Cümə günü, 09 oktyabr 2026
     

Rəssamın fərdi sərgisi

Image


Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonu qarşısında yenə də bir canlanma, bir qələbəlik var idi. Azərbaycanın görkəmli sənətkarları, o cümlədən də ölkənin digər zümrələrindən olan sənətsevərlər, dostlar-tanışlar bu gün buraya tanınmış gənc rəssam, eyni zamanda da istedadlı teatr rəssamı Elşən Sərxanoğlunun yaradıcılığı ilə tanış olmağa toplaşmışdılar…

Qonaqları salamlayan Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov gənc rəssamın həyat və yaradıcılığı barədə ətraflı məlumat verdi. O, Rəssamlar İttifaqının fəaliyyətində görkəmli sənətkarlarla yanaşı, gənclərin də öz bacarıqlarını göstərmək üçün ittifaq tərəfindən xüsusi şərait yaradıldığından, onların sənətdə püxtələşməsi üçün təcrübəli sənətkarlar tərəfindən hər cür köməklik göstərilməsindən, o cümlədən də Elşən kimi gənclərin mümkün qədər tez-tez fərdi və yaxud kollektiv sərgilərinin təşkil edilməsinə yardımçı olmalarından xoş duyğularla bəhs edərək sözü görkəmli rəssam Tofiq Ağabəyova verdi. Qocaman sənətkar rəssamlığın çətin, lakin şərəfli bir peşə olduğunu xatırladaraq, Elşən Sərxanoğlunun bu çətinlikləri bacarıqla dəf edərək, özünə layiqli bir yol açdığını, eyni zamanda da məxsusi yeniliklərə imza atdığını fərəhlə Ardınca kürsüyə dəvət olunan sənətşünas-alim, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Elşən Sərxanoğlunun yaradıcılığını, demək olar ki, zərgər dəqiqliyi ilə incələdi… Onu da qeyd etdi ki, bu sərgi müəllifin sayca altıncı sərgisidir. Buna baxmayaraq, E.Sərxanoğlu öz pərəstişkarlarını hər dəfə yaxşı mənada təəccübləndirməyi bacarmışdır. Bugünkü sərgidə isə bu daha qabarıq şəkildə özünü büruzə verir. Sərgini maraqlı edən başlıca cəhətlərdən biri isə onun çoxsahəli yaradıcılığının, ümumən sənətin bir neçə janrı üzrə ərsəyə gətirdiyi əsərlərin bir araya gətirilib tamaşaçılara təqdim edilməsidir. Belə məzmunlu sərgiləri sovetlər dövründə ərsəyə gətirmək müşkül məsələ idi. O dövrdə bu cür kompozisiyalı sərginin təşkili Azərbaycanda yalnız görkəmli sənətkarımız - Xalq

rəssamı Mikayıl Abdullayevə nəsib olmuşdur… Şükürlər olsun ki, müstəqilliyimizin bu günündə belə məhdudiyyətlər artıq arxada qalmışdır. İndi hər kəs bacarığını istədiyi şəkildə təqdim etməkdə heç bir çətinlik yaşamır. Əlbəttə, yaradılan bu imkanlar Azərbaycanımızın bu günü və gələcəyi naminə çalışan gənclərimizin üzərinə böyük məsuliyyətlər də qoyur. Əminəm ki, onlar bu məsuliyyəti çox yaxşı dərk edirlər. Belə olmasaydı, təbii ki, indi burada Elşən Sərxanoğlunun bügünkü fərdi sərgisində təqdim etdiyi əsərlər - istər rəngkarlıq, istər qrafik, istər teatr tərtibatı, istər heykəltəraşlıq janrlarında və istərsə də mistik-psixoloji mövzularda işlədiyi işlər olsun, öz məzmunu, mahiyyəti, orijinallığı və özünəməxsusluğu ilə diqqəti cəlb edir. Bu da öz növbəsində sərginin rəngarəngliyinə yeni bir çalar qatır, onu daha da maraqlı edir. Mən də öz növbəmdə ona uğurlar diləyirəm…

Müəllimi xanım Tamella Məmmədova çıxış edərək, Elşən Sərxanoğlunun tələbəlik dövrünə diqqəti çəkdi. Onun yorulmaz çalışqanlığından, nizam-intizamından, ədəb-ərkanından ətraflı söz açdı və xüsusi olaraq vurğuladı ki, heç çəkinmədən deyərdim ki, onun bu ədəb-ərkanı bütün yaradıcılığına hopmuşdur.

Mən onunla qürur duyuram…

Əməkdar rəssam Hüseyn Haqverdiyev də çıxışında Elşənin hədsiz çalışqanlığından, zəhmətsevərliyindən söz açdı. Bildirdi ki, biz onunla qonşuyuq. Günün istənilən vaxtında bu insanı əlində fırça çalışan görmək mümkündür. Sanki, heç istirahət etmir. Ardınca da diqqəti onun sənətinə bərabər olan insanlığına, səmimiyyətinə diqqəti çəkdi…

Azərbaycan Teatr Xadimləri İttifaqı və Gənc Tamaşaçılar Teatrı kollektivi adından çıxış edən rejissor Bəhram Osmanov rəssamın teatrdakı fəaliyyətindən ətraflı söz açaraq Gənc Tamaşaçılar Teatrında çalışdığı beş il ərzində onlarla müxtəlif janrlı, müxtəlif məzmun və mahiyyətli tamaşalara yüksək səviyyəli tərtibatlar verməsindən, tamaşaların müvəffəqiyyət qazanmasında onun xüsusi istedad və əməyinin rolundan səmimiyyətlə bəhs etdi. Teatr rəssamlarının beynəlxalq sərgisində Elşən Sərxanoğlunun Azərbaycanımızı layiqincə təmsil etməsindən qürurla danışdı və ona daha böyük uğurlar arzuladı.

Sonda gənc rəssam Elşən Sərxanoğlu çıxış edərək, Azərbaycan Rəssamlar və Teatr Xadimləri İttifaqına, Gənc Tamaşaçılar Teatrının kollektivinə onu dəstəklədiklərinə və sərgiyə təşrif gətirən bütün iştirakçılara öz dərin ehtiram və təşəkkürünü bildirdi.

Yekunda Xalq rəssamı Fərhad Xəlilov sərgiyə gələnlərə ittifaq və bütün rəssamlar adından yayın bu ilk - isti günündə zəhmət çəkib tədbirə qoşulduqlarına görə xüsusi təşəkkürünü bildirib, onları salona - ekspozisiyanın seyrinə dəvət etdi.

***

Düşünürəm ki, yazının sonunda gənc rəssam Elşən Sərxanoğlunun yaradıcılıq fəaliyyətində əldə etdiyi nailiyyətlərə bir daha nəzər yetirmək, onun sənətinin obyektiv qiymətləndirilməsində daha ədalətli bir nəticə olardı…

Onun 2005-ci ildə Rusiyada, 2014-cü ildə Azərbaycan Rəssamlar İttifaqında, 2015-ci ildə Kalmıkiya Palmov adına İncəsənət Muzeyində, 2017-ci ildə teatr yaradıcılığına həsr olunmuş sərgi - Azərbaycanda, 2017-ci ildə Xocalı soyqırımına həsr olunmuş teatrlaşdırılmış “Bir əsərin təqdimatı” layihəsi - Azərbaycanda, 2018-ci ildə Azərbaycan Rəssamlar İttifaqında müvəffəqiyyətlə həyata keçirilən fərdi sərgiləri böyük uğurlar qazanmışdır.

2015-ci ildə “İlin ən yaxşı rəssam işi” layihəsində “Sima” mükafatına, 2017-ci ildə Azərbaycanda keçirilən “IV İslam Həmrəyliyi oyunları” çərçivəsində keçirilən müsabiqədə “Ən yaxşı rəngkarlıq əsərinə görə” mükafata (I yer), “Art-enerji-20” Azərbaycan Dövlət Neft Şirkətinin keçirdiyi rəsm müsabiqəsində “Ən yaxşı rəngkarlıq əsərinə görə” mükafata (II yer), Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının keçirdiyi Dövlət Müstəqilliyinə həsr olunmuş “Dirçəliş” rəsm müsabiqəsində “Ən yaxşı rəsm əsərinə görə” mükafata (II yer), həmçinin qeyd olunan Dövlət təşkilatlarının təkrarən keçirdikləri eyni və müxtəlifadlı müsabiqələrdə dəfələrlə iştirak etmiş və yüksək mükafatlara layiq görülmüşdür…

Əsərləri Azərbaycanın və dünyanın tanınmış muzeylərində, diplomatic nümayəndəliklərində, rəsmi idarə və müəssisələrdə, həmçinin sənətsevərlərin şəxsi kolleksiyalarında özlərinə əbədi məskən salmışdır.

***

Elşən Sərxanoğlu Bakı rəssamlıq məktəbini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmiş, Azərbaycan Rəssamlar və Teatr Xadimləri İttifaqının üzvüdür…

***

Mən də öz növbəmdə rəssam Elşən Sərxanoğlunun bu nailiyyətlərini ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayıram…

Binnət Hümbətoğlu
sənətşünas



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ