Bazar günü günü, 04 oktyabr 2026
     

Böyük Nizami irsinin xaricdə tərcüməsi, tədqiqi və təbliği...

Image


Azərbaycan ədəbiyyatının dahi simalarından biri olan şair-mütəfəkkir Nizami Gəncəvi öz yaradıcılığı ilə təkcə milli ədəbiyyatımıza, Şərq ədəbiyyatına deyil, bütün bəşər ədəbiyyatına böyük töhfələr bəxş edib. Dünyanın elə bir xalqı tapılmaz ki, onun ədəbiyyatında, poeziyasında N.Gəncəvi irsinin təsiri olmasın. Bu baxımdan, N.Gəncəvi irsi bütün bəşəriyyətin dəyəridir.

Azərbaycan poeziyasının zirvəsi olan N.Gəncəvinin irsi Şərqlə paralel olaraq, Qərb aləmində də yaxından öyrənilib, tədqiq edilb, yayılıb. 

N.Gəncəvi irsinin yorulmaz tədqiqatçılarından biri, Nizamişünas olan professor Nüşabə Araslı bizimlə söhbətində bildirdi ki, Nizami Gəncəvi irsinin öyrənilməsinə Qərbdə Şərqdən əvvəl başlanıb.

Ölkə başçısının sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini yüksək qiymətləndirən N.Araslı hesab edir ki, bu il çərçivəsində Nizami irsinin təbliği istiqamətində daha böyük işlər ortaya qoyulacaq. 

Nizami haqqında danışarkən onun irsini tədqiq edən yerli və xarici tədqiqatçılar barədə də danışmaq yerinə düşərdi. Çünki Nizaminin irsinin təbliğində onların hər birinin ayrıca yeri, rolu olub.

  • Bütün zamanların və xalqların şairi - Nizami...

Nizamişünaslar haqlı olaraq deyirlər ki, Nizami irsi ümumbəşəri irsdir və onun yaradıcılığı heç bir milli, irqi, dini, coğrafi sərhəd tanımır, dünyanın hər yerində Nizami irsi öyrənilir, təbliğ edilir.

Tədqiqatçılar qeyd edirlər ki, N.Gəncəvinin əsərlərindəki coğrafi ünvanlara diqqət yetirsək görərik ki, dahi şairin yaradıcılığında bütün dünyanın coğrafiyası əks olunub. Nizami antik dövr Yunanıstandan danışır, Makedoniyalı İsgəndərdən bəhs edən “İsgəndərnamə” yazıb, yaxud əfsanəvi hökmdar Xosrovun vətəni İran (“Xosrov və Şirin”), yaxud da yeddi gözəlin təmsil etdikləri türk, yunan, slavyan, hind, Xorəzm, ərəb, Çin elləri (“Yeddi gözəl”) və sair qələmə alıb.

Tədqiqatçılar qeyd edirlər ki, Nizaminin əsərlərinin özəl cəhətlərindən biri onun qəhrəmanlarının müxtəlif dinlərə, millətlərə mənsub olmasıdır. Bu da Nizami dünyagörüşündə tolerantlığın, multikulturalizmin üstün yer tutmasına işarədir.

Nizamişünaslar qeyd edirlər ki, Nizami mövzularının genişliyi, məzmun dərinliyi onun bədii-estetik qadirliyi ilə üst-üstə düşürdü. Alman şairi Höte Nizami Gəncəvini “bütün zamanların və xalqların şairi” hesab edirdi. H.Heyne isə emosional bir hissiyyatla yazırdı: “Almaniyanın öz böyük şairləri var... Ancaq onlar Nizami ilə müqayisədə kimdirlər ki?”

Azərbaycan şairi Nizami Gəncəvinin dünya ədəbiyyatında Homerlə, Vergili ilə, Dante, Şekspir ilə, onun “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” kimi böyük məhəbbət dastanlarının isə dünya ədəbiyyatının “Dafnis və Xloya”, “İsmin və İsminiya”, “Hero və Leandr” kimi şedevrləri ilə bir sırada durduğu gizlin deyil.

  • Nizaminin tədqiqatçıları və təbliğatçıları...

Qeyd etdiyimiz kimi, dünyanın bir sıra ölkələrində Nizami irsinin öyrənilməsi, təbliğatı istiqamətində mühüm işlər görülür. Nizamişünaslardan danışarkən 

De Erbel, X.Purqştal, E.Braun, F.Erdman, F.Şarmura, A.Krımski, Y.Marr və başqaları kimi Qərb və Avropa şərqşünasları, tarixçilərini yada salmalıyıq. Bundan başqa, Azərbaycanda da Nizaminin tədqiqatçıları sırasında Həmid Araslı, Mirzağa Quluzadə, Əkbər Ağayev, Rüstəm Əliyev, Azadə Rüstəmovanın adlarını qeyd etməliyik.

Nizamişünaslar qeyd edirlər ki, Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Hindistan, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynayıb. Bildirilənə görə, Nizaminin yaradıcılığı Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir edib. Onun müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün Şərq ölkələrində böyük məşhurluğa malik olub ki, bunu da şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmasının dövrümüzə çatması sübut edir. Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcnun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları indi də bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır.

Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən "Nizami İli" elan edilib.

  • Nizami ingilis şərqşünaslığında...

Gəncə Dövlət Universitetinin Praktik xarici dillər kafedrasının baş müəllimi, AMEA-nın Gəncə şöbəsinin dissertantı Cahan Ağamirov öz tədqiqatlarında yazır ki, Nizami Gəncəvi irsinin  ingilis şərqşünaslığında xüsusi yeri var. “İngilislər Nizami irsinə 2dərindən maraq göstərməklə Şərq aləminə pəncərə açmışlar. “Kəlilə və Dimnə”, “Min bir gecə” kimi əfsanələrə maraq göstərən ingilislərin Firdovsi, Xəyyam, Sədi ilə yanaşı, Nizamini öyrənməsi təbii bir hal olaraq qəbul edilib.

XVII əsrdən başlayaraq Şərq ədəbiyyatı və onun böyük simalarına maraq daha da artır. Şərqşünas Krımskinin yazdığına görə, Nizaminin “Leyli və Məcnun” poeması Şeksprin “Romeo və Cülyetta“ əsərinə öz təsirini göstərir.

İngilis şərqşünası Blend, ilk olaraq, Nizami xəmsəsini tərcümə edib, onu öz xalqına təqdim edib. Tanınmış ingilis şərqşünasları S.Robinson, E.Broun, A.Arberi, C.Malkolm və başqaları Nizami irsinə xeyli əsər yazmışlar. İngilis dilində danışan nəhəng Amerika dövləti XIX əsrin sonundan başlayaraq şərqşünasların köməyilə Nizami yaradıcılığına bələd olmuş, ondan faydalanmağa çalışıb. Amerikanın bütün universitetlərində Nizami irsinə dair xeyli iş görülüb. 1975-ci ildə P.Çelkovski “Gözəgörünməz dünyanın güzgüsü Nizami” əsərini Nyu-Yorkda çap etdirib”.

  • Nizami Gəncəvi alman şərqşünaslığında...

C.Ağamirovun yazdığına görə, Azərbaycan-Alman mədəni əlaqələrinin inkişafında Nizami Gəncəvinin özəl rolu var. Dünya klassikinin öyrənilməsində alman şərqşünaslarının əməyi danılmazdır. Jozef Hammer, Vilhelm Baxer, Fridrix Pükert, Frans Erdman, Jan Ripka kimi şərqşünasların bu sahədəki xidmətləri əvəzsizdir. “XIX əsrin sonlarında alman ədibləri V.Hote, H.Heyne Nizami yaradıcılığına müraciət etmişlər. Onların fikrincə, Nizamini dünya ədəbiyyatından təcrid etsək, o zaman ədəbiyyat yetim qalar”...

  • Nizami Gəncəvi fransız şərqşünaslığında...

C.Ağamirovun qeydlərinə görə, Avropa dövlətləri arasında fransız şərqşünasları Nizami yaradıcılığına daha həssas yanaşmışlar. “Onlar Nizamini XVII əsrdən başlayaraq tədqiq etmişlər. 1897-ci ildə Parisdə nəşr edilən “Şərq kitabxanası” əsəri bu sahədə dönüş nöqtəsi olub. İ.Byurno, A.Russo, K.Qotje, Lui Araqon kimi ədiblər Nizami yaradıcılığına maraq göstərmişlər. Bu sahədə tanınmış şərqşünas Anri Massenin xidmətləri böyükdür.

Avropa şərqşünaslarının Nizami yaradıcılığına bu qədər diqqəti tezliklə bütün qitə dövlətlərinə yayılıb. Polşa, Macarıstan, Çexiya, İtaliya, İspaniya, Estoniya, Litva, Latviya, Rusiya, Ukrayna, Gürcüstan, Orta Asiya dövlətlərində Nizami irsi ilə məşğul olan şərqşünas alimlər ordusu yaranıb.

Rusiyada Bartold, Marr, Bertels kimi alimlər Nizaminin Azərbaycan şairi olduğunu vurğulamış və doğulduğu Gəncə şəhərini bütün dünyada tanıtdırmasından böyük fəxrlə danışmışlar”.

  • Nizami irsi dünya muzey və kitabxanalarında...

C.Ağamirovun yazdığına görə, Nizami əlyazmaları, demək olar ki, dünyanın ən mötəbər muzeylərində saxlanmaqdadır. “Tehran Milli Kitabxanası, Paris Kitabxanası, Vyana Milli Kitabxanası, Oxford Qodlian Kitabxanası, Kembric, Pəncab və Kabulda, Britaniya Muzeyində, Nyu-Yorkdakı “Metropoliten” muzeyi, Münhen, Dehli, Dublin, Kəlküttə, Qahirə, Kopenhagen və s. muzeylərdə Nizami əlyazmalarına rast gəlmək olar.

Sevindirici haldır ki, Nizaminin yaşayıb yaratdığı Gəncə şəhərinə 15 ölkədən şairin 870 illik yubileyi ilə əlaqədar olaraq 150 əlyazması gətirilib. Amerika alimi isə Tarix İnstitutuna 250 nüsxə əlyazma bağışlayıb. Demək, gələcək şərqşünaslar üçün səmərəli işləmək və Nizami yaradıcılığını açmaq üçün yeni imkanlar var. Nizami onsuz da elə bir bitməz-tükənməz xəzinədir ki, nə qədər deyilib-yazılsa da, sonu görünməyən bir laləzardır. Bu xəzinədən hamının istifadə etməsi gərəkdir.

Nəticə etibarilə belə qənaətə gəlmək olur ki, Nizami Gəncəvi təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın, bəşəriyyətin ən sevimli şairi olaraq şöhrət qazanıb. Onun yaratdığı obrazlar, ideyalar bəşəriyyətin hansı ölkəyə, hansı irqə və hansı millətə mənsub olmasından asılı olmayaraq, onun ruhuna, əqlinə və təfəkkürünə hakim olur. Nizami bəşəriyyət üçün nadir bir tapıntıdır. Bu qeydlər bir daha onu göstərir ki, Nizami yaradıcılığı həmişə aktual olmuş, bu gün də vacibdir və gələcəkdə də gərəklidir” - deyə tədqiqatçı qeyd edib.

Nizami Gəncəvi irsi bütün dünyanı qarış-qarış gəzir və bütün xalqların mədəniyyətində misilsiz rol oynayır. Dünya ölkələri Nizamini öyrənmək üçün böyük mədəniyyət mərkəzləri, Nizamişünaslıq qurumları yaradırlar. Azərbaycan xalqının böyük şairinə bütün bəşəriyyət öz doğması kimi münasibət göstərir, Nizami irsini öyrənir, çap edir və təbliğ edərək ondan bəhrələnirlər.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ