Cümə günü, 09 oktyabr 2026
     

Bölgələrimizdə xalça toxuculuq kursları...

Image


Rauf Əbdülhüseynoğlu: “Azərxalça”nın bu istiqamətdə həyata keçirdiyi tədbirlərin böyük əhəmiyyətə malik olduğunu qeyd etmək istəyirəm”
Ənvər Çingizoğlu: “Azərbaycanın müxtəlif bölgələrində xalçaçılıq kurslarının təşkil edilməsi bu sənətə gənclərin marağının artmasına səbəb olur”

 

Xalçaçılıq xalqımızın ənənəvi xalq sənətidir. Tətbiqi sənətimizin ən dəyərli sahələrindən olan xalçaçılığın yaşadılması, nəsillərdən-nəsillərə ötürülməsi məsələsinə hazırda böyük diqqət yetirilir. Xalçaçılığın qədim mərkəzlərindən olan Azərbaycanda tarixən xalça toxuculuğuna önəm verilib və xalçaçılıq Azərbaycanın hər yerində inkişaf etdirilib.

Bu gün Azərbaycan dövləti xalçaçılığın inkişafına böyük dəstək verir və xalça toxuculuğunun genişlənməsini, bu sahədə yeni fabrik və zavodların tikintisini həyata keçirir. İllər əvvələ qədər diqqətdən kənarda qalan xalçaçılıq sənəti bu gün Azərbaycan dövlətinin timsalında özünə böyük, yeniləməz hami qazanıb.

Müsbət haldır ki, xalçaçılıq sənəti yalnız paytaxtda və Bakıya yaxın ərazilərdə deyil, həm də bölgələrdə inkişaf etdirilir. Azərbaycanın bir sıra bölgələrində yeni tipli, bütün avadanlıqlarla təchiz olunan xalça sexləri də fəaliyyət göstərir. Bu sahədə illərlə təcrübə qazanan xalça ustaları öz bilik və bacarıqlarını gənc nəslə də öyrədirlər.    

Məlum olduğu kimi, xalçaçılıq sənətinin gənclərə öyrədilməsi üçün müxtəlif tədbirlər həyata keçirilməli, kurslar, təlimlər təşkil edilməlidir.

Artıq “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti xalçaçılıq, toxuculuq kursları təşkil edir. Məlumatlara görə, “Azərxalça” Naxçıvanda toxucular üçün kurslar həyata keçirməyə başlayıb.

Onu da bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Naxçıvan şəhərində xalça istehsalı emalatxanası və regional yun və boyaq bitkilərinin tədarükü mərkəzi üçün binalar tikilir.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, artıq Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursuna başlanıb. Bu münasibətlə keçirilən tədbirdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov çıxış edərək ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Tədris-hazırlıq kurslarının əhəmiyyətini vurğulayan İdarə Heyətinin sədri kurslarda dərslərin böyük iş təcrübəsinə malik, peşəkar xalçaçılar tərəfindən aparıldığını bildirib.

Məlumatlara görə, Abşeron, Goranboy, Tərtər, Kürdəmir, Şabran, Qobustan, Biləsuvar rayonlarında, Lənkəran şəhərində də belə kurslar təşkil olunub. Bu kurslar başa çatdıqdan sonra "Azərxalça" tərəfindən sertifikat verilən toxucular qurumun filiallarında işlə təmin ediləcəklər.

Tədris-hazırlıq kursu hanalar, avadanlıqlar, xammal, eyni zamanda, xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlar, dərsliklər, elektron çeşnilərlə təmin edilib.

Bölgələrdə fəaliyyətə başlayan xalçaçılıq kurslarının əhəmiyyətindən danışan keçəçi rəssam Rauf Əbdülhüseynoğlu bizimlə söhbətində bildirdi ki, bu kursların təşkil edilməsi yeni nəsil xalçaçıların yetişməsinə böyük təkan verir. Onun sözlərinə görə, bölgədəki gənc qızlar, qadınlar bu kurslarda xalça toxumanın sirlərinə yiyələnməklə həm ənənəvi xalq sənətimizi yaşadacaqlar, həm də özləri üçün iş yeri qazanacaqlar. “Mən “Azərxalça” tərəfindən bölgələrdə xalçaçılıq kurslarının açılmasını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu çox əhəmiyyətli bir işdir. Bilirsiniz ki, son illərə qədər xalçaçılıq sexlərinin əksəriyyəti iş olmadığından bağlanmışdı, bunun nəticəsində də xeyli sayda xalçaçı işsiz qalmışdı. Ancaq dövlət səviyyəsində xalçaçılığın inkişafına göstərilən dəstək nəticəsində bu sahə yenidən dirçəlməyə başlayıb. Bilirsiniz ki, xalçaçılıq qədim dövrlərdən rayonlarda, kəndlərdə daha yüksək səviyyədə inkişaf edib. Vaxtilə analar, nənələr xalçaçılığın sirlərini gənc xanımlara öyrədirdilər, bu gün isə onlar xalça toxumağı xüsusi təşkil edilmiş kurslarda öyrənirlər. “Azərxalça”nın bu istiqamətdə həyata keçirdiyi tədbirlərin böyük əhəmiyyətə malik olduğunu qeyd etmək istəyirəm. Bu kursları uğurla bitirən gənclər gələcəkdə usta xalçaçı kimi tanınacaqlar. Xalq sənətinin yaşadılması, yenidən bölgələrə qaytarılması çox əhəmiyyətlidir. Bu kursları bitirən gənc xanımlar həm qədim xalq tətbiqi sənətimizi öyrənəcəklər, həm də onlar iş yerləri ilə təmin ediləcəklər. Bu gün Azərbaycanda xalçaçılıq sənətinin inkişafına hər cür şərait yaradılıb. Çox arzu edərdim ki, gənc nəsil bu sənətə yüksək səviyyədə yiyələnsin”.  

Etnoqraf-alim Ənvər Çingizoğlu da “Azərxalça” ASC tərəfindən bölgələrdə təşkil edilən xalçaçılıq, toxuculuq kurslarının müsbət nəticələr verəcəyini qeyd edir. “Bölgələrdə xalq sənətinin inkişafına xüsusi diqqət yetirilməlidir. Bu gün xalçaçılıq da daxil olmaqla, bütün ənənəvi xalq sənəti sahələrinin inkişaf etməsi dövlətin diqqətindədir. Azərbaycanın müxtəlif bölgələrində xalçaçılıq kurslarının təşkil edilməsi bu sənətə gənclərin marağının artmasına səbəb olur. Deyim ki, çox vaxt bölgələrdə qızlar peşə seçimi sahəsində çətinliklə üzləşirlər. Xalçaçılıq kurslarının açılması onlara peşə seçimində dəstək olacaq. Onlar heç bir maneə ilə üzləşmədən bu kursları bitirəcəklər. Bu gün müsbət haldır ki, bu kurslar xalçaçılığın vaxtilə daha yüksək səviyyədə inkişaf etmiş olduğu bölgələrdə də açılır. Xalçaçılıq ənənələrinin, toxuculuq vərdişlərinin yaşadılması, təbliği üçün bu xalçaların əvəzi yoxdur. Qeyd edim ki, Azərbaycan dünyaya xalça ixrac etməyə başlayıb. O kursların məzunları da nə vaxtsa dünya bazarına ixrac edilən xalçaları toxuyanlar olacaqlar. Düşünrəm ki, “Azərxalça” bu xoşməramlı işinin daha da genişləndirməli, bu kursların sayını artırmalı və ora daha çox gənc xanımı cəlb etməlidir. Çünki xalçaçılıq bizə ulularımızdan qalıb və gənclər də o ənənəni gələcəyə ötürməlidirlər. Xalçaçılıq kurslarının açılması yeni xalçaçılıq sexlərinin açılmasına səbəb olacaq. Xalçaçılıq kurslarını bitirən insanların işlə təmin edilməsi üçün yeni xalça sexlərinə, fabriklərinə ehtiyac olacaq. Doğrudur, bu gün bir neçə bölgəmizdə xalçaçılıq fabriki, sexi inşa edilir. Bu da çox müsbət haldır”.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ