Cümə günü, 09 oktyabr 2026
     

Qədim və orta əsrlər abidələrimizin bərpasında xarici mütəxəssislərin iştirakı artır

Image


Fariz Xəlilli: “Xarici mütəxəssislərin bu işə cəlb edilməsində mənfi heç nə yoxdur, əksinə, bu, uğurlu bir təcrübə mübadiləsidir”
“Beynəlxalq təcrübəyə görə, abidə hansı dövrə aiddirsə, onun bərpasında həmin dövrün inşaat materiallarından istifadə olunmalıdır”

 

Qədim tarixi abidələrlə zəngin olan Azərbaycan Respublikasında mədəni irsin qorunması və bərpası ilə bağlı bir sıra işlər görülür, layihələr həyata keçirilir. Məlum olduğu kimi, son dövrlər bir sıra tarixi abidələrin bərpası işinə müxtəlif xarici ölkələrdən dəvət edilən mütəxəssislər də cəlb edilir. İndiyə qədər bir sıra maddi irs nümunələrinin bərpasında iştirak edən əcnəbi mütəxəssislərə bu işdə yerli mütəxəssislər də yardımçı olurlar.

Xarici mütəxəssislərin tarixi abidələrin bərpası işinə cəlb edilməsinin müsbət tərəflərinin az olmadığını deyən yerli mütəxəssislər hesab edirlər ki, beynəlxalq bərpaçılıq təcrübəsindən yararlanmaq bu sahədə uğurlu nəticələrin əldə edilməsinə şərait yaradır.

MİRAS – Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, tanınmış arxeoloq-alim, maddi mədəni irs üzrə mütəxəssis Fariz Xəlilli “Bakı-Xəbər”ə bildirdi ki, bu gün dünyada tarixi abidələrin bərpa edilməsi texnologiyalarında böyük inkişaf var. O hesab edir ki, xarici mütəxəssislərin Azərbaycanda tarixi abidələri bərpa etməsi yeni təcrübə mübadiləsinin meydana çıxmasına imkan verir. “Son zamanlar Azərbaycanda bir sıra tarixi abidələrin bərpa edilməsində xarici mütəxəssislər də iştirak edirlər. Xarici mütəxəssislərin bu işə cəlb edilməsində mənfi heç nə yoxdur, əksinə, bu, uğurlu bir təcrübə mübadiləsidir.

Məsələn, Milli Azərbaycan Tarixi Muzeyini bizim bərpaçılarla birgə italiyalı mütəxəssislər bərpa edib. Şəki Xan Sarayı, Şirvanşahlar Sarayının və s. həyata keçirilən restavrasiya işində xarici mütəxəssislərin də yaxından iştirakı olub. Xaricilərlə yanaşı, Azərbaycan bərpaçıları da ayrı-ayrı layihələr həyata keçiriblər. Qubadakı abidənin və Şeyx Cüneyid türbəsinin, eləcə də Naxçıvanda bir sıra abidələrin bərpasında yerli mütəxəssislər iştirak ediblər. Bir məsələni qeyd edim ki, bizim bəzi bərpaçılar hələ də sovet bərpaçılıq məktəbindən qalan müəyyən neqativ üsullardan istifadə edirlər. Bunun ən böyük problemlərindən biri qədim abidələrin bərpasında hələ də sement qarışıqlı məhlullardan istifadə edilməsidir. Nədənsə bizim bəzi bərpaçılarımız bu üsuldan istifadə edərək bərpa etdikləri abidələrdə sement qarışıqlı məhlula üstünlük verirlər. Biz bunu bərpa edilən müxtəlif abidələrin timsalında görə bilərik. Şəkidəki Aşağı Karvansaraya, Qubadakı hamama baxanda onların bərpasında sement qarışığından istifadə edilməsini aydın şəkidə görmək olur. Buna necə icazə verilir, mən bilmirəm. Hər halda, belə görsənir ki, bu üsulun tətbiq edilməsinə icazə verilir. Yəqin ki, bu abidələri bərpa edən yerli və xarici mütəxəssislər razılığa gəlirlər. Beynəlxalq təcrübəyə görə, abidə hansı dövrə aiddirsə, onun bərpasında həmin dövrün inşaat materiallarından istifadə olunmalıdır. Hər şeydən əvvəl laborator nəticəyə gəlinməlidir ki, bu binaların inşası zamanı hansı tikinti məhlullarından, materiallarından istifadə edilib. Çünki abidələrin qədim dövrlərdən indiyə qədər gəlib çıxmasında onun inşasında istifadə edilən materialların, məhlulların çox böyük rolu var. Onu deyim ki, qədim və orta əsrlərdə abidələrin tikintisində istifadə edilən materiallar çox keyfiyyətli olub. Təəssüf ki, sement ortalığa çıxdıqdan sonra işin gedişinin rahat olması üçün abidələrin bərpasında ondan istifadə edirlər. Bəzi bərpaçılar belə başa düşürlər ki, guya sement möhkəmlik yaradır. Əslində isə sementdən istifadə o abidələrə böyük zərər vurur. Bundan isə əsasən Sovet dövründə istifadə ediblər. Son vaxtlar isə bu məsələyə bir qədər nəzarət olunur. Sovet bərpa məktəbində sementdən geniş istifadə edilib” - deyə F.Xəlilli bildirdi.

Hazırda italiyalı bərpaçılarla bizim bərpaçıların bərpasını həyata keçirdiyi Şeyx Dursun türbəsində gedən iş prosesindən də danışan F.Xəlilli qeyd etdi ki, türbədə iş yekunlaşmaq üzrədir. Mütəxəssisin verdiyi məlumata görə, Sovet dövründə sözügedən türbə bir dəfə bərpa edilib. Restavrasiya zamanı burada da sement qarışıqlı məhluldan geniş itifadə olunduğunu deyən F.Xəlillinin bildirdiyinə görə, bu da abidənin daxilində və xaricində istifadə edilən materialların korroziyaya uğramasına səbəb olub. F.Xəlilli bildirdi ki, müasir Ağsu şəhər qəbiristanlığında XIV əsr xəlvətilik sufi məktəbinin simvolu olan Şeyx Dursun türbəsində bərpa və konservasiya işlərində bir mütəxəssis kimi o da iştirak edir. Onun verdiyi məlumata görə, bərpa və konservasiya işləri MİRAS - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin razılığı və təşkilati dəstəyi ilə YOKOKU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının “Şeyx Dursun türbəsi: konservasiya, mədəniyyət və cəmiyyət” layihəsi çərçivəsində aparılır. Avqust ayında da davam etdiriləcək bərpa və konservasiya işlərində Romana Albinin rəhbərliyi ilə mədəni irsin bərpası üzrə İtaliyadan olan mütəxəssislər qrupu çalışır.

F.Xəlilli vurğuladı ki, türbə səkkizguşəli olub, xəlvətilik sufi məktəbinə məxsus digər şeyxlərin qəbirləri üzərindəki türbələrlə oxşarlıq təşkil edir. Qazıntı işləri zamanı üzə çıxan qalıqlardan Şeyx Dursunun sufi xanəgahının da həmin məkanda yerləşdiyi anlaşılır.

F.Xəlilli onu da vurğuladı ki, türbənin bərpasına başlamamışdan əvvəl yerli könüllülər üçün xarici və yerli mütəxəssislər tərəfindən dördgünlük təlim-kurs keçilib və kursu bitirənlər də bu işə cəlb olunub: “Türbənin bərpası və konservasiyası işləri çərçivəsində 15 nəfər peşəkar və həvəskar gənc bərpaçılar üçün “Mədəni irs konservasiya materialları və metodlarının qurulması” mövzusunda kurs keçirilib. Kursun məqsədi kimya da daxil olmaqla, nəzəri əsaslarla praktiki bacarıqlara sahib olmaq, iştirakçılar tərəfindən daş materiallar və əsərlərin bərpasına əhəmiyyətli dərəcədə töhfə vermək, çoxtərəfli yanaşma əsasında müvafiq konservasiya işləri aparmaqdır”. F.Xəlilli qeyd etdi ki, praktik təcrübəyə əsaslanan məruzələr YOKOKU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının mədəni irsin bərpası üzrə mütəxəssisləri Romana Albini və Laura Rivaroli, eləcə də mədəni irsin analitik tədqiqi üzrə mütəxəssis Andrea Makkia, onun özü və Həbibə Əliyeva, mədəni irsin bərpası üzrə maşınlar istehsal edən İBİKS şirkətinin nümayəndələri Alfonso Bazile və Marko İlari, Rusiyadan olan mütəxəssis Anna Mordanova tərəfindən aparılır.

“Şeyx Dursun türbəsi sonuncu dəfə 1983-1984-cü illərdə bərpa edilib. O dövrün sənədlərindən də görünür ki, bu abidənin gümbəz hissəsində dağıntılar olub, yəni daşların əksəriyyəti qopub düşübmüş. O dövrün mütəxəssisləri qopan daşları yenidən öz yerlərinə qoyublar. Amma təəssüf ki, burada sement qarışıqlı məhlullardan istifadə ediblər. Deyim ki, bu məhlullar da duz yaratdığı üçün  türbənin iç divarları ağappaq duz kristalları ilə “zəngin”dir. Bunun da səbəbkarı sementdir. Orta əsrlərdə abidələr inşa edilərkən onların tikintisində duz yaradan məhlullardan istifadə edilmirdi, ona görə də o abidələr indiyə qədər daşların rəngini qoruyub saxlaya bilir. Sovet dövrü bərpaçıları isə duz yaradan məhlullardan istifadə ediblər. Deyim ki, o zamanlar türbənin bərpasında sementdən istifadə edildiyi üçün sementin tökülən yerlərində ağac, müxtəlif yaşıllıq bitkiləri bitmişdi. Türbənin üstündəki yaşıllığı, mamırları artıq təmizləmişik” - deyə bildirən F.Xəlillinin sözlərinə görə, türbənin yaşıllıqdan, mamır təbəqəsindən təmizlənməsində kimyəvi maddələrdən istifadə edilib. “Artıq türbənin üzəri təmizlənib. Biz burada işlərimizi davam etdiririk. Türbə üzərində bərpa işləri beynəlxalq təcrübənin tələblərinə uyğun şəkildə aparılır. Biz Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin rəhbərliyindən çox razıyıq. Qurumun rəhbəri Zakir Sultanov bu işə şəxsən nəzarət edir və bizə hər cür qayğı göstərir” - deyə F.Xəlilli bildirdi.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ