Cümə günü, 09 oktyabr 2026
     

Tanınmış sənətçi Zülfiyyə Eldarqızının “Qəm pəncərəsinin o üzündə” və onun yaradıcılığına həsr edilmiş “Bütün gözəlliyi Tanrım o sərvinaza verib” kitablarının təqdimat mərasimi keçirildi... - FOTO

Image


Asif  Rüstəmli: “Zülfiyyə xanım bu gün sənətin elə bir zirvəsindədir ki...”
Teymur Kərimli: “Zülfiyyə xanım elə bir zəngin “baqaj”la Anar yaradıcılığında bizim görmədiyimiz detalları, məqamları üzə çıxarıb ki, bu tapıntılar ona da, bizə də zövq verir”
Qulu Məhərrəmli: “O, çoxşaxəli yaradıcılığa malikdir”

 

Kitab sözün gerçək mənasında tarixdən-tarixə yadigar qalan bir məfhumdur. O kitab bu gündən sabaha maneəsiz adlayıb gedə bilir ki, onun bitkin ideyası, ədəbi-bədii siqləti olsun.

Alimdən, elm adamından kitab qalar. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış bədii qiraətçi, sənətşünas Zülfiyyə Eldarqızı bir alim kimi uzun illərdir elmin çətin yollarında yorulmadan irəliləyib. O, bir sənətkar kimi səhnə fəaliyyətini də yaddan çıxarmayıb. O, həm bir aktrisa, səhnə adamı, bədii qiraətçi, həm də bir alim ömrü yaşayıb.

İyunun 20-də sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış bədii qiraətçi, aktrisa Zülfiyyə Eldarqızının Xalq yazıçısı Anarın kino yaradıcılığına, kinodramaturgiyasına həsr etdiyi “Qəm pəncərəsinin o üzündə” (monoqrafiya) və əməkdar jurnalist Hikmət Xudiyevin (Cəmilzadənin) Z.Eldarqızının səhnə fəaliyyətindən, ömür yolundan bəhs edən “Bütün gözəlliyi Tanrım o sərvinaza verib” kitablarının təqdimat mərasimi keçirildi.

Beynəlxalq Mətbuat Mərkəzində (BMM) düzənlənən təqdimat mərasimi ömrünün 20 ilini səhnəyə, sənətə və pedaqoji fəaliyyətə bəxş edən Z.Eldarqızının yaradıcılığına verilən böyük bir töhfə sayıla bilər. “Qəm pəncərəsinin o üzündə” və “Bütün gözəlliyi Tanrım o sərvinaza verib” kitablarının təqdimat mərasimində respublikanın tanınmış elm, mədəniyyət xadimləri, ictimai-siyasi sferada tanınan şəxsiyyətlər, qələm adamları iştirak edirdi.

Filologiya elmləri doktoru, professor, tanınmış ədəbiyyatşünas Asif  Rüstəmli tədbiri açaraq bildirdi ki, Z.Eldarqızını uzun illərdir tanıyır. 20 il eyni ali məktəbdə çalışdıqlarını deyən A.Rüstəmli qeyd etdi ki, Z.Eldarqızı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səviyyəli, savadlı, tələbkar müəllimlərindən biri olub. A.Rüstəmli vurğuladı ki, hazırda Z.Eldarqızı pedaqoji fəaliyyətini davam etdirmir, o özünü çox yüksək səviyyədə səhnədə və bədii qiraət sənətində ifadə edir. “İyunun 20-si gözəl pedaqoq, səhnə danışığının mahir bilicisi, ustadı Z.Eldarqızının doğum günüdür. Mən onun neçə yaşının olduğunu deməyəcəyəm, əsas odur ki, bu gözəl gündə Zülfiyyə xanım dünyaya gəlib. O, öz sənəti, öz istedadı, öz təfəkkürü və öz sənəti ilə bu dünyanı gözəlləşdirib. Bu gün (dünən) Zülfiyyə xanımın Xalq yazıçısı Anarın kinodramaturgiyasına həsr etdiyi “Qəm pəncərəsinin o üzündə” kitabının və əməkdar jurnalist Hikmət Cəmilzadənin Z.Eldarqızının səhnə fəaliyyətinə həsr etdiyi “Bütün gözəlliyi Tanrım o sərvinaza verib” kitablarının təqdimat mərasiminə yığışmışıq. Hikmət müəllimin Zülfiyyə xanıma həsr etdiyi kitabı kitab-albom da adlandırmaq olar. Bu kitabda Z.Eldarqızının səhnə fəaliyyətinin müxtəlif məqamları gözəl şəkildə öz əksini tapıb. Nəşrdə zəmanəmizin çox adlı-sanlı ziyalılarının, fikir adamlarının ürək sözləri də yer alıb. 

Zülfiyyə xanım bu gün sənətin elə bir zirvəsindədir ki, biz onu ustad bədii qiraətçi kimi, gözəl sənətkar olaraq tanıyırıq. Uzun illər onunla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində eyni kafedrada çiyin-çiyinə işləmişik. Mən bu illər ərzində onu həm bir alim, həm müəllim, həm də bir səhnə adamı kimi yaxından müşahidə edə bilmişəm. Zülfiyyə xanım çox gözəl müəllim idi. O öz tələbələrini çox sevir, onlarla nəfəs alırdı. Zülfiyyə xanımın dərsinə hazırlıqlı gəlməyən tələbə özü utanırdı ki, niyə dərsə hazırlıqsız gəlib”.

Z.Eldarqızının gözəl alim, təfəkkür sahibi olduğunu vurğulayan A.Rüstəmli qeyd etdi ki, bu özünü Anarın kino yaradıcılığına həsr etdiyi monoqrafiyada da göstərir. Z.Eldarqızının Anarın yaradıcılığına təsadüfən müraciət etmədiyini qeyd edən A.Rüstəmlinin sözlərinə görə, monoqrafiyada yazıçının kino yaradıcılığının əsas məqamlarının, “qəm pəncərə”sinin o üzündə, pərdə arxasında qalan məqamların araşdırlması, incələnməsi baxımından çox əhəmiyyətlidir.

Allahın Z.Eldarqızına bənzərsiz səs verdiyini və onun bu səsin gözəlliyi ilə ölməz bədii qiraət nümunələri təqdim etdiyini qeyd edən A.Rüstəmli bildirdi ki, aktrisa yazıları yüksək istedadla, özünəməxsus ustalıqla təqdim edir. 

Sonra A.Rüstəmli sözü “Qəm pəncərəsinin o üzündə” monoqrafiyasının elmi redaktoru, AMEA-nın akademik katibi, akademik Teymur Kərimliyə verdi. Çıxışına Z.Eldarqızının doğum gününü təbrik etməklə başlayan T.Kərimli Z.Eldarqızı ilə yaradıcılıq əlaqələrindən məmnun olduğunu dedi: “Düz 18 il bundan öncə gənclik şəhəri Sumqayıtın 1 nömrəli doğum evində bir körpə öz iri ala gözlərini dünyaya heyrətlə açdı və bu heyrət indiyə qədər də davam edir, bizi heyrətləndirir, sevindirir. O, bu heyrəti səhnədə yaradır, qələmlə yaradır, bədii qiraətlə yaradır və bu gün o zirvədədir. Bu münasibətlə onu təbrik edirəm”.

T.Kərimli vurğuladı ki, Z.Eldarqızı bir kinoşünas, aktrisa, bədii qiraətçi kimi öz fəaliyyətini davam etdirir və gördüyü işlərlə insanlara zövq verir. “Zülfiyyə xanım elə bir zəngin “baqaj”la Anar yaradıcılığında bizim görmədiyimiz detalları, məqamları üzə çıxarıb ki, bu tapıntılar ona da, bizə də zövq verir. Bizim görmədiyimiz detalları o bizə göstərir” - deyə T.Kərimli arzuladı ki, bundan sonra da Z.Eldarqızı öz elmi və səhnə fəaliyyəti ilə onu izləyənləri sevindirsin.

T.Kərimlinin çıxışından sonra tədbirin rejissoru Kənan Musayevin Zülfiyyə Eldarqızının ifasında lentə aldığı klip təqdim edildi. 

“Qəm pəncərəsinin o üzündə” kitabının rəyçilərindən biri olan professor Qulu Məhərrəmli də çıxışında Z.Eldarqızının yaradıcılığından ürəkdolusu danışdı. “Bir yox, iki kitabın təqdimatı əslində fövqəladə bir hadisədir. Bir kitabı sən yazmısan, o birini isə sənin haqqında yazırlar. Amma bu kitabları birləşdirən bir cəhət var ki, onların hər ikisi eyni adamla bağlıdır. Zülfiyyə xanım illərdir  obyektivdədir, göz önündədir. Sən bu dünyaya göz açandan dərk edirsən, tədricən bu intellekti formalaşdırırsan, bir gün zaman gəlir həm də bildiklərini çatdırırsan. O, çoxşaxəli yaradıcılığa malikdir. Anar müəllim haqqında kitab yazmaq, onun kino yaradıcılığını tədqiq etmək elə də asan məsələ deyil, ancaq bunu müəllif bacarıb” - deyə Q.Məhərrəmli bildirdi.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında bildirdi ki, Z.Eldarqızının müəllifi olduğu kitab AYB sədri və AYB aparatı tərəfindən yüksək qarşılanıb. R.Məcid vurğuladı ki, Z.Eldarqızı bu monoqrafiyanı 2008-ci ildə elmi iş kimi müdafiə edib. Onun Anarın kino yaradıcılığına özünəməxsus şəkildə yanaşdığını deyən R.Məcidin sözlərinə görə, Z.Eldarqızı səhnə fəaliyyəti ilə yanaşı, elmi və pedaqoji fəaliyyətini davam etdirməlidir. Z.Eldarqızının Azərbaycanı dəfələrlə xarici ölkələrdə, xüsusən də Türkiyədə təmsil etdiyini deyən R.Məcidin bildirdiyinə görə, aktrisa fəaliyyətinə görə TÜRKSOY-un da mükafatlarına layiq görülüb.

Tədbirdə çıxış edən tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə də Z.Eldarqızını çoxdan tanıdığını və elmi fəaliyyətinin şahidi olduğunu dedi. O, qeyd etdi ki, Z.Eldarqızı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində laborant kimi fəaliyyətə başlasa da, öz zəhmətkeşliyi sayəsində elmi və pedaqoji fəaliyyətlə də məşğul olub. “Zülfiyyə xanım elmi-pedaqoji fəaliyyətə mənim gözlərim qarşısında  başlayıb. O, çox qoçaq, çalışqan, istedadlı bir insan kimi özünü göstərib. Məsuliyyəti, savadı ilə özünü kafedrada yüksək şəkildə təqdim edə bilib. Bir gün o mənə dedi ki, Anar müəllimin kino yaradıcılığı haqqında elmi iş götürmək istəyir. Mən də ona dedim ki, Anar müəllimin yaradıcılığı çox ağır və sanballıdır, sən ondan yazmağı bacaracaqsanmı, hazırsanmı bu işə? O mənə dedi ki, bu işin öhdəsindən layiqincə gələcək. Həqiqətən də söz verdiyi kimi də etdi. O, ortaya çox dəyərli bir əsər çıxardı. Çox təəssüf edirəm ki, Zülfiyyə xanım pedaqoji fəaliyyətdən tez ayrıldı, ancaq bu gün onun pedaqoq kimi işləməsinə böyük ehtiyac var” - deyə bildirən A.Kazımzadə vurğuladı ki, Z.Eldarqızı incəsənət sahəsində uğurlar qazanıb və bundan sonra da qazanacaq.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də Z.Eldarqızını illər boyu tanıdığını və onun bir ziyalı, şəxsiyyət, alim, sənətkar kimi yüksək keyfiyyətlərə malik olduğunu vurğuladı.

Təqdimat mərasimində, həmçinin, şair Vahid Əziz, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Z.Eldarqızının səhnə və sənət dostları çıxış edərək onu həm ad günü, həm də müəllifi olduğu və barəsində yazılan kitabların təqdim edilməsi münasibətilə təbrik etdilər.

“Bakı-Xəbər” qəzetinin kollektivi adından biz də ekspertimiz, dostumuz Zülfiyyə Eldarqızını təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ