Cümə günü, 09 oktyabr 2026
     

Türk dünyasını öz əsərlərində birləşdirən yazıçı-dramaturq… - MÜSAHİBƏ

Image


Yunus Oğuz: “Deyərdim ki, Özbəkistanda daha məşhuram”

 

Yunus Oğuz bir yazıçı-dramaturq kimi tarixi roman janrında özünəməxsus örnəklər yaradıb. Çağdaş tarixi romançılıqda öz dəst-xətti ilə fərqlənən Y.Oğuzun yazdığı əsərlər yalnız ölkəmizdə deyil, respublikamızdan kənarda da özünə böyük şöhrət qazanıb. Y.Oğuzun əsərləri bu gün Türk dünyasında, xüsusilə də Orta Asiya respublikalarında çox populyardır.

Öz yaradıcılığı, yaratdığı əsərlərlə Türk dünyasının birliyinə töhfələr verən Yunus Oğuzla həmsöhbət olduq.

- Yunus bəy, Sizin yaradıcılığınıza nəzər saldıqda görürük ki, son illər daha məhsuldar işləyirsiniz və bir-birinin ardınca çox maraqlı tarixi romanlar, tarixi pyeslər meydana çıxarırsınız. Sirr deyil ki, bu əsərlərin sırasında Türk dünyasının qüdrətli oğlu Əmir Teymur haqqında yazdığınız roman Turan ellərində daha populyardır. Orta Asiya respublikalarına əsərləriniz necə gedib çıxdı?

- Bu gün, demək olar ki, bir sıra türkdilli respublikalarla mənim yaradıcılıq əlaqələrim var. Qazaxıstanla da, Qırğızıstanla da, Özbəkistanla da artıq bu əlaqələr qurulub. Təəssüflər olsun ki, Türkmənistan qapalı bir məkandır və ora daxil olmaq hələlik mümkün deyil. Əməkdaşlığa ilk olaraq Qazaxıstandan başladıq. Almatıda Nazarbayev Fondu “Əmir Teymur” tarixi romanımı rus dilində çap etdi və o əsərin çox yüksək səviyyədə təqdimatı keçirildi. Yəni əməkdaşlığımız belə başladı. Onu da vurğulayım ki, əvvəllər məni heç yaxına buraxmırdılar. Deyim ki, o vaxt onlar elə düşünürdülər ki, Əmir Teymurun çörəyini yeyənlərdən biri də gəldi. Açığını deyim ki, heç mən burada maddi maraq güdmürdüm. Mən heç orada qonorar da almadım. Azərbaycan Mədəniyyət Fondu qonorar verdi, ancaq orada mətbəələr qonorar vermədilər.  

- Bəs Özbəkistanla əlaqəniz necə quruldu?

- Mən o vaxt Özbəkistan Prezidenti olan İslam Kərimova teleqram vurdum və əsərim haqqında ona məlumat verdim.

- Söhbət “Əmir Teymur”dan gedir?

- Bəli. İslam Kərimova yazdım ki, Əmir Teymur haqqında kitab yazmışam, mənim günahım nədir ki, heç kəs kitabımı orada nəşr etmək istəmir. Məlumat aldım ki, İslam Kərimov ancaq xaricdən gələn teleqramlara baxırmış, ancaq ölkə daxilindən gələn teleqramlara baxmırmış. O teleqramdan sonra Usman Kuçkar mənə zəng vurdu ki, səni Özbəkistana dəvət edirlər. 2013-cü ildən də Özbəkistanla aramda ədəbi əlaqələr quruldu. “Əmir Teymur”u özbək dilinə Usman Kuçkar tərcümə etdi. Kitab nəşr olunduqdan sonra böyük səs-küyə səbəb oldu, güclü əks-səda yaratdı.

- Nə mənada səs-küy yaratdı?

- Bilirsiniz, mənim romanımda indiyə qədər özbək alimlərinin, özbək yazıçılarının Əmir Teymurun həyatı ilə bağlı yazmadıqları faktlar öz əksini tapmışdı. Təbii ki, mən bir yazıçı kimi Əmir Teymurun müsbət keyfiyyətlərini daha güclü şəkildə qabartmışam. Onlar mənim “Əmir Teymur”umu sevməyə başladılar.

- Bir neçə dəfə oxucuların, elmi ictimaiyyətin Sizinlə yaradıcılıq görüşləri təşkil edilib. Mən də o tədbirlərin bəzilərində iştirak etmişəm. “Əmir Teymur”dan danışılanda akademik Nizami Cəfərov dəfələrlə bildirib ki, özbək alimləri, yazıçıları Əmir Teymur mövzusuna çox qısqanclıqla yanaşırlar. Bəs Sizi onlar necə qarşıladılar, yazdıqlarınızı asanlıqla qəbul etdilər?

- Mən bildirirdim ki, Əmir Teymur təkcə Özbəkistanın deyil, həm Qazaxıstanın, həm Qırğızıstanın, həm Azərbaycanın, həm də Türkiyənindir, bir sözlə, bütün Türk dünyasınındır. Onlara xitabən deyirdim ki, siz onu yalnız özbək etməklə nə üçün onun meydanını daraldıb, bu nəhəng şəxsiyyəti bir küncdə saxlayırsınız. Siz onu özbək edirsiniz, tutalım, Türkiyədə də Əmir Teymuru sevmirdilər ki, o, İldırım Bəyazidi əsir götürüb. Özbəklər Əmir Teymuru özbək edincə, qazaxlar deyir “mənimdir”, qırğızlar da eyni sözü deyir, Azərbaycan da eyni düşüncəni bölüşür. O, Türk dünyasınındır. Belə baxanda heç o vaxt “özbək” adı yox idi. Mən də deyirdim ki, əgər siz Əmir Teymuru “özbək” adlandırırsınızsa, onda o, azərbaycanlıdır. Çünki Atabəylərin sonuncu atabəyinin adı Özbək olub. Ancaq Şövkət Mirzəyev Özbəkistan Prezidenti olduqdan sonra bu məsələyə münasibət də dəyişib. 3-4 il əvvəl dediklərimi indi özbəklər özləri təkrar edirlər ki, biz türkük.

- Siz həm də tarixi ədaləti bərpa etmisiniz...

- Özbəkistanda kəndlər var ki, onlar özlərini türk adlandırırlar. Tanrı dağlarının ətəklərində yerləşən bu kəndləri, əraziləri gəzib dolaşmışam, insanlarla ünsiyyətdə olmuşam. Ancaq özbək elitası, məmurlar özlərini özbək hesab edirlər. Şövkət Mirzəyev Rəcəb Tayib Ərdoğanla görüşdükdən sonra “bura Turandır” dedi və özünü türk adlandırdı, özbəklər də indi türk olduqlarını dilə gətirirlər. Bu gün türk xalqlarının əksəriyyəti latın əlifbasına keçib. Bu gün mənim ancaq “Əmir Teymur” əsərimi deyil, digər əsərlərimi də təqdir edirlər, romanlarımı müzakirə edirlər, ayrı-ayrı bölgələrə, vilayətlərə görüşlərə dəvət edirlər. Deyərdim ki, Özbəkistanda daha məşhuram.

- Siz bu günlərdə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilmisiniz. Ürəkdən təbrik edirik.

- “Sultan Alp Arslan” romanım Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində müzakirə edilirdi. Bu müzakirədə əsərin məziyyətləri, bədii keyfiyyəti, ideyası haqqında çox yüksək fikirlər bildirdilər. Yəni onlarla tanışlığım vardı. Ancaq Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Şavkat Şaripovun imzası ilə Fəxri Fərmanla təltif edildiyimdən xəbərim yox idi. Həmin Fəxri Fərmanı universitetdən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə göndəriblər.

- Sizin yaradıcılığınızda türk xalqlarının birliyi təbliğ edilir. Əsərlərinizdə bu xətt önə çəkilir. Hesab edirik ki, bu əsərlər türk xalqları arasında bir körpüdür. Siz bu barədə nə düşünürsünüz?

- Artıq Yakutyadan da, Kazandan da, Orta Asiyadan da Bakıya ümid yeri kimi baxırlar. Mən o yerləri gəzmişəm, görüşlər keçirmişəm. İnanın ki, onlar Bakını özləri üçün müqəddəs Kəbə hesab edirlər. Bizdən Şərqdə olanların Kəbəsi Bakıdır. Onlar Bakını, Azərbaycanı Turanın mərkəzi, yəni başı sayırlar. Düşünürəm ki, onlar qətiyyən yanılmırlar, çünki bunun tarixi əsası, kökü var. Deyək ki, 1926-ci ildə I Türkoloji Qurultay Bakıda keçirilmişdi. Bilirik ki, həmin qurultayda Türkiyənin, Rusiyanın, Orta Asiyanın, eləcə də digər dünya dövlətlərinin çox böyük türkoloq, şərqşünas alimləri iştirak edirdilər. O vaxt da ortaq türk dili, ortaq türk mədəniyyəti, ortaq əlifba kimi vacib, əhəmiyyətli məsələlər Bakıda müzakirə edilirdi, bu gün də belədir. Yəni bunlar Bakıda baş vermişdi, bu gün də o yaddaş unudulmur. Onlar ona görə də Azərbaycanı ümid ünvanı kimi qəbul edirlər. Düşünürlər ki, türk xalqlarının birliyi ilə bağlı ortaya nə çıxarsa, Azərbaycan çıxaracaq. Əslində, düz də edirlər. Çünki iqtisadi cəhətdən də, digər baxımlardan da Azərbaycanın ortaya müsbət işlər qoyduğunu görürlər.

- Əsərlərinizin digər türkdilli ölkələrdə yeni nəşrləri nəzərdə tutulurmu? Ümumiyyətlə, beynəlxalq ədəbi əlaqələrin səviyyəsi Sizi qane edirmi?

- “Əmir Teymur”un hər iki cildi Moskvada nəşr edilib və kitabların təqdimatı da çox yüksək səviyyədə təşkil edilib. Bu tədbirdə Rusiyadakı diasporumuz kifayət qədər aktiv iştirak edirdi. “Əmir Teymur” Türkiyədə, Qazaxıstanda, Özbəkistanda və digər ölkələrdə çap olunub. “Nadir şah” Böyük Britaniyada çap edildi. Digər əsərlərim də xaricdə çap oluna bilər. “Əmir Teymur”un maştabı elədir ki, bütün dünya oxucuları üçün çox maraqlıdır. Deyək ki, “Şah arvadı və cadugər” Polşada işıq üzü gördü. Türkiyədə bütün kitablarım nəşr edilib.

Ədəbi əlaqələr var, ancaq mərkəzləşdirilmiş şəkildə deyil. Yəni ədəbi əlaqələrin qurulması işi ilə müəllif olaraq özüm məşğul oluram. Baxmayaraq ki, Azərbaycanda böyük Tərcümə Mərkəzimiz var, ona çox hörmətli Afaq xanım Məsud rəhbərlik edir. Ancaq sözügedən qurum bu işlə elə də geniş formada məşğul olmur. Azərbaycan Yazıçılar Birliyinin də Beynəlxalq əlaqələr sektoru var, onlar da bu işlə o qədər məşğul olmur. Hərənin öz maraqlarına xidmət edən məsələlər var ki, onlar onunla məşğul olurlar.

- Əslində, əsərlərin çapı, tərcüməsi, yayımı ilə müəlliflər deyil, aidiyyəti qurumlar məşğul olmalıdırlar. Yazıçının işi yazmaqdır, onu çap etmək, tərcüməsi ilə məşğul olmaq, yaymaq məsuliyyəti yazıçıya aid olmamalıdır. Bu barədə fikriniz necədir?

- O qurumlar deyirlər ki, bu işlərlə məşğul olmaq üçün maliyyəmiz yoxdur. Hələlik vəziyyət belədir ki, hansı yazıçının imkanı varsa, özü əlaqə qurmalı, əsərlərini özü tərcümə etdirməlidir. Bu gün Azərbaycan nəşriyyatları, mətbəələri kitab biznesi ilə məşğul olmurlar. Onlar müəlliflərlə əməkdaşlıq müqavilələri bağlamağa can atmırlar. Nəşriyyatlar deyirlər ki, pulunu ver, kitabını çap edim, onu satarsan, satmazsan, özün bilərsən. Yəni bütün işlər müəllifin boynunda qalır. Müəllifi olduğum “Ovçu” romanı haqqında gözəl film çəkmək olar. Ancaq çox təəssüf ki, bununla maraqlanan yoxdur. Gərək hər şeyi irəli düşüb özün edəsən, müvafiq qurumlara məktub yazasan, müraciət edəsən.

- “Ovçu” romanının motivləri əsasında film çəkilməsi üçün hansısa bir rəsmi quruma müraciət etmisinizmi?

- Bəli, etmişəm, lakin təəssüf ki, hələ müraciətimə müsbət cavab verilməyib. Əgər əsər xoşlarına gəlmirsə, desinlər ki, əsər zəifdir və onun əsasında film çəkilə bilməz. Heç nə demirlər.

- Bu gün siz də daxil olmaqla, bir neçə yazıçı var ki, tarixi roman janrında yazır. Bu əsərlər yeni tarixi filmlərin meydana gəlməsinə bir əsas ola bilər. Lakin hələ müasir əsərlər kinoya gətirilmir. Bunun səbəbləri nədir?

- Müasir dövrdə tarixi film janrı, demək olar ki, yoxdur. Qarabağ haqqında bir-iki film çəkilib. O da yəqin ki, Qarabağ problemi olmasaydı, heç o filmlər də çəkilməzdi. Son dövrlər Aqil Abbasın “Dolu”sundan başqa bir şey çəkməyiblər. Halbuki, bu qədər tarixi əsər ola-ola, heç kəs ona əhəmiyyət vermir və rejissorlar tarixi əsərlərə meyl göstərmək istəmirlər. Heç biri istəmir ki, tarixi mövzuda film çəksin, çünki bu janrda çəkilən filmlərə güclü maliyyə, maddi-texniki baza lazımdır.

Prezident Administrasiyasının rəhbəri, akademik cənab Ramiz Mehdiyev Nadir şah haqqında kitab yazıb, Nadir şah haqqında olduqca müsbət fikirlər bildirib, onu yüksək dəyərləndirib. Lakin heç kəs Nadir şah haqqında film çəkmək istəmir. 18 iyun Nadir şahın anım günüdür, heç bu tarixi günü yada belə salmadılar. Düşünürəm ki, mədəniyyət sahəsində ciddi dönüşə ehtiyac var. Ədəbiyyat, kino, teatr sahəsində yeniliklər olmalıdır. Mədəniyyət Nazirliyinin işi yalnız kimlərəsə ödüllər verməklə, yaxud hansısa kitabların təqdimatını keçirməklə bitməməlidir. Azərbaycanda kitab sahəsində ciddi canlanma olmalıdır. Bilirsiniz ki, bir neçə gün əvvəl AYB-nin təşkilatçılığı ilə Mikayıl Müşfiq Poeziya Günləri keçirildi. Bu çox gözəl bir tədbir idi. Şairlər, yazıçılar rayonlara getdilər, çox maraqlı görüşlər keçirdilər.

Mədəniyyət Nazirliyi mənə də, Elçin Hüseynbəyliyə də “Qızıl kəlmə” mükafatı verib. Ancaq indiyə qədər bir yerdə, bir rayonda bizim görüşümüzü təşkil etməyib. Bizdən başqa da nə qədər insana həmin ödül verilib. Nə üçün bir dəfə bizim görüşlərimizi təşkil etmirlər? Bəs onda bu ödülləri niyə verirdiniz? Hələ pul mükafatı da verirsiniz. Onda onu niyə verirsiniz? Mükafat verdiyiniz yazıçıları cəmiyyətə tanıdın ki, onlar yaxşı əsərlər yazıblar. Mükafat alırsan, bir ay mətbuat yazır, mətbuat yazmağı dayandıran kimi hər şey unudulur.   

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ