Cümə günü, 09 oktyabr 2026
     

Rəssamların emalatxana probleminin həlli dalana dirənib

Image


Ağəli İbrahimov: “Rəssamlar üçün yeni emalatxananın tikintisi bizə məlum olmayan səbəbdən ləngiyir”
Xanlar Əhmədov: “Xeyli sayda rəssam və heykəltəraş emalatxana ilə təmin edilməyib”

 

Azərbaycanda rəssamlıqla məşğul olan insanların sayı artdıqca, onların emalatxana problemi də gündəmə gəlir. Bu gün Azərbaycan rəssamlarının emalatxana problemi ciddi şəkil alıb. Demək olar ki, müəyyən qədər rəssam və heykəltəraşı çıxmaq şərtilə, rəssamların əksəriyyəti emalatxana çətinliyi yaşayır. Bu da onu deməyə əsas verir ki, bu gün Azərbaycan rəssamlarının heç də hamısı emalatxana ilə təmin olunmayıb.

Sözsüz ki, bu hal onların fəaliyyətində müəyyən problemlər yaradır. Hətta elə rəssam var ki, icarəyə götürdüyü zirzəmilərin kirayə haqqını ödəyə bilmədiyi üçün, dəfələrlə obyekt sahibi ilə məhkəmə çəkişməsi yaşayıb. Emalatxanası, işləmək üçün heç bir şəraiti olmayan rəssamlar küçə və meydanlarda əsərlər çəkirlər. Bu da onların yaradıcılığının tam ifadə olunmasına ciddi problemlər yaradır. Məsələ burasındadır ki, rəssamların heç də hamısının maddi durumu yaxşı deyil. Bu da ondan irəli gəlir ki, onlar tam olaraq yaradıcılıqla məşğul ola bilmirlər. Bəzi hallarda emalatxanasız rəssamlar hansısa bir həmkarının emalatxanasında işləyirlər ki, əsər yaratsın, yaratdığı əsəri isə dəyər-dəyməzinə satıb çörək pulu etsinlər. Təəssüf ki, bu problem öz aktuallığı ilə diqqəti cəlb edir. Onların maddi durumlarının yaxşı olmadığını nəzərə alsaq, deyə bilərik ki, rəssamların dövlət tərəfindən emalatxana ilə təmin olunmasına ehtiyac var.

Əgər emalatxana şəraiti olmayan, yaxud darısqal, qaranlıq otaqlarda işləyən rəssam və heykəltəraşlar emalatxana ilə təmin olunsalar, onlar yalnız yaradıcılıq qayğıları ilə məşğul olarlar.

Rəssam Sevinc Quluqızı qeyd edir ki, bu gün fəaliyyətə başlayan gənc rəssamların, eləcə də onlardan əvvəl sənətdə olan sənətkarların əksəriyyətinin emalatxanası yoxdur. S.Quluqızının sözlərinə görə, onlar məcbur olub ya evlərində işləyir, ya da icarəyə yer götürürlər. “Bu da, əlbəttə, normal yaradıcılıq məhsulunun meydana çıxmasına maneçilik törədir. İcarəyə götürülən emalatxanaların əksəriyyəti alaqaranlıq və rütubətli yerlərdədir” - deyə müsahibimiz bildirdi.

Qeyd edək ki, dövlət tərəfindən rəssam və heykəltəraşlara sonuncu dəfə uzun illər əvvəl emalatxana verilib.

Bir neçə il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəssamlara emalatxana yeri ayrılması üçün sərəncam imzalayıb. Sərəncama əsasən, rəssamlara emalatxana tikilməsi üçün “Şıxov”da yer ayrılıb. Lakin sərəncamın imzalanmasından ən azı iki il keçməsinə baxmayaraq, hələ də sözügedən Rəssamlar Evi inşa edilməyib. Rəssamlar Evinin tikintisinin uzadılması fırça və tişə ustalarını ciddi narahat edir. Onlar hesab edirlər ki, bina tikilib tezliklə istifadəyə verilsəydi, problem qismən öz həllini tapa bilərdi. Bu gün 2-3 min rəssam emalatxanasız fəaliyyət göstərir.

Xatırladaq ki, bəzi gənc rəssamların bildirdiyinə görə, Rəssamlar İttifaqının balansında olan emalatxanaların bir qismi rəssam və heykəltəraşlar tərəfindən özəlləşdirilib. Ona görə də onların bəziləri bu emalatxananı sata, icarəyə verə bilir. Gənc rəssamların dövlət tərəfindən emalatxana ilə təmin ediləcəyini deyən gənc rəssamlar bildirirlər ki, əvvəlcə İttifaq üzvü olan rəssamlar emalatxana ilə təmin olunmalıdırlar. Onu da vurğulayaq ki, gənc rəssamların bir qismi emalatxana tapmaq, ona icarə haqqı ödəmək çətinliyi qarşısında qaldıqları üçün müxtəlif sahələrə üz tuturlar. Məsələn, bəzi gənc rəssamlar şirniyyat, tort sexlərində işləyirlər. Yəni tortlara dizayn verir, onların üzərinin bəzənməsində iştirak edirlər.

Rəssamlar ümid edirlər ki, Şıx qəsəbəsində onlar üçün nəzərdə tutulmuş emalatxana inşa olunduqdan sonra bu problem qismən öz həllini tapacaq.

Rəssamların verdiyi məlumata görə, rəssam və heykəltəraşlar üçün sonuncu dəfə ötən əsrin 80-ci illərinin sonlarında emalatxanalar paylanıb.

Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölümünün rəhbəri, Xalq rəssamı Xanlar Əhmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda şəxsi emalatxanası olmayan rəssam və heykəltəraşların sayı çoxdur: “Hazırda dövlət tərəfindən rəssam və heykəltəraşlar üçün bina tikilmir. Sonunci bina Sovet dövrünün sonlarına yaxın tikilərək rəssamların istifadəsinə verilib. Bu gün isə Rəssamlar İttifaqı emalatxana vermir, çünki balansında emalatxana yoxdur. Emalatxanaların hamısının isə öz sahibləri var. Xeyli sayda rəssam və heykəltəraş emalatxana ilə təmin edilməyib. Bəziləri indi haradasa icarəyə emalatxana götürüb işləyirlər”.

Bu gün nə qədər rəssam və heykəltəraşın emalatxanasız olduğuna gəlincə, o bildirdi ki, dəqiq bir rəqəm söyləyə bilməz.

Rəssamların emalatxana ilə təmin olunmamasının səbəbinə aydınlıq gətirilməsi üçün Azərbaycan Rəssamlar İttifaqı ilə əlaqə saxladıq. İttifaqın katibi, Xalq rəssamı A.İbrahimov bizimlə söhbətində qeyd etdi ki, həqiqətən də ittifaq üzvü olan rəssamların xeyli hissəsi emalatxana ilə təmin olunmayıb. O qeyd etdi ki, bu gün rəssamların təxminən 1000 nəfəri emalatxana ilə təmin olunub, qalanlar isə hələ də emalatxanasızdır. A.İbrahimovun sözlərinə görə, bu gün Bakının 3 yerində Rəssamlar Evi, rəssamlar emalatxanası var. O bildirdi ki, bu gün 4-cü mikrorayonda 6 mərtəbəli binada rəssamların emalatxanası yerləşir. Onun sözlərinə görə, bu bina vaxtilə Rəssamlar İttifaqının maliyyəsi hesabına tikilib. O, həmçinin, vurğuladı ki, Əhmədli qəsəbəsində də rəssamların 5 mərtəbəli binada emalatxanası var.

Şıxda rəssamlar üçün tikintisi nəzərdə tutulan binaya gəlincə, A.İbrahimov qeyd etdi ki, hələ binanın tikintisinə start verilməyib. A.İbrahimovun sözlərinə görə, dünyanın heç yerində dövlət rəssamlar üçün emalatxana tikmir. Bu hal ancaq bizim dövlətə xasdır: “Dövlətin rəssamlara qayğısı çox yüksək səviyyədədir. Rəssamlara emalatxana tikilməsi üçün Prezidentin göstəriş verməsi təqdirəlayiq haldır. Başqa ölkələrdə, MDB-də belə bir dövlət layihəsi yoxdur ki, rəssamlar, heykəltəraşlar üçün emalatxana, yaradıcılıq evləri inşa edilsin. O ölkələrdə sənətkarlar öz gücünə imkanlar yaradırlar. Bizdə isə dövlət sənətkarlara dəstək verir. İttifaqımızın 1000-ə yaxın emalatxanası var. Əlbəttə, əsl sənətkardırsa, o gözləmir ki, ona emalatxana verilsin. O yer tapıb işləyir.

Prezident bir neçə il əvvəl rəssamlar üçün Şıxda emalatxana tikilməsi üçün sərəncam verdi. Hətta Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə də göstəriş vermişdi ki, həmin ərazi təmizlənsin. Ancaq hələ binanın inşasına başlanmayıb. Həmin ərazi hazırda Rəssamlar İttifaqının balansındadır. Rəssamlar üçün yeni emalatxananın tikintisi bizə məlum olmayan səbəbdən ləngiyir. Düşünürəm ki, bəlkə son vaxtlar ölkəmizdə ardıcılıq olaraq çox yüksək səviyyəli beynəlxalq mədəniyyət, idman tədbirləri keçirildiyi üçün binanın tikintisinə başlanmayıb.

Qeyd etdiyim kimi, Rəssamlar İttifaqının 1000-ə yaxın emalatxanası var. Yaşlı və orta nəsil rəssam və heykəltəraşların çoxu emalatxana ilə təmin olunub. Ancaq yeni nəsil üçün emalatxana, əlbəttə ki, problemdir. Əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rəssamlara qeyri-yaşayış sahələri olan zirzəmi və yarımzirzəmilərdə yer verilirdi. İndi isə belə deyil. Bu gün rəssamların emalatxana ilə təmin edilməsi ciddi problemdir”.

Hazırda Rəssamlar İttifaqının 2 min nəfər üzvü olduğunu deyən A.İbrahimovun sözlərinə görə, bölgələr də daxil olmaqla, ölkədə 4 min rəssam var. Onların bir qisminin Rəssamlar İttifaqına üzv olmadığını deyən ittifaq katibinin dediyinə görə, qurum üzvləri arasında karikaturaçı rəssamlardan tutmuş, xalçaçı rəssamlara qədər sənətkarlar var.

Bu gün bəzi rəssamların öz emalatxanasını özəlləşdirdiyini deyən A.İbrahimovun bildirdiyinə görə, elə rəssamlar var ki, emalatxanada yaşayır. “O vaxt rəhmətlik Heydər Əliyev emalatxanaları rəssamlara bağışladı və onlar da emalatxanaları özəlləşdirdilər. Bu gün Şıxda tikintisi nəzərdə tutulan emalatxana rəssamlar üçün böyük qayğının nəticəsidir. Özü də bu ərazidə ancaq emalatxana olmayacaq, həm də yaradıcılıq evi inşa ediləcək. Orada, həmçinin, rəssamlarla görüş yeri, kiçik otel və rəssamların öz əsərlərini satması üçün dükanlar inşa edilməlidir. Bir sözlə, bura sözün əsl mənasında, rəssamlar şəhərciyi olmalıdır. Ümumiyyətlə, incəsənətlə məşğul olan adamlar üçün yaradıcılıq evlərinin olması vacibdir. Sovet dövründə belə yaradıcılıq evləri var idi. Rəssamlar ailələri ilə orada həm istirahət edir, həm də işləyirdi.

Ümid edirik ki, Şıxda rəssamlar üçün emalatxananın tikintisinə tezliklə başlanacaq”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ