Cümə günü, 09 oktyabr 2026
     

Milli kinomuzun müstəqil Azərbaycan mərhələsi və dövlətin dəstəyi...

Image


Zülfiyyə Eldarqızı: “120 yaşlı milli kinomuzun son 15 ilində baş verən inkişaf Prezident İlham Əliyevin adı ilə bağlıdır”
Müşfiq Hətəmov: “Cənab Prezident həmişə kinematoqrafların yanındadır və o, bizim fəaliyyətimizə stimul verir, dəstək göstərir”
Şamil Əliyev: “Biz kinematoqraflar Prezidentin bizə göstərdiyi qayğını və dəstəyi görüb, hiss edərək irəliyə gedirik”

 

Müsəlman Şərqində kinonun ilk yarandığı ölkə Azərbaycandır desək yanılmarıq. Avqustda 2-də 120 yaşı tamam olan milli kinomuzun tarixi 1898-ci ildən başlayır. Azərbaycan Şərq kino tarixində ilkə imza atan ölkədir və Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Azərbaycan kinosu dövlətimiz müstəqillik əldə etdikdən sonra özünün yeni inkişaf dövrünə qədəm qoydu. Sözsüz ki, Azərbaycan kinosunun ağır böhrandan sonra ayağa durub iri addımlarla irəliləməsinin səbəbkarı Heydər Əliyev olub. Xalqımızın böyük oğlunun Azərbaycan kinosunun inkişafına göstərdiyi dəstək, qayğı və diqqət sahəsində kinomuz yeni zamanın tələbinə uyğun fəaliyyətini davam etdirməyə başlayıb.

Bu gün 120 yaşlı Azərbaycan kinosuna böyük qayğı və diqqət göstərən, milli kinomuzun hamisi olan Prezident İlham Əliyev kino sənətinin inkişafına əvəzsiz töhfələr verir. Kino xadimlərinin bildirdiyinə görə, Prezident İlham Əliyevin qayğısı və dəstəyi sayəsində Azərbaycan kinosu öz çağdaş simasını formalaşdıra bilib. Kino xadimləri qeyd edirlər ki, ölkə başçısının kinonun inkişafına dair imzaladığı bütün sənədlər bu sənətin böyük uğurlara imza atmasına səbəb olur.

Qeyd edək ki, ölkə başçısının 1 avqust tarixli Sərəncamı ilə 2 avqust Milli Kino Günü münasibətilə bir qrup kino xadimi, kinematoqraf müxtəlif mükafatlara, təltiflərə layiq görülüb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı bizimlə söhbətində bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli kinomuzun hamisi kimi bu sənətin inkişafına daim böyük töhfələr verir: “120 yaşlı milli kinomuzun son 15 ilində baş verən inkişaf Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu 15 ildə milli kinomuzda köklü islahatlar həyata keçirilib, kino ilə bağlı bir sıra uğurlu layihələr gerçəkləşdirilib və sənədlər imzalanıb. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verdi. Bu Sərəncam milli kinomuzun fəaliyyət prinsiplərini müəyyən etdi. Bundan başqa, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər həyata keçirilib, bu gün də keçirilməkdə davam edir. Ölkə başçısının kinoya, kino xadimlərinə, gənc kinematoqraflara göstərdiyi qayğı, diqqət, kino xadimlərinin yubileylərinin keçirilməsi, onların mükafatlarla, fəxri adlarla təltif edilməsi, Prezident təqaüdünə layiq görülməsi çox böyük hadisədir. Ölkə başçısının kino sənətinə qayğısı o qədər geniş və əhatəlidir ki, onu saymaqla bitməz”.

Bu ilin əvvəlində ölkə başçısının Azərbaycan kinosunun yaranmasının 120 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncam onun milli kino tarixinə verdiyi böyük dəyərin nümunəsidir. “Məlumdur ki, Azərbaycan kinosu 120 ildə özünəməxsus yaradıcılıq yolu keçib. Kino yaradıcılığı işinin uğurlu təşkili sayəsində ölkə kinematoqrafiyası inkişaf edir. Azərbaycan filmləri ölkə başçısının qayğısı nəticəsində beynəlxalq festivallarda fəal iştirak edir” - deyə Z.Eldarqızı bildirdi.

“Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, çağdaş Azərbaycan kinosunun inkişafında, müasir kino sənayesinin yaranmasında  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük rolu var: “Cənab Prezident  “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nı imzalayıb. Bilirsiniz ki, bu proqramdan çıxış edərək “Nizami” Kino Mərkəzi müasir şəkildə təmir edilərək tamaşaçıların ixtiyarına verildi. Dövlət Film Fondu üçün müasir tipli bina inşa edildi, hazırda sözügedən fondda Azərbaycan kino mədəniyyətinin böyük xəzinəsi qorunub saxlanır. Kino lentlərinin saxlanması üçün böyük qayğı, şərait lazımdır. Bizim belə gözəl Dövlət Film Fondumuzun olması gələcək nəslə çatdıracağımız sərvətlərdən biridir. Film Fondunun binası cənab Prezidentin təşəbbüsü ilə tikilib. Fransız şirkəti “Azərbaycanfilm” Kinostudiyasının konseptual layihəsini hazırlayıb təhvil verib. Yəqin ki, yaxın gələcəkdə bu layihəni həyata keçirəcəyik. Azərbaycanda kino ilə bağlı bir sıra layihələr gerçəkləşdirilib və onlardan biri də gənc nəslin milli kinomuza gətirilməsi və onların inkişaf etdirilməsi ilə bağlıdır. Son 3-4 ildə “Azərbaycanfilm” Kinostudiyasında 70-dən artıq gənc sınaqdan keçirilib. Yeni gördüyümüz işlərdən biri Mədəniyyət Nazirliyi ilə birgə müzakirə edib hazırladığımız kino haqqında konsepsiyadır. Burada Milli Kino Mərkəzinin, Kino Sənayesi Parkının yaradılması, Kino Fondunun yaradılması və müasir dünya kinosuna inteqrasiya etmək üçün sistemin qurulması və s. daxildir. Bu da cənab Prezidentin imzaladığı Dövlət Proqramından irəli gələn məsələdir. Avqustun 1-də bizim üçün çox sevindirici bir hal baş verib. Bir qrup kino xadimi, gənc kinematoqraflar ölkə başçısı tərəfindən yüksək fəxri adlara layiq görülüb. Cənab Prezident həmişə kinematoqrafların yanındadır və o, bizim fəaliyyətimizə həmişə stimul verir, dəstək göstərir”.

Ölkə başçısının Sərəncamı ilə 2 avqust Milli Kino Günü münasibətilə “Tərəqqi” medalına layiq görülən tanınmış kinorejissor, kinossenarist Şamil Əliyev də bizimlə söhbətində Prezident İlham Əliyevin kinoya misilsiz qayğı göstərdiyini vurğuladı.

Heydər Əliyevin kinoya göstərdiyi qayğı siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyən Ş.Əliyevin sözlərinə görə, çağdaş kinomuzun hər bir uğurunda İlham Əliyevin rolu var. “Ulu öndərimizin kinoya və mədəniyyətin digər sahələrinə göstərdiyi qayğını cənab Prezident böyük səylə, iradə ilə davam etdirir. Bilirsiniz ki, Prezidentimiz “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsinə dair Sərəncam imzalayıb. Bu Dövlət Proqramı kino sahəsinin inkişafına böyük dəstək verdi. Biz kinematoqraflara dövlət tərəfindən böyük qayğı və diqqət var. Bizdən bir şey tələb olunur ki, öz kino tariximizə, mədəni dəyərlərimizə yiyə dura bilək, mədəni köklərimiz, milli antropologiyamızla bağlı estetik prinsiplərimizi həyata keçirək, ekrana gətirib yaşadaq. Sovet dövründə biz buna nail ola bilmirdik, çünki bizə qarşı Moskvadan ideoloji basqı var idi. O dövrdə azad şəkildə iş görmək çox çətin idi. Dövlətimiz müstəqil olduqdan sonra isə bu azadlığı əldə etdik. Həm ulu öndərimiz, həm də cənab Prezident kinoda milli ideologiya, dövlətçilik və s. məsələlərin əks olunmasını təqdir ediblər. Müstəqillik dövründə Azərbaycan kinosu özünü tanımağa başladı. Bilirsiniz ki, bizim kino tariximizdə çox böyük adlar var. Ölkə başçısının dəstəyi ilə o adların yanında daha inamla dayanan yeni qüvvələr meydana gəldi. Hesab edirəm ki, bu gün Azərbaycan kinosunda çox inkişaf edən, mədəni səviyyəsi yüksək olan, vətənini sevən, Azərbaycanın adını daim uca tutan işıqlı qüvvələr formalaşıb və onlar irəli gedəcəklər. İlham Əliyev mədəniyyətin bütün sahələrində olduğu kimi, kino haqqında da bir neçə sərəncam imzalayıb. Bilirsiniz ki, cənab Prezident zaman-zaman kino adamlarını təltif edir. Ölkə başçısının sonuncu təltif etdiyi kinematoqraflar sırasında mən də varam. Ölkə başçısının məni “Tərəqqi” medalı ilə təltif etməsi məndə özümə bir qədər də inam, qürur yaratdı ki, daha inamla öz yolumu davam etdirə bilim. Kino sahəsində müəyyən şeylərə nail ola bilməmişiksə, bu da biz kinematoqrafların üzərinə düşən vəzifələrdir ki, onun öhdəsindən biz gəlməliyik. Dövlətin qayğısı kifayət qədərdir. Amma bununla belə, kinoya qayğı davam edir”- deyə bildirən Ş.Əliyev tarixi fimlər çəkən və Azərbaycan kinosunu, mədəniyyətini dünyada tanıdan “Bakı” Media Mərkəzinin fəaliyyətinə də toxundu. O qeyd etdi ki, bu qurum bir sıra layihələr həyata keçirib, filmlər çəkib: “Bakı” Media Mərkəzi Azərbaycanın dövlətçilik tarixi, ölkəmizin mədəni irsi, tarixi ilə bağlı dünya arenasına çıxan filmlər çəkib. “Azərbaycanfilm” Kinostudiyasında da yaxşı filmlər çəkilir. Kino mədəniyyətimizdə çox dəyərli, sanballı insanlar var. Biz kinematoqraflar Prezidentin bizə göstərdiyi qayğını və dəstəyi görüb, hiss edərək irəliyə gedirik. Ölkə başçısının qayğısı olmasa, biz heç nəyə nail ola bilmərik. Bütün işlərə onun qayğısı sayəsində nail oluruq. Həmişə ölkə başçısının qayğısını, diqqətini öz üzərimizdə hiss edirik. Biz kinematoqrafların üzərinə isə ölkə başçısının qayğısını və inamını doğrultmaq vəzifəsi düşür. Biz xalqımız naminə, Azərbaycan naminə irəli getməli və kinomuzu daha da inkişaf etdirməliyik”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ