Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri…

Image


Kino bəzən həyatın özünə bənzəyir. Hərdən elə maraqlı hadisələrlə rastlaşırıq ki, “elə bil kinodur” deyib onu kinoya oxşadırıq. Kino onilliklərdir insanları öz cazibəsində saxlamaqda davam edir. 

120 illik tarixi olan Azərbaycan kinosu da dünya kinosunun bir parçası olaraq öz cəlbediciliyini və təsir gücünü qoruyub saxlamağı bacarır. Bəzən xoş güzaran, bəzən isə ağır, məşəqqətli tale yaşayan Azərbaycan kinosu 1 əsrdən artıqdır öz mövqeyini dəyişməyib. Dəyişə də bilməzdi. Mayasında azərbaycançılıq qayəsini yaşadan Azərbaycan kinosu yarandığı gündən nə qədər sağa-sola çəksələr də, səmtini dəyişmək istəsələr də, yenə də milli düşüncəyə, vahid dövlətçilik ideologiyasına xidmət edib. Sözsüz ki, hər bir sənət növünün yaradılmasında məqsəd birmənalı olaraq maarifçiliklə bağlıdır. Sənət milli düşüncəyə, dövlət və dövlətçiliyə, cəmiyyətin inkişafına xidmət etməlidir. Böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb.

Belə demək mümkünsə, Müsəlman Şərqində kinonun ilk yarandığı ölkə Azərbaycandır. Belə ki, Azərbaycanın kino tarixi 1898-ci il avqustun 2-dən başlayır. Ölkəmizdə ilk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilib: “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və bir bədii kinosüjet - “İlişdin”. Qeyd edək ki, Azərbaycanda ilk kino çəkildikdən iki il sonra, yəni 1900-cü ildə İranda kino sənətinin əsası qoyulub, Türkiyə kinosunun tarixi isə 1914-cü ildən başlayır.

Bu baxımdan yanaşdıqda, bəli, Azərbaycan Şərq kino tarixində ilkə imza atan ölkədir. Qeyd edək ki, Azərbaycan kinosunun yaranma tarixi uzun müddət 1915-ci ildən götürülüb. Milli kino tariximizi yazan mütəxəssislər hesab edirdilər ki, M.Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında rejissor Boris Svetlovun ekranlaşdırdığı eyniadlı film Azərbaycanda ilk film olub. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonar, bir sıra sahələrdə olduğu kimi, kino sahəsinin tədqiqi sahəsində də yeni üfüqlər açıldı və araşdırmalar zamanı məlum oldu ki, Azərbaycanda kino çəkilişlərinin tarixi XIX əsrin sonu ilə bağlıdır. 

Bildirək ki, 1915-ci ildə Tiflisdə çəkilən “Neft və milyonlar səltənətində” filmində Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayırdı. Azərbaycan kinosu keçən əsrin 10-cu illərində kövrək addımlarla irəliləyirdi və artıq kinomuzda janr müxtəlifliyi yaranmağa başlayırdı. 1916-cı ildə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilir. Bundan 3 il sonra, 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. Təbii ki, Cumhuriyyətimiz xain əllərlə beşiyində boğulmasaydı, Azərbaycan kinosu tamamilə başqa bir istiqamətdə inkişaf edə bilərdi.

Azərbaycan kino tarixinin böyük bir dövrü Sovet illərinə təsadüf edir. Sovet dövründə kino sahəsində bir sıra işlər görülsə də, burada müəyyən itkilərimiz də olub. Sözsüz ki, o dövrün kinosu bolşevizm ideologiyasına xidmət etməli, sosrealizmin tələblərini təbliğ etməyə çalışmalı idi. O illər kino sənət libaslı ideoloji maşına bənzəyirdi. Demək olar ki, kinomuz ancaq bolşevizm ideologiyasını yaymaq, təbliğ etmək, onu zəhmətkeş kütlələrə çatdırmaq məqsədi güdürdü. Təbii, kino xadimləri milli kinonun izlərini, rüşeymlərini yaşatmaq, məhv olmaqdan qorumaq üçün bolşevizm təbliğatına dəstək verirdilər. Dövrün tufanları, zamanın təlatümləri kinomuzdan milli hissləri silməli deyildi. Bunu Azərbaycan kinematoqrafları öz düşüncələrində yaşadırdılar. Bir sıra ideoloji filmlər var ki, orada da kinematoqraflarımız Azərbaycan mədəniyyətinin, adət-ənənəsinin, folklorunun, yaşamının, tarixinin zərrələrini əks etdiriblər.  

Qeyd edək ki, 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorlarının milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və s. kinoteatrlar da var idi.

1924-cü ildə AFKİ ikiseriyalı "Qız Qalası əfsanəsi" (rejissor V.V.Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməyiblər. Mütəxəssislər bildirirlər ki, Şərq ritmləri, rəngləri o qədər zəngin və cəlbedicidir ki, ondan yayınmaq mümkün deyil.

Azərbaycan kino sənətində milli kadrların hazırlığına keçən əsrin 20-ci illərinin ortalarından başlanıb. Məlumatlara görə, Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925-ci ildə Şamil Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edilib. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxuyublar. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R.Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunublar, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb ediliblər. AFKİ sonralar, 1926-1930-cu illərdə “Azdövlətkino”, 1930-1933-cü illərdə “Azərkino”, 1933-cü ildə “Azfilm”, 1934-cü ildə “Azdövlətsənayesi”, 1935-1940-cı illərdə “Azərfilm”, 1941-1959-cu illərdə “Bakı Kinostudiyası”, 1961-ci ildən isə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası adlanır.

Azərbaycan kinosunun XX əsrin 20-ci, 30-cu, 40-cı illəri dövründə filmlər daha çox müasir həyatdan götürülən mövzular əsasında çəkilir, tarixi-inqilabi ruh önə çəkilirdi. Bu illərdə çəkilən “Lətif”, “İsmət”, “Almaz” və “Yeni horizont”, “Bakılılar”, “Kəndlilər” filmləri dövrün mənzərəsini açıq şəkildə ifadə edir. Bu filmlər ideoloji dəst-xətti əks etdirsə də, burada milli aktyorlarımızın bənzərsiz ifası, rejissorlarımızın potensialı, gücü, istedadı gözdən qaçmır. Bu gün o filmlərə sırf sənət gözü ilə baxdıqda orada işlədilən yaradıcılıq texnikasına heyrət etməyə bilmirsən. Bəli, o rejissorlar o filmləri çəkməsəydilər, yəqin ki, adlarını kino tariximizə yaza bilməzdilər. Bu mənada kı, onlar “millətçi”, “pantürkist” kimi sürgünlərə göndərilə bilərdilər. Azərbaycan kinosunun yaşaması üçün mücadilələr verən bu insanların ruhu hər zaman rəhmətlə anılır.

Azərbaycan kinosunun inkişaf mərhələlərini təhlil etdikcə, qarşımıza olduqca maraqlı faktlar çıxır. Bilirik ki, müasir Azərbaycan kinosunun inkişafında dövlətin böyük rolu var. Son illər kino ilə bağlı böyük işlər görülüb, yeni filmlər çəkilib. Ölkə başçısı İlham Əliyevin son illər verdiyi sərəncamlar kinonun bütün sahələrinin problemlərinin aradan qaldırılmasına səbəb olub.

Bəlli olduğu kimi, 2008-ci il avqustun 4-də cənab Prezidentin sərəncamı ilə təsdiq olunan "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, proqramın qəbulundan sonra kino sənətimizdə əsaslı yeniliklər müşahidə olunmağa başlandı. Kinoda yeni inkişaf tendensiyası yarandı. Bu həm filmlərin çəkilişində, həm nümayişində, həm də texniki təchizatın gücləndirilməsində özünü büruzə verir. Onu da bildirək ki, son bir neçə ildə Azərbaycanda dövlət sifarişi ilə saysız sənədli və bədii film çəkilib. Son on ildə çəkilən filmlərdən "Mən evə qayıdıram", "Dolu", "Sübhün elçisi", "Qırmızı bağ", "Qisasını alıb öl", "Qorxma, mən səninləyəm-2" kimi ekran nümunələrini qeyd edə bilərik. Çəkilən filmlər müxtəlif mövzu və janrda istehsal olunur. 2006-2011-ci illərdə ekran əsərlərimiz 40-dək ölkədə, 100-dən artıq festivalda uğurla iştirak ediblər. Təkcə ötən il gənc kinematoqraflarımızın çəkdiyi qısametrajlı bədii filmlər 30-a yaxın beynəlxalq kinofestivalda göstərilib.

64-cü Beynəlxalq Kann Kinofestivalında ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil olunub. Londonda keçirilən "XV Rainbow" Beynəlxalq Film Festivalında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasında lentə alınmış "Çölçü" filmi "Ən yaxşı bədii film" nominasiyasında mükafatlandırılıb.

Kinoşünaslar bildirirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin də böyük uğurlar qazanmasına şərait yaradacaq, Azərbaycan kinosu layiq olduğu yüksək sənət zirvələrinə ucalacaq.

Ekspertlər bildirirlər ki, milli kinomuzun keçən illərdə çəkilən filmləri tamaşaçıların indi də sevdiyi filmlər sırasındadır. Yaşlı və orta nəslin nümayəndələri illər əvvəl çəkilən filmlərə indi də böyük maraq və nostalgiya hissilə baxırlar. Ancaq su bir yerdə dayana bilmədiyi kimi, kino mədəniyyətimiz də inkişafdan qala bilməz. Yeni kinonun tələblərilə köhnə kinonun şərtləri arasında böyük fərqlər var. Buna görə də onların bir-birindən seçilməsi təbiidir.

Mütəxəssislərin bildirdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı kino sənətinin sürətli inkişafına böyük təkan oldu. Kino ilə bağlı qəbul edilən dövlət proqramları kinomuzun qarşısında yeni üfüqlər açdı. Məlumdur ki, SSRİ dağıldıqdan sonra kinomuz çox acınacaqlı bir durum yaşamağa məhkum oldu. Sirr deyil ki, Azərbaycan kinosunu ən ağır bəladan xalqımızın böyük oğlu Heydər Əliyev xilas etdi. Sovet illərində milli ruhlu filmlərin yaranmasına açıq dəstək verən Heydər Əliyev sonrakı illərdə də kinonun hamisinə çevrildi.

Müstəqillik dövrünün Azərbaycan kinosuna dövlətin göstərdiyi diqqət haqqında çox danışılıb, çox yazılıb. Müstəqillik dövrü Azərbaycan kinosu haqqında danışarkən çağdaş kinomuza verilən dövlət dəstəyini mütləq qeyd etməliyik. Özünün yeni dövrünü yaşayan Azərbaycan kinosunun xeyli uğurları var və yeni filmlər çəkilib. Dövlətin kinoya göstərdiyi davamlı maddi yardım sayəsində Azərbaycanda kino sənayesi yenidən qurulur. Artıq kinonun bir sıra vacib xətləri inkişaf etməkdədir.

Müstəqil Azərbaycan inkişaf etdikcə, iqtisadi cəhətdən gücü artdıqca, bütün sahələrlə yanaşı, mədəniyyətə, onun vacib qollarından biri olan kinoya da diqqət, qayğı artırıldı. Azərbaycan kinosu son on-on beş ildə inkişaf relsinə düşdü. Ümidi tükdən asılı olan kino adamları bu qayğı sayəsində dirçəldi, yeni yaradıcılıq planlarını reallaşdırdılar. Çoxları güman edirdi ki, Azərbaycan kinosu taqətdən düşüb və o bir daha ayağa qalxa bilməyəcək. Lakin dövlətin göstərdiyi güclü dəstək nəticəsində kinonun büdrəyən dizi gücləndi və irəliyə addımlamağa başladı. Son on beş il ərzində Azərbaycan dövlətinin kinoya qoyduğu vəsaitin məbləği davamlı şəkildə artırılır.

Milli kinomuz Sovet dövrü ilə müqayisədə bu gün daha çox inkişafa nail olub. Çünki çəkilən filmlər artıq milli məfkurəyə söykənir, azərbaycançılığı, milli birliyi əks etdirir. Son illər milli ruhda çəkilən filmlər kino tariximizin aktivinə yazılıb.

120 ildir Azərbaycan kinosu nəfəs dərmədən yol gəlir. Bu illər ərzində kinomuzun qazancı çox olub. Ən böyük qazancı isə dövlət qayğısı və tamaşaçı məhəbbətidir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ