"Jara-2018" Beynəlxalq Musiqi Festivalı möhtəşəm başlanğıcdır. “Trend”-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Bu möhtəşəm və ən gözəl başlanğıcdır. Bu möhtəşəm ölkədir, valehedici şəhərdir. Böyük məmnuniyyətlə bura gələn Rusiyanın ulduzları heç olmasa bir neçə günlük də olsa bizə özümüz haqqında xatırladır. Bu müasir dünyada vacibdir”, deyə Peskov bildirib.
Artıq 4 ildir ki, Bakıda olmadığını deyən Peskov “Bakı möhtəşəm şəhərdir, mən ona aşiqəm”, - deyə bildirib.
Qeyd edək ki, üçüncü "Jara" festivalı 26-29 iyul tarixlərində Bakıda "Sea Breeze"-də keçirilir. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ, Qazaxıstan və Moldovadan estrada ulduzları iştirak edir. Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.