şənbə günü, 15 avqust 2026
     

Kino müəlliflərinə qonorar hansı prinsiplərlə ödənilir?

Image


“Telekanalların hamısı qaydalara əməl edərsə, əlbəttə, müəlliflər normal miqdarda qonorar ala bilərlər”
“Qanunu kobud surətdə pozan telekanallara xəbərdarlıq edirik, bəzilərini məhkəməyə veririk, bəzilərini isə məhkəməyə verməyə hazırlaşırıq”

 

Kino elə bir mövzudur ki, ona maraq göstərməyən insan çətin tapılar. Hər bir insan kinoya öz xüsusi münasibətini göstərir, bildirir. Bu da çox təbiidir. Filmin ərsəyə gəlməsi, yaranması güclü istedadın, ağır zəhmətin bəhrəsidir. 

Məşhur kinorejissor, kinoprodüsser Frank Capranın kino haqqında səsləndirdiyi çox maraqlı bir ifadə var: “Kino dünyaya fərdi baxış və müasir zamanın mədəni ifadələrinin ən güclü formasıdır. Yaradıcı əməkdaşlıq səyi kino istehsalının özəyində durmasına baxmayaraq, məhz rejissor filmə  görə yaradıcı məsuliyyət daşıyır və buna görə də o, filmin müəllifidir”.

Kimlər film müəllifləri sayıla bilər?

Qeyd edək ki, quruluşçu rejissorlar, ssenari müəllifləri, operatorlar, quruluşçu rəssamlar və bəstəkarlar kino müəllifləri sayılırlar.

Azərbaycanda 120 ildir film istehsalı həyata keçirilir. 120 illik kino tariximizdə yüzlərlə film yaranıb, bu gün də yaranmaqdadır. Bu gün bu filmlərin hamısı olmasa da, bir qismi müxtəlif telekanallarda nümayiş olunur. Bəs görəsən film müəllifləri, dünyasını dəyişən film müəlliflərinin hüquqi varisləri filmlərin nümayişinə görə qonorar ala bilirlərmi?

Bütün kino ictimaiyyətini və film müəlliflərini ciddi maraqlandıran bu mövzunu araşdırmaq qərarına gəldik. Əvvəlcə qeyd edək ki, Sovet dövründə çəkilən və müxtəlif vasitələrdə nümayiş olunan filmlərə görə müəlliflərə onları təmin edən miqdarda qonorar ödənilirdi. Onu da vurğulayaq ki, onlar bu qonorarı vaxtlı-vaxtında ala bilirdilər.

Filmlərin nümayişinə görə film müəlliflərinə qonorar ödənilməsi məsələsi ilə bağlı əvvəlcə rəsmi məlumatlara baş vurduq. Məlumatlara görə, Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən, audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə bu əsərlərin yaradıcı heyətinə qonorar ödəniləcək.

Dəyişikliklərdə bildirilir ki, bu hallarda həmin audiovizual əsərlərin yaradıcı heyətinə 0,5 faizlə (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən, reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla) qonorar ödənilməlidir. Audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə alınan qonorarın yaradıcı heyət arasında bölünməsi qaydası da müəyyənləşib. Beləliklə, bədii filmlərə görə ümumi pul yığımının 17 faizi yaradıcı heyət arasında ssenari müəllifi və quruluşçu rejissorun hər birinə 6 faiz, quruluşçu operator və quruluşçu rəssamın hər birinə 2 faiz, bəstəkara 1 faiz olmaqla bölüşdürüləcək. Musiqili filmlərə görə ümumi pul yığımının 18 faizi ssenari müəllifi və quruluşçu rejissorun hər birinə 6 faiz, quruluşçu operator, quruluşçu rəssam, bəstəkarın hər birinə 2 faiz olmaqla veriləcək. Cizgi filmlərinə görə ümumi pul yığımının 17 faizi ssenari müəllifinə 4 faiz, quruluşçu rejissora 6 faiz, quruluşçu operatora 2 faiz, quruluşçu rəssama 4 faiz, bəstəkara 1 faiz olmaqla bölüşdürüləcək. Sənədli və elmi-kütləvi filmlərə görə ümumi pul yığımının 16 faizi ssenari müəllifinə 4 faiz, quruluşçu rejissora 6 faiz, quruluşçu operatora 4 faiz, quruluşçu rəssam və bəstəkarın hər birinə 1 faiz olmaqla veriləcək.

Beləliklə, Azərbaycan ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin, kütləvi nümayişini həyata keçirən, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər. Audiovizual əsərlərdən istifadəyə görə müəlliflərə çatacaq qonorarın yığılması və bölüşdürülməsi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçiriləcək. Müəllif qonorarının ödəyiciləri istifadəsinə icazə aldığı audiovizual əsərlərin qeydiyyatını, hesabat dövründə hər bir əsərdən istifadəyə görə əldə edilən gəlirin uçotunu aparmalıdırlar. Ödəyicilər müəllif qonorarı ödəməklə yanaşı, audiovizual əsərlərin müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilata və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Müəllif Hüquqları Agentliyinə hesabat dövründə istifadə etdikləri əsərlərin siyahısını (müəlliflərin adı və hər əsərdən istifadəyə görə əldə edilən gəlirin miqdarı ayrı-ayrılıqda göstərilməklə) təqdim etməlidirlər. Audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat hər bir əsərin istifadəsinə görə aldığı qonorarı müəyyənləşdirilən nisbətdə bölməyi və müəlliflərə (hüquqi varislərə) çatdırmağı təmin edir.

Kino müəlliflərinə qonorar ödənilməsi prosesinin necə həyata keçirilməsi ilə bağlı Azərbaycan Professional Kinorejissorlar Gildiyasının rəhbəri, tanınmış kinorejissor Hüseyn Mehdiyevlə əlaqə saxladıq. H.Mehdiyev bizimlə söhbətində bildirdi ki, filmlərin nümayişini həyata keçirən televiziyaların bir çoxu müəlliflərə qonorar ödəsə də, bəziləri filmləri qanunsuz nümayiş etdirərək qonorar ödəməkdən imtina edirlər: “Demək olar ki, filmləri göstərən bir çox televiziya, audivizual əsərlərin nümayişini həyata keçirən qurumlar buna görə müəlliflərə qonorar ödəyirlər. Onlar bizim Gildiya ilə müqavilə bağlayır və ödənişi həyata keçirirlər. Ancaq son vaxtlar müəlliflərə qonorar ödənilməsi prosesi bir qədər ləng gedir. Hətta çox təəssüf ki, qanunun tələblərini pozan telekanallar da yox deyil. Qanunu pozanlar SBS televiziyası və bəzi kabel televiziyalarıdır. Qanunu kobud surətdə pozan telekanallara xəbərdarlıq edirik, bəzilərini məhkəməyə veririk, bəzilərini isə məhkəməyə verməyə hazırlaşırıq. Yəni proses gedir. Sözsüz ki, bununla yanaşı, qanunlara riayət edən kanallar da var ki, onlar müəlliflərə qonorar ödəyir, biz də o qonorarı müəlliflərə çatdırırıq”.   

Filmlərin nümayişinin telekanallarda yayımının müəyyən edilməsi üçün hansı vasitələrdən istifadə edildiyinə gəlincə, H.Mehdiyev qeyd etdi ki, filmləri göstərən telekanallar müqaviləyə əsasən hər kvartalda nümayiş etdirdikləri filmlərin siyahısını Gldiyaya təqdim etməli və Gildiya da onun əsasında hesabat hazırlamalıdır. “Düzdür, bir çox telekanal bu siyahını bizə təqdim etsə də, bəziləri etmir” - deyə bildirən H.Mehdiyev ödənilən qonorarın da məbləğinə toxundu. O bildirdi ki, film müəlliflərinə ödənilən qonorarın miqdarı qənaətbəxş deyil.

“Bizdə qonorarın miqdarı çox azdır. Bunu da çəkinə-çəkinə ödəyirlər, lakin bunu özləri üçün böyük məbləğ hesab edirlər. Qaydalara görə, ildə iki dəfə müəlliflərə qonorar ödəməliyik. Ödənilir də. Hər dəfə müəlliflərə qonorar ödəniləndə onun miqdarının çox az olmasından utanırıq. Düzdür, bu bütün müəlliflərə şamil edilmir. Elə müəlliflər var ki, onlar çox qonorar alırlar. Ancaq əksəriyyətin aldığı qonorarın məbləği çox azdır. Yəni onlar yarım ildə 10-15 manat civarında qonorar alırlar. Bu da çox azdır. Belə götürəndə müəlliflərə il ərzində əsasən 30-40 manat civarında qonorar ödənilir. Amma 200-300 manat alanlar da var, onlar da filmlərindən çox istifadə edilən müəlliflərdir. Bunların sayı isə çox azdır. Əslində isə, qonorarın miqdarı bu qədər olmamalı, çox olmalıdır. Hər şey normasında olsaydı, yaxşı olardı. Xaricdə bizim kimi təşkilatların illik qonorar dövriyyəsi 1 milyon avrodur. Bizim qurum 20 ildir fəaliyyət göstərir və illik yığdığımız qonorarın həcmi 50-60 min manat arasında dəyişir. Getdikcə də qonorarın məbləği azalır. Ancaq bizdə resurslar çox böyükdür və telekanalların hamısı qaydalara əməl edərsə, əlbəttə, müəlliflər normal miqdarda qonorar ala bilərlər” - deyə H.Mehdiyev bildirdi.    

“Dünyasını dəyişən film müəlliflərinin hüquqi varisləri necə, qonorar ala bilirlərmi?” - deyə H.Mehdiyevdən  soruşduq. O bildirdi ki, həyatda olmayan film müəlliflərinin hüquqi varislərinə filmlərin nümayişinə görə qonorar ödənilir: “Bəli. İlk növbədə deyim ki, qonorarın ödənilməsi kart sistemi ilə həyata keçirilir. Qonorar karta oturandan sonra biz rəhmətə getmiş film müəlliflərinin hüquqi varislərinə, həyat yoldaşına, övladlarına məlumat veririk, onlar da qonorarı alırlar. Bizdə bu proses çox şəffaf şəkildə həyata keçirilir. Göstərilən filmlərin də hamısının siyahısını saytımızda yerləşdiririk. Film müəllifləri, yaxud müəlliflərin hüquqi varisləri görürlər ki, onların filmləri göstərilib, yoxsa göstərilməyib. Əgər qonorar ödənilməyibsə və filmin nümayişi qanunsuz həyata keçirilibsə, onu da saytda göstəririk. Yəni filmlərin istifadəsinə nəzarət və qonorarın ödənilməsi tam şəffaf şəkildədir”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr yendirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ