Cümə günü, 09 oktyabr 2026
     

Lahıc misgərlik sənəti daha çox qayğı istəyir, əks halda…

Image


Rza Əliyev: “Misgərlik sənəti artıq peşə təhsilinə daxil edilməlidir ki, itib-batmasın”
“Düşünürəm ki, bu sənətin məhv olmaması üçün dövlətimiz bu məsələnin həllində yardımçı olacaq”
“Nadir hallarda muzeylərdən sifarişlər alırıq”

 

Misin dilini misgər bilər. Misi danışdırmağı bacaran sənətkarların sayı elə də çox deyil. Təəssüf ki, ata-babalarımızdan miras qalan qədim xalq sənəti növlərindən olan misgərlik bu gün texniki tərəqqinin qarşısından bir neçə addım geri çəkilmək məcburiyyətində qalıb. Böyük tarixi inkişaf yolu keçən misgərlik çətin sənət olduğu üçün çox insan bu sahəni seçmək istəmir. Nəzərə alsaq ki, bu sənət Azərbaycan xalqının tarixi keçmişinin, mədəniyyət və etnorqafiyasının bir parçasıdır, onda gənclər misgərliyə könül verməlidirlər.

Bu gün Azərbaycanda Lahıc misgərliyin əsas ünvanı kimi tanınır. Qədim dövrlərdən başlayaraq indiyə qədər Lahıc misgərliyin ev sahibi kimi öz simasını, varlığını qoruyub saxlayıb. Bu gün nəinki Azərbaycanda, hətta dünyada Lahıc misgərliyin gerçək məkanı kimi özünü təsdiqləyib.  

Məlumat üçün bildirək ki, Lahıc misgərlik sənəti Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olaraq bu gün də yaşadılır. Lahıc misgərləri 2015-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Tarixən Lahıcda çoxlu sayda misgər olub. Bu sənətlə əsasən eyni ailənin üzvləri məşğul olublar və bir nəsil əmanəti kimi nəsildən-nəsilə ötürülüb.

Lahıcın məşhur misgərlərindən olan Əliyevlər sülaləsi ilk dəfə bu sənətlə 1725-ci ildən məşğul olmağa başlayıb.

Neçə yüzillərdən başlayaraq Azərbaycanda Lahıc misgərliyin əsas mərkəzinə çevrilib. Lahıcda XIX əsrdə külli miqdarda məişət əşyası və ev avadanlığı hazırlanırdı. Buradakı məhsullar həm keyfiyyət, həm də kəmiyyət baxımından o dövrün mərkəzi şəhərlərində hazırlanan məişət əşyalarından heç də geri qalmayıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib.

Məlumatlara görə, 2010-cu il aprelin 19-da Lahıcda “Misgər-tənəkəçi” kursu açılıb. İlk kursu Lahıcdan olan 12 nəfər gənc bitirib. Kursun aparıcısı ixtisasca müəllim, həm də bu sənətin bilicisi olan Nəzər Əliyev olub. İlk kursu bitirən gənclərin bir çoxu Lahıc Tarix-Mədəniyyət Qoruğunda işə düzəlib. Qalanları işə qəsəbədəki sexlərdə bu sənətlə məşğul olurlar.

Bu gün Lahıc misgərlik sənətinin vəziyyəti, müasir ustaların yaratdıqları müxtəlif mis əşyalara tələbat hansı səviyyədədir? Lahıclı misgərlərin əl əməyi bazarda özünə yer tuta bilirmi? Misgərlik əşyalarının alınması ilə bağlı muzeylər tərəfindən ustalara sifarişlər verilirmi?  

Bildirək ki, bu gün Lahıcda fəaliyyət göstərən misgərlik emalatxanalarının sayı əvvəlki illərlə müqayisədə çox azdır. Bu işlə məşğul olan ustaların, sənətkarların da adları barmaqla sayılacaq qədərdir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, lahıclı misgər Rza Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda misgərlik sənəti özünün bir qədər ağır dövrünü yaşayır. Usta Rzanın sözlərinə görə, bu sənətin inkişaf etməsi, itib-batmaması üçün dövlət səviyyəsində tədbirlər görülməsinə ehtiyac var. O qeyd etdi ki, dövlət bu sahəyə diqqət göstərir, amma hazırda misgərlərin daha çox qayğıya ehtiyacı var. Dövlətin dəstəyi sayəsində Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyini xatırladan usta Rzanın bildirdiyinə görə, bu müsbət haldır: “Lahıc misgərlik sənəti UNESCO-da qeydiyyatdan keçib, bunu alqışlayırıq. İstəyirik ki, misgərlik sənəti daha çox təbliğ edilsin və özünə münbit bazar tapsın”.  

“Çox istərdim ki, siz gəlib Lahıcda bizim emalatxanaları, buradakı iş şəraitini gözlərinizlə görərsiniz. Bu gün dünyanın hər yerindən sifarişlərimiz olur. Bakıdan tutmuş, Amerikaya, Fransaya qədər çox yerlərdən sifarişlər alırıq. Elə vaxtlar olur ki, Lahıca gələn turistlər də burada qaldıqları müddətdə bizə sifarişlər verirlər. Sifarişlər olsa da, ancaq yüksək səviyyədə deyil. Əvvəlki illərlə müqayisədə bu il misgərlik nümunələrinin satışında bir qədər azalma var. Ancaq keçən ilə qədər sifarişçilərimizin sayı lap çox idi” - deyə Rza Əliyev bildirdi.

Çox nadir hallarda muzeylərdən sifarişlər aldıqlarını deyən usta Rzanın sözlərinə görə, bu sahəyə tələbat demək olar ki, azalıb: “Nadir hallarda muzeylərdən sifarişlər alırıq. Siz soruşursunuz və yadıma salmaq istəyirəm ki, muzeylər bizə nə zaman müraciət edib. Bir dəfə bizim misgərlərə Tarix Muzeyindən bir sifariş verilmişdi. Bayraqla bağlı sifariş idi. Qədim dövrlərdə ordunun qabağında aparılan ələmlərin, bayraqların hazırlanması ilə bağlı idi sifariş. İndi isə belə sifarişlər yoxdur. Lahıcda mən də daxil olmaqla bir neçə usta var ki, müxtəlif məişət əşyaları, mis alətlər hazırlayırıq. İndinin özündə də dolça, mis samovar, ləyən, güyüm, xəncər və s. düzəldirik. Ancaq sifarişlər azdır, tələbat üst səviyyədə deyil. Çox arzu edərdik ki, lahıclı misgərlərin işi, fəaliyyəti diqqətdən kənarda qalmasın, bizə dövlət qurumları tərəfindən sifarişlər verilsin və biz də o sifarişlərə uyğun işlər görək. Dövlət sifarişləri olarsa, bu çox yaxşı olar, bizim işimizə təkan verər. Bu gün ABAD fəaliyyət göstərir, bu qurum bizə 2 faizlə kredit verir. Deyim ki, ABAD-ın bizə güclü dəstəyi var, xeyr, yoxdur. ABAD deyir ki, malı ver mənə aparıb satım, həm mən qazanım, həm də sən. Bu da bizi qane etmir. ABAD bizə sifariş versə, bu daha yaxşı olar. ABAD bizim əl işlərimizi aparıb satır, öz faizini götürəndən sonra bizim pulumuzu verir. Biz xarici turistlərə əl işlərimizi satanda onlara o işləri gömrükdən keçirmələri üçün rəsmi sənəd verə bilmirik. Ancaq ABAD o sənədi onlara verə bilir. Sənətkarın öz malını xaricə çıxarması problemə çevrilib. Çox arzu edərdik ki, aidiyyəti dövlət qurumları bu sahədə bizə yardımçı olsunlar. Bilirsiniz ki, misgərlik sənətinə dövlət qayğısı var, narazı deyilik. Lakin aidiyyəti qurumların dəstəyi ilə bu sənətin hazırda daha geniş şəkildə inkişafa ehtiyacı var. Bu gün Lahıcda bir neçə misgər sənətkar var. Biri qardaşımdır, biri əmim oğlu Nəzər Əliyevdir, biri də mənəm. Biz bu sənətin, demək olar ki, sonuncu nümayəndələriyik. Bizdən sonra gələn yoxdur. Bu gün o çəkici vuran adamlar azdır. Atam hacı Nağı da, qardaşım Novruz Əliyev də misgər olublar, hazırda hər ikisi haqq dünyasındadır.

O vaxt təklif etdim ki, gəlin Lahıcda misgərliklə bağlı peşə təhsili verən bir məktəb açaq. Belə bir məktəbin açılmasına həqiqətən də böyük ehtiyac var. Bu məktəbdə misgərliyi öyrənmək istəyən hər tələbəyə ayda 100-150 manat verilsin. Bu gün peşə məktəblərində oxuyan tələbələrə hər ay pul verilir ki, onların bu peşələrə marağı artsın. Misgərlik sənəti artıq peşə təhsilinə daxil edilməlidir ki, itib-batmasın. Bunu yoxsa başqa cür inkişaf etdirmək çətin olacaq. Uşaqlar yanımıza gəlib bu sənəti öyrənmək istəyirlər, lakin görürlər ki, perspektiv yoxdur çıxıb gedirlər. Gənclərdə bu sənətə maraq aşılamaq lazımdır. İstəyirik ki, gənclər bizdən sonra bu sənəti yaşatsınlar. Narahatıq ki, biz gedəndən sonra bu sənətlə kimlər məşğul olacaq? Gənclərin gəlib bir-iki ay bizim yanımızda məşğul olması onların sənətkar olması demək deyil. Bir sənətin sənətkarı olmaq üçün adama illər bəs etmir. Gəncləri stimullaşdırmaq lazımdır ki, onlar bu sənətdə daimi qalsınlar. Özü də misgərlik öyrənmək istəyən gənclərin qarşısına şərt qoyulmalıdır ki, əgər bu sənətlə məşğul olacaqsansa öyrən, olmayacaqsansa, vaxtını itirmə. Misgərlik ixtisasını Əzim Əzimzadə adına Rəssamlıq Kollecinə də daxil etmək olar. Lap misgərlik təhsilini Rəssamlar İttifaqının nəzdində emalatxana açmaqla da inkişaf etdirmək olar. Misgərliyin təhsilə gətirilməsi çox vacib bir məsələdir. Düşünrəm ki, aidiyyəti qurumlar bu məsələ ilə ciddi məşğul olacaqlar. Biz bu sənəti özümüzdən sonrakı nəslə ötürməliyik ki, sənət yaşasın.

Ümumiyyətlə, misgərlərin sayı elə də çox deyil və hər ustaya ayda 300-500 manat maaş verilsə, yaxşı olar. Bu sənət artıq batıb gedir. Mən də indən sonra uzaqbaşı 20 il işləyə bilərəm, qardaşım Kəbleyi Əliyev də, Nəzər Əliyev də mənim kimi. Bu gün əşya, qab düzəldənlər yoxdur, bizim uşaqlar da naxışçılıqla məşğul olur, hazır qablara naxış vururlar. Bu gün Hacı, Vahid, Ağakişi və digərləri naxış vurmaqla məşğuldurlar, ancaq onların arasında misgər yoxdur. Onlar da köhnə qabları, güyümləri və s. naxışlayırlar. Bu gün qabları Türkiyədən gətirib naxışlayıb bazarda satırlar. Biz bu gün sənətdə üç ustayıq ki, xammal üzərində istədiyimiz fiquru ala bilirik, istədiyimiz sənət əsərini düzəldə bilirik. Mən xəncər, balta və başqa əşyalar düzəldirəm. Bizə lazımdır ki, aylıq maaş versinlər. 30 ildir mən bu sənətdəyəm, 40 ildir də qardaşım. Məqsədimiz sənəti yaymaqdır. Bəlkə sabah bir gənc misgər meydana çıxdı və məndən də yaxşı sənətkar oldu. Yeni misgərlər nəsli yetişməlidir. Bu gün Azərbaycanda misgərlər çox azdır. Nə Gəncədə, nə Şəkidə, nə Tovuzda, nə də başqa yerlərdə misgərlər yetişmir. Ümumiyyətlə, həmişə başqa bölgələrdə işləyən misgərlərin də hamısı lahıclılar olub. Dövlətimiz inkişaf etmiş, güclü dövlətdir. Çox arzu edirik ki, dövlət Lahıc misgərlik sənətinin inkişafına maliyyə dəstəyi göstərsin. Bakıda və bölgələrdə misgər emalatxanaları yaradılmalıdır ki, gənclər gəlib orada öyrənsinlər və sonra da sənəti davam etdirsinlər. Təklif edərdim ki, elə bir emalatxana İçərişəhərdə yaradılsın. Bunun çox müsbət nəticələri ola bilər. Bizim sənətə sənətkar lazımdır, alverçiyə ehtiyacımız yoxdur. Alverçi bizdən alır, başqasına satır, bununla sənət yaşamır. Nə qədər çox misgər emalatxanası açılarsa, o qədər yaxşı olar. Bu, ölkəmizə turist axınına da müsbət təsir edər. Turist gəlib görəndə ki, İçərişəhərdə misgərlik emalatxanası var, həm burada gedən iş prosesini gözləri ilə görər, həm məhsulları alar, həm də gedib öz ölkəsində bu sənəti təbliğ edər. Heç olmasa bu emalatxanalar üç ay fəaliyyət göstərsinlər ki, sənəti öyrənmək istəyənlər emalatxanalarda məşğul ola bilsinlər. Düşünürəm ki, bu sənətin məhv olmaması üçün dövlətimiz bu məsələnin həllində yardımçı olacaq”.

Hazırda qalayçılıq sənətinin də ağır böhran yaşadığını deyən usta Rzanın sözlərinə görə, qalayçılıqla məşğul olanlar yoxdur. “Bu gün qalayçılar yoxdur ki, mis qabları qalaylasın. Bu sahəyə də diqqət yetirilməlidir. Qalayçılığın itib-batmasına imkan verməməliyik”- deyə usta Rza bildirdi.

Bu gün turistlərin ən çox üz tutduğu məkanlardan birinin Lahıc olduğunu deyən usta Rzanın sözlərinə görə, turistlər Lahıca qəsəbənin qədim daş küçələrini və misgərlik sənətini görmək üçün gəlirlər. Turistlərin bu sənətə maraqla yanaşdığını deyən usta Rza bir daha aidiyyəti qurumları Lahıc misgərlik sənətinə qayğı və diqqət göstərməyə çağırdı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ