Cümə günü, 09 oktyabr 2026
     

Müasir mahnı mətnlərimizdə vulqar söz və birləşmələr baş alıb gedir

Image


Baba Vəziroğlu: “Sənətə, mahnı mətnlərinə sirayət edən vulqarlaşma…”
Qiymət Məhərrəmli: “Mahnı mətnlərinin vulqarlaşdırılması mahnı janrına xəyanətdir”

 

Mahnı janrı olduqca zərif, həssas bir sahədir. O da məlumdur ki, hər şair mahnı mətni yaza bilmir. Belə demək mümkünsə, mahnı mətni yazmaq xüsusi istedad tələb edir. Biz bunu illər əvvəl yaranan gözəl, səviyyəli mahnı mətnlərinin timsalında aydın şəkildə görə bilirik.

Son illər yaranan mahnı mətnlərinin böyük əksəriyyətinin bu janrın tələblərinə cavab vermədiyini açıq şəkildə görürük. Mətnlərin həddən artıq zəifliyi göz önündədir. Mənasız, boş söz yığınağından ibarət olan bu mətnləri bəstəkarların diqqətini hansı yolla cəlb etməsi özü maraqlıdır. Bəzi bəstəkarlar nədənsə bu cür mətnlərə müraciət edərək onları mahnıya çevirirlər.

Bu gün mahnı mətnləri daha bir ağır bəlaya düçar edilib. Bir neçə ildir yaranan mahnılarda vulqar sözlərdən geniş istifadə edilməsi ziyanlı bir ənənə halı alıb. Müasir mahnı mətni yazanların bir çoxu mətnlərdə vulqar sözlərdən istifadə edir. Sanki bu, məqsədli şəkildə həyata keçirilir. Bəzi müğənnilər də bu mahnıları öz tərbiyələrinə, həyat tərzlərinə uyğun şəkildə ifa edirlər.

Mahnı mətnlərində vulqar sözlərdən geniş istifadə olunması həqiqətən də yaxşı hal deyil. Düzdür, sənət növlərində canlı danışıq dili, məişətə xas olan bəzi elementlərin olması qəbulediləndir, lakin onun başdan-başa vulqar sözlərdən ibarət olması yolverilməzdir.

Mahnı mətnlərində vulqar sözlərin ayaq açıb yeriməsini böyük mənəvi fəlakət adlandıran Əməkdar incəsənət xadimi, şair-publisist Baba Vəziroğlu təəssüflə bildirdi ki, bu gün vulqar sözlər yalnız mahnı mətnlərində deyil, mədəniyyətin bütün sahələrində mövcuddur. B.Vəziroğlunun sözlərinə görə, cəmiyyətdə vulqar sözlər, vulqar hərəkətlər nə qədər mövcuddursa, bu özünü mahnı mətnlərində də, incəsənətin digər sahələrində də göstərəcək: “Bu vulqarlıq cəmiyyətimizin, fəaliyyətimizin, mədəniyyətimizin hansı sahələrinə sirayət etməyib ki, mahnı janrı da, mahnı mətnləri də istisna olsun. Hər yanda vulqarlıq var. İstər ədəbiyyatımız, istər təsviri incəsənətimiz, istər filmlərimiz, istər cəmiyyətimiz, istərsə də məhəbbətimizdə, bir sözlə, hər yanda vulqarlıq var. Bu bizdən asılı olmayan bir məsələdir. Çünki belə bir dövr gəldi və hər şeydə vulqarlaşma başladı. Buna görə heç kəsi ittiham etmək olmaz. Ona görə ki, vulqarlaşma bir seldir, fəlakətdir, virusdur, onun da qarşısını almaq çox çətindir. Sənətə, mahnı mətnlərinə sirayət edən vulqarlaşma Allahın bir bəlasıdır. Vulqarlaşma infeksion xəstəliklər kimi cəmiyyətin hər yanına yayılır, xərçəng kimi şaxələnir. Mahnı mətnlərində də vulqarlaşma bu bəlanın təsiri ilə formalaşır”.

Bütövlükdə, sənətdə vulqarlaşmanın əleyhinə olduğunu deyən B.Vəziroğlu hesab edir ki, cəmiyyətin bu bəlası ilə hər kəs mübarizə aparmalıdır.

Filologiya üzrə fəlsəfə doktoru, şairə Qiymət Məhərrəmli isə bildirdi ki, bayağı mahnı mətnləri ilə mübarizə aparıldığı bir dövrdə vulqarlaşan mahnı mətnlərinin meydana gəlməsi mahnı janrına böyük zərbədir. Vulqarlaşmanın söz sənətinə sirayət etməsinin anormal hal olduğunu qeyd edən şairə qeyd etdi ki, bəstəkarlar da o cür mətnləri mahnıya çevirməməlidirlər. Azərbaycanda mahnı mətninin ənənələri olduğunu vurğulayan Q.Məhərrəmlinin sözlərinə görə, müasir mahnı mətni yazanlar ənənədən üz döndərməməlidirlər: “Mən özüm də mahnı mətnləri yazıram, bəzilərini bəstəkarlar bəstələyib, müğənnilər oxuyurlar. Ümumiyyətlə, mahnı mətni çox həssas bir sahədir və hər kəs burada qələm işlədə bilməz. Bilirsiniz ki, uzun illərdir müəyyən adamlar qondarma, məzmunsuz mahnı mətnləri düzəldib onu ifa etdirirlər. Bayağılıq, bozluq adamı bezdirir. Son zamanlar da müasir mətnlərinin vulqarlaşdırılması prosesi başlayıb. Mən anlaya bilmirəm ki, niyə bəziləri bu yolu tutublar? Sənətə xidmət etməyən əsər onsuz da “ölümə” məhkum olur. Bu gün o vulqar sözlər oxunur, bu, kimlər üçünsə maraqlı ola bilər. Ancaq bu yanlış tendensiya məhv olub gedəcək. Vulqarizm şeir mətnini heçə endirir. Məncə, belə mahnılarla mübarizənin ən yaxşı yolu onların efirdə səslənməsinə qadağa qoymaqdır. Ancaq buna nəinki qadağa qoyurlar, hətta gecə-gündüz reklam edirlər. Mahnı mətnlərinin vulqarlaşdırılması mahnı janrına xəyanətdir”.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ