Cümə axşamı günü, 28 may 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan xalçaları - dünyada azərbaycançılıq simvolu kimi...
Tarix: 19.05.2016 / 02:05
Bölmə: Layihə
Xalçalar bizləri bu gündən alıb keçmişə aparır. Özü də elə yolla, elə izlə, cığırla aparır ki, orada ancaq gözəlliyə, paklığa, ülviliyə yer var. Azərbaycan xalçalarının min bir rəngdən doğulan ahəngi əsrlər uzunudur insanları valeh edir. Azərbaycanda xalçaçılıq sənətinin tarixi qədimdir və bu barədə geniş söhbət açacağıq. Fakt budur ki, Azərbaycan xalçaları daim azərbaycançılıq ideyasının, milli məfkurənin daşıyıcısı olub.
Xalqımızın mədəniyyətini, təsviri incəsənətini, ədəbiyyatını, həyat tərzini əks etdirən xalçalarımız dünyada Azərbaycanı olduqca yüksək səviyyədə təqdim edib. Azərbaycan xalçaları böyük bir azərbaycançılıq nümunəsidir desək yanılmarıq.
Mütəxəssislər bildirir ki, xalçalarımız yalnız tariximizi, mədəniyyətimizi, rənglər dünyamızı, həyat tərzimizi daşıyan, yaşadan məfhum deyil, o həm də böyük bir elmdir, riyazi hesablama vasitəsidir. Xalçalardakı ilmələrin elə riyazi dəqiqliklə vurulduğunu deyirlər.
Mütəxəssislər bildirir ki, Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır.
Məlum olduğu kimi, Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən birdir. Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. İlk dəfə Muzey İçərişəhərdə "Cümə məscidi"nin binasında yerləşirdi və onun ilk ekspozisiyası 1972-ci ildə açılıb. 1991-ci ildə Xalça Muzeyi Muzey Mərkəzinə köçürülüb. Hazırda isə Azərbaycan Xalça Muzeyi Dənizkənarı Milli Park ərazisində yeni inşa olunan binada yerləşir.
Bilirik ki, dövlət başçımız milli mədəniyyətə yüksək qayğı göstərir. Məlumdur ki, Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər bu sahədə müstəsna rol oynayır. Həmin tədbirlər nəticəsində 2010-cu ilin noyabrında UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında "Azərbaycan xalçası" sənəti bu mötəbər beynəlxalq qurumun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Bu diqqətin təzahürü olan Xalça Muzeyinin yeni binası Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il martın 6-da "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" imzaladığı Sərəncam əsasında tikilib. Sərəncamda deyilir: "Azərbaycanda muzey işinin yaxşılaşdırılmasının ölkəmizin mənəvi həyatının inkişafı baxımından əhəmiyyətini və perspektivlərini nəzərə alaraq, elmi və mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirmək üçün Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı hazırlansın".
Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti təşkilatlar dövlət başçısının göstərişinə əsasən, Azərbaycanda muzeylərin fəaliyyətinin müasir prinsiplər əsasında müvafiq olaraq yenidən qurulması və onların bütün ekspozisiyalarının azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılması yolunda işə başladı. 2014-cü il avqustun 26-da Prezident İlham Əliyevin iştirakı ilə Xalça Muzeyi açıldı və yeni binada fəaliyyətə başladı.
Azərbaycançılıq ideyasının, Azərbaycan məfkurəsinin əyani daşıyıcısı olan milli xalçalarımız tarixən dünyanın ən müxtəlif muzeylərində nümayiş olunub, şəxsi kolleksiyalarda saxlanıb. Məlum olduğu kimi, Azərbaycan xalçası tarixən dünya muzeylərinin yaraşığı olub. Sənətşünaslar qeyd edir ki, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalq sənətinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Tədqiqatçılar qeyd edir ki, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir. Alimlərin əldə etdiyi arxeoloji materiallara və yazılı mənbələrə əsasən, Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində) məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzəldilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül- çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın (e.ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palas və xalça qalıqları aşkar edilib. Tədqiqatçılar qeyd edir ki, Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Tədqiqatçılar yazır ki, Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter alıb. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən, əsasən feodallar üçün toxunan bu cür xalçalar "zərbaf" adlanırdı. Sənətşünasların bildirdiyinə görə, XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunmuş xalça haqqında məlumat verir. XVII əsr holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və digər qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verir.
Tədqiqatçılar məlumat verir ki, Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədləri") əsərində naməlum müəllif Muğanda toxunan palas və çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat verir, "Kitabi-Dədə-Qorqud" dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami, Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunur.
XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə xalçası", alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilib.
Tədqiqatçılar qeyd edir ki, XVIII əsrin II yarısında Azərbaycanın şimalı kiçik feodal - Şəki, Bakı, Quba, Qarabağ, İrəvan, Gəncə, Naxçıvan, Şirvan xanlıqlarına bölünməyə başladı. Xanlıqlar dövründə xalça istehsalı xeyli genişlənib, hər xanlığın özünün xalçaçılıq karxanası olub. Xanlıqlar dövründə xalçaçılıq sənətinin inkişafı gələcəkdə xalçaçılıq məktəblərinin adının yaranmasına zəmin yaratdı. Məlumatlara görə, 1872-ci ildə Moskvada "Moskva-Politexnik" sərgisində və 1882-ci ildə "Ümumrusiya sənaye və incəsənət sərgisi"ndə nümayiş etdirilən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası və başqa yerlərdən gətirilmiş xalçalar və xalça məmulatlarının ən yaxşı nümunələri qızıl, gümüş medallara layiq görüldü.
1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (İtaliya), 1913-cü ildə Londonda və Berlində təşkil edilmiş beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalça və xalça məmulatlarından ibarət idi.
Mütəxəssislər qeyd edir ki, Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olur. Sənətşünaslar vurğulayır ki, xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii-texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilib, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palas, cecim, ladı, kilim, şəddə, vərni, zili, sumax.
Sənətşünaslar vurğulayır ki, Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür: Quba, Bakı, yaxud Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz.
Tədqiqatçılar yazır ki, Azərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə-Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar. Dağətəyi hissədə xalça istehsalı-Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi kəndlərində, ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin Dərbənd ərazisində toxunan xalçalar da daxildir.
Tədqiqatçıların verdiyi məlumata görə, Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Tədqiqatçılar vurğulayır ki, bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb. Quba xalçalarının ən parlaq kompozisiyaları "Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və sairədir. Tədqiqatçıların verdiyi məlumata görə, Bakı məktəbi Abşeronun kəndlərini - Görədil, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə və digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Sənətşünasların qeyd etdiyinə görə, xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Onu da vurğulayaq ki, Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir. Sənətşünaslar vurğulayır ki, bu xalçaların əksəriyyəti toxunduğu kəndin adını daşıyır. Bakı qrupuna "Xiləbuta", "Xilə-əfşan", "Novxanı", "Suraxanı", "Qala", "Bakı", "Görədil", "Fatmayı", "Fındığan", "Qədi" və s. çeşnilər daxildir.
Xalçalarımız mədəniyyətimizin bir parçası olaraq Azərbaycanı dünyada təbliğ edir. Azərbaycan xalçaları öz gözəlliyi, çeşniləri ilə milli ruhumuzu əks etdirir, bizi babalarımızın, nənələrimizin ruhuna, mənəvi dünyasına qonaq aparır.
(Ardı var)
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 26.05.2026 / 20:31
Prezident İlham Əliyev Azərbaycanda əhalinin şəhərlərdən kəndlərə dönüşünün zəruriliyini çox maraqlı bir ideya kimi irəli sürdü...
Tarix: 25.05.2026 / 11:54
Prezident kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi - FOTO/YENİLƏNDİ
Tarix: 21.05.2026 / 18:44
“Abituriyentləri dolaşdıran bir sual göstərin” - Abbaszadənin cavabı verildi...
SON XƏBƏRLƏR
28.05.2026 / 20:19
Rusiyada Ermənistan məhsullarına qadağa
- meyvə-tərəvəz idxalı dayandırıldı...
28.05.2026 / 19:57
Lüksemburqun Moskvadakı səfiri XİN-ə çağırıldı
28.05.2026 / 19:43
Rusiyanın "kölgə donanmasına" məxsus üç tanker Türkiyə sahillərində hücuma məruz qaldı
28.05.2026 / 19:21
Beş il sonra...
28.05.2026 / 17:56
Tərtərdə 3 kiloqramdan çox narkotik aşkarlandı, bir nəfər həbs edildi
28.05.2026 / 17:31
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib
- VİDEO
28.05.2026 / 17:16
Təl-Əviv ŞOKDA
– BMT İsraili “qara siyahı”ya saldı...
28.05.2026 / 16:42
İrandan Trampa cavab
- geri çəkilməyəcəyik...
28.05.2026 / 16:20
ABŞ İranı, İran Küveyti vurdu
- CENTCOM atəşkəsi İranın pozduğunu iddia etdi...
28.05.2026 / 15:36
Putinin illər əvvələ aid görüntüləri ortaya çıxdı
- VİDEO
28.05.2026 / 15:10
Prezident: "Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi"
28.05.2026 / 15:06
"Müstəqillik Günü hər birimiz üçün çox əzizdir"
- Prezident
28.05.2026 / 15:04
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir"
28.05.2026 / 15:01
"Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir"
- Prezident
28.05.2026 / 14:32
Rusiya Azərbaycan ərazisindən Ermənistana karbamid və un göndərdi
28.05.2026 / 14:23
Prezident Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb
- FOTO
28.05.2026 / 14:15
Xocalıda “Qarabağ Tekstil Evi” MMC istifadəyə verildi
- FOTO
28.05.2026 / 14:05
Salyanda çətənə yetişdirən şəxs həbs edildi
28.05.2026 / 13:40
Prezident Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
- FOTO
28.05.2026 / 13:33
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
28.05.2026 / 13:30
Tramp seçki öncəsi Paşinyanı açıq şəkildə dəstəklədi
28.05.2026 / 13:25
ABŞ Rusiyanı Ermənistanda sürətlə sıxışdırır
28.05.2026 / 13:18
Trampın Sülh Şurası fonduna hələ bircə dollar da yatırılmayıb…
28.05.2026 / 13:00
Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
- FOTO
28.05.2026 / 12:35
Aleksandr Stubb Prezident İlham Əliyevə məktub ünvanlayıb
28.05.2026 / 12:30
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
- FOTO/YENİLƏNDİ
28.05.2026 / 11:52
Kılıçdaroğlu yarım saatlıq müsahibəsində 12 dəfə "Bilmirəm" dedi…
28.05.2026 / 11:31
Kallas AB nümayəndəsi ilə Ukrayna müzakirəsi təklifini Rusiya tələsi adlandırdı
28.05.2026 / 11:29
Paşinyan paradda ölkəsinin silah ala bilməməsinin “niyə”sini açdı -
“Çünki əmin idilər ki…”
28.05.2026 / 11:26
Prezident İlham Əliyev Efiopiyanın Baş nazirinə məktub ünvanlayıb
28.05.2026 / 10:34
Tramp Hörmüz boğazına görə bu dəfə də Omanı təhdid etdi
– vuracağıq...
28.05.2026 / 10:18
İrandan Bəndər Abbasa hücuma sərt cavab
– Küveytdəki ABŞ bazasına zərbə endirildi...
28.05.2026 / 10:03
Rubio Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi...
28.05.2026 / 09:39
Tramp İranda rejim dəyişikliyi etdiyini bildirir
28.05.2026 / 09:34
ABŞ Fars Körfəzi Boğazı Administrasiyasına sanksiya tətbiq edib
28.05.2026 / 09:31
Fransa və Norveç qarşılıqlı müdafiə sazişi imzaladı
28.05.2026 / 09:21
Media: Avropa ölkələrində ukraynalı qaçqınlara dəstək sürətlə azalır
28.05.2026 / 09:19
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
28.05.2026 / 00:08
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilir
27.05.2026 / 22:27
"TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsas elementidir"
- Rubio
27.05.2026 / 22:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım edilib
27.05.2026 / 21:53
Əli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib
27.05.2026 / 20:56
Möminə Xatun türbəsi ətrafında “Yeləni” kəlağayı kolleksiyası TƏQDİM OLUNDU
27.05.2026 / 20:18
Tramp Kubaya hərbi müdaxilə əmri verdi
– bölgəyə təyyarə gəmisi göndərildi, hücum tarixi də açıqlandı...
27.05.2026 / 19:40
Rusiya Azərbaycan üzərindən Ermənistana karbamid və un göndərəcək...
27.05.2026 / 19:22
İranla ABŞ arasında 14 maddəlik tarixi razılaşma
- Hörmüz əvvəlki vəziyyətinə qayıdır, blokada ləğv edilir...
27.05.2026 / 19:08
Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik etdi
27.05.2026 / 18:32
Kənd təsərrüfatında yeni mərhələnin konturları
27.05.2026 / 18:10
Polis əməkdaşları arasında əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə ölkə çempionatı keçirildi
- FOTO
27.05.2026 / 17:31
Rusiya ilə Ermənistan arasında gərginlik pik həddə...
İrəvana rəsmi xəbərdarlıq edildi - bütün güzəştlər ləğv ediləcək...
27.05.2026 / 16:46
Hacıqabulda qohumunun evini soyan şəxs saxlandı
27.05.2026 / 15:58
Astarada əməliyyat - külli miqdarda narkotik ələ keçirildi
27.05.2026 / 15:16
İranın ABŞ-ın son hücumlarına niyə cavab vermədiyi məlum oldu
- Dohada 24 milyardlıq gizli razılaşma...
27.05.2026 / 14:58
Hindistanın dövlət başçısı Prezident İlham Əliyevə məktub ünvanlayıb
27.05.2026 / 14:44
Kiriakos Mitsotakis Prezident İlham Əliyevi təbrik edib
27.05.2026 / 13:50
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi
- TƏFƏRRÜATLAR...
27.05.2026 / 13:23
Yaponiya Xəzər dənizinin xilasına tələsir
27.05.2026 / 13:09
Ağsuda silsilə oğurluqlar edən şəxs həbs olundu
27.05.2026 / 12:33
Azərbaycanda biznes üçün vahid maliyyə platforması yaradılacaq
27.05.2026 / 11:51
Uçuş aparatı ilə ölkəyə 47 kq narkotik geçirənlər yaxalandı
- VİDEO
27.05.2026 / 11:36
ABŞ səfirliyi Qurban Azərbaycan xalqını təbrik etdi
27.05.2026 / 11:19
İranlı ekspert: “Hücum ehtimalı olarsa, nüvə silahı əldə etməliyik”
27.05.2026 / 10:42
Məscidlərdə bayram namazı qılındı
27.05.2026 / 09:55
İrandan ABŞ-a yeni müharibə xəbərdarlığı
- cavabımız regiondan kənara çıxacaq...
27.05.2026 / 09:21
ABŞ Lvarovun müavininin viza tələbini rədd etdi...
27.05.2026 / 09:06
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
27.05.2026 / 09:02
WSJ: “Tehran danışıqları davam etdirmək üçün hücumları görməzdən gəlib”-iddia...
27.05.2026 / 09:00
ABŞ Sakit okeanda narkotik daşıyan gəmini vurdu
27.05.2026 / 08:52
İran Xəzərin hüquqi statusu haqqında konvensiya ilə bağlı qanun layihəsi hazırlayıb
27.05.2026 / 08:12
Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının debatında çıxış edib
- FOTO
27.05.2026 / 08:05
Bu gün Azərbaycanda Qurban bayramıdır
26.05.2026 / 23:41
Rusiya Zelenskinin ofisi və Radanın hədəfdə olmadığını açıqladı...
26.05.2026 / 22:26
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başladı
- FOTO
26.05.2026 / 22:15
Prezident İlham Əliyevin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
(FOTO)
26.05.2026 / 22:07
Problemi Prezident açdı
-"Sahibkarlar aqrar sektora sərmayə yatırmır"...
26.05.2026 / 21:38
Rusiya qazı kəsir, alternativ qaz mənbəyi “Domokl” kimi Ermənistanın başının üstünü kəsdi...
26.05.2026 / 21:24
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olundu
26.05.2026 / 21:14
Türkiyədə “Ana müxalifətsizlik dövrü” başladımı...
26.05.2026 / 20:56
Vüqar Rəhimzadə: Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi strateji hədəflərdəndir
26.05.2026 / 20:53
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub
- FOTO
26.05.2026 / 20:31
Prezident İlham Əliyev Azərbaycanda əhalinin şəhərlərdən kəndlərə dönüşünün zəruriliyini çox maraqlı bir ideya kimi irəli sürdü...
WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...
Populyar xəbərlər
Tarix: 21.05.2026 / 18:44
“Abituriyentləri dolaşdıran bir sual göstərin”
- Abbaszadənin cavabı verildi...
Tarix: 10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri
Tarix: 10.05.2026 / 12:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar
- FOTO
Tarix: 02.05.2026 / 10:35
Şərəfli ömür yolu
Tarix: 09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"
XƏBƏR ARXİVİ