədov Qırğızıstanda yerləşən Kaskadyorlar Assosiasiyasında təlimlərdən qayıtdıqdan sonra “Azərbaycanfilm”də tryukların quruluşçusu və kaskadyor kimi filmlərdə çalışmağa başlayıb. Ə.Məmmədov Azərbaycan filmləri ilə yanaşı “Silah” (Rusiya, Tacikistan, serial, 2007), “Dənizçi” (Rusiya, 2007), “Jurnalist” (Rusiya, serial, 2006), “Tələbə” (Rusiya, 2005), “Qraf Krestofski” (Rusiya, 2002, serial), “Dronqo” (Rusiya, 2001, serial), “Məleykələr” (İran, 1990) adlı Amerika, Rusiya, İran, Tacikistan və Fransa filmlərində, həmçinin, bir çox musiqi kliplərində, reklamlarda tryuk quruluşçusu və ifaçısı olub. Ə.Məmmədov 30-dan çox filmdə çəkilib. Qırğızıstanda yerləşən Kaskadyorlar Assosiasiyasına göndərilib. Döyüş və at üstündə yüksək səviyyədə təlimlər keçib, peşəkar kaskadyor lisenziyası alıb. Kaskadyor kimi bu gün də öz fəaliyyətini uğurla davam etdirir.

Ə.Məmmədov müsahibələrindən birində kaskadyorluq sənətinin mahiyyətindən danışıb. O ilk dəfə kaskadyor kimi çəkildiyi filmi xatırlayıb: “Bu, ərəb rejissorun diplom işi olan filmi idi. Sonra Əbdül Mahmudovun dəvəti ilə “Axırıncı körpü” filminə çəkildim. Bundan sonra yavaş-yavaş filmlərə dəvət aldım. Bir sıra yerli və xarici filmlərə çəkilmişəm. “Fəryad”, “Şahid qız”, “Ürəyin yaddaşı”, “Girişmə, öldürər!”, amerikalılarla birgə çəkilmiş “Dağıdılmış körpü” və s. “Dağıdılmış körpü”də Hollivud ulduzunu əvəz edirdim. Təəssüf ki, aktyorun adını unutmuşam. Yerli filmlərdə isə Fəxrəddin Manafovu, Həsən Məmmədovu əvəz etmişəm.

…Elə tryuklar bacarıram ki, onları ancaq Hollivudda çəkirlər. Maşınla tryuklar etmişəm - avtomobil 5-6 metr hündürlükdə fırlanıb, 10-15 metrdən sonra yerə düşüb dağılıb”.

Ən çətini tryuklara gəlincə, o qeyd edib ki, heç bir tryuk asan deyil, hamısının öz çətinliyi var. “Əvvəlcədən düşünürəm, fikirləşirəm, təhlükəsizliyi təmin edirəm, ancaq bununla bərabər yenə də hiss edirəm ki, çox çətindir. Müharibədə döyüşən zaman hansı hissləri keçirirsənsə, bu da ona bənzəyir. Hündürlükdən tullanmaq, yanmaq, maşını aşırmaq, atla olan tryuklar lap çətindir. Bir şey də var ki, bu çətinliyi keçməyi bacarmaq lazımdır. Birinci dəfə çətin olan ikinci dəfə asan olur. Mən heç zaman məşq etmirəm, planlaşdırıram, təhlükəsizliyi təmin edirəm, qalır tryukun uğurlu alınması. Bu da çəkilişdə bəlli olur” - deyə Ə.Məmmədov bildirib.

Qeyd etdiyimiz kimi, kaskadyorluq sənəti hədsiz dərəcədə çətin və risqli bir sahəsir. Kaskadyorluğun hazırkı durumu, bu gün kaskadyorların yerli və xarici filmlərə dəvət alıb-almaması və s. araşdırmaq məqsədilə tanınmış aktyor-kaskadyor, Azərbaycan Respublikası Kaskadyorlar Assosiasiyasının üzvü Əhməd Cəfərovla həmsöhbət olduq. O, “Bakı-Xəbər”ə açıqlamasında bu sənətlə bağlı ətraflı danışdı. Uşaqlıq illərində ilk dəfə Ənvər Əblucun quruluş verdiyi “Ağ atlı oğlan” filminin sınağında iştirak edən Ə.Cəfərov bildirdi ki, sınaqda seçilməsə də, onda kino sənətinə böyük maraq yaranıb və aktyoru olmağı qət edib. Əsgəri xidmətdən sonra aktyor-kaskadyor kimi fəaliyyətinə davam etdirən Ə.Cəfərov, müəllimi Əli Məmmədovla birgə filmlərdə çalışır.

Bu günə qədər 180-dən artıq filmdə çəkilən müsahibimiz qeyd etdi ki, kaskadyor olmaq üçün insanın idmançı olmağı kifayət deyil, həm də bu sənəti ürəkdən sevməlisən. “Filmlər olanda işləyirik, film olmayanda isə məşqlərimizi edirik. Hazırda Azərbaycan Respublikası Kaskadyorlar Assosiasiyasında 7 nəfər peşəkar kaskadyor fəaliyyət göstərir. Kömək lazım olanda isə kaskadyorluğa maraq göstərən gəncləri də dəvət edirik. Biz həm Azərbaycanda, həm Türkiyədə, həm İranda, həm Rusiyada, həm də digər ölkələrdə filmlərə çəkilirik. Ölkəmizdə həm dövlət, həm də özəl prodakşnlar tərəfindən çəkilən filmlərdə, eləcə də reklamlara, kliplərə çəkilirik. Yəni harada ki, kaskadyorlara aid iş var, ora bizim Azərbaycan Respublikası Kaskadyorlar Assosiasiyasının üzvləri dəvət edilir” - deyə Ə.Cəfərov bildirdi.

İlk milli kaskadyorumuz - Nizami Musayev...

Azərbaycanda kaskadyorluq sənətinin özül daşını qoyan sənətkarları da yada salan Ə.Cəfərovun sözlərinə görə, milli peşəkar kaskadyorluq sənətinin əsasını “Qorxma, mən səninləyəm” filminə çəkilən Nizami Musayev qoyub: “Milli kaskadyorluq sənətinin təməlini Nizami Musayev qoyub. O, ruslarla işləyib, bu sənətin incəliklərini onlardan öyrənib, kurs keçib. Bundan sonra isə “Qorxma, mən səninləyəm” filminə çəkilib. 1988-ci ildə isə “Azərbaycanfilm”ə Əli Məmmədov gəlib. Əli müəllimlə Nizami müəllim bu sahədə bir yerdə çalışıblar və çox böyük işlər görüblər.

Kaskadyorun yalnız idmançı olması kifayət etmir, onlar mütləq kurslar keçməlidirlər. Hazırda bizim qurum Moskvadakı və Qırğızıstandakı kaskadyor kurslarının üzvüdür. Kaskadyorlarımız Qırğızıstanda at üzrə, ümumi kaskadyorluqla bağlı isə Moskvada kurslar keçiblər. Bizim professional kaskadyor olmağımızla bağlı sertifikatımız var. Rusiyadan burada film çəkməyə gələnlər birinci olaraq bizi axtarırlar. Biz Moskvada kurs, təlim keçdiyimiz üçün onlar bizimlə işləməyə üstünlük verirlər. Bizim kaskadyorlar çoxlu sayda filmə çəkiliblər. Mən özüm 10 yaşımdan kinostudiyadayam. Amma 2000-ci ildən bu günə qədər sırf kaskadyor-aktyor kimi işləmişəm. İndiyə qədər 180-dən çox filmdə işləmişəm. Azərbaycan Respublikası Kaskadyorlar Assosiasiyası 2006-cı ildə yaradılıb. Əli Məmmədov tərəfindən yaradılan assosiasiyanın üzvləri Bəxtiyar Abbasov, Vüqar Əliyev, mən, Etibar Məmmədov və başqalarıdır. Biz bu sahə ilə peşəkar məşğul olanlarıq. Onlar həm də peşəkar idmançılardır, hər birinin idman dərəcələri var”.

Kaskadyorların çətinliklərinə gəlincə, Ə.Cəfərov bildirdi ki, onların əsas problemi bina ilə bağlı üzləşdikləri çətinlikdir. Kaskadyorlara “Azərbaycanfilm”in binasında ayrıca otaq verildiyini deyən Ə.Cəfərovun sözlərinə görə, onlar burada məşq edə bilmir, əşyalarını tam olaraq burada yerləşdirmək imkanları yoxdur. “Bizim bazamız yoxdur. Kaskadyorların məşq etməsi üçün mütləq baza olmalıdır. Biz orada həm məşq etməliyik, həm əşyalarımızı, çəkiliş üçün lazım olan avadanlıqlarımızı yığmalıyıq. Düzdür, kinostudiyada otağımız var. Ancaq bu bizim üçün yetərli deyil. Biz ayrıca yer ayrılması ilə bağlı dəfələrlə əlaqədar qurumlara müraciət etmişik, amma hələ ayrıca yerlə təmin olunmamışıq. Deyim ki, hazırda dövlət qayğısına ciddi ehtiyacımız var. Düşünürəm ki, problemlərimizin həlli üçün aidiyyəti qurumlar bizə dəstək göstərəcəklər. Bizim ayrıca yerimiz, bazamız olsa, biz milli kaskadyorluq məktəbini daha yüksək səviyyədə inkişaf etdirə bilərik. Bu sahəyə gənc nəsil gəlməlidir, onlar bizim yolumuzu davam etdirməlidirlər. Bu gün peşəkar kaskadyor olmaq istəyən gənclərimiz çoxdur, lakin bizim bir yerimiz yoxdur ki, onları ora toplayıb kurslar, təlimlər keçək. Bizdə milli kaskadyorluq məktəbi daha geniş səviyyədə inkişaf etməlidir. Bizim yaşımız ötür, bizi əvəz edən yeni nəsil gəlməlidir ki, onlar bu sənətin incəliklərini öyrənə bilsinlər. İstedadlı gənclər var, lakin onları bu halda filmlərə çəkmək olmaz. Gərək onlar maşın aşırtmaq, hündürlükdən tullanmaq, yanmaq və s. bağlı ciddi təlimlər keçsinlər ki, onlara iş etibar edilsin. Bazamız olmadığına görə, gəncləri tryuklara buraxa bilmirik. Ona görə də Allah bizə nə qədər ömür verib o tryukları özümüz edəcəyik” - deyə Ə.Cəfərov bildirdi.  

Tryuk zamanı kaskadyor qorxu hiss edərsə, o səhnənin heç zaman uğurlu alınmadığını deyən müsahibimizin sözlərinə görə, kaskadyor psixoloji cəhətdən də güclü olmalıdır.

Filmlərə dəvət alarkən arzu etdikləri qonorarı ala bilmədiklərini deyən Ə.Cəfərovun sözlərinə görə, çox zaman filmdə kaskadyora lazım olan avadanlıqların, geyimlərin pulunu öz şəxsi büdcələrindən ödəmək məcburiyyətində qalırlar. “Filmdə hər tryukun öz xərci, qiyməti var, ancaq bunu sifarişçilər anlamaq istəmirlər. Maşın aşırtmağın, hündürlükdən tullanmağın və s. xərci eyni deyil. Biz də məcbur olub lazım olan avadanlıqları, geyimləri, aksesuarları öz cibimizin puluna alırıq” - deyə bildirən Ə.Cəfərovdan hansı məşhurların dublyoru olduğunu da soruşduq. “İran, Türkiyə, Rusiya aktyorlarının dublyoru olmuşam. Azərbaycanda da çox aktyora dublyorluq etmişəm. Onların arasında qadınlar da, kişilər də var. Fəxrəddin Manafovun, Gülzar Qurbanovun dublyoru olmuşam. Bu gün bizdə qadın və kişi aktyorların dublyoru biz oluruq. Bizdə hazırda qadın kaskadyor yoxdur. Əvvəl iki qızımız vardı. Birinin adı İlahə, o birinin adı isə Səadət idi. Sonra onlar ailə həyatı qurub bu sahədən uzaqlaşdılar. Bu gün qadın kaskadyorlar da yetişdirilməlidir, bu işə marağı olan qızlarımız var”-deyə Ə.Cəfərov bildirdi.

O, həmçinin, qeyd etdi ki, burada onlar üçün böyük şərait yaradılarsa, kaskadyorlarımız beynəlxalq kaskadyor festivallarında iştirak edə bilərlər. Vaxtilə Azərbaycanda kaskadyorlar festivalı keçirildiyini xatırladan Ə.Cəfərovun sözlərinə görə, Əli Məmmədovun təşəbbüsü ilə ilk dəfə kaskadyorlar festivalı Şuşada Cıdır düzündə keçirilib: “90-cı illərin əvvəllərində Əli Məmmədovun təşəbbüsü ilə Cıdır düzündə kaskadyorların festivalı keçirilmişdi. Camaat bu festivalı çox maraqla qarşılayırdı. Arzu edirəm ki, torpaqlarımızı geri alaq və orada yeni festivallar keçirək”.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ