Cümə günü, 19 iyun 2026
     

Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri

Image


Zəngin inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayan Azərbaycan kinosunun bu il 120 yaşı tamam olur. Bu sənətin tarixi bir o qədər qədim olmasa da, keçdiyi yol keşməkeşlidir. Məlumdur ki, kino ilk dəfə Avropada yaradılıb. Teatr tamaşalarından fərqli olaraq, kino daha çox uzunömürlülük qazanıb.

İnkişaf mərhələsi keçən əsrin ortalarına təsadüf edən Azərbaycan kinosu qısa müddətdə uğur qazanıb ki,  bunun da səbəblərindən biri xalqımızın mədəniyyət və incəsənətə daim böyük dəyər verməsidir. 

Dünya kinosunun tarixi ilə üst-üstə düşən Azərbaycan kinosu ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formada olub. XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı Azərbaycanda kinonun yaranmasına kömək edən amillərdən idi. 1898-1935-ci illərdə həm sənədli, həm də bədii filmlər yaradıldı. 1898-ci ildən başlayaraq Azərbaycanda “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsi sübhçağı”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa filmlər çəkilib. 1900-cü ildə Parisdə keçirilən ümumdünya kino sərgisində “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” xronikaları nümayiş etdirilib.

1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan “Arşın mal alan” filmi kinomuzda yeni keyfiyyət dəyişikliyindən xəbər verir. Bu günə qədər Azərbaycan milli kinosunun ən uğurlu və parlaq nümunələri sırasında dayanan “Arşın mal alan” indiyədək 136 ölkədə nümayiş etdirilib və 86 dilə tərcümə olunaraq kinomuza dünya şöhrəti gətirir. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verir, bu gün də sevilə-sevilə baxılan “O olmasın, bu olsun” bədii filmi ekranlaşdırılır.

Azərbaycan filmlərinin ana xətti

Azərbaycan filmlərinin mühüm cəhətlərindən biri onların tərbiyəvi əhəmiyyət daşımasıdır. Hər bir filmin ana xətti vətənə, torpağa məhəbbət, dosta, yoldaşa sədaqət, xeyirxahlıq, xeyrin şərə qələbəsi üzərində qurulub.

Azərbaycan kinematoqraflarının yaratdıqları dəyərli kino əsərlərinin milli-mənəvi dəyərlərimizin təbliğində və yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində əhəmiyyəti çox böyükdür. Demək olar ki, çəkilən bütün filmlərdə ən böyük dəyər insan idi. Yəni insanlar arasında münasibət, ünsiyyət, təmas bütün filmlərin əsas süjet xəttini təşkil edirdi.

Azərbaycan kinosu bu gün millətinin səsini, reallığını, yaşantılarını göstərir və göstərməlidir. Hər bir millətin öz kinosu var və o mütləq olaraq özünün özəl keyfiyyətlərini göstərə bilir. Bizim kinomuz da bizi, dərdlərimizi, həyati gerçəklərimizi təsvir edir. O gerçəkləri kino dilində bugünkü müasir tələblərə uyğun təqdim etməliyik. Bədii zövq, bədii səviyyə - ssenari, ideya, ideologiya tam olaraq bir-birini tamamlamalıdır. Qeyd edək ki, kino ideoloji olmasa, baxımlı da olmaz. Bu gün dünya kinosuna nəzər yetirsək görərik ki,  artıq vizuallıq, texniki meyarlar yerini ideologiyaya, insan amilinin əsas götürüldüyü filmlərə verib. Bu da o deməkdir ki, bütün hallarda, kino səmimi və real məqamlara söykənəndə maraqlı və baxımlı olur.

Azərbaycan kinosunun ağır günləri…

Azərbaycan kinosunun ən çətin dövru 1990-cı illərin əvvələrində yaşanıb. Belə ki, həmin illər milli kino aləmi üçün ən ağır illər sayılır. Bəllidir ki, o dövr ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər. Bunun nəticəsində insanlarımız öz torpaqlarında məcburi köçkün həyatı yaşayırdılar.

Onu da qeyd edək ki, mərhum prezident Heydər Əliyevə qədər bütün kino infrastrukturu dağıdılmışdı və büdcə boş idi. Belə bir vəziyyətdə H.Əliyev kino işçilərini bir araya toplayaraq bildirdi ki, vəziyyət ağırdır, amma Azərbaycan kinosu yaşamalıdır. H.Əliyev Azərbaycan kinosunu yaşatdı da. Kino üçün vəsait ayrıldı. İncəsənət adamları üçün prezident təqaüdləri təsis edildi. Fəxri adlar və mənzillər verildi.

Azərbaycan kinosunun bu günü

Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” imzalanıb. Bu proqrama əsasən, Azərbaycan kinosunun inkişafı istiqamətində müəyyən işlər görülməkdə davam edir. Görülən işlər arasında yeni nəslin Azərbaycan kinosuna gətirildiyini, eyni zamanda, son beş ildə 70-ə yaxın gəncin “Azərbaycanfilm” kinostudiyasında sınaqdan çıxarıldığını qeyd etmək olar.  Onların içindən rejissorlar, operatorlar, işıqçılar, rəssamlar, səs rejissorları yetişdi. Sevindirici haldır ki, bu gün Azərbaycan kinosu əllidən çox ölkədə nümayiş olunur.

Danılmaz faktdır ki, Prezident İlham Əliyev də Azərbaycan kinosuna çox diqqətlə yanaşır. Hazırda isə artıq bədii, sənədli filmlərin çəkilişinə müəyyən məbləğdə vəsaitlər ayrılır. Bu gün Azərbaycan telekanallarında yeni çəkilmiş sənədli, bədii filmlər və seriallar yayımlanır. Tək telekanallarda deyil, eyni zamanda kinoteatrlarda da yeni çəkilmiş filmlər nümayiş olunur.

Yeni çəkilən filmlərə maraq

Hazırda paytaxtımızda fəaliyyət göstərən bir neçə kinoteatrda ən yeni filmlər nümayiş olunur və olunmaqdadır. Bu ekran əsərləri son vaxtlaradək rus və ya ingilis dilində yayımlanırdı. Ancaq artıq ölkədəki kinoteatrlarda filmlər Azərbaycan dilində (o cümlədən subtitrlə) nümayiş etdirilir. Danılmaz faktdır ki, bu gün Azərbaycan kinoteatrlarında yerli və türk  kinolarına maraq daha çoxdur.

Qeyd edim ki, kinoteatrlarda filmə baxmağı sevdiyim üçün tez-tez kinoteatrlarda oluram. Yeni çəkilən kinoların arasında bəyəndiyim də var. Kommersiya filmlərinin keyfiyyəti aşağı olsa da, tamaşaçını kinoteatrlara aparmağı bacarır. Kinoşünasların bildirdiyinə görə, kommersiya filmlərinin keyfiyyəti aşağı olsa da, tamaşaçılar əsasən komik məzmunlu filmlərə baxmağa üstünlük verirlər. Hazırda kinoteatrlarda müxtəlif məzmunlu, əyləncəli, gülüş səhnələri bol olan filmlər yayımlanır. Komik filmlərlə yanaşı, kinoteatrlarda dram, sənədli film, cizgi filmi belə nümayiş olunur. Qeyd edək ki, hər bir filmin öz tamaşaçı audutoriyası var.

Tək yerli kinoteatrlarda deyil, eyni zamanda, xarici kinoteatrlarda da Qurban Səidin eyniadlı romanı əsasında çəkilən “Əli və Nino” filminə böyük maraq oldu. Hansı ölkədə bu film nümayiş olunurdusa, tamaşaçılar böyük həvəslə filmə baxırdılar. Məlumat üçün bildirim ki, təkvə bir ay ərzində Azərbaycanda 280 min tamaşaçı bu filmi seyr edib. Analoji vəziyyət xarici ölkələrdə də yaşanıb.

Kinoşünaslar Azərbaycan kinosunun gələcəyinin parlaq olacağını düşünürlər. Onların fikrincə, Azərbaycan kinosunun gələcəyinə işıqlıdır.

Kino tədqiqatçısı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Azərbaycan kinosunu dənizə bənzədir. Onun fikrincə, vaxtilə Qız qalası dənizin içində olub: “Sonra geri çəkilib. İndi isə Xəzər yenə qalxmağa başlayır. Kino da belədir. Renesans vaxtı və durğunluq dövrü olur. Təsəvvür edin, torpaqlarımız işğal altında olmasaydı, hərbi xərclər üçün bu qədər vəsait ayırmasaydıq, indi kinomuz hansı səviyyədə ola bilərdi. Kino üçün böyük vəsait lazımdır”.

Müasir Azərbaycan kinosunun problemləri…

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun sözlərinə görə, müasir kinonun problemləri istehsalın bütün mərhələlərində prosesi tənzimləyəcək bir sistemlə bağlıdır ki, bu da təkcə Azərbaycanla əlaqədar deyil. SSRİ-nin süqutundan sonra bütün postsovet ölkələri kinematoqrafda işçi mexanizminin olmaması problemi ilə qarşılaşdılar. Hazırda bütün istehsalat məsələləri yeni yolla tənzimlənir və ölkəyə çəkiliş üçün ən yaxşı avadanlıqlar gətirilir. Bu isə texniki cəhətdən dünya standartlarına yaxınlaşmağa kömək edir”.

120 yaşlı Azərbaycan kinosu

Məlum olduğu kimi, Prezident İlham Əliyev yanvarın 31-də Azərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2018-ci ilin avqust ayında Azərbaycan kinosunun 120-ci ildönümü tamam olur. Neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçib və ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqe qazanıb.

Bu il 120-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

Kinoşünaslar hesab edirlər ki, Azərbaycan kinosunun 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi yalnız müasir kinoya dəstək deyil, bu həm də kino tariximizə, böyük kino irsimizə böyük  hörmətin ifadəsidir. Azərbaycan kinosunun 120 illiyi ilə bağlı Prezident sərəncamı çağdaş kinomuzun inkişafına böyük dəstəyin təzahürüdür

Bəli, Azərbaycan kinosunun 120 yaşı var. Nəzərə alsaq ki, dünya kinosunun yaşı 125-dir, deməli, fəxr etməli bir tarixdir. Nə qədər qəribə olsa da, Lümer qardaşları ilk dəfə şəkilləri hərəkətə gətirəndən (1895-ci il) cəmi üç il sonra Bakıda bir neçə süjet çəkildi.

Milli Azərbaycan kinosu mövcud olduğu illər ərzində dəfələrlə siyasi, iqtisadi və maliyyə yönümlü kataklizmlərlə qarşılaşıb, yaradıcılıq və ideya diqtəsinə məriz qalıb. Amma hər zaman öz mövcudluğunu qoruyub və nəticədə milli mədəniyyətin, habelə milli mental dəyərlərin tərkib hissəsinə çevrilə bilib.

Günel CƏLİLOVA

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...

18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

18.06.2026 / 15:19
Abşeronda elektrik naqillərini oğurlayan dəstə ifşa edildi

18.06.2026 / 15:00
Ermənistanın Avropa planı Rusiyanın Türkiyə ilə dəmiryolu bağlantısını gündəmdən silir...

18.06.2026 / 14:40
Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

18.06.2026 / 14:37
İki qadının "eqo savaşı" Avropa İttifaqını yaman günə qoyacaq...

18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...

18.06.2026 / 14:13
Tramp İranla saziş imzalanma planını gözlənilmədən dəyişdi...

18.06.2026 / 14:03
47 illik düşmənçilik, 119 günlük müharibədən sonra ilk ABŞ-İran sazişi... – TAM MƏTN...

18.06.2026 / 13:51
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

18.06.2026 / 13:44
"Ermənistan rəhbərliyi soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır" - Əziz Ələkbərli

18.06.2026 / 13:36
Rusiya bazarlarından qaçan Ermənistanın Avropada da işi gətirməyə bilər...

18.06.2026 / 13:33
Paşinyan seçki sonrası "üçbaşlı mafiyanın" məhvində qərarlıdır - "bunu məndən xalq istəyir"...

18.06.2026 / 13:28
Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ilk təlimi

18.06.2026 / 12:56
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO

18.06.2026 / 12:55
Bir memar tanıyıram...

18.06.2026 / 12:49
Aspendosda nadir tarixi olay - Roma “çay tanrısı” kəşf edilib

18.06.2026 / 12:27
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edildi

18.06.2026 / 12:15
İsrail mediası Trampa qarşı üsyan etdi – bizə xəyanət etdi, Netanyahu geri çəkilməməlidir...

18.06.2026 / 11:57
Təqaüdçü bölgə həkimləri yenidən işə qaytarılır... Komitədən böyük təşəbbüs...

18.06.2026 / 11:35
Tramp dünyanı yenə heyrətləndirdi...

18.06.2026 / 11:20
Axtarışda olan 148 nəfər saxlandı

18.06.2026 / 11:01
Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

18.06.2026 / 10:49
Bakıda Neft Emalı Zavodunda yanğın...

18.06.2026 / 10:42
Bu il doğulan körpə sayı azalıb

18.06.2026 / 10:36
"Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik" - Prezident

18.06.2026 / 10:34
Prezident İlham Əliyev: "Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq"

18.06.2026 / 10:12
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik" - Prezident

18.06.2026 / 10:03
Prezident İlham Əliyev: "İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır"

18.06.2026 / 09:51
"Biz infrastruktura çox böyük sərmayələr yatırırıq" - Prezident İlham Əliyev

18.06.2026 / 09:45
Prezident: "Azərbaycan bu gün qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir"

18.06.2026 / 09:41
"Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib" - Prezident İlham Əliyev

18.06.2026 / 09:37
Prezident: "Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir"

18.06.2026 / 09:32
"Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib" - Prezident

18.06.2026 / 09:25
Prezident İlham Əliyev: "Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır"

18.06.2026 / 09:20
"Azərbaycanın sabit, uğurlu inkişafı var" - Prezident

18.06.2026 / 09:04
Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İİB Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

18.06.2026 / 05:58
Deputatın qatili Putinin dostu çıxdı

18.06.2026 / 05:25
İran-ABŞ Anlaşma Memorandumu Vaşinqtonun məğlubiyyət sənədidir - Qalibaf

17.06.2026 / 22:55
Dron zərbələri Putini qeyri-adi qərara məcbur etdi - 95 standartı ilə 92 benzin...

17.06.2026 / 22:39
Bakı və Abşeron bələdiyyələri reklam gəlirlərini gizlədir - iddia...

17.06.2026 / 22:11
Tramp İran məsələsində “günah keçisi”ni tapdı - Vens “gedəcək”…

17.06.2026 / 21:48
Tramp İran müharibəsindən sonra “yeni Ukrayna siyasətinə başlayır” - kimin yanında?...

17.06.2026 / 21:35
G7-də "Beyrut gərginliyi" - Tramp Netanyahuya Livanla bağlı xəbərdarlıq etdi

17.06.2026 / 20:38
Putin Zelenskinin Fransada G-7 zirvəsində görüş təklifindən imtina etdi...

17.06.2026 / 20:15
Qəbul imtahanının nəticəsi açıqlandı...

17.06.2026 / 20:14
Professor Asif Rüstəmlinin yeni kitabı çap olunub

17.06.2026 / 19:50
MSK icazə verdi - Köçəryana cinayət işi açılır...

17.06.2026 / 19:35
Britaniya Baş nazirinin iki əmlakı və avtomobili yandırıldı - arxasından Rusiya kəşfiyyatı çıxdı...

17.06.2026 / 19:09
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda meyvə bağları ilə tanış olublar - FOTO

17.06.2026 / 19:02
Mingəçevir Dövlət Universitetində nəticəyönümlü akademik fəaliyyətin qiymətləndirilməsi üzrə rəqəmsal idarəetmə modeli istifadəyə verilib

17.06.2026 / 18:46
“Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarıldı - FOTO

17.06.2026 / 18:29
"907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır" - XİN rəhbəri

17.06.2026 / 18:16
Lukaşenko artıq Avropanın onu diktator hesab etmədiyini deyir – o dövr çoxdan geridə qalıb...

17.06.2026 / 17:45
Bakıda xarici narkotacirlərlə işləyən şəxs yaxalandı - 51 kq marixuana, 2000 ədəd həb...

17.06.2026 / 17:31
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026 / 17:25
Deputat Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

17.06.2026 / 17:18
Paşinyan bir müxalifət liderindən başqa digərlərini məhv etmək istəyir - Sarkisyan niyə "gözüqara" olub...

17.06.2026 / 17:03
"Azərbaycanın kritik mineral ehtiyatlarının 80 faizdən çoxu işğaldan azad edilmiş ərazilərdədir" - Nazir

17.06.2026 / 17:01
Əraqçi Lavrovu İran-ABŞ memorandumunun təfərrüatları barədə məlumatlandırdı

17.06.2026 / 16:46
“Köhnə çamadanlar” Adana tamaşaçısı ilə görüşdü

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ