Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanda şam hisini boya kimi işlədən ilk rəssamımızın əl işləri... - FOTO

Image


Röya Tağıyeva: “Nəcməddin Hüseynov ilk dəfə Azərbaycanda şam tüstüsünün hisi ilə əsərlər yaradan rəssamdır”
Ziyadxan Əliyev: “Mən onun “Müharibəli Novruz” əsərini Qarabağ və Novruz mövzusunda çəkilən ən gözəl əsər hesab edirəm”
Oqtay Əliyev: “Nəcməddin deyir ki, rəng olmayanda elə bilirəm evdə çörək yoxdur”

 

Biz rənglərə baxırıq, amma rəssamlar o rəngləri görür, onlarla danışır, fırça ilə rənglərin harmoniyasını kətan üzərində yarada bilirlər. Əsl rəssamın paytaxtda, qaynar şəhər həyatında, yaxud hansısa bir ucqarda, dağ kəndində yaşamasının heç bir fərqi qoxdur. Ümumiyyətlə, əsl sənətkar üçün əyalət və paytaxt sərhədi yoxdur, olmamalıdır. Bu sərhədi çəkmək istəyən adamlara isə “dayan, dur, istedadlı, duyumlu sənətkar üçün paytaxt və əyalət anlayışı yoxdur” deməliyik.

Sirr deyil ki, dünya ədəbiyyatının, dünya rəssamlığının incisi sayılan unikal əsərlərin xeyli hissəsini əyalətlərdə yaşayan sənətkarlar yaradıb. Bu baxımdan, sənətkarın ətrafını çəpərləyib onun istedadını məhdud bir dairədə boğmaq olmaz.

Bakıdan çox-çox aralıda yaşayan bir rəssam var. Əyalətdə yaşasa da, çəkdiyi əsərlərin gözü ilə bütün dünyanı görür. Bəli, sözün həqiqi mənasında görür. Qazaxın Çaylı kəndindən kənara çıxmadan öz qeyri-adi əsərlərini doğma ocağında yaradan Azərbaycan  Rəssamlar İttifaqının üzvü, peşəkar rəssam Nəcməddin Hüseynov dediyimiz kateqoriyaya tam cavab verən bir fırça ustasıdır.

İçərişəhərdə “Nur ART Hous” sərgi salonunda professional rəssam Nəcməddin Hüseynovun paytaxtda ilk fərdi sərgisinin təşkil olunması sənətkarın əməyinə verilən böyük dəyərdir. N.Hüseynov paytaxtla sıx əlaqəsi olmayan sənətkardır. Əyalətdə yaşasa da, əsərlərində dünyəvilik, bəşərilik hisslərini canlandırıb. Onun sərgi salonunu bəzəyən əsərlərinə tamaşa etdikcə, xəyal insanı haralara aparmır ki... Səmimi, sakit, öz dünyası olan N.Hüseynov bu əsərlər vasitəsilə öz dünyagörüşünün ab-havasını yaradıb.

Fərqli rəssamlıq texnologiyalarından istifadə edərək 4000-dən artıq əsər yaradan və bu əsərlərin hər biri ilə müxtəlif ovqat aşılayan rəssamı, ola bilsin, tamaşaçıların əksəriyyəti tanımır. Bu da tam təbiidir. Çünki çox zaman insanlar lal axan yeraltı çaylardan xəbərsiz olurlar. Təbiətə, canlıya, bitkilər aləminə həyat verən isə sakit, lal axan çaylardır... N.Hüseynovu Azərbaycan təsviri incəsənətində lal axan, lakin böyük fayda verən çaya bənzətmək olar. Ümumiyyətlə, ən gözəl, məzmunlu əsərləri elə sakit təbiətli, öz iç dünyası ilə baş-başa qalmağı sevən, az danışan sənətkarlar yaradırlar. Sərginin açılışından əvvəl N.Hüseynovun sənət dostları dedilər ki, o çox narahatdır və sərgiyə tamaşaçıların gəlməyəcəyindən qorxur... Ancaq yüksək təşkilatçılıq sayəsində N.Hüseynovun fərdi sərgisinə çoxlu sayda tamaşaçı gəlmişdi. Bəli, Çaylıda sakit bir aləmdə əsərlər yaradan N.Hüseynovun fərdi sərgisində Azərbaycan təsviri incəsənətinin çox tanınan simaları iştirak edirdilər. Bu da, təbii ki, rəssama qol-qanad, ümid verirdi.

Şəhərdə “Nur ART Hous”un rəhbəri, tanınmış xalçaşünas Röya Tağıyeva N.Hüseynovun yaradıcılığını yüksək qiymətləndirərək bildirdi ki, o, qeyri-adi istedada malik bir rəssamdır. “Doğrudan da Nəcməddin müəllimin əsərləri fitrətdən yaranan, doğan əsərlərdir. Onun əsərlərindən bizim incə naxışların gözəl sədası gəlir. Hamı baxır, amma rəssam görür. O özü deyir ki, əsərlərində verdiyi gözəl, zəif cizgiləri bir zamanlar nənəsinin toxuduğu xalçaların rənglərindən, naxışlarından əxz edib. Onun əsərləri zəngin bir dünyadır. Siz bu sərgidə onun müxtəlif üslubda işlədiyi gözəl əsərlərini görürsünüz. N.Hüseynov ilk dəfə Azərbaycanda şam tüstüsünün hisi ilə əsərlər yaradan rəssamdır. Bu onun bizim təsviri incəsənətə gətirdiyi bir dəst-xətdir”.

Onu da bildirək ki, N.Hüseynov ancaq şam tüstüsünün hisi ilə deyil, həm də şəkər tozu ilə maraqlı əsərlər yaradır.

N.Hüseynovu professional rəssam kimi kəşf edən, onun əsərlərinə xüsusi dəyər verən görkəmli sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev də sənətkar haqqında olduqca maraqlı fikirlər bildirdi: “Bakının mərkəzində N.Hüseynovun yaradıcılıq hesabatına şahidlik etmək hər birimiz üçün çox xoşdur. Biz əsasən Bakıda yaşayan rəssamların sərgilərini təşkil edirik, ancaq əyalətlərdə  bilavasitə yaradıcılıq həyatı yaşayan rəssamlara elə dəstək ola bilmirik. Bölgədə yaşayıb və əsl yaradıcılıqla məşğul olmaq çox çətin məsələdir. Çünki oranın aurası Bakı ilə eyni deyil və bu səbəbdən də bəzən rəssam yerli zövqə tabe olur. Ancaq görürük ki, Nəcməddin kiminsə arzusuna, istəyinə boyun əyən sənətkar deyil”.

N.Hüseynovun çəkdiyi “Müharibəli Novruz” əsərinin yüksək məziyyətlərini qeyd edən Z.Əliyev dedi ki, bu əsərdə müharibənin qaynar çağında səngərdə səməni göyərtmək istəyən əsgərlər təsvir edilir: “Novruz bayramı ərəfəsində əsgərlər səməni göyərtmək istəyirlər. Lakin müharibə onların bu istəyinə mane olur. Bu halda, əsgərlər bir dəstə yaşıl rəngə çalan gülləni səməni formasında bir yerə toplayıb ortasına qırmızı parça bağlayırlar. “Müharibəli Novruz” əsərində bu hadisə təsvir edilib. Mən “Müharibəli Novruz” əsərini Qarabağ və Novruz mövzusunda çəkilən ən gözəl əsər hesab edirəm”.

Xalq rəssamı Arif Hüseynov da çıxışında bildirdi ki, N.Hüseynovun əsərlərinin paytaxtda sərgisinin təşkil edilməsi onun yaradıcılığında mühüm hadisədir. A.Hüseynov qeyd etdi ki, bir neçə dəfə Qazaxda N.Hüsenovla görüşüb, onun yaradıcılıq işləri ilə tanış olub. N.Hüseynovun sərgisinin bir neçə dəfə Qazax və Ağstafada sərgiləndiyini deyən A.Hüseynov bildirdi ki, o, 4000-dən artıq əsər çəkib və bu əsərlərin heç birində əyalət ruhu hiss olunmur.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, N.Hüseynovun tələbə yoldaşı Oqtay Əliyev isə çıxışında sərgiyə qatılan hər kəsə təşəkkür etdi. O bildirdi ki, N.Hüseynov tələbəlikdən sakit, özünə qapanan, ancaq yaradıcılıqla məşğul olan bir insan olub. “Nəcməddin sakit təbiətli, ancaq öz işi ilə məşğul olan bir tələbə olub. Bu gün o, zəhmətkeşliyi sayəsində çox gözəl əsərlər yaradıb. O, Qazaxda yaşayır və burada öz gözəl əsərlərini yaradır. Nəcməddin deyir ki, rəng olmayanda elə bilirəm evdə çörək yoxdur. Bir də deyir ki, rəng tapanda çörək tapmıram, çörək də tapanda rəng tapmıram. Mən istəyirəm ki, hər birimiz N.Hüseynovun yaradıcılığının təbliğinə dəstək göstərək, onun əsərlərinin burada satılmasına köməklik edək. Burada tələbə yoldaşlarımız da iştirak edirlər, hər birimiz Nəcməddinin sərgisinin açılmasına çox sevinirik. O, sərgi öncəsi çox narahat idi ki, birdən sərgiyə gələn olmaz, amma görün nə qədər adam gəlib”.

Uluslararası Aktivist Sənətçilər Birliyinin rəhbəri, tanınmış rəssam Nəvai Mətin də eloğlusunun fərdi sərgisinin  açılmasını sevinclə qarşıladı. O, N.Hüseynova rəhbərlik etdiyi qurumun xüsusi diplomunu verdi.

Qeyd edək ki, N.Hüseynovun “Nur ART Hous”da təşkil edilən fərdi sərgisi iyunun 23-də başa çatacaq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ