Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsi...

Image


“Artıq yaxın zamanda Azərbaycan dili elektron məkanda başqa dillərlə rəqabətə qoşula biləcək”

“Bu sərəncam elektron məkanda Azərbaycan dilindən düzgün istifadə qaydalarına hər bir istifadəçinin məsuliyyətlə yanaşması məsələsini də tənzimləyəcək”

Azərbaycan dilinin yaşaması, nəsillərdən-nəsillərə ötürülməsi, dünyanın uzunömürlü dillərindən biri kimi mövcud olması həm müasir dilçilik elminin, həm də dövlət dil siyasətini həyata keçirən qurumların qarşısına yeni vəzifələr qoyur. Son dövrlər dilçi alimlər və ziyalılar vaxtaşırı olaraq Azərbaycan dilinin elektron məkanda istifadəsi ilə bağlı ciddi probelmlərin olduğunu qeyd edirdilər. Dünən Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” imzaladığı sərəncam mövcud narahatlığa son qoyacaq.

Sənəddə qeyd edilir ki, müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində digər normativ hüquqi aktlar, həmçinin tədbirlər Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edir. “Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

Azərbaycan Respublikasında hər il yüzlərlə əcnəbi təhsil alır. Ölkəmizi əcnəbi tələbələrə daha yaxından tanıtmaq, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını asanlaşdırmaq və ölkəmizlə mənəvi bağlarını daha da möhkəmlətmək üçün əcnəbilərin, o cümlədən ölkəmizdə təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan dilini öyrənməsinə imkan yaradılması əhəmiyyətli məsələlərdən biridir.

Dövlət başçısı müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədilə qərara alıb ki, Xarici İşlər Nazirliyi Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycanda “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin”-deyə sənəddə vurğulanır.

Sərəncamda bildirilir ki, Nazirlər Kabinetinə isə bu Sərəncama əsasən təqdim olunacaq təklifləri beynəlxalq təcrübə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlili əsasında dəyərləndirsin və “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinin məqsədəuyğunluğu barədə, habelə həmin layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitinə, maliyyələşmə mənbələrinə və icra mexanizmlərinə dair təkliflərini, layihənin tətbiqindən gözlənilən nəticələr barədə proqnozları 2018-ci il dekabrın 1-dən gec olmayaraq Azərbaycan Prezidentinə təqdim etmək, zərurət yarandığı təqdirdə, Xarici İşlər Nazirliyinin müraciətinə əsasən, digər dövlət orqanlarının (qurumlarının) da bu sərəncamda nəzərdə tutulmuş təkliflərin hazırlanması prosesinə cəlb olunmasını təmin etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Sərəncam 2018-ci il avqustun 1-dən qüvvəyə minir.

Azərbaycan Dövlət Pedoqoji Universitetin filologiya fakültəsinin dekanı, professor Dövlət Dil Komissiyasının üzvü Buludxan Xəlilov Bakı-Xəbər.com-a açıqlamasında bildirdi ki, Prezident İlham Əliyev tərəfindən sözügedən sərəncamın imzalanması müsbət addımdır və bu elektron məkanda Azərbaycan dilini tətbiqi sahəsində yaranan problemi köklü surətdə həll edəcək. ““Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Prezidentin imzaladığı sərəncam zamanın tələblərindən irəli gələn bir sənəddir. Çünki Azərbaycan günü-gündən inkişaf etdikcə ölkədə təhsillə bağlı islahatlar həyata keçirilir, təhsil almaq üçün ölkəmizə xarici ölkələrdən tələbələr gəlir. Digər bir tərəfdən də, ölkəmizdə yeni strukturların yaranması, xarici iş adamlarının ölkəmizdə fəaliyyət göstərməsi və s məsələlər tələb edir ki, xaricdən gələn əcnəbilər üçün Azərbaycan dilinin öyrənilməsi daha asan olsun. Təbii ki, dil yalnız çap məhsulları üzərində qurulmur, həm də əlaqələr elektron məkanda qurulur. Ona görə ki, dünya elektronlaşma üzərində daha çox köklənir. Bu da elektron məkandan istifadəni daha da aktuallaşdırır. Bu səbəbdən də elektron məkandan istifadə etməklə Azərbaycan dilini öyrənmək zamanın bir təlabatına çevirilir. Başqa bir tərəfdən, həm də ölkəmizdən kənarda yaşayan soydaşlarımız var. Bu onların da Azərbaycan dilini elektron məkanda daha asan öyrənməsi üçün faydalıdır. Bu sənədin iki böyük əhəmiyyəti var. Onun əhəmiyyətindən biri ölkəmizdə təhsil alan və işləyən əcnəbilərin, ikinci tərəfdən də xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənməsidir. Hesab edirəm ki, bu sərəncam həm də “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşməsi”, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlarının, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ilə bağlı sərəncamın davamıdır. Deyim ki, bu sənədlərin hamısı zamanın tələblərinə uyğun imzalanan sərəncam və fərmanlar idi. O sənədlərin imzalanması ona gətirib çıxardı ki, artıq Azərbaycan dilinin elektron məkanda istifadəsi zamanı yarandı. Etraf edək ki, bu gün dillər arasındakı rəqabət təkcə siyasi, mədəni, elmi rəqabət deyil, həm də elektron rəqabətdir. Hansı dillərin ki, elektron resursları, elektron dərslikləri, elektron lüğətləri varsa varsa həmin dillər rəqabətdən qalib çıxır. Bu mənada Azərbaycan dili elektron məkanda bu rəqabətə qoşulmalıdır. Əks təqdirdə biz çap məhsulları ilə qloballaşan dünyada dillər arasında mövcud olan rəqabətdə irəliyə doğru gedə bilmərik. Bu rəqabət elektron məkanda bizim dilimizi cəlb edir. Ona görə də elektron məkanda Azərbaycan dilinin bir dövlət statusu almasına imkan yaradır. Bu mənada ki, artıq yaxın zamanda Azərbaycan dili elektron məkanda başqa dillərlə rəqabətə qoşula biləcək”-deyə B.Xəlilov bildirdi.

B.Xəlilovun sözlərinə görə, sözügedən sərəncam ayrı-ayrı dövlət qurumları, nazirliklər qarşısına yeni vəzifələr qoyur. O, bildirir ki, Xarici İşlər Nazirliyi Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası və s qurumlar 2 ay ərzində tədbirlər planını hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcəklər:”Təbii ki, Nazirlər Kabineti də təqdim edilən təklifləri ümumiləşdiriləcək  2018-ci ilin dekabr ayının 1-dən gec olmayaraq bu sahəyə maliyə vəsaitləri ayrılacaq. Burada bir üstünlüyü də qeyd etmək lazımdır ki, hətta dünyanın ən nüfuzlu, beynəlxalq statusu alan dilləri bəzən “beynəlxalq” status aldıqları üçün onlarla bağlı bir arxayınçılıq mövcuddur. Nəzərə almaq lazımdır ki, arxayınçılıq heç bir effekt verə bilməz. Ona görə də Azərbaycan dilinin elektron məkanda tətbiqi ilə bağlı sərəncam o arxayınçılığı aradan qaldırır. Yəni bu sərəncam həm də hər bir qurumu, eləcə də dilçilk elmini, dildən istifadə edən hər bir şəxsi məsuliyyətli olmağa  çağırır ki, biz yalnız kitabdan, jurnaldan, bir sözlə çap məhsullarından faydalanmamalıyıq, həm də elektron məkandan faydalanmalıyıq. Bu sərəncam Azərbaycan vətəndaşlarının elektron yazı-dil məsələsindən daha faydalı, düzgün şəkildə istifadə etməsinə imkan yaradacaq. Elektron məkan Azərbaycan dilinin istifadəsi məsələsini aktuallaşdırır, gündəmə gətirir, dilimizi elektron görnüşdə təqdim etməyi bacarır. Ona görə də hesab edirəm ki, bu sənəd Azərbaycan dilinin tətbiqi ilə bağlı imzalanan sərəncamlar, fərmanlar sırasında ən vaciblərindən biridir. Hətta gələcəkdə də bu yöndə sərəncamlar veriləcək. Çünki 2020-ci ildə və ondan sonrakı dövrlərdə elə bir proseslər başlayacaq ki, onlar Azərbaycan dili ilə bağlı yeni-yeni sənədlərin imzalanmasını reallaşdıracaq. Dövlətin bu istiqamətdə həyata keçirdiyi  işlər, xüsusilə də Prezidentin imzaladığı sərəncam onu deməyə əsas verir ki, biz müasir dünyanın dil sahəsində gedən islahatlarını dərindən dərk edə bilirik. Yəni bu məsələni dərindən dərk etmədən dil rəqabətinə qoşulmaq mümkün deyil. Ona görə də, sərəncamın tələblərindən irəli gələn məsələlərə qoşulmalıyıq. Mən də Dövlət Dil Komissiyasının üzvlərindən biri kimi belə hesab edirəm ki, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam təhlil edilərək Azərbaycan cəmiyyətinə çatdırılmalıdır. Bu sənəd onu tələb edir ki, bu gün Azərbaycanda hər bir insan elektron məkanda ana dilindən istifadəyə yiyələnməlidir. Bununla biz Azərbaycan dilini elktron məkanda tətbiq edə biləcəyik. Yeri gəlmişkən, onu da deyim ki, hazırda Azərbaycanda elektron məkanda müəyyən qüsurlar mövcuddur. Görünür ki, ölkə başçısının bu sərəncamı imzalaması həm də bu qüsurların mövcudluğundan irəli gəlir. Elektron məkanda yazı işlərində, informasiyaların göndərilməsində, müxtəlif sosial şəbəkələrdəki yazışmalarda ciddi qüsurlar var, orada dil qaydaları qorunmur. “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam bu problemi də cilalayacaq, onları aradan qaldıracaq. Fikrimcə sosial şəbəkələrdə, internet yazışmalarında bir sistem yaranacaq. Bu gün elektron məkandan kim necə istəyirsə elə də istifadə edir. Bu da elektron məkanda dilin qayda-qanunlarının tətbiqində hərc-mərclik yaradır. Bu sərəncam elektron məkanda Azərbaycan dilindən düzgün istifadə qaydalarına hər bir istifadəçinin məsuliyyətlə yanaşması məsələsini də tənzimləyəcək”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ