Cümə günü, 09 oktyabr 2026
     

Naxçıvan İslam mədəniyyətinin paytaxtı kimi ilk addımlarını atdı - FOTO

Image


Aydın Xan Əbilov: “Hesab edirəm ki, “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018”  çərçivəsində keçirilən bütün tədbirlər yüksək səviyyədə baş tutacaq”

 

Ölkəmiz tarixən İslam mədəniyyətinin yayıldığı, formalaşdığı bir məkandır. Bu gün Azərbaycanın hər yerində İslam mədəniyyətinin daşıyıcısı olan nümunələr, abidələr, tarixi-mədəni isr örnəkləri mövcuddur. Onu da vurğulayaq ki, klassik Azərbaycan alimlərinin islamın bir elm kimi yayılmasında, tədris edilməsində, təbliğində rolu misilsizdir.

Bildiyimiz kimi, 2018-ci il Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilib və iyunun 20-də sözügedən mühüm tədbirin açılışı mərasimi olub.

Qeyd edək ki, Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilib. Məlumdur ki, sözügedən qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür.

Onu da vurğulayaq ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ildə Sərəncam imzalayıb. Həmin sənəddə qeyd edilirdi ki, tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb.

Dünəndən rəsmi olaraq Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı funksiyasını yerinə yetirməyə başlayıb. Ekspertlər qeyd edirlər ki, Naxçıvan bir il ərzində bu missiyanı layiqincə yerinə yetirəcək. Onlar bildirirlər ki, 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı qazanılan təcrübə 2018-ci ildə Naxçıvan şəhərində tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə bariz nümunədir.

Ekspertlər vurğulayırlar ki, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib və bu sahədə geniş səviyyəli işlər görülüb. Bunun tarixi-siyasi əhəmiyyətinin böyük olduğunu vurğulayan Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində qeyd etdi ki, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsindən üzü bu yana böyük işlər həyata keçirilib. Onun sözlərinə görə, “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması və rəsmi internet səhifəsinin yaradılaraq istifadəyə verilməsi və s. buna nümunədir. O vurğuladı ki, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları da hazırlanıb və bu nümunələr də ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan MR-in islam dəyərlərinə dərin köklərlə bağlı olmasını göstərir. “Bildiyimiz kimi, Muxtar Respublika türk-islam mədəniyyət nümunələri, dini abidələrlə zəngindir. Bu abidələrin tanıdılması ilə bağlı onlardan bəzilərinin İSESCO-nun siyahısına salınması istiqamətində əsaslı işlərin aparılması geniş miqyas alıb. Bu gün bütün dünyanın, xüsusən də İslam dünyasının diqqəti Naxçıvandadır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi təsadüfi deyil. Çünki Naxçıvan islami dəyərlərə bağlı olan tarixi bir məmləkətdir. Burada türk-islam mədəniyyətinin minlərlə dəyəri mövcuddur. Bura həm abidələr, həm məscidlər, həm də Naxçıvan alimlərinin islamla bağlı fikirləri, kitabları aiddir. Naxçıvandakı qədim abidələrdə, daş kitabələrdə, məzarüstü yazılarda islam dünyagörüşünü əks etdirən saysız nümunə var. Onu da vurğulayım ki, naxçıvanlılar islam dininə həmişə sadiq olublar. İslamın qorunmasında, pərvəriş tapmasında onların böyük əməyi var. Bu il Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsinin böyük əhəmiyyəti var. Hesab edirəm ki, qarşıdakı aylar ərzində Azərbaycanda keçirilən digər beynəlxalq tədbirlər kimi, İslam mədəniyyəti ili də çox yüksək səviyyədə qeyd ediləcək. Çünki artıq uzun illərdir bu tədbirin baş tutması üçün uğurlu işlər görülür. İl boyu Naxçıvan bütün İslam dünyasının diqqət mərkəzində olacaq. Bu həm mədəniyyətimizin, İslam dünyasına verdiyimiz dəyərin bariz nümunəsi, həm də islam həmrəyliyinə bir töhfə kimi xarakterizə edilməlidir. Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi İslam dünyasının Azərbaycana verdiyi böyük dəyərin nümunəsidir” - deyə müsahibimiz bildirdi.

Azərbaycanın qədim zamanlardan multikultural, tolerant bir diyar olduğunu vurğulayan A.X.Əbilov hesab edir ki, biz bu tədbir çərçivəsində Naxçıvanı İslam turizminin əsas ünvanlarından birinə çevirə biləcəyik. Onun sözlərinə görə, bu gün İSESCO və digər beynəlxalq islam təşkilatlarının Naxçıvana önəm verməsi bir daha onu göstərir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan İslam mədəniyyətinin qədim beşiklərindən biridir:  “Naxçıvan müxtəlif Azərbaycan dövlətlərinin sərhədləri çərçivəsində olub və tarixən burada böyük bir mədəniyyət formalaşıb. Azərbaycanda Naxçıvan islamı qəbul edən ilk bölgələrdən biridir. Zaman-zaman burada formalaşan mədəniyyət bu ərazinin mədəni imkanlarını artırıb. Naxçıvan ərazisində çoxsaylı maddi mədəniyyət abidəmiz var ki, orada islamın izləri əksini tapıb. Bu gün istər türbələrdə, istər məscidlərdə islamın qədim izləri yaşamaqdadır. Orada Səlcuq dövrünə aid abidələrin qalıqları var ki, islam izlərinə rast gəlinir. Atabəylər dövründə tikilən Mömünəxatun Türbəsində, Yusif ibn Küseyir abidəsində, eləcə də digər çoxsaylı maddi mədəniyyət qalıqlarında islama dair elementlər çoxdur. Bu da Naxçıvanın mədəni irs baxımından potensialını, imkanlarını göstərir. Yəni söhbət yer üstündə olan maddi mədəniyyət qalıqlarından gedir. Naxçıvan şəhəri və Naxçıvanətrafı ərazilər həm də mənəvi mədəniyyət ocaqları olublar. Bilirsiniz ki, Azərbaycanda o dövrdə mövcud olan İslam mədəniyyətinin, İslam fəlsəfəsinin özəyini təşkil edən təsəvvüf, sufizm abidələri və sufizm alimləri Naxçıvanda yerləşib, burada fəaliyyət göstəriblər. Bu gün Naxçıvan ərazisi islamın gerçək simasının yaşadığı bir diyar kimi bütün İslam dünyasının rəğbətini qazanıb. Hesab edirəm ki, “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018”  çərçivəsində keçirilən bütün tədbirlər yüksək səviyyədə baş tutacaq. Qeyd etdiyim kimi, bunu deməyə saysız əsasımız var”.

Qeyd edək ki, tədbirdə çoxsaylı mötəbər qonaqlar, dövlət rəsmiləri, o cümlədən İSESCO-nun rəhbəri Əbdüləziz Osman əl-Tüveycri, TÜRKSOY-un baş katibi, İndoneziya, Tacikistan, Özbəkistan və Əlcəzairin mədəniyyət nazirləri, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkmənistan və Qətərin mədəniyyət nazirlərinin müavinləri və digər ölkələrin vəzifəli şəxslərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ