Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanın qədim xalq sənəti növlərinin peşə məktəblərində tədrisi məsələsi aktuallaşır

Image


Məhəmməd Nərimanoğlu: “Düşünürəm ki, əlaqədar qurumlar bu məsələyə müsbət reaksiya verəcəklər”
Nadir İsrafilov: “Bəzi regionlarda fəaliyyət göstərən peşə məktəblərində xalq sənəti növlərinin tədrisinin həyata keçirilməsi çox yaxşı olardı”

 

Azərbaycan mədəniyyətinin, etnoqrafiyasının böyük bir qolunu ənənəvi xalq sənəti növləti təşkil edir. Əcdadlarımızdan bizə miras qalan xalq sənəti növlərinin bir çoxunun hazırkı durumu qənaətbəxş deyil.

Doğrudur, dövlət xalq sənətinin inkişafına, yaşamasına, təbliğinə böyük dəstək göstərir. Bununla belə, xalq sənəti ilə məşğul olan sənətkarlar qeyd edirlər ki, əksər sənət növləri itib-batmaq təhlükəsi ilə üzləşib. Sənətkarlar qeyd edirlər ki, bunun səbəbi gənclərin bu sənət sahələrinə maraq göstərməməsi ilə bağlıdır.

Bu gün dekorativ tətbiqi sənət nümunələrini hər hansı bir təhlükə təqib etmir. Ona görə ki, bu sahələrin ali və orta ixtisas məktəblərində tədrisi həyata keçirilir. Ancaq elə xalq sənəti növləri var ki, onlar bu gün tədris edilmədiyindən, ustad-şəyird münasibətləri zəminində formalaşdırıldığı, yaşadıldığı üçün, onlar müəyyən təhlükələrlə üz-üzə qalıblar. Hazırda gənclərin misgərliyə, sazbəndliyə, dulusçuluğa, sərraclığa, dəmirçiliyə, papaqçılığa, boyaqçılığa, keçəçiliyə və s. xalq sənəti növlərini öyrənməyə can atmaması bu sahələrdə yeni sənətkarlar nəslinin yetişməsinə böyük əngəl olur. Nəzərə alsaq ki, bu gün xalq sənəti növləri ilə məşğul olan sənətkarların böyük əksəriyyəti 50-70 yaşlı insanlardır, onlar dünyasını dəyişdikdən sonra bu sənətlə gənclər məşğul olmalıdırlar. Gərək gənclər də bu sənəti mükəmməl öyrənsinlər ki, bu yolu uğurla davam etdirə bilsinlər. Bunun üçün isə respublikamızın peşə təhsili verən tədris müəssisələrində xüsusi kurslar, dərslər təşkil edilməlidir. Yəni regionlarda və Bakıda fəaliyyət göstərən peşə məktəblərində xalq sənəti növləri də tədris edilməlidir. 

Bu ideyanı dəstəkləyən tədqiqatçı Məhəmməd Nərimanoğlu bizimlə söhbətində qeyd etdi ki, xalq sənəti növlərinin yaşadılmasına, nəsildən-nəslə ötürülməsinə böyük ehtiyac var. Ekspert hesab edir ki, peşə təhsili verən məktəblərdə xalq sənəti ilə bağlı qruplar yaradılmalı və itib-batmaqda olan sənət növləri orada tədris edilməlidir: “Xalq sənəti növləri çox zəngin və şaxəlidir. Bu gün Azərbaycanda xalq sənətinin bütün növləri üzrə sənətkarlar var. Lakin onların sayı elə də çox deyil. Sizin təklifiniz çox maraqlıdır. Yaxşı olardı ki, bu sənətlərin yaşaması, inkişaf etməsi üçün onların peşə məktəblərində tədrisi həyata keçirilsin. Bu gün emalatxanalarda şəyird yolu gözləyən ustalar da orada dərs deməyə cəlb edilsinlər ki, bu sahəyə maraq göstərən gənclərə bu sənətləri mükəmməl şəkildə öyrətsinlər. Xalq sənətimizin elə sahələri var ki, orada barmaqla sayılacaq qədər sənətkar var. Halbuki, daha çox insan bu sənətlərlə məşğul olmalıdır. Əgər peşə təhsilli məktəblərdə xalq sənəti növləri tədris edilərsə, biz bundan qazanarıq. Yaxşı sənətkarlar yetişər, o sənətkarlar da sənəti bu gündən sabaha aparar. Düşünürəm ki, əlaqədar qurumlar bu məsələyə müsbət reaksiya verəcəklər”.

Tanınmış təhsil eksperti Nadir İsrafilov də qeyd edir ki, bu təklif həyata keçərsə, onun faydası böyük olar. Ekspertin sözlərinə görə, bütün peşə məktəblərində olmasa da, o sənətkarlıq növlərinin geniş yayıldığı bölgələrdə fəaliyyət göstərən peşə məktəblərində xalq sənəti növlərinin tədrisinin həyata keçirilməsi müsbət olardı: “Siz bu təklifi gündəmə gətirmiziniz. Deyim ki, bu təklif əlaqədar dövlət qurumlarının, Təhsil və Mədəniyyət Nazirliyinin diqqətini cəlb edə bilər. Azərbaycanda qədim dövrlərdən sənətkarlığın müxtəlif qolları inkişaf edib. Xalq sənəti belədir ki, o nəsildən-nəslə keçir. Ancaq indi təklif edirsiniz ki, bu sənət növləri peşə ixtisası kimi tədris edilsin, burada mənfi bir şey yoxdur. Azərbaycan xalqının zəngin maddi-mədəni irsi, sənətkarlığı qorunmalı, təbliğ edilməli və gələcək nəsillərə ötürülməlidir. Hesab edirəm ki, bu sənət növlərinin dirçəlməsi, gənclərin onlara marağının artması üçün işlər görülməlidir. Bütün peşə məktəblərində xalq sənəti ilə bağlı tədris həyata keçirilməyə də bilər. Ancaq müxtəlif bölgələrdə, Şəkidə, İsmayıllıda, Gəncədə və s. yerlərdə fəaliyyət göstərən peşə məktəblərində xalq sənəti kursları açmaq mümkündür. Bilirsiniz, bu gün Azərbaycanda elə qədim sənət növləri var ki, onların yeni nəsil davamçıları yetişməlidir. Bunun üçün də mütləq tədbirlər görülməlidir. Biz xalq sənətkarlığı deyəndə ancaq milli geyimlərimizi və xalçalarımızı üzə çıxarırıq, ancaq görün bizim onlardan da başqa nə qədər qiymətli xalq sənəti növlərimiz var. Bəzi regionlarda fəaliyyət göstərən peşə məktəblərində xalq sənəti növlərinin tədrisinin həyata keçirilməsi çox yaxşı olardı. Çünki bütün dünya xalqları öz qədim sənət növlərini tədris edir, öyrədir, nəsildən-nəslə ötürür”.

N.İsrafilov qeyd etdi ki, bu gün Azərbaycanın xalq sənəti növlərinin daha geniş təbliği məqsədilə onlar haqqında dərsliklərdə məlumatlar verilməli, hətta bəzi orta məktəblərdə ayrıca kurslar da təşkil edilməlidir. Ekspert hesab edir ki, bu məşğələlər keçirilərsə, o sahəyə həvəsi olanlar gəlib burada məşğul olarlar. N.İsrafilov hesab edir ki, aidiyyəti dövlət qurumları bu məsələyə həssaslıq göstərəcək və xalqımızın qədim sənət növlərinin yaşadılması, yeni nəsil sənətkarların yetişdirilməsi üçün lazımi tədbirləri həyata keçirəcək.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ