Cümə günü, 09 oktyabr 2026
     

Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Ovçu” romanı müzakirə edildi - FOTO

Image


İyulun 19-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda  yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Ovçu" romanının müzakirəsi keçirilib. 

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, "Ovçu" romanı Azərbaycan gerçəklikləri əsasında yazılıb. Bildirib ki, Yunus Oğuz müstəqillik dövründə Azərbaycanda bədii nəsr sahəsində ardıcıl çalışan, səmərəli fəaliyyət göstərən, tarixi mövzulara dərin maraq göstərməsilə fərqlənən və öndə gedən yazıçılardan biridir. Onun 20-yə qədər nəsr əsəri işıq üzü görüb ki, onların böyük əksəriyyəti Azərbaycan  və ümumtürk tarixinin aktual problemlərinə və görkəmli şəxsiyyətlərinə həsr olunub. Belə nəticə çıxarmaq mümkündür ki, Yunus Oğuz müstəqillik dövrü Azərbaycan tarixi romanının əsas yaradıcılarından biridir. Onun yaratdığı Azərbaycan tarixi roman nümunələri böyük oxucu marağına səbəb olub, ictimai rəydə ciddi əks-səda verib. Bunu müxtəlif oxucu auditoriyasındakı rəylərdən aşkar görmək mümkündür. Bu o deməkdir ki, Yunus Oğuzun Azərbaycan tarixi mövzusunda yazdığı əsərləri müasir dövr və müasir oxucu üçün də əhəmiyyətlidir. Bu əsərlər öz tarixi soykökümüzü dərindən dərk etməyə, milli tarixi keçmişimizi daha obyektiv görməyə, tarixi simalarımıza dərindən bələd olmağa və onlara  sahib çıxmağa çağıran əsərlər olduğu üçün oxucular onları sanki müasir dövr üçün verilmiş mesaj kimi qəbul edirlər. Bu onun tarixi mövzulara müraciətinin müasirliklə, müstəqillik dövrü ilə, onun idealları ilə üzvi surətdə bağlı olduğunu göstərir. Hansı mövzularda yazmasından asılı olmayaraq, hansı tarixi şəxsiyyətə müraciət etməsinə baxmayaraq, bütün hallarda bu əsərlərin ortasından qırmızı xətlə keçən ideya milli dövlətçilik, müstəqillik və azərbaycançılıqdır. Bu Yunus Oğuz yaradıcılığının aparıcı xəttidir, ana xəttidir.

İ.Həbibbəyli qeyd edib ki, Yunus Oğuzun tarixi mövzularda yazdığı əsərlər Azərbaycan qədər Türk və müsəlman dünyası üçün də əhəmiyyətlidir. Çünki, o əsərlərində tarixin elə dövrlərinə müraciət edir ki, o zamankı tarixi ərazilər bugünkü coğrafiya baxımından bir neçə dövlətin sərhədini və taleyini özündə cəmləşdirir. Ona görə Yunus Oğuzun əsərləri türk dünyasında da böyük maraq doğurur və ayrı-ayrı xalqların dilinə tərcümə olunur. Məsələn, onun Teymurləng haqqında yazdığı ikicildliyi özbək dilində çap olunub.  Bu bir tərəfdən Yunus Oğuzun nailiyyəti, digər tərəfdən isə müstəqillik dövründə Azərbaycan ədəbiyyatının açdığı böyük imkanlardır. Daha dəqiq, Azərbaycan ədəbiyyatının nüfuzunun geniş dairədə qəbul olunduğunu təsdiq edən əhəmiyyətli faktdır. Bu gün müzakirəsini apardığımız "Ovçu" romanı da Yunus Oğuzun yaradıcılığında indiyə qədər epizodik şəkildə qoyulan, başqa planda qaldırılan məsələləri müasirlik işığında bir araya gətirməsi və onun ən müasir dövrün hadisələri ilə əlaqələndirməyi bacarmasının nəticəsidir. Bu əsərdə tarixin müxtəlif dövrlərinə işıq salınmaqla yanaşı, bizim hərb, müstəqillik tariximizin şərəfli hadisəsi olan Aprel döyüşlərindən geniş bəhs olunur. Aprel  döyüşlərindən bəhs olunan məqamlarda biz o tarixin dərinliklərindən süzülüb gələn milli  qürur hissini, torpaq, Vətən, dövlət sevgisinin bədii cəhətdən mükəmməl işləndiyinin və oxucuya çatdırılmasının şahidi oluruq. Hesab edirəm ki, bu əsər  onun bir növ indiyə qədərki yaradıcılığının bir çox xətlərinə yekun vurur, Azərbaycan gerçəkliyinə qayıtmaq baxımından bir az fərqli əsər kimi görsənir. Əgər indiyə qədərki əsərlərdə tarixi mövzuların nəticəsindən azərbaycançılıq, müasirlik ideyaları çıxarılırdısa, bu əsərdə konkret olaraq  müasir dövrün, yaşadığımız tarixi  günlərin hadisələri öz əksini tapıb ki, bu da Yunus Oğuzun yaradıcılığında yeni hadisədir. Yaxşı cəhətdir ki, o,  öz tarixindən ayrılmadan tarixə yenidən qayıdıb. Bu əsər Y. Oğuzun tarixi mövzularla müasir mövzuları bir ideya ətrafında birləşdirmək bacarığının real nümunəsidir. Bu isə onun yaradıcılığının yeni keyfiyyətidir. Düşünürəm ki, bunu  başlayan müəllif müasir dövr haqqında yazacağı yeni əsərlərdə bu xətti daha da dərinləşdirəcək. Bu orjinal janrı yeni-yeni əsərlərdə ortaya qoya biləcək".   

Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi cərəyanlar sektorunun böyük elmi işçisi, filalogiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova ""Ovçu" romanında tarixiliklə müasirliyin bədii vəhdəti" mözusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, "Ovçu" romanı cəmiyyətdə maraqla qarşılanıb və müxtəlif elmi fikirlər yaranıb: "Roman Aprel döyüşlərinə həsr edilən ilk əsərdir. Tarixi  romanlar müəllifi kimi tanınan Yunus Oğuzun bu əsəri tamamilə yeni bir səpgidə yaranıb. Müəllif əvvəlki romanlarında bizim keçmiş tariximizə nəzər salırdısa, bu əsərində müasir tariximizin işığında keçmişi araşdırıb və bu günümüzlə keçmişimiz arasında körpü yaradıb. Bu roman əslində bizim çağdaş mübarizəmiz haqqında böyük dastandır. Çünki, Aprel döyüşləri bizim üçün bir oyanış məqamıdır. Dövlətimizin, xalqımızın, Ali Baş Komandamızın öz torpaqlarımızı azad etmək əzmini parlaq şəkildə əks etdirib". E.Qaragözova vurğulayıb ki, "Ovçu" romanı həm də böyük ideoloji mənaya və önəmə malikdir. Artıq bu roman əsasında bir çox tədqiqatlar aparılıb və elmi məqalələr yazılıb: "Bildiyimiz kimi əsərdə üç zaman axını əksini tapıb. Alparslan, Nadir Şah və müasir dövrümüz. Bu dövrlər əsərdə elə yanaşı verilir ki, hər üç dövrdə xalqın qələbəsi təmin edilir. Mən isə deyərdim ki, əsərdə  dörd zaman və dörd Murad obrazı var. Muradın öz babası, usta Murad, xan Murad və Muradın özü. Muradın üzərində qurulan əsərə nəzər saldıqda müşahidə olunan ilk məqam reintarnasiya məsələsidir. Beləliklə, Yunus Oğuz öz əsərində Azərbaycan ədəbiyyatında çox az işlənən bir metodoloji vasitəyə - reintarnasiyaya (ruhun yenidən doğulması) müraciət edib. Əsərə nəzər saldıqda aydın olur ki, əslində Muradın qəhrəmanlığı  birdən-birə yaranmayıb, əsrlərdən gələn bir ruh idi. Bu, ruhun yenidən doğulmasıdır. Reintarnasiya zamanı qəhrəmanın ruhu zaman keçdikcə müəyyən tarixi məqamlarda meydana çıxaraq öz missiyasını yerinə yetirir. Bu əsərdə zaman dəyişsə də məkan dəyişmir. Yunus Oğuz qəhrəmanının reintarnasiyasını Azərbaycanda gerçəkləşdirib. Çünki bu torpaqda həmin missiya başa çatmamışdı. O missiyanı yerinə yetrimək üçün həmin ruh məhz bu torpaqda yenidən doğulmalı idi". Onun sözlərinə görə, əsərdəki Murad digər muradların sanki bir toplusudur. Lakin əvvəlkilərdən daha mükəmməldir.

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu qeyd edib ki, tarixi romanlar müəllifi Yunus Oğuz əsərlərində ən aktual mövzuları axtarıb tapmağı bacarıb. Onun əsərlərində bu məqam yeni keyfiyyətdir. Elə bu səbəbdən də müstəqillik dövründə bir sıra tarixi romanlar ərsəyə gətirə bilib. Demək olar ki, bütün əsərlərində Azərbaycan tarixinin müxtəlif məqamlarındakı boşluqları taparaq inkişaf etdirib. Bu əsərdə də tarixi məqamlara müasir baxışdan yanaşılır: "Ovçu" romanı dövlətçilik, azərbaycançılıq məqamlarına toxunduğu üçün müzakirəsi vacibdir. Bu əsəri Yunus Oğuzun uğuru kimi qəbul etmək lazımdır. O, bir yazıçı kimi daim aktual mövzuları qələmə alıb. Onun yaradıcılığındakı tarixi romançılıq və əsərlərinin ərsəyə gəlməsində yeniliklər diqqəti cəlb etməyə bilməz. O, bu əsərində də Azərbaycan, eləcə də Türk tarixinin müxtəlif məqamlarına toxunub və həmin məqamlara müasir baxışdan yanaşıb. Əslində "Ovçu" romanında Aprel döyüşlərinin tarixi mahiyyəti təqdim olunub. Əsərdə yaradılan Murad obrazı bir koddur. Tariximizdə Murad obrazları olsa da hələ ki, bu missiya başa çatmayıb". Onun sözlərinə görə, əsər gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi baxımından da əhəmiyyətlidir: "Hesab edirəm ki, bu missiya davam etdirilməli, yeni-yeni tarixi əsərlər yaranmalı və muradlar gənclərimizə təbliğ edilməlidir. Nəzərə almaq lazımdır ki, belə əsərlər ümumilikdə kütləvi auditoriya üçün  xüsusi əhəmiyyət kəsb edir".  Tehran Əlişanoğlu qeyd edib ki, romanda Ali Baş Komandan, prezident İlham Əliyevin obrazı var: "Bu, romançılıq tarixində nadir hadisədir. Yunus Oğuz cəsarət edib ki, Ali Baş Komandanın obrazını yaradıb. Asan məsələ deyil ki, Ali Baş Komandanın obyektiv bədii obrazını yaradasan. Ədəbi yaradıcılıqda bu obrazın yaradılması çox vacibdir. Bəzən ədəbiyyatımızda sıradan olan mövzuların ardınca gedilərək Azərbaycan vətəndaşına lazımi mesajlar ötürülə bilməyib. Dövlətçilik məqamına, cəmiyyət həyatının həlledici məsələlərinə toxunmaq baxımından belə əsərlərin yaranması vacibdir".    

Filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli qeyd edib ki, Yunus Oğuz müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən hesab olunur. O, hazırda müasir nəsrin gündəmində olan tanınmış yazıçılardan biridir. Əsərin forma və strukturuna toxunan alim bildirib ki, "Ovçu" romanı retrospektiv əsərlər sırasındadır. Onun tarixi romanları  bədii formaya tarixin gəlişməsindən diqqət yönəltmək və müasirliyi ehtiva etmək baxımından diqqətimizi cəlb etməkdədir. Bu əsərdə də Azərbaycanın dövlətçilik, mədəniyyət, ictimai, sosial və bədii  tarixinin gəlişməsi əksini tapıb. Mahiyyət  isə dövlətçilik, tarixi yaddaş anlayışının çağdaş oxucuya çatdırılmasıdır. Amma dövlətçilik və tarixi yaddaş anlamında torpaq məfhumu xüsusi önəm kəsb edir. Yunus Oğuz çalışıb ki, bədii olaraq bu anlamı ifadə etdirsin. O, sanki bizim bədii yaddaşın bədii ifadə formasının tarixi ilə əlaqəsini taparaq şalışıb ki, tarixin yaddaşından gələn mənəvi əxlaqi dəyərləri müasir oxucuya çatdıra bilsin: "İstərdim ki, əsərlərdə muradların sayı artırılsın. Məsələn, Azərbaycan dövlətçilik tarixində 15-ci əsrdə Murad bəy adlı bir siyasi xadim olub. Əgər bu məsələləri gələcək üçün bir az dərinliyi ilə yaddaşımıza köçürmüş olsaq türkçülük və turançılıq anlamı baxımından bir bədii əsərin yaranmasına ehtiyac var ki, orada məhz 4-5 Murad obrazı yaratmaq olar.  Yaxşı olar ki, burada Osmanlı türk tarixi və Azərbaycan dövlətçilik tarixi ehtiva olunsun. Buna baxmayaraq, "Ovçu" əsərində muradların obrazı tarixi faktlar baxımından yüksək səviyyədə verilib. Murad Mirzəyev zamanımızın Milli Qəhrəmanıdır. O, Aprel döyüşlərində kifayət qədər qəhrəmanlıq nümunəsi göstərərək torpaqlarımızın geri qaytarılmasında yaxından iştirak edib. Onun tarixi obrazının yaradılması Yunus Oğuzun böyük uğurlarından biridir. Belə qəhrəmanlar tariximizin yaddaş qatlarıdır, onlara zaman-zaman xitab etmək aktual görünür. Əsərdə Azərbaycan prezidentinin obrazının yaradılması da yerindədir. Elə bilirəm ki, tarixi şəxsiyyətlərin daha əhatəli və obrazlı şəkildə gələcək bədii əsərlərdə özünə yer almasına ehtiyac var".

Millət vəkili Aqil Abbas qeyd edib ki,  Yunus Oğuz türk tarixini dərindən öyrənərək əsərə çevirib. O, tarixi şəxsiyyətlərin obrazını yaradanda otaqda oturub yazıçı təxəyyülünü ortaya qoymur, qəhrəmanların yaşadıqları ərazilərə gedərək bütün məqamları diqqətlə öyrənir. Ona görə də yaratdığı əsərlər maraqla qarşılanır: "Məlumdur ki, tarixi romanlar üçün şəxsiyyətlər olmalıdır. Tariximizdə belə şəxsiyyətlər kifayət qədərdir və Yunus Oğuz da onları öyrənərək obraza çevirir. Müəllif bu əsərdə yalnız Murad obrazını yaratmayıb, tariximizdəki üç Murada müasir baxımdan yanaşıb. Onların Azərbaycan dövlətçiliyindəki rolunu ümumiləşdirərək oxucuya təqdim edib". Millət vəkili qeyd edib ki, belə əsərlərin gənclər arasında təbliğinə ehtiyac var: "Hesab edirəm ki, bu əsərin orta məktəblərdə yayılmasına ehtiyac duyulur. Əminəm ki, əsər gənclər arasında vətənpərvərlik ruhunun tərbiyəsində mühüm rol oynaya bilər. Eyni zamanda, gənclərə tariximizi öyrədəcək".  

Tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru Ramiz Əsgər bildirib ki, Yunus Oğuzun tarixi romanları təkcə Azərbaycanda deyil, eləcə də bütün türk dünyasında rəğbətlə qarşılanır. Xüsusən, Özbəkistanda onu yaxşı tanıyırlar. Onun bir sıra əsərləri özbək dilinə tərcümə edilərək geniş ictimaiyyət kütləsinə çatdırılıb: "Yunus Oğuz istedadlı, yaradıcı şəxsiyyətdir. Yaratdığı əsərlərlə qeyri-adi müəllif kimi tanınıb. Onun ərsəyə gətirdiyi tarixi romanlarda tariximizlə yanaşı, tarixi şəxsiyyətlərinmiz də yüksək səviyyədə təbliğ olunur".

"Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, tarixi əsərlər yazmaq üçün alimlik tələb olunur. Yunus Oğuz da belə alimlik qabiliyyətinə malikdir, o, elm adamıdır, elmi biliklərindən yaradıcılığında da istifadə edir: "Aprel döyüşləri torpaqlarımızın geri qaytarılmasında açar rolunu oynadı. Bu döyüşdən sonra əsərlər yaradıldı, Naxçıvanda 11 min hektar ərazi erməni işğalından asad edildi. İnanıram ki, bu proses davamlı olacaq, Ali Baş Komandanımızın rəhbərliyi altında işğal altında olan torpaqlarımız geri qaytarılacaq".  Onun sözlərinə görə, "Ovcu" əsərinin dili olduqca rahat və oxunaqlıdır. Yunus Oğuz qəhrəmanımızı geniş ictimaiyyət kütləsinə tanıtmaq baxımından üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı Rey Kərimoğlu qeyd edib ki, əsərdəki faktlar təsadüfi deyil, reallıqları əks etdirir. Əsərdə yazıçı təxəyyülü özünə yer alsa da, tarixi həqiqətlərə geniş yer verilib: "Ovçu" əsəri müasir dövrümüz üçün olduqca əhəmiyyətlidir. Romandakı Ovçu kod adı olsa da, bu döyüşlərdə iştirak edənlər üçün ümumi qəbul edilmiş obrazdır. Bu isə ona dəlalət edir ki, müəllif Aprel döyüşlərindəki obrazları ümumiləşdirib. Nəzərə almaq lazımdır ki, Aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin hər biri böyük bir əsərin obrazlarıdır. Belə əsərlərin ərsəyə gətirilməsi və ssenariləşdirilməsinə böyük ehtiyac var".

Əsərdə obrazı yaradılmış Murad Mirzəyevin atası Telman Mirzəyev bildirib ki, roman yaxın tariximizi əhatə edir: "Aprel döyüşləri bir daha göstərdi ki, güclü ordumuz var, Azərbaycan ordusu torpaqlarını geri qaytarmaq iqtidarındadır. Düzdür, Murad öz muradına çatdı, ancaq  biz Azərbaycan xalqı olaraq hələ ki, öz muradımıza çatmamışıq. Ümid edirəm ki, Ali Baş Komandanımızın rəhbərliyi altında işğal altında olan torpaqlarımızın geri qaytarılmasına nail ola biləcəyik".       

Sonda "Ovçu" romanının müəllifi Yunus Oğuz tədbir iştirakçılarına təşəkkür edib: "Hesab edirəm ki, belə əsərlər bizə gərəkdir. "Ovçu" əsərindən sonra Naxçıvanda 11 min hektar ərazimiz işğaldan azad edildi. Deməli, bu kimi əsərlər ordumuzun ruh yüksəkliyini artırır, gənclər arasında vətənpərvərlik hissini yüksəldir. Odur ki, bu mövzu gündəmdə saxlanmalı, yeni-yeni əsərlər ərsəyə gətirilməlidir".

“Olaylar”



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ