şənbə günü, 21 noyabr 2026
     

Qərbi Azərbaycan mətbəxini oğurlayan ermənilərlə əsaslı mücadilə başlayıb...

Image


Tarixi ərazimiz olan Qərbi Azərbaycanda mətbəx mədəniyyəti qədim dövrlərdən formalaşıb, inkişaf edib, yayılıb. Azərbaycan mətbəxinin qollarından birini təşkil edən Qərbi Azərbaycan mətbəxində saysız-hesabsız bişmişlər, şirniyyatlar, xörəklər, qəlyanaltılar və sairlər mövcuddur. Milli etnoqrafiyamızın ayrılmaz hissəsi olan mətbəx dünyası öz çeşidləri, rəngarəng təamları ilə zəngindir. 

35 ildir ki, Qərbi azərbaycanlılar öz yurd yuvalarına həsrət qalıblar, nənələrindən, analarından miras qalan yeməkləri, xörəkləri,  şirniyyatları bu gün də bişirirlər, bu gün də onları təbliğ edirlər. 

Qərbi Azərbaycanın mətbəx mədəniyyəti çox zəngin və fərqlidir. O da gizlin deyil ki, bədnam ermənilər Qərbi Azərbaycan mətbəxinə xas olan xörəkləri, şirniyyatları çoxdan oğurlayıb öz adlarına çıxıblar, hətta beynəlxalq səviyyədə belə oğurladıqları təkanların təbliğatını aparırlar. Əlbəttə, bu gün əsas məsələ ermənilərin bu təbliğatının qarşısını almaqdır ki, artıq buna start verilib. 

İllərdir ki, təmənnasız olaraq Qərbi Azərbaycan mətbəxini təbliğ edən, yayan tanınmış Qərbi azərbaycanlı araşdırmaçı, "İrəvan mətbəxi" blogunun yaradıcısı Vəsilə Əkbərova ilə Qərbi Azərbaycanln mətbəx mədəniyyəti barədə danışdıq.

  • "Xörəklərimizin, bişmişlərimizin, şirniyyatlarımızın, çaylarımızın bu şəkildə təqdimatı ermənilərin oğurluğunun ifasında mühüm rol oynayacaq"

V. Əkbərova "Bakı-Xəbər"ə bildirdi ki, İrəvanda xanlıq olduğu üçün burada zəngin  saray mətbəxi formalaşıb və bu xan ailəsinə məxsus olub. "Bu, bütövlükdə Qərbi Azərbaycan mətbəxinin yaranmasına, onun zəngin mədəniyyət tarixinin formalaşmasına təsir göstərib. Qərbi Azərbaycan mətbəxi dedikdə ilk öncə zəngin saray mətbəxi, onun tarixi, süfrə mədəniyyəti, etikası göz önünə gəlir. Ümumilikdə Azərbaycan Respublikasının bugünkü müasir mətbəxinin əsasını təşkil edən qədim mətbəxlərdən biri də Qərbi Azərbaycan mətbəxidir. Qərbi Azərbaycan, o cümlədən İrəvan mətbəxinə təsir göstərən ilkin amillərdən biri olan ocaqda, təndirdə yemək bişirmək günümüzə kimi gəlib çıxıb. Bugünkü gündə biz bu amilin itib-batmaması üçün çalışırıq. Qərbi Azərbaycan mətbəxinin əsasını təndirdə, sacda, ocaqda bişən yeməklər təşkil edir. Qərbi Azərbaycanın hər bölgəsinin özünəməxsus yeməkləri var.

Ümumilikdə isə Qərbi Azərbaycanın ən məşhur yeməklərindən biri qovurmadır. Keçmişdə soyuducu olmadığından təbii üsullarla yeməyi qışda saxlamaq üçün əti öz yağında qovururdular. Qovrulan əti ən az 6 ay saxlaya bilirdilər. Qovurma Qərbi Azərbaycan mətbəxinin vazkeçilməzidir. Çünki bütün yeməklər demək olar ki, onun əsasında hazırlanır.

Qərbi Azərbaycan mətbəxinin çoxçeşidli olması zəngin flora və faunaya sahib olmasından irəli gəlir. Bizim mətbəxdə ət yeməkləri ilə yanaşı, müxtəlif dənli bitkilərdən, dağ bitkilərindən istifadə olunub. İrəvan mətbəxinin digər mətbəxlərdən fərqli xüsusiyyəti budur ki, heyvan mənşəli məhsullarla birlikdə bu bitkilərdən də çox istifadə olunur. Bunun ən bariz nümunəsi Qərbi Azərbaycana xas olan İrəvan səbzisidir. Çünki tərxun bitkisi təbii halda yalnız Azərbaycanın iki bölgəsində yetişdirilir. Bu bölgələr də İrəvan və Naxçıvan şəhərləridir. Hazırda isə Naxçıvan və Gəncədə yetişdirilir"-deyə V. Əkbərova vurğuladı. 

C. Əkbərova vurğuladı ki, Qərbi Azərbaycanda çoxlu sayda mahal var və bu mahallarına da hər birinin özünəməxsus xörəkləri, bişmişləri, şirniyyat növləri, çay və digər içkiləri var. "Qərbi Azərbaycan mahallarının hər birinin ayrıca mətbəx ənənələri mövcud olub. Görürsən ki, bir mahalın xörəkləri o birisindən fərqlənir, birində bişən şirniyyat o birində bişirilmir. Sizə sadə bir misal çəkim, milli xörəyimiz olan dolmanı götürək. Onun bişirilməsi qaydası  hər qəsəbədə, hər kənddə, hər mahalda fərqli olur. Bu da həmin yerlərin iqlimindən, relyefindən, kənd təsərrüfatından asılıdır ki, onlara uyğun dəyişir. Qərbi Azərbaycanın yemək çeşidləri çox zəngindir.

 Bədnam ermənilər bizim xörəkləri də öz adlarına çıxırlar. Amma biz Qərbi Azərbaycan mətbəxini, onun zəngin xörəklərinin təbliğ edirik ki, dünya bu xörəkləri onlara məxsus olmadığını bilsin. Onların ziyanlı təbliğatının qarşısını almaq yolunda davam edirik. 

Sosial şəbəkələr çıxandan azı on beş ildən çoxdur ki, mən Qərbi Azərbaycan mətbəxini araşdırıram. Ondan əvvəl də araşdırmışam. Dediyim kimi, yemək çeşidləri saysız - hesabsızdır. Şirniyyat çeşidlərinin isə sayı 600-dən artıq olar. Qərbi Azərbaycan mətbəxinin təamlarının çeşidi bitməz-tükənməzdir. Sayı o qədər çoxdur ki, TV-lərdə gedən layihələrimizin heç birində təkrar yemək verməmişik. O qədər çeşid var ki, təkrara ehtiyac olmur...Hır bölgənin yeməyi onun təbiətinə xasdır. Məsələn, Ağrı dağı hündürdə yerləşir, Vedibasar mahalı da Ağrı dağı vadisində yerləşir. Onların tamam başqa cür yeməkləri var, bizim İrəvan xanlığının isə tamam başqa. İrəvan xanlığının mətbəxində qızartma, bozartma, təndir yeməkləri, kabab çeşidləri daha üstünlük təşkil edir. Göyçə mahalında isə başqa yeməklər var. Göyçə mahalı, Kəlbəcər, Zəngəzur mahalı iqliminə görə soyuq ərazidir, orada daha çox xəmir xörəkləri üstünlük təşkil edilir. Amma İrəvan xanlığında xəmir yeməklərinə üstünlük verilmir və ümumiyyətlə bişirilmir. Təbii, göy kətəsindən başqa. Pəmbək mahalında isə kolorili, quru, xəmirli, istilər (əvəlikli isti.) bişirilir. " İsti" şorbalara deyilir.

Bu gün Qərbi Azərbaycan mətbəxi bütün incəliklərinə qədər  yaşadılır. Evdə, toylarda, məclislərdə bu xörəklər təbliğ edilir. Həftənin elə günü yoxdur ki, bizim evimizdə Qərbi Azərbaycan xörəkləri bişməsin. Biz bu xörəkləri tez-tez bişiririk, bayramlarda, sərgilərdə, qonaqlıqlarda hazırlayırıq. Qərbi Azərbaycan xörəklərinin təbliğatı çox yüksək səviyyədə həyata keçirilir. Biz növbəti bir layihənin təqdimatına hazırlaşırıq. Milli Kulinariya Mərkəzi və Turizm Agentliyi ilə birlikdə bir layihəmiz olacaq, ora xarici ölkələrin səfirləri, xarici nümayəndəliklərin təmsilçiləri, ictimai şəxslər dəvət ediləcək. Xörəklərimizin, bişmişlərimizin, şirniyyatlarımızın, çaylarımızın bu şəkildə təqdimatı ermənilərin oğurluğunun ifasında mühüm rol oynayacaq. 

 Bunun üçün də biz sərgiyə hazırlaşırıq. Orada bizim qədim yemək çeşidləri göstəriləcək. Bizim Xıdır Nəbi, Xıdır Əlləz bayramımız, Çillə gecəmiz var.  Mərasim adətlərimiz, orada bişən bişmişlər yeməklər göstəriləcək".

V.Əkbərova bildirdi ki, Qərbi Azərbaycan xörəklərinin təbliğatının genişləndirilməsi çox vacib idi və artıq bu istiqamətdə proses başlayıb. V. Əkbərova arzu edir ki, Qərbi Azərbaycan xörəklərinin təqdimatı xarici ölkələrdə də olsun və bu, ermənilərə ən ağır zərbə olardı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ